Molla nəFƏs bu məkana gəLMİŞƏm baki 2010 Türksoy kitabxanası seriyası 3



Yüklə 3,6 Mb.
səhifə7/9
tarix31.01.2017
ölçüsü3,6 Mb.
#6761
1   2   3   4   5   6   7   8   9

DASTAN İÇİNDƏ
Övəzmurad xanın vəsfin

Deyirəm dastan içində.

Ovçusudur dağın, düzün,

Haq mübarək qılmış özün,

Bəllidir mərdan içində.
Can yandırıb ulus-elə,

Özü kimi ərlər ilə,

Qılınc vurub sağdan-sola,

Düşmənə çəkdirib nalə,

Qılıncları qan içində.
Ovun alan ovçu bazdır,

Söhbətində gündə sazdır,

Qəmgin könül sərəfrazdır,

Bir açılan lələzardır,

Elatlar seyran içində.
Xocamlar aləm nəqqaşı,

Onlar gümüşdür, bu - qaşı,

Hamıdan ağırdır daşı,

İki dünyanın günəşi,

Aman, əsən olsun başı,

Dövlətü dövran içində.


Tanıtdı özün cahana,

Kafirə, həm müsəlmana,

Nan verib gələn mehmana,

Sahib-təmiz, ağlı dana,

Atlanıb çıxsa seyrana,

Görənlər heyran içində.


Kafirlərdən alıb öcü,

Yəhərdən vurdu qılıncı,

Tehrana yetdi bir ucı,

Şahlar özü, taxtı-tacı,

Titrədi lərzan içində.
«Aləmdə buntək ər vardır»,

Desələr yalan göftardır,

Ulu elimə dərkardır,

Düşmənlərə sitəmkardır,

Çün həqiqi doğan ərdir,

Təkə, Söyünxan içində.


Xoş sözlə gəlsə göftara,

Şəfa verər hər bimara,

Daş əriyər, olar para,

Əjdəri eylər avara,

Bənd eyləyər şahi-mara,

Bir pozuq viran içində.


Nəfəs der: Övəzmurad xan,

Şərəfinə qoşdum dastan,

Mədəd diləsə hər insan,

Olar hər bir müşkül asan,

Hümmətin yetişər müdam,

Bəndəyə zindan içində.




SƏNİN
Ey xocam, vəsfini desəm, canı-cananlar sənin,

Məst edib minsən ata, bu ala meydanlar sənin.

Dayanıb seyr eyləsən, sərgəştə heyranlar sənin,

Gümüş, zər, altın, qızıl, ləli-zərəfşanlar sənin,

Beş gün bu dünyada kef sür, dövri-dövranlar sənin.
Əlmüdam söhbət tutub, bəzm eyləyib şahlar ilə,

Xoş zəbanü xoş süxən söz qursa danalar ilə,

Ömür ötürsən beş gün zövqi-tamaşalar ilə,

Sərbəsər əsbabi-zər, gülgüni-sərpalar ilə,

At minib, xirqə geyib, qırmız ipək donlar sənin.
Əsliniz idi rəsuli-ənbiyalar sərvəri,

Hamıya puşti-fəna ümmətlərın taci-səri,

İki aləmin çırağı, gün üzünin gövhəri,

Sən onun fərzəndisən, asi müridlər rəhbəri,

Xaki-payın arzu eylər, bütün insanlar sənin.
Qollarında şahin, laçın, həm ütəlgi, bəhri-baz,

Ovların ördək, sona, göllərdə gəzən quba qaz,

Sərçəmənə daxil olsan, bir açılan lalə yaz,

Acları sirab edib, aləmi edib sərfəraz,

Adili-Şirvan sənin, Hatəm verən nanlar sənin.
Pənahım, ya rəsul, çox ağladı, zarü zəlil,

Hamıdan əfzəl qılıb xəlq eylədi rəbbim cəlil,

Sorsalar vergil cavab, Quran ona olmuş dəlil,

Xaki-payın torpağına baş qoyarlar bütün el,

İtlərin gərdinə yetməz xanu sultanlar sənin.
Dövri-divan məclisində xoş süxən, şirin zəban,

Dava günü eylər savaş meydan ara Rüstəm nişan,

Bir günü çıxsa şikar, düşmən yoluxsa nagəhan,

Ol günü orta düşər meydan içində pəhlivan,

Döyüşərsiz, durmadan canında ərmanlar sənin.

Ey Nəfəs, vəsfin desəm, əhli-Söyünxan pirisən,

İsminiz Övəzmurad xandır, xocaların şirisən,

Əhli-islam baydağı, kafirlərin zincirisən,

Mehriban, əhli-ulusun dərdinin tədbirisən,

Mində bir vəsfinə yetməz işbu dastanlar sənin.



XOCAM
Siz qulaq verin sözə, vəsf eyləyək pirim, xocam,

Dəstgirim, şəbçırağım, rövşənim, nurum, xocam.

İstəsəm hazır olam, min dərdə tədbirim, xocam,

Girsə meydana savaş gün arslanım, şirim, xocam,

Dini-islamın sevinci, qüvvətim, zorum, xocam.
Gəlsə mehman dörd tərəfdən nazi-nemətlər verib,

Bu ulu dəstgahına aləm ki heyrandır görüb,

Görmədim siz tək, xocam, işbu cahanı axtarıb,

Görsə mömin balasın rəhm eyləyib, halın sorub,

Qəhr edib kafirlərə, sənsən sütəmkarım, xocam.
Pəh, əcəb sahib-kəramət övliyalar sərvəri,

Cəm olub aləm gələr sanki rəsulun ləşkəri,

Görmədim siz təki ər, seyran qılıban hər yeri,

Gün üzünün güzgüsü, on dördü şəbin ənvəri,

Qədəminə baş qoymaq arzuyi-didarım, xocam.
Atı Düldülə bərabər, ala meydan zinəti,

Min tümən bir tarına versən yetişməz qiyməti,

Seyr edib meydan ara kafirə saldın şiddəti,

Həm səxalıq babında Hatəmdən əla hümməti,

Əhli-dinin qüvvətisən, sən mədədkarım, xocam.
Ey Nəfəs, acizlərə söz söyləyər şirin zəban,

Həm qəriblər arxasıdır, həm ulusa mehriban,

Çox yetimlərə ata, iki cahanda sayəban,

Hamıya puşti-fənadır bu cahanü ol cahan,

Yıxılanı qaldıran arxam, havadarım, xocam.

ÖVƏZMURAD XAN
Övəzmurad xan xocamın vəsfi mənə dastandır,

Allah nəzəri düşən mərdaneyi-məstandır.

Meydana girən saat həm şirdir, həm arslandır,

Əhli-xocalar xanı, sərkərdeyi-sultandır,

Dağlarda salan yolu Fərhad ona heyrandır.
Şöhrətı, ulu adı bu aləmə dəftərdir,

Sifətı, əsil zatı hər mənsəbə rəhbərdir,

Kafirlərə heyhatı salanda sitəmgərdir,

Qəlbində kəraməti xurşid ilə ənvərdir,

Hər kimə nəzər qılsa, qəm kişvəri virandır.
Söz qursa süxənvərdir şahların otağında,

Göftar kimi bülbüllər heç ötmədi bağında,

Ol kimi pələng-şirlər cəng qılmadı dağında,

Düşmən ilə cəng edib məstaneyi-çağında,

Qaşında qərar edən, ya rəb, necə insandır.
Bidar olub hər gecə, er durmağı adətdir,

Hər gündə qılar ehsan, əlləri səxavətdir,

Ol ruzi-qiyamətdə meyvələri cənnətdir,

Bu zati-şəriflərin didarı qənimətdir,

Xidmətdə olam daim, beş gün bizə mehmandır.
Otaqları eyvanlı, məstanə ərəb atlı,

Hayqırsa bülənd ünlü, düşmənlərə heybətli,

Çox oğul vermiş ona, dövran ilə dövlətli,

Zənənləri zibadır, huri kimi surətlı,

Hansına rücu edib, seyr eyləsə seyrandır.
Övəzmurad xan derlər, əhli-xocalar şahı,

Bu külli Söyünxanın seyranı, nəzərgahı,

Kafir ilə islamın həm yolu, güzərgahı,

Zinəti zəminlərin, asman üzünün mahı,

Seyr etsə səmaları, əflak gözü giryandır.

İslamlar ara gəlmiş bir gövhəri-yekdanə,

Ey bəndə Nəfəs, vəsfin nəzm eylə bu dastanə,

Hər gündə içərsən mey, dünya mənə meyxanə,

Mənsura sən bərabər, Məşrəb ilə həmxanə,

Həqq aşiqi-şeydayam mey verən ol canandır.



QACARBAY
Sifətın yazaram ulu ellərdə,

Sənsən igidlərin xanı, Qacarbay.

Seyr edərsən səhralarda, çöllərdə,

Dünyanın zinətı, şanı, Qacarbay.


Qışlaqdan yaylağa qonub-köçərsən,

Şəkərlər yeyərsən, şərbət içərsən,

Mehman gəlsə, nazü nemət saçarsan,

Sərf eyləyib gənci-kanı, Qacarbay.


Əsbab səndə, yaraq səndə, at səndə,

Ulu sənət səndə, ulu ad səndə,

Sevsən oğul, qucsan pərizad səndə,

Qənimət bil bu dövranı, Qacarbay.


Əyyamında sən şahların şahısan,

Haqqın sevən qulu, nəzərgahısan,

Kafir, müsəlmanın güzərgahısan,

Hatəm qılmaz bu ehsanı, Qacarbay.


Dünya malın bir ehsana satarsan,

İki dünya məqsədinə yetərsən,

Əli, Hatəm ötdü, sən də ötərsən,

Kim tutubdur bu dünyanı, Qacarbay.


Mehman gəlsə, qulluq edib can ilə,

Axirət qazandın çox ehsan ilə,

Nər götürməz dolu dəstərxan ilə,

Aləmə sərf etdin nanı, Qacarbay.


Məclis edib gündə söhbət-saz ilə,

Bəzm qurub, ömür sürər yaz ilə,

Təzə-tər cüvanlar, novca qız ilə

Kef sür beş gün, ötər fani, Qacarbay.


Nəfəs der: sözləsəm, vəsfinə yetməz,

Sözləməsəm, sözüm ürəkdə yatmaz,

Eldə igid çoxdur, özündən ötməz,

Danaların çox dastanı, Qacarbay.


MƏRDLƏRİN MƏRDANIDIR
Baxşı elində Qacarbay bütün elin canıdır,

Qoç igidlərin başı, sərkərdə, sultan-xanıdır,

Gecə-gündüz məclis edib, sürdüyü dövranıdır,

Dava günü meydan girsə, mərdlərin mərdanıdır,

Şək deyildir, hamıdan əfzəl qılan insanıdır.
Görmədim on tək igid işbu cahan bazarında,

Sözləsə bülbül səza, baği-cahan gülzarında,

Guya ki qəndü baldır, söz qursa hər göftarında,

Yel yetişməz, səyridib sürsə bədəv rəftarında,

Hər günü çıxsa şikar, aləm onun seyranıdır.
Nan verib, nemət saçıb, elləri edib sərfəraz,

Nov gəlin, novca cüvan qaşında hər gün cilvəsaz,

Arqamaq ziba bədəv, əsbabı üçün, təbləbaz,

Şairi-əllamələr vəsfini eylərlər bəyaz,

Aləmə məşhur olan həm özü, həm dastanıdır.
Özü tək şirü pələng çıxmaz Ərəfat dağına,

Sən kimi şeyda uçub qonmaz İrəmin bağına,

Ər özüm deyən kişi yetməz ayaq torpağına,

Pis fələk kərh urmasın dövlət-səadət çağına,

Hər qılan karın görüb, xalqlar onun heyranıdır.
Ölkeyi-əzəm deyərlər bu Marı-Şahi-Cahan,

O qədər dava qılıb ötən zamandır bu zaman,

Xankeçən şəhrində gördüm, sel yerinə axdı qan,

Başa-baş eylər təlaş, Rüstəm savaş, Heydər nişan,

Cəng qılıb düşmən ilə nabud edən meydanıdır.
Hamıdan əfzəl yaratmışdır onu ol zülcəlal,

Əhli-düşməni ayaq altında olsun payimal,

Hər kişi olsa xəsm, tanrı ona versin zaval,

Dövləti olsun ziyad, fərzəndləri tapsın kamal,

Qıldığım xeyir-dua, könlüm onun məstanıdır.

Aclarnı aşdan doyurub, təşnələri qandırıb,

Hər tikəndən gül üzüb, hər zəhrdən bal alıb,

Döyüşüb düşmən ilə, necə qoşunları qırıb,

Huriləri, rizvanları qarşı gəlir, qol sındırıb,

Ol günü dəstin tutan, bir gövhəri-imanıdır.


At götürdi, şöhrət aldı, çağırıb cabbarını,

Gəlsə mehman, qulluq eylər yarını-əğyarını,

Tüm xəlayiq arzu eylər dövlətü didarını,

Yov günü orta düşüb, qızdır savaş bazarını,

Yüzdə min ləşkər çəkən şahlar onun yeksanıdır.
Şanü şövkət, nazü nemət, dövlətü dövranlı bay,

Çox qılıb rozə, namaz, həccü zəkatın cabəca,

Dünyaya zinət deyə Bilqeysi xəlq etmiş xuda,

El içində guya ki məşhur olan on dördü ay,

Həm Mühəmməd ümmətı, dörd yarlar yaranıdır.
Der Nəfəs: şamü səhər qadir haqqı yad eyləyir,

Qəhri-haqdan qorxuban, pünhani fəryad eyləyir,

Gəhi lütfündən ümid edib, özün şad eyləyir,

Eldə çox qul bənd edib, çox qulu azad eyləyir,

Rəhmətindən göz tutub, hər gün qılan ehsanıdır.


GƏLDİ
Əsən bay, mübarək olsun,

Dövlətin, dövranın gəldi,

Düşmən ağlar, dostlar gülsün,

Arzu və ərmanın gəldi.


Ayrıldı ayrılıq yolu,

Bu gün əsdi vüsal yeli,

Açıldı bağların gülü,

Baharın, baranın gəldi.


Üzün görməyə zar oldun,

Yolunda intizar oldun,

Arzusunda bimar oldun,

Təbibin, dərmanın gəldi.


Hicr oduna yana-yana,

Muradına yetdin yenə,

Quru surət qalan tənə,

Bu gün təzə canın gəldi.


Ləzzətli dövran sürdüyün,

Saz ilə söhbət qurduğun,

Canından əziz gördüyün,

İzzətli mehmanın gəldi.


Bülbülün qondu gülünə,

Qüvvət verdi sağ-soluna,

Şunqarın qondu qoluna,

Şikarın, seyranın gəldi.


Şəhərin, sarayın, kəndin,

Şirinin, şərbətin, qəndın,

Mehriban, əziz fərzəndin,

Dövlətli sultanın gəldi.


Nəfəs deyər söhbət-sazın,

Sovulmasın qışın-yazın,

Şairlər söyləsin sözün,

Dövranın-dastanın gəldi.


DEYİM
Mir Məhəmməd xanın vəsfin eylərəm,

Söhbətində gözüm gördüyün deyim.

Tərif deyil, sifətini söylərəm,

Ürgənçdən sər çəkib yürdüyün deyim.


Urus kafir gəldi islam üstünə,

Bu səbəblə dost qovuşdu dostuna,

İslama rəhm edib kafir qəsdinə,

Ağır dövlətləri sürdüyün deyim.


Urus-türkmən bir-birinə tuş olub,

Oşol gün meydanda tərs savaş olub,

Mirməmməd xan Söyünxana baş olub,

Kafiri qoyun tək qırdığın deyim.


İslam bir dəryadır, kafir gorxana,

Yalın dərya düşsə çıxmaz asmana,

Ol gün nəzər qıldım Mirməmməd xana,

Atəşgaha özün vurduğun deyim.


Qəzəb ilə çıxıb Məmmədəmin xan,

Səraxsı, Marını qorudu tamam.

Xalqa insaf edib, olub mehriban,

İslama çox qüvvət verdiyin deyim.


Allahın qatında niki-nam olub,

Peyğəmbər nəzdində ehtiram olub,

Rahi-şəriətə ehtimam olub,

Dəyanət mülkündə durduğun deyim.


Qaraoğlan, Mirməmməd xan bəradər,

Sanki Rüstəm ibn Zala bərabər,

Heybət edib kafirlərə sərasər,

Düşmənin bağrını yardığın deyim.


Nəfəs deyər iki qardaş qarışıb,

Ağlaşıb, görüşüb, şirin danışıb,

Yağlı gün yad olub, yad gün yaraşıb,

Dəmir qala olub durduğun deyim.


BƏDƏVDİR
Mən Dor atın övsafını söyləyin,

Hər sarıdan çox hünərli bədəvdir.

Balıq sağrılıdır, tavıl gərdənli,

Qızıl yəhər, simuzərli bədəvdir.


Tükü dür, dırnaqlı, piyalə gözlü,

Qarğı tək qulaqlı, əlif tək üzlü,

Mehrab tək alınlı, arslan ağızlı,

Quruca sümükdən sərli bədəvdir.


Bir quş kimi dönüb gəlsə iraqdan,

Geri qalmaz nə Düldüldən, Buraqdan,

Dartınıb tez gələr güllədən, oxdan,

…………………………bədəvdir.


Yoldaşın önündən şimşək tək qaçar,

Gəhi yüyən qapar, gəh ağzın açar,

Dəp versən quş kimin asmandan uçar,

Şahin tək qanadlı, pərli bədəvdir.


Sərvi tək gərdanlı, bülənd gərişli,

Gül kimi dodaqlı, dürdanə dişli,

Düldül tək sürətli, Buraq yerişli,

Ensə-çıxsa xoş rəftarlı bədəvdir.


Əsli bina olmuş Axal elində,

Bahası min tümən şahlar pulunda,

Övəzmurad xan xocamnın əlində,

Nər qüvvətli, pələng zorlu bədəvdir.


Dəhanında dişi dürdən əkilən,

Nazik yalı gül üzünə dökülən,

Nişanəsi cədvəl ilə çəkilən,

Əlif, saqar üzü nurlu bədəvdir.


İraqdan gələndə uçar quş kimi,

Bir dartınsa dağdan qaçan daş kimi,


Zər, gümüş üstündə qırmız qaş kimi,

Cahan görkü, əcəb karlı bədəvdir.


Nəfəs deyər, alsa bir xosrov qazı,

Qapana zər salıb çəksin tərəzi,

Meyindən məst olub xocamın özü,

Minib çıxsa, çox nəzərlı bədəvdir.



BƏDƏV
Ata-babanı desəm, Düldülün öz oğlu sən,

Ana-nənəni desəm, cənnəti-reyhan yeli sən,

Xasiyyətini söyləsəm, sevimli, sevgili sən,

Ağlı adam, cinsi heyvan, kəsəri-dana bədəv.


Kəklik kimi səkərsən, boz balaman tək baxışın,

Mislini dastan edim, ceyran kimi yürüşün,

Yola düşsən, yorğasan, kəklik kimi səkişin,

Yoldaşa heybət vurar, girsə meydana bədəv.


Xas bir adam olmasa, nadan bilməz tabını,

Xörəyi xürrəm olar, mahmal qayırsam qabını,

Simuzər, altın-gümüş mən bəzəsəm əsbabını,

Quru bəzəklər ilə verməm səni xana, bədəv.



XƏBƏR VER
Dəli könlüm, dönüb baxsan keçmişə,

Nə qalmaqal keçdi başdan, xəbər ver.

Yalana yaran yox, düz de həmişə,

Yol başladın neçə işdən, xəbər ver.


Gənc ikən oxudun dürlü dastanı,

Sanki seyr elədin bağı, bostanı,

Sanırdın özünü eşqin məstanı,

O sevdiyin qələm qaşdan xəbər ver.


Elm oxuyub hansı yola yollandın,

Bir nadansan, xalq içində bəlləndin,

Nə arifdin, itdən betər aldandın,

Heç utanma, Bostantacdan xəbər ver.


«Molla Nəfəs» deyə adın tutarsan,

El içində əllaməlik satarsan,

Fikirləş bir, nam-nişansız ötərsən,

Harda qaldı, iyirmi beşdən xəbər ver.


Heç bir işə yapışmadın can ilə,

Bəlkə də aldandın quru san ilə,

Tərs cədəldə qarşı durub on ilə,

Nələr gördün, şol oluşdan xəbər ver.


Nəfəs, sən demə ki, tuti dilim var,

Filankəsdə dövlət, ya da elm var,

Hər kim olsa, onun üçün ölüm var,

Əcəl meyin içhaiçdən xəbər ver.



A



Qaçmaqdan olmuşam incik,

Ayaqlarım muncuq-muncuq,

Elatda da qonur qancıq

Yetib-yetib dişlər, ağa.
Yüyəndən bərk yapışmışdıq,

Çıxcaq yola, çapışmışdıq,

Mən öndəydim, yol azmışdıq,

Olur belə işlər, ağa.
Nəfəs yatar gün doğunca,

Qoy pənd olsun ta ölüncə,

Bunlar ilə ət yeyincə

Kaş yeyəydim daşlar, ağa.

YARAŞMAZ
Ağzıbir olmalı dövlətli elat,

Hərc-mərclik ulu elə yaraşmaz,

İş ötəndən sonra qılıb ah-bidad,

Sonrakı əfğanü nalə yaraşmaz.


Xana elat gərək, elə sər gərək,

El-oba uğrunda şiri-nər gərək,

Hər sözün-söhbətin rəngi bir gərək,

Bir məclis içində ala yaraşmaz.


Bir igidin zatı haramdan gəlsə,

Müdam dərs oxusa, təlimin alsa,

Kəlam xətm eyləyib, müdərris olsa,

Əyri oxur, doğru yola yaraşmaz.


«Nun» məskən eyləmiş qanın içində,

«Dal» vətən eyləmiş donun içində,

«Əlif» məkan tutmuş canın içində,

«Əlif»in hörməti «dal»a yaraşmaz.


Seçib hakim qoysan ərin ərini,

El üçün sərf edər bütün varını.

Qoyunlara çoban qılsan börünü,

Qoyun qədəmində gələ yaraşmaz.


Fərz, vacib təamı dost ilə yemək,

Özünü süd bil sən, dostunu qaymaq,

Nəfəs der: söz çoxdur, yaxşısın bilmək

Kəm zehinə, acı dilə yaraşmaz.



VAR İKƏN
Bəndəsən, allaha eyləsən taət,

Beldə qüvvət, təndə də can var ikən.

Gündə beş vəqt durub eylə itaət,

Üstünüzdə bu gen cahan var ikən.


Eşqi-həqq olmasa, ciyər dəlinməz,

Tövbəsiz tənlərdən günah silinməz,

Bu əyyamda yaxşı qədri bilinməz,

Cahan içrə çoxlu yaman var ikən.


Məsumə ol, məqsədinə yetərsən,

Qərq olarsan, iki gəmi tutarsan,

Yolunun üstündə qafil yatarsan,

Qəfil ötən bu karivan var ikən.


Mən-mən deyən ərlər keçdi cahandan,

Sən də vəhm eyləgil bu şirin candan,

İnanmasan, xəbər algil meydandan,

Tamam köhnə min xaraban var ikən.


Dünya bir saatdır, heç ağla gəlməz,

Qafillər dünyanın sirrini bilməz,

Dünyada haq qalar, bir kimsə qalmaz,

Bu yalançın, bu bivəfan var ikən.


Qəsd eyləyib, qəza oxu atıldı,

Qorqud yüz il qaçdı, axır tutuldu,

Əzrail rəxşindən kimlər qurtuldu,

Qara yer tək bir əjdəhan var ikən.


Nəfəs der: yaxşılar sözün almadım,

Əhli-daniş ilə həmrah olmadım,

Allah buyruğuna əməl qılmadım,

Könül adlı bir sərgərdan var ikən.



BAŞ QOYAR



Hər ulduzdan olmaz Mizan tərəzi,

Hər molladan olmaz ədalət, qazı,

Hər arvad ərindən olsa narazı,

İş bitirməz, qalmağala baş qoyar.
Qaş sürmələr, əyin-başın xub bəzər,

Varmaz dost öyünə, yadları gəzər,

Bax, belə əyaldan, həzər, səd həzər,

Əl-müdama yumrulmuşun boş qoyar.
Gəlsə bahar, yağmur yağar, göy gurlar,

Ərinə bildirməz, müdam sir gizlər,

Öz öyünün var zadını oğurlar,

Açığa bir, gizli yerə beş qoyar.
Nəfəs deyər budur sözümün canı,

Qəlbimə çəkərsən min dürlü dağı,

Ərinə bişirməz bir quru nanı,

Oynaşına yağlı təam, döş qoyar.


OLAR
Adəmzad bir qəvvas, dünya bir dərya,

Bura gələn bu dəryaya tuş olar.

Kimi hasil eylər gövhəri-iman,

Kiminin yığdığı qara daş olar.


Ömrünü keçirsən hay ilə huyda,

Səyyad izin izlər, qəfil sən öydə,

Axirət yarağın qılmadın fayda,

Məhşərdə bağrın qan, gözün yaş olar.


Dünyanın hirsindən ötə bilməzsən,

Tutdum deb dünyanı tuta bilməz sən,

Günaha yükləndin, yetə bilməzsən,

Məqsədlı cayına mənzil daş olar.


Dünyanı dost tutmaq külli ziyandır,

Aşnadan daş salar, məkri əyandır,

Dünya malı məhşər, ilan-çayandır,

Mari-kəjdüm niçin qarındaş olar.


Aqil olan gözlər, varar cayına,

Baxmazlar dünyanın günü-ayına,

Müxənnətlər gedər nəfsin rayına,

Çin adam nəfs ilə dər dalaş olar.


Haqqa bəndəlik qıl, müxeyyir mərdə,

Şərməndə olub ömrün ötürmə şərdə,

Görər başın yalnız qaranlıq gorda,

Düşmənim min olar, dostun beş olar.


Aqil olan haqqa belin bağlayar,

Axmaqlar pul üçün bağrın dağlayar,

Mömin azarına mömin ağlayar,

Biimanın ol gün kefi xoş olar.


Nəfəs der: bivəfa cahan rənası,

Dünya məğrur olub, gəzməgil asi,

Möminə mükafat rəhmət dəryası,

Münkirə zəhər ab, zəqqum aş olar.


BU CANI
Qoç igidlər, sürünüz beş gün gələn dövranı,

Əcəl hazır olan gün, təndən alar bu canı.

Qohum-qardaş istəyib tapmaz namı, nişanı,

Hiç kimi baqi qoymaz, udar bir gün bu fani.


ərlər keçdi bundan, vəsfin deyim adbaad,

Ötdülər, durmaz hərgiz, nə büzürg piri-ustad,

Müsəlmana səd qoydu Bilqeys adlı pərizad,

Şirin üçün dağ yıxıb altında qaldı Fərhad,

Eşq bəhrində qərq etdi Vamiq üçün Əzranı.
Qüdrətindən ilahın zəban bu dildə qaldı,

Zağlar xar içrə ötər, bülbüllər güldə qaldı,

Leyli deyib ol Məcnun səhrada-çöldə qaldı,

Tahir üçün Zöhrənin gözləri yolda qaldı,

Yusif üçün Züleyxa çəkdi çox-çox ərmanı.
Bağ İrəm saldı Şəddad girməyə sarayına,

Dağyanus «tanrıyam» deb, pişikdən gəldi amana,

Nəmrud oxun oxladı «vuraram» deb sübhana,

Qüdrətindən bir balıq durdu ona nişana,

Sonra çibin öldürdü, tapılmadı dərmanı.
Bir qız vardı aləmdə, bilməzəm nədir adı,

Ömrü ötdü örtənib, olmaz adam züryadı,

Bir dev zina eylədi, Dəccal onun övladı,

Sağında bağü bostan, solunda yanar odu,

Nəfəs deyər axır vaxt xarab eylər cahanı.


KÖNLÜM
Yüz min nədamət ilə dünyaya gələn könlüm,

Gözün açıb, aləmə nəzərın salan könlüm.

Cahanı qılıb seyran, sərgəştə olan könlüm,

Dövlət üçün güvənmə, bu fani yalan, könlüm,

Ağlayıb qəm gələndə, şad olsa gülən könlüm,

Baqi dövlət vüsalın allahdan dilən, könlüm,

Əzrayılın qəhrindən həsrətdə solan könlüm,

Gəhi fani ürbasın torpağa çalan könlüm,

Ki axırət əsbabın - var, iman ilə könlüm.
Məşq eyləyib, könlüm sən, xalqa sirrin yayarsan,

Qaçıb ələm əhlindən qafilləri söyərsən,

Məskənin dərə, dərya, cahana qol yayar sən,

Xeyr işləri bəd bilib, bəd işə baş qoyar sən,

Öldürməyib nəfs itin, haram loxma yeyərsən,

Fələk ilə bəhs edib, bir mən özüm deyərsən,

Ağıl, haqqı yad eylə, neyçün şeytan uyarsan?

Şeytan üçün bel versən, cəhənnəmdə yanarsan,

Əzrayıla can verib, bir özgə don geyərsən,

Can gedər cəsədindən, torpağa bulan, könlüm.


Qalmadı baylarında bu xeyr ilə səxavət,

Fağırlarda yox oldu həm səbr ilən qənaət,

Xatınlarda həya yox, şərməndeyi-qiyamət,

Padişahda ədl yox, kəmdir dərvişdə taət,

Tutmazlar həq kəlamın səhər saətbəsaət,

Oyan, ey adam oğlu, yatma belə fərağət,

Zəbanda zəhr əzildi, yoxdur şirin ləzakət,

Dostlar bir-birə düşmən - qiyamətdən əlamət,

Haçan tapar muradım, hamıdan qalan könlüm.
Yalançı bivəfadır, yanan çırağ öçərlər,

Bütün canlı məxluqat əcəl zəhrin içərlər,

Ayrılıb bu dünyadan, baqi yurda köçərlər,

Axır zaman olmuş deb, alim göftar açarlar,

Zalımın zülmü artıb, füqaralar qaçarlar,

Alimlər amal etməz, çaxır-şərab içərlər,


Cadılığa üz qoyub, səma üzrə uçarlar,

Zina qılıb aşkara, naməhrəmi qucarlar,

Can fani, cəsəd fani, bular tamam keçərlər,

Sən həm baqi qalmazsan, kəfənə dolan, könlüm.


Çərxi-fələk cəbrindən qıldı məni avara,

Gəlmişəm bu cahana, qalmışam dərdi-zara,

Qəza oxu gəzlənər, bir gün qılar səd para,

Tiğ altındadır günüm, neyləyim mən biçara,

Gər salsa, mən neylərəm, danla atəşi-nara,

Cürmi-günah boynumda, guya ki səngi-qara,

Onca bundan əl üzüb, gedər özgə diyara,

Qadir özü rəhm etsin mən təki namidara,

Nəfəs deyər, umudum, gözüm düşsə dildara,

Sidqini birə bağla, haq sarı dolan, könlüm.



Yüklə 3,6 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin