RİŞTEYİ-ZÜLFÜN OLUB XƏM-XƏM...
RiĢteyi-zülfün olub xəm-xəm, əcəb zəncirdir,
QaĢları tiği-bəla, çeĢminə pür tədbirdir.
Mən həqiqət bilmərəm nərgisdi bu çeĢmin və ya,
Bir silah badam kim, ətrafı durmuĢ tirdir.
Bəs ki, Ģirindir sözün, oldu məgər bir qənd tək,
Kipriyin tiri-cəfa, əbruların ĢəmĢirdir.
Kövkəbi-bəxtim yatıb, ya rəbb, nədir bəs çarəsi,
Ey qəza etdin mənə sən bu necə təqdirdir.
Rəsmidir ahunu seyd eylər, tutar səyyadlar,
Bu nigarın gözlərinin adəti nəxcirdir.
Rubəru baxmaq xətadır səfheyi-rüxsarına,
Çox təkəllüm eyləmək sənlən böyük təqsirdir.
Qıl həzər ahımdan, ey məhru, xəbərdar eylərəm,
Naleyi-zarım mənim biĢübhə aləmgirdir.
Çoxdu dərrakəm, mənə, vaiz, nəsihət eyləmə,
EĢq rəhbər, fikir vazeh, əql mürĢid pirdir.
Qasira, bu qədri kim, sən dəm vurarsan eĢqdən,
Ya həqiqətdir sözün xəlq içrə, ya təzvirdir.
MİRZƏ İSMAYIL QASİR - 210
4
34
DİL MEYLİNİ BİR TİRREYİ...
Dil meylini bir türreyi-Ģəbgirə salıbdır,
Divanəyə bax kim, özünü girə salıbdır.
Nahaq yerə saldı özünü dami-bəlaya,
Bu qana bulaĢmıĢ məni təqsirə salıbdır.
Könlüm yüzünün Kə’bəsinin tövfinə getcək,
ġam əhli tutubdur onu, zəncirə salıbdır.
Əfsungəri-çeĢmin hələbi-arizin içrə,
ÇəkmiĢ həbəĢi qulları təsxirə salıbdır.
Kipriklərinin qəsdi budur, qanımı töksün,
Bilməm nə səbəb var, niyə tə’xirə salıbdır.
Dün guĢimə bir nalə səsi yetdi çəməndən,
Bu nalə mənim könlümü tə’sirə salıbdır.
Dil verdi sənin zülfi-pəriĢanına dilbər,
Xali-siyəhin Qasiri təzvirə salıbdır.
MİRZƏ İSMAYIL QASİR - 210
4
35
HƏR ZAMAN MƏCLİSƏ Kİ...
Hər zaman məclisə ki, badeyi-külfam gəlir,
ĠĢrət əhlinə anın etdiyi bayram gəlir.
Gənci-Qarunu tapıb, rütbeyi-CəmĢidə yetir,
Hər kimin pir əlindən əlinə cam gəlir.
Dilbərin zülfü rüxün gördü dili-Ģeydani,
O zamandan bəridir sübh gedir, Ģam gəlir.
Razi-eĢqi deməniz hər kəsə, ey aĢiqlər,
Püxtələr söhbəti napüxtələrə xam qəlir.
Cismdən əl götürüb can çıxar istiqbalə,
Bilsə can almağa ol Ģuxi-güləndam gəlir.
Olmadı vəsl müyəssər mənə olmaz, heyhat,
Qurtarıb omrümüz, günlər keçir, axĢam gəlir.
Qəsdi-cənnətlə yüzün tövfinə derlər, zahid,
Təmeyi-xamilə bağlub o da ehram gəlir.
Mürği-dil seydi üçün arizə düĢmüĢ zülfün,
Yoxsa səyyaddü, almıĢ ələ bir dam gəlir.
Buyi-zülfünü səba gətdi dilaramı üçün,
Ta bilə xəstə könüllər ki, dilaram gəlir.
Qasira, möhnəti-əyyamə təhəmmül eylə,
Sığın Allaha, dayan, gör nə sərəncam qəlir.
MİRZƏ İSMAYIL QASİR - 210
4
36
YÜZÜNDÜ ZÜLFÜLƏ...
Yüzündü zülfilə, ya mahi çardəhi Ģəbdir,
Belə müĢəxxəs olur kim, qəmər dər əqrəbdir.
O höqqeyi-dəhənindirmi, ya ki çeĢmeyi-nuĢ,
O tüng Ģəkkərdir adı, ey nigar, ya ləbdir.
Nə dilrübasən, ey mahi rux, sənin mehrin,
Qülubi-cümleyi-üĢĢaqidə mürəkkəbdir.
Nə cəzm edib dili-dağıdar çoxdandır,
Quyudi-zülfünə pabənd olub müəzzəbdir.
Edib vücudumu eĢqin bəsani-xakistər,
Nə Ģərh edim bunu, bir can güdaz mətləbdir.
Ələddəvam edirəm nalə, eyləməz tə”sir,
Ġlahi, bu necə iqbaldır, nə kövkəbdir.
Bu doğrudur ki, olur əhli-eĢq divanə,
Bu aĢiqə nəzər et, lütf elə, müəddəbdir.
Yazıbdı vəsfini Qasir, bevəchi-əhsən ilə,
Mühəssənatilə hər misrei ləbaləbdir.
MİRZƏ İSMAYIL QASİR - 210
4
37
BU DƏRDİLƏN ƏRİYƏN...
Bu dərdilən əriyən dil sitəm niĢanəsidir,
Bu parə-parə könül qəmlər aĢiyanəsidir.
Bu çak-çak ürəyim məxzəni-məhəbbətdir,
Bu qan ilə dolu sinəm göhər xəzinəsidir.
Mənim ki, yoxdu baĢımda cünunluq asarı,
Qərəz, o Leylini görməkliyin bəhanəsidir.
Vəfa diyarını bilmərrə seyr edən könlüm,
Dübarə badiyeyi-eĢqinin rəvanəsidir.
Alıb mübəddəl edən vəslimi fəraqə mənim,
Bu çərxi-bədrəviĢin məkr edən zəmanəsidir.
Nigarımın gözü saldı məni bu Ģurə və ya,
Fələkdə Zöhrənın ol nəğmeyi-çəğanəsidir?
Bu dəhrdə gətirən Ģurəəndəlibləri,
Bu Qasirin qəzəli, Ģe’ri-aĢiqanəsidir.
MİRZƏ İSMAYIL QASİR - 210
4
38
UGRADIM BİR SƏNƏMƏ...
Ugradım bir sənəmə, bəs deyəsən ahudur,
Nəzər saldım gözünə, gördüm iki cadudur.
Qəddü əndamına diqqətlə tamaĢa qıldım,
Qaməti sərv idi, əndamı hamı pərqudur.
Dövreyi-lə’li-ləbində var idi bir neçə xal,
ÇeĢməsar üstə düzəlmiĢ, deyəsən hindudur.
Sinəsində iki zad pirəhən içrə gördüm,
Çox təsəvvür elədim, gördüm iki limudur.
Yüzünə baxcağın öz əksimi gördüm zahir,
Bilmədim seyr elədi, ya ki, yüzü güzgudur.
Gəldi göftara məni-zarilə, gördüm dəhənin,
Deyəsən, höqqeyi-yaqut dolu lö’lödür.
Dedim, ey Ģux, bu əfi nədü mina üzrə,
Dedi, xof etməgilən, silsileyi-geysudur.
Qasirin canı fəda, hər bu rəviĢ yarilərə,
Elə yarın müjəsi, tiri-kəmanəbrudur.
MİRZƏ İSMAYIL QASİR - 210
4
39
NİGARİ- ALƏMARA...
Nigari-aləmara xidmətində hər zəman, yarəbb,
NeĢün bu bikəsi-məhcurunun xar olmadı bir kəs.
Gəlib, ey Qasiri-biçarə, dilbər lütfü ehsana,
Qəm etmə, heç bəzmtək bəxt didar olmadı bir kəs.
MİRZƏ İSMAYIL QASİR - 210
4
40
YENƏ BAŞIMA ŞÖVQİ- VƏSLİ...
Yenə baĢıma Ģövqi-vəsli-yari-sərvqəd düĢdü,
Havayı-çeĢmi-cadu, zülfi pürçin, xalə xəd düĢdü.
Cahan mülkini qismət eylədim zahidlə, ey yaran,
Ona məscid, mənə meyxanələr küncü rəsəd düĢdü.
Mənə olmazdı mümkün vəslə yetmək hicridən, amma,
Səri-kuyində, cana, Ģö’leyi-ahim bələd düĢdü.
Məni Ġskəndəri-eĢqin çəkərdi abi-heyvanə,
Vəli yə’cuci-hicran gəldi ortalıqda sədd düĢdü.
Əzəl canan yolunda can verən yəğmayə mən oldum,
Ey aĢiqlər, gəlin ardımca, yol açıldı, rədd düĢdü.
Kəlamüllaha etdim məsləhət təcriddən otrü,
Mənimçün istixarə “qul-hüvəllahi əhəd” düĢdü.
Həzər qıl, qoyma hər biganəni baxsın o rüxsarə,
Dilim sınsın, xüda nəkərdə, bəlkə, çeĢmi-bəd düĢdü.
Səni mənlə görübdür həmniĢin əğyari-bədkirdar,
Məazəllah, yenə ortalıga büğzü həsəd düĢdü.
Görəndə, dilbəra, kim ləblərində vardı təbxalə,
Könül əfkar olub, amma ki, çeĢmimə rəməd düĢdü.
Gözəllər aĢiq incitməzdilər, amma sən incitdin,
Bu qanun səfheyi-afaqə səndən ta əbəd düĢdü.
Sənə bu Lənkəran mülkü vətəndir, bilmiĢəm cana,
Nə qılsln çarə, Qasir, bu diyarə nabələd düĢdü.
MİRZƏ İSMAYIL QASİR - 210
4
41
DƏRGAHİ- HƏQQƏ
(N)
...
Dərqahi-həqqə sübhü məsa eylədim sipas,
Ol yari görməgimdən ötür etdim iltimas.
Layiqdir aĢiqə ki, edə zəhməti qəbul,
Qəlbində yox nigarı kimi zərreyi-həras.
Ey can alan, o lə’llərini lə’li-nabidən,
Nərgisdən eylərəm sənin ol çeĢmini qiyas.
Seçdi səni görənlər ara, eylədi pəsənd,
Bu əqli biqərinə bu qəlbi-həqĢünas...
MİRZƏ İSMAYIL QASİR - 210
4
42
EY KÖNÜL, CANDAN TƏMA’ KƏS...
Ey könül, candan təma’ kəs, vüsləti-canana bax,
Tut gədalıq damənin, fəqr əhlinə Ģahanə bax!
Misri-eĢq içrə əgər Ģahlıq təmənna eyləsən,
Mahi-Kən’an tək düĢüb çahi-qəmə, zindanə bax!
OlmuĢam Məcnunsifət, bir Leylinin avarəsi,
QalmıĢam tənha biyabanda, təni-üryana bax!
Ariz üzrə saçların düĢmüĢ, el eylər vahimə,
Hər görən söylər ki, gənc üstündəki sö’banə bax!
Mən təmənnayi-vüsal etməkdə bu dövri-fələk,
Tazədən saldı məni fikrü qəmü hicranə bax!
Gəldi canə cismi-zarim, bəs ki, çəkdim nalələr,
Ey niqarım, qıl nəzər, bu naleyi-pünhanə bax!
TurĢru baxmaqla can almaq xəyalın var isə,
Canım asanraq çıxar, baxsan mənə, məstanə bax!
Bir pərizadə məni hər kimsə bilsə mailəm,
Kim deməz Qasir olubdur aĢiqü divanə bax!
MİRZƏ İSMAYIL QASİR - 210
4
43
EY NİGARİ- MƏHVƏŞİM...
Ey nigari-məhvəĢim, mən ki, sənə kətdim pənah,
Qoymagilən mən çəkim bu kureyi-qəlbimdən ah.
Bilmirəm qəlbin sənin daĢdır, tərəhhüm etmədən,
Eyləyibsən bəxtimi zülfi-siyahın tək siyah.
Bir eĢit əzzəl mənim dərdimi, ondan hökm elə,
Qoyma çəksin üstümə ol qəmzeyi-çeĢmin sipah.
Çox da incitmə, bu məhzun canıma bir rəhm qıl,
Mən olum bircə rəiyyət, olgilən sən bircə Ģah.
Ol qədər kim firqətindən çəkmiĢəm ahü fəqan,
Gər inanmırsan, varımdır bir neçə adil güvah.
Bir mürüvvət eyləyin məhcürə, ey dilbər sənə,
Yoxdu, billah, bu cahan içrə mənim tək xeyrixah.
Badeyi-gülrəngi, Qasir, nuĢ qıl hər sübhü Ģam,
Olma qafil, məstlikdən, eyləmə heç iĢtibah.
MİRZƏ İSMAYIL QASİR - 210
4
44
ÇOX ZAMANDIR Kİ
(F)
...
Çox zamandır ki, təmənna eylərəm bir gülsitan,
Həsrətindən eylərəm bülbül kimi ahu fəqan.
Yatmaram ol gözləri Ģəhla xəyalilə, fəqət,
Ġstərəm olsun mənimçün sünbülü gül, ərməğan.
Öylə ki, çatdım gülüstanə, yetiĢdim məqsədə,
San ki oldum bircə anda mən müzəffər, kamran.
Allahın lütfilə yarım rəhm qıldı halıma,
Bu canım qurbanı olsun kuyinə hər dəm, hər an.
Mən həya etdim ləbindən nazlı yarın, yoxsa ki,
Göz yaĢımla daĢları yaqut edərdim durmadan.
Mən pəriĢan eylərəm ariflərin əhvalını,
Onlara mə’Ģuqəmin saçlarını versəm niĢan...
Görmədim bir əhl adam qiymət verə əĢ’arimə,
Ol səbəbdən Ģe’rimi yazdım əvamlardan nihan.
Qorxuram, Qasir, nigarın xatiri məğĢuĢ ola,
Yoxsa öylə ah çəkərdim, odlanardı kəhkəĢan.
MİRZƏ İSMAYIL QASİR - 210
4
45
ƏZİZ ÖMRÜM GÖR NECƏ
(F)
...
Əziz ömrüm gör necə tələf oldu anbaan,
Çox təəssüf, taleyim alt-üst oldu durmadan.
Öz halıma o qədər ağladım ki nəhayət,
Ceyhun kimi çay oldu axan bu göz yaĢımdan.
Arzu edər aĢiqlər çatsınlar yar vəslinə,
Hurim isə bilməyir harda qalıb bu qılman.
Yar qəddin o qədər abü tabla vəsf etdim,
Rövnəq gəldi təb’imə, sözlərim oldu rəvan.
Əgər görsə əhali Leyli üzlü yarımı,
Bilərlər ki, nə üçün Məcnun oldum bu zaman.
Heç kəs onun ağzının sirrini bilə bilməz,
Bunu bilər Əflatun, ya da mənim tək Loğman.
Vüsalını unutmaq istədim, eĢqim artdı,
Qasirin əqli burda tapdı beləcə nöqsan.
MİRZƏ İSMAYIL QASİR - 210
4
46
NƏ SƏBƏBDİR QAÇMISAN
(F)
...
Nə səbəbdir qaçmısan məndən belə, ey Ģux nigar!
Heç qalarmı himmət əhli söylə bir yardan kənar?
Sən bilirsən mən səni can bilmiĢəm öz qəlbimə,
Kim edər Ģən qəlbimi qüssə, qəmə dərdə duçar?
Mən Ģəfanı istərəm o gül dodaqdan qəlbimə,
ġirinim, Xosrovuna himmətlə ver dərman, nolar?
YaxĢı mə’lumdur mənə bu aləmin Ģüru Ģəri,
Sən məni mə’zur qıl, bilmə məni bie’tibar.
Dövrümüzdə Əhrimənlər hökm edir daim bizə,
Allaha bax, sən barı etmə cəfa, ey gül’üzar!
Sən iĢıqlı Ģamısan bu məclisin nur saç bizə,
Axı hər bir kəs səni indi bilir küllixtiyar.
Qasirin min dərdə olmuĢ mübtəla, gəl, ey təbib,
Lütf edib dərman elə bu xəstən olsun bəxtiyar.
MİRZƏ İSMAYIL QASİR - 210
4
47
GƏL BU QƏDƏR NAZ ELƏMƏ
(F)
...
Gəl bu qədər naz eləmə ey əzizim, ruhum, canan,
Gah örtürsən camalını, zülfün ilə gah açırsan.
Gah qapından qovlayırsan hiddət ilə məni, sonra,
Lütf edərək çağırırsan geriyə, ey vəhĢi ceyran.
Sən həmiĢə vəfalıydın öz əhdinə, bəs nə oldu,
Rəhmsizcə zülm edirsən aĢiqinə zaman-zaman.
Qəmzən ilə, nazın ilə hər an məni incidirsən,
Nə olar gəl bir busəylə könlümü al, dincəlsin can.
Axı neçün qət’ etmiĢsən dostlarından ülfətini,
Biganəyə ülfət olub buraxırsan belə nöqsan?
Qasir bu gül üzlülərə, bülbül kimi nəğmə deyir,
Qəzəl yazır, təranəsi eĢidəni edir heyran.
MİRZƏ İSMAYIL QASİR - 210
4
48
BU QƏDƏR Kİ, MƏNƏ
(F)
...
Bu qədər ki, mənə cəfa eyləyirsən, gözəl canan,
Məgər sən heç qorxmayırsan səni gözəl yaradandan?
Möhkəm zəncir həlqəsidir dedim qara zülfünə mən,
Əgər səhvə yol vermiĢəm, özün keç bu günahımdan.
Ġstədim ki, canı sənə qurban verib rahat olum,
Lakin dostlar qoymadılar, narazıyam mən onlardan.
Axı candan əziz nə var, qədəminə nisar edim,
Ey gözəllər padiĢahı, sənindir bu ürək, bu can.
Hər nazənin sənin kimi iĢvə etmək bacarmayır,
Vəslə və’də verəndə də vəfan olmur heç bir zaman.
Görünür heç nəsib olmaz mənə sənin vəslin gözəl,
Qismətimdir mənim demək həsrət ilə dolu hicran.
Yazıq Qasir dərgahına gəlib səndən kömək dilər,
Onun ürək nəvasını dinlə, lütf et, ol mehriban!
MİRZƏ İSMAYIL QASİR - 210
4
49
DEDİLƏR, BU YARDAN SƏNƏ
(F)
...
Dedilər, bu yardan sənə yar olmaz,
Belə gözəllərdə e’tibar olmaz.
Mən onun vəslini istərəm ancaq,
BaĢqası könlümdə bərqərar olmaz.
Kim mənə vəslindən muĢtuluq versə,
Canımı verərsəm, mənə ar olmaz.
Ay üzlüm, üzündən pərdəni qaldır,
Üzünü açmasan, xoĢ bahar olmaz.
Camalın məst edib ruhumu, söylə,
Kim görsə hüsnünü biqərar olmaz?!
Çoxları aĢiqəm deyirsə, lakin,
Sənə mənim kimi bir Ģikar olmaz.
Dilbərin zülfündən əl çəkmə, Qasir,
GülĢəndə bunun tək gül’üzar olmaz.
MİRZƏ İSMAYIL QASİR - 210
4
50
KEÇDİ ƏYYAMİ- CAVANLIQ
(F)
...
Keçdi əyyami-cavanlıq, ömrümü aldı xəzan,
Bilmədim keçdi necə bu ayü il, yaxĢı-yaman.
Heyf olsun ömrümə, əfsus keçdi gənclik,
Mən qocaldım, əllidən keçdi yaĢım, getdi təvan.
Ġllər ilə, ayları vurdum baĢa dünyadamən,
Aydan il və gündən ay az oldu, etdim mən fəğan.
Halıma saldım nəzər, gördüm ağarmıĢdır baĢım,
Əllidən yaĢ keçdisə, mümkünmü adlanmaq cavan?!
Çox vəfasız oldu ömrüm, göz qıpımda keçdi o,
Sür’ətə baxdıqda gördüm əlli il oldu bir an.
Öz halımdan mən xəbərsiz hey pozuldu əhvalım,
Əhsən olsun ol ayıq Ģəxsə ki, oldu kamiran.
Sə’y qıl hüĢyarlıqla köç bu mənzildən könül!
Köçdü burdan aqilü cahil, hesabsız karvan.
Körpüdür bu hey keçir burdan gədavü padiĢah,
Qoy deyim: asan keçər Ģahdan gədalar hər zaman.
Bəsdir artıq yatmısan qəflət içində, bir ayıl,
Köçdü yoldaĢlar götür, azuqə, sən də ol rəvan!
Çox zaman asdım qulaq mən bülbülün avazına,
Gül solub, bülbül də susdu, gör pozuldu bustan.
Qasira, cananına çatmaq dilərsən, düĢ yola,
Canını qurban elə bu yolda sən də durmadan.
MİRZƏ İSMAYIL QASİR - 210
4
51
YÜZ BƏLA ÇƏKDİM
(F)
...
Yüz bəla çəkdimsə də, əl çəkmədim didardən,
KeçmiĢəm candan yolunda, dönmərəm ilqardən.
Yarımın kuyindən əsla bircə an da dönmərəm,
Min bəla gördümsə də mən naxələf əğyardən.
Çox cəfalar verdisə zalım rəqibim canıma,
Heç Ģikayət etmədim bir ləhzə bu rəftardən.
Beynimə ləzzət verir yar zülfünün ətri müdam,
Min Ģükür ki, almadım töhmət əsən ruzigardən.
Çox içirtdi zəhrlər dünyada bu çərxi-fələk,
Çəkmədim əl bircə an da sevdiyim dildardən.
Xəsmlə etdim müdara, dostları tutdum əziz,
Dönmədim əhdü vəfadan, verdiyim iqrardən.
Rast gələndə müĢkilə səbr eylədim mərdlər kimi,
Çəkmədim minnət gədadan, varlıdan, sərdardən.
Anlamaz zahid dilər gülzari-cənnət, qoy deyim,
Yarımın vəsli mənə üstündür hər gülzardən.
Sevgilim etsə mənə lütfilə mümkün vəslini,
Razı qallam dərdimə dərman edən qəmxardən.
Qoy kor olsun gözləri bu Qasiri-biçarənin,
AlmamıĢdır tutiya çün xaki-payi-yardən.
MİRZƏ İSMAYIL QASİR - 210
4
52
YAR HÜSNÜNƏ BAXMALIYAM
(F)
...
Yar hüsnünə baxmalıyam məhəbbətlə hər bir zaman,
Nəzər çəkmək olarmı heç belə gözəl gülüstandan?
Dodağının altında var gizli kövsər suyu Ģəksiz,
Heç bənzəməz bu suya bil Ģöhrət tapmıĢ abi-heyvan.
Dodağının bir busəsi ucuz olmaz qiymətdə bil,
Busəsinə qurban olsun gərək sevən yüzlərcə can.
ĠĢvə-nazla Qasirə hər söylədiyi Ģirin sözü,
Qiymətlidir BədəxĢanın ən dəyərli yaqutundan.
MİRZƏ İSMAYIL QASİR - 210
4
53
HƏR KƏS, SƏNİN CAMALINI
(F)
...
Hər kəs, sənin camalını mənə tə’rif edirsə yar,
Elə bil ki, təsvir edir güllü çəmən, gözəl bahar.
MəhvəĢimin əsir olsa hər kim qara zülflərinə,
Xəyal edir sünbül, reyhan, yasəmənə düĢüb güzar.
Hər kəs görsə nigarımın yaqut rəngli ləblərini,
Nə yad edər BədəxĢanı, nə Yəməni xatırlayar.
ġikar üçün çıxsa əgər gözlərinin ceyranları,
Əhrimən tək qeyzə gəlib pələngləri edər Ģikar.
Min dəfə xoĢ gələr mənə xəlvət yerdə görüĢməyi,
Nə ki, açıq bir məclisdə mənə gizli baxa niqar.
Əgər onun ay camalı iĢıq salsa gülĢən içrə,
Bütün güllər: nərgiz, lalə, görünər çox cazibədar.
Qasir əgər olsa yarın mənzilinin pasibanı,
Hesab edər özünü o, bu dünyada ən bəxtiyar.
MİRZƏ İSMAYIL QASİR - 210
4
54
BİR GÖRÜŞLƏ ELƏDİ
(F)
...
Bir görüĢlə elədi Ģad məni Ģux ceyran,
Etdi aĢiqlərini bircə baxıĢla heyran.
Gecə gördüm qəməri göydə bürünmüĢ buluda,
Dərk qıldlm ki, çıxıb gəzməyə nazla ceyran.
Çox çətindir ki, əlindən canı azad etmək,
Hər tərəfdən siyirib xəncəri istər ala can.
Gözlərimdən bu axan qan deyil, əsla, dilbər,
Ciyərim parçaları gözdən axır su kimi, qan!
DüĢür hey vurğun ürəklər gözəlin məhbəsinə,
Zülfün hər qıvrımı bir qəlbdə olubdur zindan.
Dilbərin rəsmi deyildir edə ox kirpiyini,
Sanca öz aĢiqinin qəlbinə bu oxlardan.
Qasirin boynuna bir tovq olub eĢqi budur,
Qumru tək nalə edər, hey qoparar ahü fəğan.
MİRZƏ İSMAYIL QASİR - 210
4
55
BİLMİRƏM, YARIM NEÇİN
(F)
...
Bilmirəm, yarım neçün bir qədər tənnazdır,
Daima Ģüğlü onun eyĢü tərəbdir, nazdır.
Görməyə gəldimsə bu sərv qaməti, gül üzlünü,
Ruhum uçdu, bilmədim ah bu necə pərvazdır?!
ġəhrə düĢdü söhbəti gün üzlü yarın ay aman,
ġöhrəti tutdu cahanı, bəh nə xoĢ avazdır!
Heç kəsə bundan sonra vəsf etmərəm mə’Ģuqəmi,
Çünki insanlar bu gün çox hiyləgər, qurnazdır.
Qasirin ay üzlülər vəsfindədir əĢ’arı çün,
Sadiq aĢiqlər yanında hər sözü mümtazdır.
MİRZƏ İSMAYIL QASİR - 210
4
56
YAR MƏNİM SİRRİMƏ
(F)
...
Yar mənim sirrimə məhrəm olandan bəri,
Oldu, həqiqət, mənim iĢlərimin rəhbəri.
Mərhəməti yarımın etdi məni Ģadman,
Sildi ürəkdən qəmi dilbərimin Ģakəri.
And verirəm Allaha, naz eləmə ey nigar,
Etdi bu nazın məni gör necə gic, sərsəri.
Vurduğun odlar budur, qəlbimi pürxun edib,
Canımı alsa belə xoĢ gəlir hər neĢtəri.
Xanəqah içrə tamam məst idi, gördüm hamı,
Əhli-namaz idi bu rindlərin əksəri.
Təkcə cəhənnəm mənə məskən olar, Ģübhəsiz,
Qismətim olmaz mənim dadlı behiĢt kövsəri.
DüĢdü mənim yadıma qisseyi-Mahmud, Ayaz,
EĢqi edib Mahmudu sevdiyinin nökəri.
Öylə ki, yar Qasiri rədd elədi kuydən,
Sübhə qədər inlədi yad edərək dilbəri.
MİRZƏ İSMAYIL QASİR - 210
4
57
MEHRİ VƏFA İLƏ YENƏ
(F)
...
Mehrü vəfa ilə yenə gəldi bizim cananımız,
Onun Ģux sərv qamətilə bəzəndi bu kaĢanımız.
SoruĢmayın bu biçarə aĢiq, nə cür hala düĢdü,
Bilməyəndə o nazlı yar ki, buradır öz xanəmiz.
Çox çətindir, o bu yoldan qəflət ilə gəlib gecə,
Çox ehtimal, sərxoĢ imiĢ o dilbəri-məstanəmız.
Çoxdan bəri unuduldu Məcnun, Fərhad hekayəti,
Bundan sonra dil əzbəri olacaq öz fəsanəmiz.
Dilbərimin eĢqi ilə cuĢa gəlsə hər bir e’zam,
Olmayacaq qəlbimizdə məskən salan biganəmiz.
Kim içərsə bircə qətrə hərarətli meyimizdən,
Biləcəkdir ki, məsciddən Ģərəflidir meyxanəmiz.
Vəfa toxmu ək Qasirin qəlbində, ey Pərvərdigar,
Məhsul verə ta sevgidən, məhəbbətdən hər danəmiz.
MİRZƏ İSMAYIL QASİR - 210
4
58
MİRZƏ
İSMAYIL QASİR - 210
LÜĞƏT
A
AB (f) - Su.
ABDAR (f) -Sulu/ məlahətli/ axıcı.
AĞAZ (f) - Başlama/ başlanğıc.
AFAQ (ə) - Üfüqlər/ aləm/ dünya/
horizont/ üfüq/ görüş dairəsi/ mən-
zərə/ görünüş.
AFTAB (f) - Günəş.
AHAD (ə) - Vahidlər/təklər.
AHU (f) - Ceyran.
ALƏMTAB (ə+f) - Aləmə işıq ve-
rən.
ALİTƏBAR (ə+f) - Böyük nəsil və
nəslə mənsub olan/ əsilzadə.
ALİCAHAl (ə) - Uca rütbəli/ yük-
sək mənsəbli.
ALUD (f) - Bulaşıq/ bulanlıq.
AM/AMM (ə) - Kütlə/ xalq/
ümumxalq/ kütləvi/ avam/ qara
camaat/ seyid olmayan.
AMAC (f) - Nişanə/ hədəf/ ni-
şangah.
ANİ (ə) - Azacıq bir zamanda/ çox
tez/ göz yumub açınca olan.
ARA (f) - Bəzəyən/ zinətləndirən/
şənləndirən.
ARAYİŞ (f) - Bəzək/ zinət.
ARİ (ə) - Çılpaq/ yalın/ boş/ məh-
rum.
ARİF (ə) - Bilən/ tanıyan/ bilik/
sahibi.
ARİFAN (ə) - Arifcəsinə/ bilikli
adamlar kimi.
ARİZ (ə) - Təbii və əsli olmayan/
sonradan əmələ gələn/ yanaq/ şika-
yətçi/ ərizəçi/ üz verən/ baş verən/
rast gələn/ təsadüfi hal.
ASİ (ə) - İtaət etməyən/ üsyançı/
günahkar/ özündən çıxan/ coşan.
AŞÜFTƏ (f) - Həyacanlı/ qarma-
qarışıq/ dəlicəsinə aşiq/ vurğun.
AZƏR (f) - Od/ atəşgəda/ atəşgah/
oda qulluq edən mələk.
AZİM (ə) - Qəsd edən/ qərar ve-
rən/niyyət edən/ yollanan/ yola dü-
şən.
AZİMİ (ə) - Böyük/ ali.
AZURDƏ (ə) - İncimiş/ əziyyət
görmüş/ qəmli.
459
MİRZƏ
İSMAYIL QASİR - 210
Dostları ilə paylaş: |