MİRZƏ İsmayil qasir axundzadə 210 baki 2015



Yüklə 6,56 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix31.01.2017
ölçüsü6,56 Mb.
#7221
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

KÜÇƏ İÇRƏ MƏNİ... 

Küçə içrə mənə bir Ģux bu gün qıldı nigəh, 

Eylə bildim ki, düĢüb yer üzünə göydən məh. 

Zülfünü tökmüĢ idi, arizinə qılmıĢ təh, 

Deyəsən bəs tökülüb gün üzünə əbri-siyəh. 

Qaməti sərv kimi rast, libası kutəh, 

Gözünün nərgisinin üstünə çəkmiĢdi süpəh. 

Söylədim kim, nədir adı bu cavanin nagəh, 

Dedilər ismi-Xudadad,rəhi saliki-rəh. 

Yazıram vəsfini görsə deyə hər kim bəh-bəh, 

Qasira, eĢq zamanında nə dərviĢ, nə Ģəh. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

22



KÖÇ 

Çıx kənarə, ey könül mülki-bədəndən, eylə köç, 

Yarü həmdəm olmamıĢ azadə səndən, eylə köç. 

Çarə yox bu dərd üçün aləmdə, ey biçarə dil, 

Vəqtkən bir çarə tap ayrıl bu təndən, eylə köç. 

Çün yetib vəqti-səfər tə’xirə yoxdur ehtimal, 

Qət’i-ümmid ol dəxi didarə məndən, eylə köç. 

Çək təmə’ mülkdən bir ayrı mülkə zinhar, 

Heç kəsilə eyləmə göftar gendən, eylə köç. 

Çöhreyi-gülzarə mayıl olma misli-əndəlib, 

şmə çəngali-üqaba bu çəməndən, eylə köç.



MİRZƏ İSMAYIL QASİR  - 210

3

23



ŞƏRHİ-HAL VƏ BƏYANİ-VAQEƏ 

Gətir, saqiya, badeyi-pürsürur, 

Tapa zövqi-təbim Ģərabi-təhur. 

BaĢım gərm ola badeyi-nabidən, 

Oyansın bu yatmıĢ könül xabidən. 

O meydən içən kimsə hüĢyar ola, 

HəmiĢə bu aləmdə bidar ola. 

Ki, heç olmasa ondan məxmurluq, 

Ola qəlbdə rəf’i-rəncyrluq. 

Verə nəxleyi-eĢqə nəĢvu hüma, 

Deyəm, mərhəba, mərhəba, saqiya. 

Ziyadə edə qəlbimin Ģövqini, 

Vəli artıra təb’imin zövqünü. 

Alam dəstimə xameyi-xoĢməqal, 

Yazam fəsli-dibaçədə Ģərhi-hal. 

Gəl ey təb, bir ləhzə göftar qıl, 

Bu keyfiyyəti-niki izhar qıl. 

Mənə var idi əsrdə bir rəfiq, 

Vəfapərvərü mehribanü Ģəfiq. 

Edib bir gecə bəzmimi güisitan, 

Ədəblə olub bəndəyə mizban. 

O məhfəl ara var idi bir əziz, 

Onu intixab etmiĢ əhli təmiz. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

24



Süxəndənü xoĢtəb, Ģirinməqal, 

Xirədmənde-danayi sahibkəmal. 

Fəqirü niku xülqü pak e’tiqad, 

Yüsəmma Əli Əkbərü namurad. 

Özü zakiri-halətü Kərbəla

Təxəllüsdə Aciz bulub xəlq ara. 

Həman bəzmdə bəd’i-sərfi-təam, 

Süxən riĢtəsinə düzüldü kəlam. 

Mənə eylədi ol cüxənvər xitab, 

Xitabi sərasər ze rahi-itab. 

Ki, ey Ģairi-Qasir ağa əqlü huĢ 

Ki, nar olmasa eyləməz dik cuĢ. 

Məgər səndə yox atəĢi-eĢqi-yar, 

Belə nəqli-təbin olub kəm əyar. 

Az eylə xəyalati-nəfsə həvəs, 

Səmərsiz olub Ģaxeyi-xarü xəs. 

Usan, bəsdi, bülbül tək əfsanədən, 

Gedib yad tut eĢqi-pərvanədən. 

BulunmuĢ bular dəhrdə eĢqbaz, 

Bunu əql ondan verir meynaz. 

Vücudin eylər nar içrə fəna. 

Görünməz ona nurdən masəva. 

Çü bülbül çəkər nalə fəsli-bahar, 

Yana narə pərvanə biixtiyar. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

25



O gülzarə bu nar ara qərqdir, 

Həmin nükteyi-eĢqdən fərqdir. 

Nə hasil bu bihudə əfğandən 

Ki, siz olmayıb kimsə bu xakidən. 

Az ol dəhrdə talibi-əmrü Zeyd, 

Olardan nə bəhrə cüz əz məkrü keyd. 

Vəli salik ol, bir yola rənc tap, 

ÇalıĢ zövqlən, aqibət gənc tap. 

Rəyazət çək, et cismini natəvan, 

YetiĢ bir bəharə, yox orda xəzan. 

Əlin çək təraməti-əğyardən, 

Dəxi söyləmə ayrı göftardən. 

Qələm çək bu batil olan dəftərə, 

Götür mədh yaz ali-peyğəmbərə. 

Ki, oldur bizə rəhbəri-nəĢ’əteyn, 

Xüsusən cənabi-Ġmam Hüseyn. 

DanıĢ mətləbi-rindeyi-nasdən, 

Əli Əkbərü Qasım Abbasdən. 

Müsibət əsasına bünyad qıl, 

Məhəbbət binasını abad qıl. 

Açıb təb’i-gəncini eylə nisar, 

Sədəfdən çıxar lö’-löyi Ģahvar. 

Təqarüblə ver bəhri-nəzmə nizam, 

Kitabı bu bəhrilə eylə təmam. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

26



Təmam eylədi Aciz ol vəz’ü pənd, 

Məzacımda artıq düĢüb sudmənd. 

Edib sözləri xatirimə əsər, 

Könül bağına əsdi badi-səhər. 

O halətdə təhrirə qıldım Ģüru, 

Xudavəndə etdim xüzüvü xüĢu. 

Ki., ey kirdkari-cahan, afərin, 

Xudavəndi-ərĢü səmavü zəmin. 

Bu dəm Qasirin eylə təb’in rəvan, 

Bu sövdadə vermə ona bir ziyan. 

Onun qəlbi-məstini hüĢyar qıl, 

Məhəbbət Ģərabıilə sərĢar qıl. 

Dolub lütfi-həqdən könül içrə nur, 

Bu sözlər xəyalindən etdi zühur. 

Dedim: Aciza, olmasın qissə tul, 

Fəulun, fəulun, fəulun, fəyl. 

Bu bəhrilə bir mətləb etdim əda, 

Baxıb söylədi: Qasira, mərhəba. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

27



UYMA EY DİL, QƏFLƏTƏ... 

Uyma ey dil, qəflətə, az xürdü xab etmək gərək, 

Mə’siyətdən faidə yoxdur, səvab etmək gərək. 

Zə’fdən cümlə vəqalər-süst cismim natəvan. 

ƏĢki-həsrətlən bədən mülkün xərab etmək gərək. 

Sərf qıldın cifeyi-dünyaya nəqdi-ömrüvi, 

Bilmədim bu fitnələrdən ictinab etmək gərək. 

Karivan bir-bir gedər biz dalda qaldıq, ey könül, 

Bir mətaun vara əyləĢmə, Ģitab etmək gərək. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

28



MƏN BU DÜNYAYİ-FƏNADA... 

Mən bu dünyayi-fənada bir əmirə nökərəm, 

Mənbəi helmü fütuvvət, mənĢəi-cudü kərəm. 

Biz ona molla ümumən, ol bizə mollayi-xass, 

Bu səbəbdən hər iki aləmdə olduq möhtərəm. 

Birisi əlqabi-xassında əmirülmöminin, 

Mədfəni-pakında əfvaci-mə’layik dərxidəm 

PiĢivayi-ünsücan mövlayi-cümlə kainat, 

Müqtədai-küllü aləm, bürdü barü möhtəĢəm. 

Mərhəbalar bir belə mövlayə olsun dəmbədəm, 

Mədfəni darissəlamü mövlidi olsun hərəm. 

ƏrĢü kürsi ol vicudi pakdən tapdı, vicud, 

Olmasaydı gər Əli, olmazdı löhü həm qələm. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

29



YENƏ BİR DUSTİ-HƏQİQİ... 

Yenə bir dusti-həqiqi məni salmıĢ yadə, 

Olub ixlasü iradətlə əcəb üftadə. 

XoĢdil eylüb məni bir töhfeyi-canpərvərlən, 

Afərin bir belə Ģagirdə, belə ustadə, 

Bə’zilər kimi degil balığu amma cahil, 

Ədəbü əqlidə paludə, nəzərdə sadə. 

Sinni əsğərdü, vəli ismi Əli Əkbərdir, 

Əhli-xidmət, mütəvazödi, bəsi üftadə. 

Pulu mal ilə deyil Ģiveyi-insaniyyət, 

Mə’rifət, doğrusu moquf idu iste’dadə. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

30



QƏLƏMDANI TƏ’RİF

(F)

Cümlə nəzər əhlində bu türfə qələmdandır, 

Mə’nasına diqqət ver, bir güllü gülüstandır. 

Huri bəbəyindəndir sevri qələmin nuru, 

Həm liqqəsi cananın zülfü kimi qətrandır. 

Biz axtarırıq daim elmü hünərü sən’ət, 

Elmü hünəri sevməz ol kimsə ki, nadandır. 

Qasir necə Ģairdir, elm əhli bilər Ģəksiz, 

Əfsus ki, bu aləmdə hamı bizə düĢmandir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

31



BİR GECƏ DARIXDIM

(F)

...

Bir gecə darıxdım yar həsrətindən, 

Elə bil zülfində həbsə düĢdüm mən. 

Gecə xəyalını basdım bağrıma, 

Nazı məlhəm qoydu ürək ağrıma. 

Xumar gözlərini öpdüm xəlvəti, 

Pəmbə dodağından içdim Ģərbəti. 

Nazından gah dərdə düĢdü ürəyim, 

Göz yaĢım qərq etdi canımı mənim. 

Ruhumu oxĢadı gül tək yanağı, 

Önündə əyildi BədəxĢan dağı. 

Qara gözlərinə vurulmuĢam mən, 

Bir ürək asılmıĢ hər bir telindən. 

Dodağı dirilik suyudur yəqin, 

Məzəsi nabatdan, Ģəkərdən Ģirin. 

Tuti söhbətindən çəkər xəcalət, 

Onun hər sözündə var min məlahət... 

Onda ceyran kimi bir gözəllik var, 

EtmiĢdir Qasiri hüsnilə Ģikar. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

32



MƏNİM CÖVRÜ

 CƏFAYİ-ÇƏRXDƏN... 

Mənim cövrü cəfayi-çərxdən qəlbim mükəddərdir, 

Könül aĢüftə, xatirü-pəriĢan, hali-digərdir. 

Vücudi-zahirimdə min bəla, yüz ğəm hüveydadır, 

Həvəsi-batinimdə yüz aləm min dərdi-müzmərdir. 

Qalıbdır ziri-bari qüssələrdə bəxtiyi-bəxtim, 

Biyabandur, mənzil pürxətər, rəhzən müqəddərdir. 

Zibəs rəncidə olmuĢ xatirim bu çərxi-kəcrudən, 

Tənimdə hər tüküm öz cismimə bir nuki-xəncərdir. 

Həqiqət, eyĢ zövqü Ģövqindən könlüm olub xali, 

Xəyalim gərdiĢi-əyyamdan bibalü bipərdir. 

Olub pəjmürdə gül, gülĢən xəzan olmuĢ həvadisdən 

Ki, gəlməz Ģurə təbim əndəlibi bəs ki, müztərdir. 

BaĢımdan məhvəĢlər vəslinün sevdasi dur olmuĢ, 

Nə də könlümə yadi-dilbərani-mahi-peykərdir. 

Hərifim ruzigari-dun nərdim dərd, nəqĢim kəm, 

Drığa, yox küĢad ümmidi, yaran heyni-ĢeĢdərdir. 

Bu nəhvi dərdlərdən ömrü sərf etmək xəyalətdə, 

Deyil mümkün olunca eyĢ ona kim dərdi-məsdərdir. 

Bəli, bir mərdi-azadə olur məxsus Ģairlik, 

Müridü salikü dərviĢü həm rindü qələndərdir. 

Əgər rind olsa rindanə yazar tə’rifi-mövlani, 

Və gər dərviĢ ola, mə’lum olur məddahi-Heydərdir. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

33 



O Heydər ki, onun mədhini söylüb Xaliqi-Əkbər

Ənisi-Mustafa Ģiri-xuda saqiyi-kövsərdir. 

Qüsurin çoxdu Qasir nəzmdə kamil təəmmül qıl, 

Zəfayayi-xəfadə sakit ol, ol guĢə xoĢtərdir. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

34



KİŞİLƏR 

Ey mənim dostlarım, mən kimi əbləh kiĢilər, 

Fikrü amalı uzun, niyyəti kütəh kiĢilər. 

Bilmirəm kim, nəyə aludə olubsuz bu qədər, 

Salmayırsız məni bir yadıza məh-məh kiĢilər. 

Neçə müddətdü degülsüz mənim əhvalımdam, 

Bilmirəm heç nədir illəti agah kiĢilər. 

Qeyri günlərdə olur məĢğələvüz cümə günü, 

Məni də bari salın yadıza gəh-gəh kiĢilər. 

Bilirəm, yaxĢı yeyib, yaxĢı içürsüz mənsiz, 

Verüsüz saqqalıza, buğlarıza təh kiĢilər. 

Çəkmisüz özüzü bir küncə düĢübsüz gəncə, 

Gah rəiyyət olusuz, gah ĢahənĢəh kiĢilər. 

Bəli, Ġsa ilə dördüncü fələkdə gəzüsüz, 

Heyf bağlandı mənimçün dəri-dərgəh kiĢilər. 

VarimiĢ bir neçə əshabi-vəfa kirdaruz, 

Hər güzərgəhdə qazublar sizə bir çəh kiĢilər. 

Həmlə eylər sizə, gahi mənə sübhanəllah, 

Necə kim həmlə edər zeyğəmə rubəh kiĢilər. 

Sizə bu nüktəni kərrat deyübdür Qasir, 

Olmayın tülkurəviĢ adəmə həmrəh kiĢilər. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

35



ANLAMADIM 

Mən bu dünyada nə fikrü nə xəyal anlamadım, 

Eylədim seyr, nə töhmət, nə məlal anlamadım. 

Bə’zi ətrafi dolandım, məhü sal, anlamadım 

Ki, nədir mərifətü əqlü kamal, anlamadım. 

Çoxları ziynətü zibi özünə piĢə qılıb, 

Qapısın vəz’i-digər, pəncərəsin ĢiĢə qılıb. 

Nə qədər fikri-dəqiq eyliyib əndiĢə qılıb 

Ki, nədir mənfəəti cahü cəlal anlamadım. 

Bə’zilər Məkkəyə getcək adını hacı qoyar, 

Kibridən bir neçə kəs börkünü qıyqacı qoyar. 

Məclis içrə qıçını əyləĢib həllacı qoyar, 

Götürüb boynuna min vizrü vəbal anlamadım. 

ġəxs özü çox çalıĢıbdır özü ne’mət qazanıb, 

Tərki-vacib eyləyib istəsə minnət qazanıb. 

Xəlq iman ilə, din sərf edib, dövlət qazanıb, 

Mən əbəs dalda qalıb, dövlətü mal anlamadım. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

36



PAPİROS 

Vardır insanə neçə düĢmən, biri həm papiros, 

Belə düĢməndir olub insana həmdəm papiros. 

Papirosa meyl edəndən tapmasan bir sinə saf, 

Dər həm elübdür məzaci, təbə salmıĢ ixtilaf. 

Bir də mən hər kim çəkir eylər xilaf ən dər xilaf, 

Qəlbi insani edər dərd ilə müdğəm papiros. 

Söyləsə hər kimsə ondan nəf’i var eylər, qələt, 

Nəf’ onda sürfə, bə’zi rənc, illətdir, fəqət. 

Mən özüm iqrar edib bu  qövlə qoydum dəsti-xətt

Artırar insana dərdü möhnətü qəm papiros. 

Lovmü tərkibin edib bə’ziləri manəndi-yüz, 

Bu zamanda diqqüsill ondan təmam eylər büruz. 

Ömrü zaye, vahi biməna edəndir sinəsuz, 

Əlli ildir görmədim bir nəf’i ondan ta hənuz. 

Ancaq eylər haləti-insani dərhəm papiros. 

Çəksə hər kəs papirosu qəlbi eylər iztirab, 

Rəngini tirə, vücudin süst, ərzatın xərab. 

Ey əzizan, eyliyün siz papirosdan ictinab, 

Bəzilərçün öskürəkdən mümkün olmaz xurdü xab. 

Etmiyüb heç kimsənin qəlbini xürrəm papiros. 

Bə’zi arvadlar papiros çəkməyə eylüb həvəs, 

Ərləri onlar ilə nə nov olmuĢ həmnəfəs. 

Sinələr xır-xır xırıldar, həm gəlir bir parə səs, 

Mərhəba yaxĢı verir xatunaqəm-xəm papiros. 

Vay o gündən qurtara tənbəkü, cibdə qara pul, 

Olmaya bir ayrı yerdən heç Ģey hərgiz vüsul. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

37



Kimdən əmma eyləmək onda gərək etsin qəbul, 

Qorxusundan pul istəməz hərgiz anasından oğul, 

Ta edər hər sirrini özünə məhrəm papiros. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

38



ODUN 

Çıxdı yay, oldu payız, qıĢ yetiĢir ləĢkər ilən, 

Himəsiz kimsə durub, mən kimi əĢki-tərilən. 

Odunu olmasa hər kimsənənin qıĢ fəsli, 

AğlaĢar tifli, çıxar yumruğa arvad ərilən. 

Bə’zi illər meĢədən sel gətirirdi himə, 

DaraĢıb yığmağa mərdum pəsərü doxtər ilən. 

Ġndi Ģükrlillah nə sel vardı, nə vardü himə, 

Keçirir bə’zi adamlar qıĢı çubi-tərilən. 

Vay, mən Qasiri-Ġsmailin əhvalına vay 

Ki, odunsuz çıxarır baĢa qıĢı Hacər ilən. 

Zeydü Əmrilə özümə baxub ollam asi, 

Çıxaram cəngə xudavənd ilə, peyğəmbər ilən. 

KiĢi məktəbdar olunca bu vilayətlərdə, 

Yeydir ondan dolana gavü xərü əstər ilən. 

Bir neçə Ģəxs ilə ülfət eləməkdən yeydir, 

Gedib ülfət eləmək Artun ilə Kaspar ilən. 

Bizim əbnayi-zəmanə eləməz hiç tə’sir, 

Zülfüqarın götürüb, gəlsə Əli Qənbərilən. 

Lənkəranda neçə ildir edirəm nəĢvü nüma, 

Burda mən anlamadım doğrusu, xeyri Ģərilən. 

Tə’n hər hizu dənidən, mənə xoĢtərdir bu, 

Edələr cismimi yüz parə əgər xəncər ilən. 


MİRZƏ İSMAYIL QASİR  - 210

329 


QıĢda qiyamətki əgər qopsa müĢəxxəsdir bu 

Ki, odunsuzlar özün narə salır kafər ilən. 

Az qalıb bir para arvad qoya baĢına papaq, 

Dolana bir para nakəs kiĢilər mə’cər ilən. 

Bəs dəgüb zövrəqi-iqbalimə əmvaci-zaman, 

ÇəkmiĢəm sahilə öz nəfsimi min ləngər ilən. 

Ġndidən xəlq odun fikri edir, amma kim

Olub əngüĢt bərabər mənə xaküstər ilən. 

Gər samavar kömürü olsa mühəyya, göndər, 

EĢĢək Alaverdi, sıpa Mehdi, qoduq Cəfər ilən. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

40



LİMU 

Ey bizim dəstənin həmsöhbəti, limu götürən, 

Bağ ara cümə günü xəlvəti limu götürəm. 

Eylədin sən necə bu cür’əti, limu götürən, 

Etmədin heç mənə bir hürməti, limu götürən. 

Bilmədin, neynək, apardın, yenə göndərsəydin, 

Ya məgər eyb gəlirdi sənə, göndərsəydin. 

Qoyub üstünə birin də mənə göndərəydin, 

Eyləsəydin mənə bu xidməti, limu götürən. 

Çün o limunu mənə bağda ġahbaz verib, 

Göstəribdir o neçə qəmzəvü yüz naz verib. 

Dostlar içrə belə töhfəni o az verib, 

Xeyli artıbdır onun qiyməti, limu götürən. 

Lotu limunu yeyib paylayıb, Hatəm görünüb, 

Müftə maldır gözünə pareyi-Ģəlğəm görünüb. 

Belə limuni yeyən əhli-cəhənnəm görünüb, 

Bilirəm görməyəcək cənnəti, limu götürən. 

Ey mənim munisimü həmdəmü yarım, limu, 

Qıymadım mən səni çaqqu ilə yarım, limu. 

Laməhalə mənə göndərmədi yarım limu, 

Nə ədavət eləyib fürsəti, limu götürən. 

Heyf o limuya ki, bir ay mənə eylərdi kifaf, 

Billəm, üç gündə təmam etmisən, ey biinsaf. 

Heç limu ola bilməzdi o limu kimi saf, 

Qaldı sinəmdə onun həsrəti, limu götürən. 

Bu oğurluq iĢidir, ya da ki, ərk eyləmisən, 

Hər birisidir qərəz, bu iĢi bərk eyləmisən. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

41



Müxtəsər, hər nə isə, vacibi tərk eyləmisən, 

Unudubsan necə gör sünnəti, limu götürən. 

Hünərin var isə izhar elə, adın nə isə, 

Yandıran ey məni bağındaCavadın, nə isə. 

Gər bu limunu götürməkdə muradın nə isə, 

Saldın ortalığa bu firqəti, limu götürən. 

Dərdi-limu eyləyib rəngimi limu kimi zərd, 

Ġçirəm çayı yavan, çulğalayıbdır məni dərd, 

Qeyzdən xamə alıb dəstimə yazdım neçə zərd, 

Xeyli artıqdır onun qiyməti, limu götürən. 

Qasirin fikri deyildi bu rədiĢ namə yaza, 

Bircə limudan ötür bir belə həngamə yaza. 

Var idi qəsdi onun məclisə “ġahnamə” yaza, 

Olmadı heyf onun qisməti, limu götürən. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

42



BAHALIQ 

Saldı, heyhat, cahan mülkünə Ģöhrət bahalıq, 

Bir para xalqa verir xeyli əziyyət bahalıq. 

Bavücudi bu ki, hər qəllə firavan görünür, 

Un, dügü ilə dolub, anbarü dükkan görünür. 

Degü müĢkül bu iĢin çarəsi asan görünür, 

Salıb ortalığa təlx indiki dəhĢət bahalıq. 

Dövlət əhli özünə cəm qılıb rahi-məaĢ, 

Tökülüb kasibi-biçarələrin baĢına daĢ. 

Gər çörək tapsa nahar vəqti yeyər axĢama aĢ, 

Füqəraya günü-gündən verü zillət bahalıq. 

Nazil olubdu hələ əvvəli-mətləbdü bəla, 

Vay o gündən ki, bəla yer yüzünə nazil ola. 

Göstərə üz bu zaman əhli üçün qəhtü-qəla, 

Pənah Allaha, əgər eyləsə Ģiddət bahalıq. 

Sübhdən Ģama kimi eyləsə hər kəs hərəkət, 

Nə qədər kim qazana olmayacaqdır bərəkət, 

Bu bahalıq salan əĢxas gedərlər dərəkə, 

Olacaqdır hamı müstövcibi-lə’nət bahalıq. 

Gündə min yük dügü və un gəlü payi-qapana, 

Həzərati dügüçilər salu qapan-qapana. 

Bir deyən yox, cülovun çəkgilə atın çapana, 

Qoymayın böylə bol ildə qala büdrət bahalıq. 

Bilməyir çox qocalar kim, nədir adabi-namaz, 

Tanıyır cümlə cavanlar nədü tənbur ilə saz. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

43



Çoxu aludeyi-üsyançi pusti-pəyaz, 

Tapılır çox belə əyyamda nikbət bahalıq. 

Neçəsi badəxoru tiryəkiyü bəngi olub, 

Neçəsi mütrübü tənburzənü çəngi olub. 

Qəl’ənin əhlilərinin çoxu  həmrəngi olub, 

Xalq arasına salıbdır belə millət bahalıq. 

Dövlət əhli, girəvə vəqtidi, dövlət qazanır, 

Molla biçarə zəkat istəsə töhmət qazanır. 

Hərə bir molla tutur, xassə rüĢvət qazanır, 

Kasıbın baĢına saldı daĢı xəlvət bahalıq. 

Bu təəccübdü ki, bir dəstə gəlibdir əmələ, 

Hacı filan, filan nəstə gəlübdür əmələ, 

Xeyli ahəstəvü ahəstə gəlibdür əmələ, 

Nə bu il, çoxdan edüb hamısı niyyət bahalıq. 

Ərdəbildə necə əmvatı edibdr əhya, 

Adı tək qurbanıyam Mirzə Ələkbər ağaya 

Ki, olub əhli-sualın hamısı əhli-dua, 

Öylə tə”sir eləməz onlara nisbət bahalıq. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

44



BAHALIQDAN 

Yaran tutub afaqi hamı qəm bahalıqdan, 

Əndühü qəm olmuĢ mənə həmdəm bahalıqdan. 

Hifz eyliyə xaliq bizi bundan betərindən, 

Yalvarmıya naməhrəmə məhrəm bahalıqdan. 

Bir elə cavanmərd hanı sahibi-dövlət, 

Qoysun füqəra zəxminə mərhəm bahalıqdan. 

Çox kimsəyəar oldu, gedib qeyrəti əldən, 

Çox kimsə olub xeyli mükərrəm bahalıqdan. 

Yarəb, nə bəladır bu dutub xalqı sərasər, 

Yox eyləmiyən Ģikvə bir adəm bahalıqdan. 

Hər kimsənənin vardır əgər dövlətü malı, 

OlmuĢ oların xatiri xürrəm bahalıqdan. 

Bir təkyəyə etmiĢ neçə əĢxas təkiyyə, 

Olmub oların haləti dirhəm bahalıqdan. 

Bu əsridə, yarəb, hanı Mə’n ibn Süleyman, 

Bəzl eyliyə manəndeyi-Hatəm bahalıqdan. 

Yarəb, sən özün görmə rəva nakəsü dunə, 

Tainki ola gərdənimiz xəm bahalıqdan. 

Yalvartma bizi bir para namərdu ləimə, 

Vermə bizə sən dərdü qəm, ölləm bahalıqdan. 

Qıymaz verə bir loğma zəifü füqəraya, 

Eylər qızılı köksinə müdqəm bahalıqdan. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

45



Əhli füqəranın baxıb əhvalına ağlar, 

Bəlkə, baĢ açıb Ġsayi-Məryəm bahalıqdan. 

Bir ildir ki, tədricilə bu payəyə yetmiĢ, 

Allah bilə, artıqdır müqəddəm bahalıqdan. 

Bilməm nə zaman karə gəlir dövlətü ne’mət, 

Biçarə olub bir para adəm bahalıqdan. 

Amma elərəm bir para adama tamaĢa, 

TapmıĢ hərə öz nəfsinə bir cəm bahalıqdan. 

Qənd müftə, dügü, yağ və qoyun, çay havayi, 

GöstərmiĢ özün hər biri Rüstəm bahalıqdan. 

Anbarı dolu buğda, sənduqu dolu pul, 

OlmuĢ pula həmsöhbətü həmdəm bahalıqdan. 

Bircə məni-biçarəyə əlhəqq deyə billəm, 

XoĢ keçmədi bu mahi-məhərrəm bahalıqdan. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

46



PUL 

Yarəb, nə Ģurdur ki, tutubdur cahanı pul, 

VurmuĢ biri-birinə zəminü zamanı pul. 

Çox tacir oğlu taciri həmmal eyləyib 

VermiĢ qapan dibində dalına palanı pul. 

Həm Badkubə Ģəhrini abad eyləyib, 

Bir növilən ki, Ģərhə yetiĢməz bəyani-pul. 

Bir kərpicin qızıl eyləyibdir, birin gümüĢ, 

ġəddad qəsrinə eyləyib ani sani pul. 

MəĢhuri-ruzigar edibdir Nəqiofi, 

Mə’rufi-əsr Hacı Hacıağanı pul. 

Gəh bir zaman pəĢĢəni manəndi-fil edər, 

Gəh bir qarıĢqa tək eyliyur əjdahanı pul. 

Hər yerdə mümsük olsa onu axtarıb tapar, 

Eylər onun cibində, evində məkanı pul. 

Ol vəqtdən ki, velkəcəri eyləyib biruz, 

Abad edibdi dayireyi-Lənkəranı pul. 

Bir cövhəri verib Bakıya nefti-cövhəri, 

Baqqalları hesab eləməz milyanı pul. 

Çox aĢikar eyblərə pərdələr çəkib, 

Zahir edibdi bir para sirri-nihanı pul. 

Eylub kəman kimi nə qədər sərv qaməti, 

Döndərdi sərvə bir para qəddi-kəmani pul. 


MİRZƏ İSMAYIL QASİR  - 210

3

47



Yer iĢlərin təmam eyləyibdir yavaĢ-yavaĢ, 

Ġstər ki, asimana qoya nərdivanı pul. 

Pəndir tapmayanlar əhlinə Ģalvar geydirər, 

Ġndi ayağa geydiri cəkkiz tumanı pul. 

Gahi uĢaqlıq eybini bilmərrə məhv edib, 

Ortalığa çəkibdi filanü filanı pul. 

Ġranda bir gəda beççəni xan eyləyir, 

Gahi edər rəiyyətə möhtac xanı pul. 



MİRZƏ İSMAYIL QASİR  - 210

3

48



Yüklə 6,56 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin