VERMİŞDİ VƏSL VƏ’DƏSİ...
VermiĢdi vəsl və’dəsi, çün yar gəlmədi,
Çox çəkdim intizarı o dildar, gəlmədi.
Qət’ oldu səbr riĢtəsi hicrində dilbərin,
SalmıĢ yüzünə türreyi-tərrar, gəlmədi.
Can nəqdini nisar edər idim ayağına,
Səd heyf eylədi günümü tar, gəlmədi.
Az qaldı intizar məni eyləsin həlak,
Oldum zəifü xəstəvü bimar, gəlmədi.
Yarəb, nolurdü bir yol öpeydim buxağını,
Ta gərm oleydi rövnəqi-bazar, gəlməqi.
Hər busəsinə can verəydim o məhvəĢin,
Bilməm neçün bu cinsə xiridar gəlmədi.
Öz əhdimə vəfa eylədim mən əcəb budur,
QoymuĢ adını yari-vəfadar, gəlmədi.
MİRZƏ İSMAYIL QASİR - 210
407
BİR GÜN FƏZAYİ- QƏLBİMƏ...
Bir gün fəzayi-qəlbimə saldım xəyalımı,
Gördüm vurub müayinə ol növ qəzalımı.
Məbhut olub yıxıldım o dəm xaki-payinə,
Bəlkə bu növ’ilən alam ondan vüsalımı.
Nagah baxıb yüzümə, salıb nitqdən məni,
Yıxdı o tövr baxmağı nəxli-nihalımı.
Bildim Ģüküftələnməyə maildi qönçəsi,
Ġstər Ģəfəqqət ilə coruĢ sən də halımı.
Ərz eylədim hüzuri-Ģərifinə dərdimi,
Səbrim gedib, alıbsan əlimdən məcalımı.
Billəm ki, yazmaq ilə yetiĢməz nəhayətə,
Dildar ala mə’quli-cəvabü sualımı.
Qasir, bu qədri etmə Ģikayət nigardan,
Öz taleim yəqin elə bəd vurdu falımı.
MİRZƏ İSMAYIL QASİR - 210
408
NƏ TÖKMÜSƏN YÜZƏ...
Nə tökmüsən yüzə ol türreyi-siyahkarı,
Olub zəmanədə miĢkin kasad bazarı.
Salıbdır rəxnə yüzün mülki-Çinü Maçinə,
Müsəxxər eylədi zülfün diyari-tatarı.
SiriĢki-didəmi mən’ etməyin yağar baran,
Günün yüzü tutulan vəqtdə əbr edər zari.
Gəhi kəmanü, gahi tiğü gah xəncərlən,
Zəman-zəman edüsən mən fəğirə azarı.
Xılas qıl məni bir dəfə tiri-qəmzə ilən
Ki, heç kəs belə öldürməyib günahkarı.
DüĢübdü səfheyi-rüxsarə həlqeyi-zülfün,
Bəli, qəra qul olub Kə’bənin pərəstarı.
Yüzündə zülfünü gördüm dedim əbəs sözdür,
Deyəllə qoymuyacaqlar behiĢtə küffarı.
Görüb o Leyli camalını əl çəkin məndən,
Qoyun düĢəm çölə Məcnunsifət, sizi-tarı.
Tutub əlində görər cür’ətilə can nəqdin
Ki, Qasira bu mətain mənəm xiridarı.
MİRZƏ İSMAYIL QASİR - 210
409
KƏSİLMİŞ DİL DANIŞMAZ
(N)
...
KəsilmiĢ dil danıĢmaz lal olub gülzaridan ayrı,
TutulmuĢ nitq heç göftara gəlməz yarıdan ayrı.
Məni az dindirib, artıb qəmi-hicri-cigərsuzim,
Damar qan gözlərimdən ol büti xuxarıdan ayrı.
ĠĢimdir ağlamaq, ayrılmıĢam ol məhcamalımdan,
Necə bülbül düĢəndə zar olur gülzarından ayrı.
MİRZƏ İSMAYIL QASİR - 210
4
10
BƏLAYİ-HİCR ƏLİNDƏN...
Bəlayi-hicr əlindən olmuĢam divanə, dildarım,
Dəxi yox çarə, könlüm qəsd eylər canə, dildarım!
Ġlahi, hicri sal bir dərdə, görsün ləzzəti-hicri,
Olur bir ləhzə kim, məndən cüda məstanə, dildarım!
DüĢəndə yadıma çeĢmin, axar min çeĢmə çeĢmimdən,
Könül mə”murəsin hər dəm qılar viranə, dildarım!
Xəyalım birlə canım kuyinizlə pasibanızdır,
Sənə Ģayəstədir lütf eyləmək mehmanə, dildarım!
Camalından səba bir buyi-xoĢ gətdi məĢamimə,
Dönüb pəjmürdə könlüm rövzeyi-rizvanə, dildarım!
Sənə hər əhli-dil dünyada, cana, bir nəzər baxsa,
Yəqin üqbada baxmaz huriyü qılmana, dildarım!
Görəndə qamətini yansam mənə eyb etmə adətdir,
Görəndə Ģəmi-Ģövqindən yanar pərvanə, dildarım!
Yüzündə, dilbəra, meyxanə bəzmi-aĢikaradir,
QaĢın saqi, ləbin mey, gözlərin peymanə, dildarım!
Xəyalım, quĢları ol dami-zülfün aĢiyan etməz,
Bu qəsdilə yüzündən dənləsinlər danə, dildarım!
Tutub dünbaleyi-çeĢmində canı Qasirin aram,
Baxa həm nərgisə, həm bağa, həm bostana, dildarım!
MİRZƏ İSMAYIL QASİR - 210
4
11
BU GÜN KÜÇƏ ARA NAGAH...
Bu gün kuçə ara nagah keçirdim, yarımı gördüm,
Məni yüz min bəlayə tuĢ edən dildarımı gördüm.
Əlimdə nəqdi-canım cüstü-cüsində idim ol mahin,
Qəzadən kuçə içrə Yusifi-bazarımı gördüm.
Gəzirdim bülbüli-Ģeydasifət hər bağü bostanı,
Vəli, bir rəhgüzərdə bu güli-gülzarımı gördüm.
Nəzakətlə qoyur hərdəm ayağın, yer çəkər nazın,
Çəkib fəryad, ahəstə belə əğyarımı gördüm.
Baxırdım həsrət ilə hüsnünə ol mahi-rüxsarın,
Yüzündə aĢikarə sabitü səyyarımə gördüm.
Baxıb ol dəm yüzünə düĢdü taqətdən təni-zarım,
Dönüb tabutə cismim, qət’ olub rəftarımı gördüm.
Gəlib göftarə tuti tək, açıb lə’li-Ģəkərbarın,
Alıb aramımı itmam edibdir karımı gördüm,
Mənim tək Qasiri-məhzunu min dərdə duçar etdi,
Olub qaib gözümdən dideyi-xunbarımı gördüm.
MİRZƏ İSMAYIL QASİR - 210
4
12
ŞÜKRLİLLAH Kİ, DÜNƏN...
ġükrlillah ki, dünən bağ ara xürrəm idim,
Bir neçə mahivəĢü simtənə həmdəm idim.
Səf bəsəf huruyi-qılman düzülmüĢlər idi,
Bircə o bəzmdə mən zar bəni-adəm idim.
Hər tərəfdən tökülmiĢdi zülfi-siyahi yüzə,
Qara bəxtim açılıb, cilvələnib biqəm idim.
Məni hərçənd məhəbbət meyi məst etmiĢ idi,
Leyk göftaridə, rəftaridə müstəhkəm idim.
Hüsnü bağinə o məhbubeyi məhbubələrin,
Bağiban idi gözüm, leyk özüm məhrəm idim.
Bəs lətafət yetirib olmuĢudum qətrə sifət,
Bu nəhayətdə necə gül yüzünə Ģəbnəm idim.
Əhli-ürfani Ģəbistana manəndi çırağ,
ġüəra sözlərinin zəxminə bir mərhəm idim.
Gər adım Qasir idi, leyk hərifim yox idi,
Dilimin xəncəri dəstimdə, rəvi Rüstəm idim.
MİRZƏ İSMAYIL QASİR - 210
4
13
BU QƏZƏL YETKƏC MƏNİM...
Bu qəzəl yetkəc mənim tə’bimə təhrir eylədim,
Öz yaman halımı təhririlə təqrir eylədim.
Ol pərivəĢ surətin gətdim xəyala bir zaman,
Öylə bildim, afitabı çərxi-təsxir eylədim.
Göz yaĢı mə’mureyi könlümü qılmıĢdı xərab,
Ġndi bağrım parəsilə yaxĢı tə’mir eylədim.
Kuyi-dilbərdən qəza üzdü əlimi zülmlə,
Bu cavan ömrümü verdim badə, həm pir eylədim.
Xabidə gördüm mənə dildar olmuĢ xəĢminak,
Xabidən bidar olub, bərəks tə’bir eylədim.
Çün səba derdi ki, yarın can təmənnasındadır,
ġadlıqdan qəĢĢ edib, səd heyf, tə’xir eylədim.
Qasira, dilbər haçan qətlimə durdu turĢru.
Verməyib mən canımı canana təqsir eylədim.
MİRZƏ İSMAYIL QASİR - 210
4
14
SƏD ŞÜKR XUDAYA...
Səd Ģükr, Xudaya, yenə cananımı gördüm,
Ol mah rüxü zülfi-pəriĢanımi gördüm.
Guya deyəsən çıxmıĢ canımı gördüm,
Çox Ģayığıdım, tazə gülüstanımı gördüm,
TəĢbehi bəla, dinilə imanımı gördüm,
Bir Ģuxi-diləfkar qəzəlxanımı gördüm.
Yə’ni dodağı qönçəyi-xəndanımı gördüm,
Yox heç qəmim, gözləri məstanımı gördüm,
Lə’lində olan çeĢmeyi-heyvanımı gördüm,
Ətrafı Ərazdə məhi-Kən’anımı gördüm.
Çəkməz əlini mürği-səhərxiz çəməndən,
MüĢküldü könüllər quĢu ayrı ola səndən,
AĢıqlərə feyzi təkəllüm o dəhəndən,
Tuti sifətəm, Ģübhəsi yoxdur bu bədəndən.
SalmıĢ gözünün gərdiĢi gərduna fəsadi,
Müngərlərə zəm eyləyən aĢiqlərə yadı,
Zahir olur, əlbəttə, bu dildarı təmənnadı,
Bundan ötrü gəzmiĢəm hər misri bəladı.
Çün ismi onun Əbdüləlidir biĢək, ləbi Ģəkər,
Kiprikləri ox, gözləri nərgiz, qaĢı xəncər,
TutmuĢ yüzünü Ģöhrəti afaqi sərasər,
Gercək səni mən söylərəm, ey mahi-münəvvər,
OlmuĢdu könül Ģəhri ara Ģuri-hüveyda,
Divanəsifət, gəlmiĢidi baĢıma sevda,
Sevdası bu divanəliyi etdi peyda,
Hicrində onun olmuĢudum bülbülü Ģeyda.
MİRZƏ İSMAYIL QASİR - 210
4
15
Könlüm dəxi az eyləgilən naleyi-əfqan,
Bəsdir bu qədər olma gilən hali-pəriĢan,
Fikrin o idi eyliyəsən canını qurban,
Fəxr eylə, söylə bu sözü, ey natiqi-xoĢhal.
MİRZƏ İSMAYIL QASİR - 210
4
16
MƏN FƏDAYƏM, SƏNİN OL
(N)
...
Mən fədayəm sənin ol zülflərin Ģanəsinə,
Gözünün əĢkiylə dolu peymanəsinə.
Mürği-hal aĢiq olubdur yüzün danəsinə,
Dami-zülfün ona gər versə aman Əbdüləli.
Neçün mülki-Arazdan, ey əzizi-növbəran,
Bu Ģeyda Qasirin qəlbinə lövdür pəriĢan.
Hali-üĢĢaqə, naleyi-ahü fəqan kəbirdən.
Sən etsən bivəfalıq, etmərik namehribanlıq.
Sənin barəndə, billah, etmədik heç bir yamanlıq biz,
Gör özgə simü zər verdi edərdik canfəĢanlıq biz
Edərdik Ģaneyi-zülfündə, əlhəqq, cani-fəĢanlıq biz,
Kəminində eylərdi aĢikara pasibanlıq biz.
Rəfiqim, mən kimi məhcur yoxduro qəmxarım,
Sənə dərdi-dilimi yazmıĢam, ey Ģuxi-dildarım.
Fəraqından sənin canına and olsun, budur karım,
Xəyalımdır, ənisi-munisim, yarım, dəmdəvarım.
MİRZƏ İSMAYIL QASİR - 210
4
17
DÜŞDÜ ƏZİZLƏRİM, ŞƏRAR...
DüĢdü əzizlərim, Ģərar, canıma bu xitabdən,
Nitq kəsildi, lal olub qaldım o dəm cəvabdən.
Bircə tərəhhüm et mənə, mən də olum fəda sənə,
Xəndəni aĢıkar elə, Ģad olum bu babdən.
Salma hicabə ol məhi, cümlə gözəllərin Ģəhi,
Qəlbimi bircə Ģad elə, pərdə çək afitabdən.
QaĢların oldu cansitan, eylədi canımı niĢan,
Dəmbədəm eylərəm fəğan, dideyi-nimxabidən.
Mahi-müniridir yüzün, qəndü nəbatdır sözün,
Zulfi-müənbərin alıb buyidə müĢki-nabidən.
Ləblərinin əsiriyəm, zülfünün dəstgiriyəm
Mən bu dürrün fəqiriyəm, qoyma məni səvabidən.
AĢiqəm ol cəmalına, püĢti ləbində xalına,
Gər bələd olsam halına, incimərəm itabidən.
Gəl bir iĢarə etgilən xəncəri-xunçəkanına,
Bəlkə edə bu canımı parə, qoya zihabidən.
Bir para bihəya ozün aĢiqə nisbət eyləyir,
Billahi bigüman onun fərqi yox heç dəvabidən.
Ləzzəti tər buxağının cüĢə gəlib məzaqidə,
Məhv edibdi əqlimi, ətr çəkib gülabidən.
Hər iki gülsitanda yoxdu qəmi, əgər ola,
Hər evinin xəmirəsi xaki-Əbu Türabidən.
MİRZƏ İSMAYIL QASİR - 210
4
18
Ġstədim öz həbibimin ismini aĢikar edim,
Baz nihan eylədim kəsrəti iztirabidən.
Ey büti-biqərini-mən, dilbəri-məhcəbini mən,
Dərdimi ərz etmədim, bil sənə mən hicabidən.
Saqi, əcəl piyaləsi verdi məni-Ģikəstəyə,
Yoxdu qəmim, əgər çəkə yar üzünü niqabidən.
Etmə məzəmmət aĢiqi ey eyliyən utangilən,
Həqqi məzəmmət etməyi tapmadım heç kitabidən.
Məstdü-eyni, lam olu mən kimi bidəram olu,
Hər kəs içə bu dəhridə cür’eyi-bu Ģərabidən.
Qasir özün bu dəhridə eylə cunun, ol dəli,
Arif olan seçər sənin eĢqüvi bu hesabidən.
MİRZƏ İSMAYIL QASİR - 210
4
19
NİGARA, BİLMİRƏM XURŞİDSƏN...
Nigara, bilmirəm xurĢidsən, ya pareyi-məhsən,
Qərəz, mən binəvanın xütteyi-canında bir Ģəhsən.
Təhəyyir qalmıĢam, ey yari-səngindil, məni-zarın,
Verirsən qətlinə fərman, edibsən Ģad gəh-gəh sən.
Neçə mə’Ģuqlar öz aĢıqın xarü zəlil etdi,
Və lakin xəĢmidə, ya lütf qılmaqlıqda bəh-bəhisən.
Edərsən bəndəni xoĢhal, əlac eylərsən, ey dilbər,
Yəqin billəm, əgər olsan mənim dərdimə agəh sən.
Əgərçi bəndi-zülfün gərdəni-üĢĢaqi xəm qıldı,
Zənəxdanın ara amadə qıl, ey yar, bir çəhsən.
Tərəhhüm etməsən, billahi billəm, bülbüli-təb”im,
Gülüstani-məhəbbətdə nə qədr vursa cəh-cəh sən.
Neçün görcək, nigarın vermədin əndamına busə,
Məgər, ey Qasiri-qasir, Ģüurun yoxdu, əbləhsən?
MİRZƏ İSMAYIL QASİR - 210
4
20
SƏNSİZ GÖZÜMƏ TİRƏLƏNİB...
Sənsiz gözümə tirələnib aləmi-rövĢən,
Bir fikr xəyalımda mənim yoxdu, məgər sən.
ġahid, buna baxgilən, öz əhvalına bir dəm,
Gör kimilə mənəsən, necə sənilə səni mən.
Hər dəmdə düĢər baĢıma əyyami-mülaqat,
Könlüm eləyib növhə çəkər naleyi-Ģivən.
Ondan ki, qəza saldı bizi dərdi-fəraqə,
Bu vaxta kimi xəstəvü rəncur bulub tən.
Bir yandan edibdir məni hicran qəmi dilxun,
Bir yandan olub dərd mənə tə’neyi-düĢmən.
Görcək yüzün Abbasımın oldum elə Ģad,
Guya tökülüb gözlərimin Ģəm’inə roğən.
Hər kimsəneyi-kim salıb Abbası nəzərdən,
Batsın hər iki gözlərinə navəki-suzən.
Ey kaĢ, Xudaya, nola bu Qasiri-miskin,
Abbas civarında qalıb eyliyə məskən.
MİRZƏ İSMAYIL QASİR - 210
4
21
NİGARA, DÖVLƏTİ- HÖKMÜN
(N)
...
Nigara, dövləti-hökmün ziyad olsun, rəvan olsun,
HəmiĢə xatirin bəxtinlə Ģad olsun, cavan olsun.
Gələn vaxtında rəftarə, qədin, ey məh, rəvandır bu,
Ürəkdən, didədən, sərvi-səhi, yad olsun, nihan olsun.
Gətir bir gərdiĢə ol dideyi-məxmurunu cana,
Gər istərsən cahan bərbad olsun, imtahan olsun.
Nə meydir, bu tökübsən sağərimə məstü mədhuĢəm,
Əlində, saqiya, fəryad olsun əl’əman olsun.
YetiĢmək intəhayi-eĢqə, rəhbərsiz deyil mümkün,
Əgər cismın, qəddin, Qasir, riyad olsun, kəman olsun.
MİRZƏ İSMAYIL QASİR - 210
4
22
EY GÖZÜM, CƏHD EYLƏ...
Ey gözüm, cəhd eylə bu dünyada sən bir yar tap!
Yar tapsan, cəhd eylə, yari-vəfadar tap.
Bivəzən tək künclərdə məskən etmək ardır,
Arifi pəhriz edib bikarə gəzmə, kar tap.
Qıl təəmmül, atını səgritmə kuhistanda sən,
Ġstəsən at çapmaga səhrayə çıx, həmvar tap.
Bülbüli-Ģeyda kimi gülzar eylə arzu,
Zağsan, bərfərz get sən, bir uçuq divar tap.
Varı yox etmək, çoxu az eyləmək asandır,
Gər igidsən sən azı çox eylə, yoxdan var tap.
Hasil olmaz xalq ara künci-ibadətçün firaq,
Mümkün olduqca ibadət etməyə, bir ğar tap!
Cahilü nadana həmdəm olma, gəz dana ilən,
Alimü dananı axtar, mərdümi-hüĢyar tap!
Elmü sənət kəsb edib sən eylə təhsili-k.mal,
Qasira, sən öz mətain satmağa bazar tap.
MİRZƏ İSMAYIL QASİR - 210
4
23
PAKBAZ OL, EY GÖZÜM...
Pakbaz ol, ey gözüm, cəhd eylə, yari-paki tap,
Seyr qıl, ibrətlə bu dünyada bir idraki tap.
Pəndi-pirə huĢilən guĢ eylə qəflət eyləmə,
Xakidən seyr et, təriqi-aləmi-əflaki tap.
Payeyi-rifət tələb qılsan dolan mətlub üçün,
Xak olub izzət xəyalıyla dolansan xaki tap.
PadĢahlıq istəsən, tərki-təəllüq et müdam,
Gər hədayi sərfsən, gəz bir giriban çaki tap.
Pudü tari ömründən bir riĢteyi-möhkəm qayır,
Risman baziliğə həmrəngi bir çalaki tap.
Payibənd olma cahan mülkündə, əgləĢ ariyət,
Bəstəri rahət tələb etsən, xəsü xaĢaki tap.
Pinəduz ol, sal əzəl bir vəslə öz nəleynövə,
Qeydi-nəfsi-Ģum üçün bir həlqeyi-fitraki tap.
Piri-salik məqdəmi üzrə qədəm qoy, Qasira,
Pakbaz ol, cəhd elə, əlbəttə, yari-pakı tap.
MİRZƏ İSMAYIL QASİR - 210
4
24
ƏGİLMİŞ HƏLGEYİ- GEYSULARIN
(N)
...
ƏgilmiĢ həlqeyi-geysuların rüxsara düĢmüĢlər,
Dil əhfarında guya ni’lilərdir, narə düĢmüĢlər.
Çəmən səhnində sanmun sərvü güldür belə ruhi-əfza,
Yüzünlən qamətindən əkslər gülzarə düĢmüĢlər.
Yüzün Ģövqilə güllər əl çəkiblər səhni-gülĢəndən,
Olublar dəstə-dəstə kucəvü bazara düĢmüĢlər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
25
HƏMİŞƏ KÖNLÜM OL...
HəmiĢə könlüm ol məhparənin vəslini yad eylər,
Budur bais, ona bu xəstə canım e’timad eylər.
Edibdir parə-parə könlümü bir az nigahilə,
MüĢəxxəsdir bu cadugər cahanda çöx fəsad eylər.
Yüzün göstərcək o gülrux vücudimdən əsər qalmıb,
Gözümdən qayib olcaq dərdimi həddən ziyad eylər.
Bu yoldan dutmuĢam Ģövqilə möhkəm daməni-hicri,
Yəqinimdir məni vəslindən ol məh namurad eylər.
Nə tərsa məzhəbin ol yari-birəhm ixtiyar eylib,
Nə dini-paki-islama həqiqət e’tiqad eylər.
Nədir yarəb, səbəb dilbər məni daim qılıb məhzun,
Rəqibin naz birlə xatirin peyvəstə Ģad eylər.
Biri yarsın qara bağrım, biri qanımı nuĢ etsin,
Gözü, kirpikləri birlə bu qəsdə ittihad eylər.
Yəqin kilki-qəza bu dəftəri-aləmdə əzzəldən,
Mənim bədbəxtlər silkində ismimi səvad eylər.
Yazanda səfheyi-divanə hicran Ģərhini Qasir,
Qələm kipriklərindən, göz qarasından midad eylər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
26
NALƏ EDƏR GƏLƏNDƏ
(N)
...
Nalə edər gələndə mövsimi-bülbül-bahar,
GülĢən-ara açılırlar laləvü sünbüli bahar.
AĢiqi-dilbər gərək, qəddi-sənubər gərək,
ġiĢeyi-sağər gərək, eyliyə qülqüli bahar.
YetiĢdi Ģirin DadaĢ, danıĢdı Ģirin DadaĢ,
Necə oldu Ģirin DadaĢ, lə’li-ləbi gül bahar.
Eyləmə də’vayi-eĢq mənəm xaki-payi eĢq,
Qasirə sevdayi-eĢq, ġakirə bir gül bahar.
MİRZƏ İSMAYIL QASİR - 210
4
27
XABİDƏN NAZİLƏ...
Xabidən nazilə, Qasir, səni bidar eylər,
Elə kim, naleyi-bülbül gülü hüĢyar eylər.
Çünki bir ləhzə sənin firqətinə yox tabım,
Dur ayağa, mənə hicrin bu qədər kar eylər.
Baxma hərgiz yüzümə gözləri xabaludə,
Çünki baxsan, məni-biçarəni bimar eylər.
Durgilən təbrikə, bir Ģuxi-cəfapiĢə gəlir,
Məsti tavuz kimi gör necə rəftar eylər.
Nə deyim görməmiĢəm bir belə xurĢid camal,
Yüzünün ĢəĢəəsi gözlərimi tar eylər.
Gözlərilə gəhi can almağa eylər iyma,
QaĢlarilə gəhi qan tökməyi izhar eylər.
Bilmirəm mən, bu necə Ģüxü pəri peykərdir,
Məni hər ləhzədə yüz dərdə giriftar eylər.
Səndə, ey Ģux, necə nazü nəzakətdir bu,
Qasiri həĢrə kimi zaru-diləfkar eylər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
28
QÖNÇƏ GÖRSƏ LƏBİNİ...
Qönçə görsə ləbini agzını pünhan eylər,
Lalənin bağrını lə’lin həvəsi qan eylər.
Güli- rüxsarına bülbüllər olubdur mail,
Gecə-gündüz bu səbəbdəndi ki, əfğan eylər.
Arizin içrə yəqin zülfünü görmüĢ sünbül,
GülĢən içrə səri-zülfünü pəriĢan eylər.
Verir Ġsa kimi yüz mürdeyi-sədsaləyə can,
Hər zaman ləblərini kim, ĢəkərəfĢan eylər.
Bu cəfapiĢə əlindən cigərim qan olmuĢ,
Hər baxanda yüzümə könlümü viran eylər.
Bu qədər cövrü cəfa çəkmisən ol dilbərdən,
Qasir, axırda sənin dərdinə dərman eylər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
29
AÇILMIŞ GÜLŞƏNİ- BƏXDİM...
AçılmıĢ gülĢəni-bəxtim gəlibdir Ģurə, naz eylər,
Mənə ol dilrüba əhli-vəfa rəsmini saz eylər.
Gəzər biganələr kuyində hərdəm eylər ol məhru.
Məgər mən bikəsü biçarəyə lütfini az eylər.
Yəqin bədməstliyindəndir, sənin qarətgəri-hüsnün,
Baxanda çeĢmim içrə din evini tərkü taz eylər.
Gələndə gərdiĢə ol nərgisi-caduyi-əfsungər,
Görəndə kafiri sədsaləni əhli-namaz eylər.
Xədəngindən fələklər, ey pəri-peykər, düĢüb xofə,
QaĢından, ey mələksima, mələklər ehtiraz eylər.
Sənin tək bir güləndamın vüsalın istəyir Qasir,
Qoyub toprağa baĢın, iczilə, razü niyaz eylər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
30
MƏNƏ HƏR DƏM NƏLƏR OL...
Mənə hər dəm nələr ol türreyi-ənbərəfəĢan eylər,
Qılar həm ruzigarım tirə, həm bagrımı qan eylər.
Əcəb səyyaddır xalın, tumari-zülfü dam etmiĢ,
Çəkib dil mürğini, ol damə salmıĢ, natəvan eylər.
Nə halət bilmirəm, yüz vermiĢ ol zülfi-siyahkara,
Bulud tək tirələnmiĢ gün yüzün gözdən nihan eylər.
QaĢın, kipriklərin, zəxmin və rənci-zülfü pürtabın,
Mənim tək dərdə dözməz görsə hər kim tərki-can eylər.
Sual eylə səri-zülfündən, ey məh, bu qara bəxti,
Nədir bais görək üĢĢaq ara bixaniman eylər.
Xilafi-rəsmimiĢ söyləyirlər kafir cənnətə getməz,
Nədir bəs arizin üzrə qara zülfün məkan eylər.
Səri-zülfündə canı eylədim sövda, zəhər tapdım,
Bu sevdadan məgər hər kimsə sud istər, ziyan eylər.
PəriĢanhal olub zülfün kimi bu Qasiri-nalan,
ƏyilmiĢ qaĢların tək çeĢminə qəddin kəman eylər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
31
Kİ, EY NİGARA, RUXİ- ƏHMƏRİM...
Ki, ey nigara, ruxi-əhmərin ol laləyə bənzər,
Vəli, o nərgisi-cadu gözün piyaləyə bənzər.
Sənin yüzün qəmərə, Ģək yoxdu, ey məhi-ənvar,
Gözün bu canıma qəsd eyləyib, dütaləyə bənzər.
Sənin o lə’li-Ģəkkər, yəni gül dodaqlarına bil,
Yəqinim oldu ki, rəngi ləyəndə qaliyə bənzər.
Sənin ləbin o ləbə gəc düĢübdü nöqtəsi bərəks.
Qələtdi, qoy onu aĢiq dililə yaliyə bənzər.
Gəl indi vergilə sən mətləbimi, taki çəkim əl,
Gələndə nitqə sözüm, billah, ahü naləyə bənzər.
Mənim bu səfheyi-təbim səni mühübbün ilə,
Xuda güvahıdı, bir möhrü olan qəbaləyə bənzər.
Tərəhhüm eylə, aya, əksi-Leyli, billahi, Qeysə,
Bu qədr Qasiri sən qoymagilə, laləyə bənzər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
32
HƏR LƏHZƏ VƏLVƏLƏ CANIMA OL...
Hər ləhzə vəlvələ canıma ol çeĢmi-Ģəhladan düĢər,
SuziĢ dili-suzanıma, ol ruyi-zibadan düĢər.
Çəksən o məhrüxsaridan, ey gülüzarım, pərdəni,
Heç Ģəkk yoxdur nurdan ay, gün, təcəlladan düĢər.
Dilbər, behiĢtin ne’məti yetsin vüsala yadıma,
Bu istibahi-pakidən bu cami-minadan düĢər.
Ey dil, qəm etmə bir para nakəs keçibdir həddidən,
Eyləyibdi tüğyan, axırı billəm ki, baladan düĢər.
Dildar lütf etsə mənə, yazan, o söz ki, söylərəm,
Vallahi, belə bilmiĢəm, bir qətrə dəryadan düĢər.
Bu vaxtlarda Qasiri-biçarəyə, qıl bir nəzər,
Gər yetməsə məqsudinə bil nitqi guyadan düĢər.
MİRZƏ İSMAYIL QASİR - 210
4
33
Dostları ilə paylaş: |