Dövlət təşkilatının həqiqi və əbədi xassələri.
Dövlətdə
hakim
sinfin
və
onun
parlamentdə
və
icra
hakimiyyətlərindəki vəzifəli şəxsləri prezident, nazirlər, komitə
sədrləri və s. daim vəzifələrindən varlanmaq üçün istifadə etmək
marağı qalır və imkanlar düşən kimi bunu edirlər, imkanları da özləri
yaradırlar.
27
1.
Xalqın mənafeyi və ölkənin inkişafı bütövlüyü daha az dəyərə
malikdir, nəinki şəxsi varlanma və vəzifədə uzun müddət
qalmaq
2.
Bütün parlament və icra aparatı öz mənafelərini təmin edən
qanunlar yazır və icranın belə formasını həyata keçirirlər
3.
Qanunlar, bəyanatlar və ideologiyalar hamısı birinci növbədə
vəzifəlilərin mənafeyinə xidmət etmək üçün, lakin cəmiyyəti
aldatmaq, həqiqəti bilməkdən yayındırmaq üçün verilir.
4.
Bütün əhali, dövlət ərazisindəki iqtisadi qurumlar öz
mənafelərindən başqa eyni zamanda dövlət strukturlarındakı
vəzifəlilərin şəxsi mənafe məqsədlərinə xidmət edir.
5.
Dövlət öz fəaliyyətində daha uzaq və abstrakt formada ifadə
edilən məqsədlər elan edir və insanların başını bu gözləmə
prosesilə qatır və öz davranışlarını bu ideya ilə üstünü örtür. Bu
məqsədlər tamamilə şüurlu şəkildə əldə edilə də bilər edilməyə
də bilər. Bu məqsədlər dövlətin ideologiyası olur. Dini
ideologiya-ədalətin
bərqərar
olması yaxud kommunist
ideologiyası- sinifsiz bərabərlər cəmiyyəti qurmaq ideyası və
ya ABŞ-ın dünyada hegemon olmaq ideyologiyası eyni
xarakterli alətlərdir və cəmiyyətin başını qatmaq, bu ideyalar
altında fəaliyyətini gizlətməkdir. Hər dövləti araşdırsaq çox
gülünc və uydurma ideyalar - maskalar tapa bilərik
6.
Hakimiyyətlərin 3 qola bölünməsi tamamilə formaldır
Bu xassələr dövlətin təbii tarixi xassələridir, hansı ki əhalinin iştirakı
və nəzarətinin müxtəlif dərəcələrində azala, çoxala, dərində gizlədilə
bilər.
6-cı xarakterə əlavə etmək lazımdır ki , bütün dövlətlər ən azı yaxşı
həyat qurmağı və inkişafı ən çoxu isə müəyyən sahədə dominant
olmağı vəd edir. Istənilən faşist, sosialist, teokratik, monarxik, tiranik
dövlət belə etmişdir. Aparılan bütün siyasətlər, tədbirlər həmin
məqsədlərin adı altında edilir ki, cəmiyyətin gözlədiyi ilə uyğun gəlsin.
Lakin adətən bu məqsədlər altında tamamilə ona zidd, onu əldə edə
bilməyəcək siyasətlər qurulur və əsas məqsəd hakim sinfin maddi
rifahı, iqtisadi və siyasi üstünlüyü olur.
Demək lazımdır ki, istər dövlətlər arası siyasət, istər dövlət daxili
siyasət hansı ki bir ideologiya altında həyata keçirilir, əsas məqsədi
elan edilən məqsədi əldə etmək deyildir və yalnız hakim qrupun siyasi
güc əldə etməsi üçün edilir. Demokratiya, yaxşı həyat, güclü dövlət,
azadlıq, liberal bazar məqsədləri hamısı cəmiyyətin başını
aldatmaqdır.
28
Evolyusiya nəticəsində dövlətlər arası münasibətlərdə böyük
dəyişiliklər baş verdiyi kimi məsələn, qüvvələr balansından kollektiv
təhlükəsizlik sisteminə keçid; zorakılıqdan mədəniyyət və ticarət
vasitəsilə digərini istifadə etmək, ölkələrin daxilində də böyük
çevrilmə baş verir. Lakin orta əsrlər dövlətinin həm xarici dövlətlərə
münasibətdə həm daxili əhaliyə olan münasibətdə yırtıcı, istismarçı,
zorakı mahiyyəti itmir, yeni funksiyalar və ideologiya ilə dərində
gizlədilir və istənilən zaman şərait olsa işə salına bilər. Lakin bu
mahiyyət geridə qalmış dövlətlərdə - monarxiyalarda, formal
respublikalarda özünü daha aşkar göstərir. Niyə? Sonrakı bölmələrdə
geniş izah edilən bu səbəb- ümum dünya struktur elementlərinin
kombinasiyadan (kombinasiyalar ierarxiyasından) ibarət olmasıdır.
Yəni tarixi evolyusiya nəticəsində tamamilə harmoniya yaradıcı
qanunlara görə ictimai sistemlərə digər yeni elementlər daxil olur,
yeni kombinasiya-struktur yaranır. Bu strukturun əsas həlledici amili
cəmiyyətlə dövlətin qarşılıqlı təsir nisbətləridir, hansı ki nəticəsi
mövcud evolyusiya məhsullarıdır- dövlət növləridir, institutlar,
hüquqlardır, vəzifələrdir, həyat tərzi və onun səviyyəsidir .
Məsələn, dövlətin həqiqi sifətini əks etdirən son tarixi hadisələrə
baxaq. Budur 1991-ci il 6 Dekabr SSRİ ləğv olunur və MDB
yaradıldığı elan edilir. Bu dövlətlərin çoxunda, məsələn, Qafqaz
respublikalarında hakimiyyət cəmiyyəti unudub öz varlanması və
kapitalistə çevrilməsi hayına qalır. Zavod və fabriklər xüsusi siyasətlə
dayandırılır; bunun üçün enerji, su tarifləri, torpaq, əmlak və gəlir
vergiləri həddən artıq qaldırılır və onlar bankrot edilir, kredit
verilmədən imtina edilir, elmi tədqiqat, konstruktor, layihə insitutları
dayandırılır. İşçilər kompensasiya, yeni iş vermədən bayıra atılır.
Səbəb kimi bunu zavodların köhnə olması və xarici əlaqələrin
qırılması ilə izah edirlər. Lakin bu qədər yalanı və nihilizmi hələlik
bəşəriyyət görməmişdir. Zavodları bağlayaraq fəhlərləri toplaşıb birgə
etiraz etməkdən məhrum etmişlər. Məqsəd ictimai istehsalı
dayandırmaqla məmurların xaricdən mal gətirib ticarət etməsi üçün
şərait yaratmaqdır. Burada bütün 90 % əhali dövlət strukturuna qurban
verilir. Xüsusi qanunlarla və diskriminativ idarə ilə torpaqlar, əmlak,
müəsisələr varlanmış dövlət məmurlarının və klanların əlinə keçirilir.
Etirazlar eşidilmir, zorakılıqla qarşısı alınır. Bu fakt bütün dövlətlərin
əsil təbii keyfiyyətlərini sübut edir. O həmişə xalqı əzməyə, onu,
torpağı, milli ehtiyatları, milli əmlakı öz mənafeyinə qurban verməyə
hazırdır, baxmyaraq ki, daim xalqa xidmət etməsindən danışır. Məhz
vacib məsələ dövlət rəsmilərinin bu imkanlarının qarşısını yeni ictimai
sistem yaratmaqla almaqdır.
29
Məsələn, orta əsrlər dövləti müəyyən bir kralın adı ilə və ya
dinastiyanın adl ilə adlanırdısa, indi xalq dövləti, milli dövlət,
respublika, rifah dövləti, sosial demokratiya dövləti adlanır. Bu
dövlətlər nəzəriyyədə cəmiyyətin formalaşdırdığı və idarə etdiyi
dövlət hesab olunur. Lakin bir çoxlarının adı xalq və ya respublika
dövləti olsa da əslində elə hər hansı bir tayfanın, klanın, kralın dövləti
kimi qalmışdır. Onların da bəlası məhz elə budur.
Əgər müstəmləkəçilik dövründə müqavimət, narazılıq olurdusa,
millətlər özlərinin əzildiyini, istismar edildiyini hiss edirdisə, indi
keçmiş müstəmləkələr könüllü yalvarıb öz iqtisadi imkanlarını
hegemona bağışlayır və ya ucuz verir, özləri onların gəlib zavod,
fabrik tikib, onları istismar etməsini, onlara məsləhət verməsini xahiş
edir.
Gördüyümüz kimi politologiya bəşəriyyətə müəyyən dərəcədə
dinc dövr gətirdi, lakin zəifləri güclülərin boyunduruğu altına zor
işlətmədən, könüllü saldı. Nəticədə dünyanın inkişaf prinsipi
dəyişmədi, hər iki qanun öz rolunu dəyişmədən bu günə qədər oynayır
. Dinc könüllü istismar dövrü, faktlar göstərir ki, yenə də əsas problemi
- sülh içində hər bir insanın xoşbəxt yaşamasını-həll etmədi. Bütün
hegemonların və müstəmləkədən azad olmuşların öz aralarında
razılaşmaları hər iki tərəfdən dövlət və təşkilatları varlı hakim məmur
sinfinin mənafeyinə - hakimiyyətdə qalmasına və varlanmasına xidmət
etməyə başladı. Zəhmətkeşlərin mənafeyi isə ən aşağı hədlərdə
saxlandı. Demək, hər iki tərəfin-həm kolonistlərin, həm də azad olmuş
keçmiş koloniyaların - dövlət aliləri, liderləri razıdır, cəmiyyətlər isə
narazı- istismar olunan vəziyyətdə qaldı. Qeyd etməliyəm ki, istər
dövləti və istər istismar olunan, kasıb və əzilən insanların səbəblərini
araşdırsaq onların özlərinin, kollektivinin, ailəsinin xeyli günahkar
olduqları aşkara çıxır. Lakin günahkar konkret olaraq bu insanların
daşıdığı, sitayiş etdiyi təşkil sistemi və bu konstruksiyanın konkret
şəxsləri, konkret münasibətləri, baxışları, dəyərləridir. Əzilənin
tamamilə günahkar olması - qədim ideya düz çıxır. Yəni ağılın olması
hələ azdır, digər amillər də olmalıdır ki, inkişaf baş versin. Məhz digər
amillər ətraf mühitdə (sosial, iqtisadi, təbiət, idarə və s .) yerləşir.
Beləliklə, hər cəmiyyətin və insanın yaxşı həyatı əldə etməsi üçün üç
məsələ həll olunmalıdır :
1) ümumi bəşər- təbiət sisteminin yaxşı konstruksiya edilməsi və düz
işləməsi ; 2) bəşəriyyəti təşkil edən hər dövlətin , icma və ailənin
,insanın təkmilləşdirilməsi və rasional həyat tərzinin, rasional
inkişafın əldə edilməsi və 3) təbiətin qorunub saxlanması və
yaxşılaşdırılması, tarix ərzində qırılmış yaşıllıqların bərpası, habelə
30
Afrikada ağacları yeyən, qıran heyvanların: fillərin, zürafələrin, vəhşi
keçilərin sayının kəskin azaldılması.
2.2. İqtisadi sistemin evolyusiyası
Bu bölmədə qısa qeyd etməliyəm ki, ilk insanlar meydana çıxanda
əvvəl onların iqtisadiyyatı ovçuluq oldu, sonra əkinçilik, ticarət,
sənətkarlığı əhatə edən quldarlıq dövrü; şəxsi və icma mülkiyyəti -
torpaq və əkinçiliyə əsaslanmış feodalizm dövrü; sonra sənətkarlığın
mərkəzləşməsi və sexlərin meydana çıxması və texnoloji inqilabların
nəticəsi olan kapitalizm, daha sonra ictimai mülkiyyətə əsaslanan
sosializm meydana çıxır. Burada diqqətimizdə əsas kapitalizm və
ondan sonrakı mümkün iqtisadi modellər olacaqdır.
Tamamilə doğrudur ki, “liberalizm sərvətləri topladı, müəyyən az
miqdarda kapitalistlərin gücünü artırdı, lakin əhalinin böyük bir
hissəsini və məhsul alətlərini mülkiyyətçilərindən asılı edərək sosial və
iqtisadi quldarlıq yaratdı” (5, 29). Kapitalizmin bu ümumi
xarakteristikası indi də qalmışdır. Lakin o bu gün müxtəlif formalar,
modellər almışdır. Məsələn, a) rasional kapitalizm (Almaniya,
Skandinaviya ölkələri) var, hansı ki b) rasional sosializmə yaxındır və
ictimai və dövlət nəzarəti, nizamlaması altındadır, c) vəhşi kapitalizm
var, hansı ki bazarın hegemon idarəsi altındadır (ABŞ, Avstraliya,
Cənubi Koreya, Türkiyə) d) məmur kapitalizmi var (Azərbaycan,
Ermənistan) - hansı ki bütün ticarət və istehsal dövlət məmurlarının və
sülalələrinin əlindədir və ya müəyyən rüşvət müqavibilndə himayəsi
altındadır. Bazar azad deyil, məmurun şəxsi xeyrinə uyğun işləyir.
Dövlət məmur- kapitalistlərin monopolist statusunu qoruyur və
korrupsiya, böyük bərabərsizlik, kasıblıq və s. pis nəticələr yaradır.
Eyni 2 qanun - yaşamaq uğrunda mühitdən istifadə və dominantlıq
uğründa mübarizə eynilə icmalar, qruplar daxilində də fəaliyyətdədir
.
Ölkələr daxilində də əvvəlki zorakı şah-kral hakimiyyəti və insanları
ən az dözülə bilən şəraitdə istismar rejimi də 20-ci əsrdə böyük
dəyişiliyə uğradı.
Karl Marksın və Fridrix Engelsin son ictimai formasiya olan
kapitalizmin tənqidindən və sosialist nəzəriyyəsindən sonra aparıcı
kapitalist dövlətləri öz səhvlərini anladılar və kapitalist sistemini
reformasiya etdilər. Fəhlə və kəndli-fermer sinfinə müəyyən dözülə
bilən həyat şəraiti verərək (bir az yaşamaq imkanlarını artıraraq)
onları inqilab etməkdən və böyük ixtişaş törətməkdən çəkindirdilər.
Qismən müvazinətli cəmiyyət yarandı.
31
Lakin inkişaf gedir, şüurlar biliklər artır, insanlar öz ağılları ilə
vəziyyətlərini, yaxşı yaşamaq arzularını və dövlətin onlara verdiyi
yaşamaq imkanlarını müqayisə edirlər, yenidən böyük çatışmazlıqlar
olduğunu aşkar edirlər.
Avropa və Şimali amerika qitəsindən, Çin, Avstraliya və Yaponiyadan
başqa bütün ölkələrdə yaşamaq, yaratmaq, işləmək yaratmaq və
mədəniyyət imkanlarının hədsiz bərabərsizliyi mövcuddur. Seçilən
həmin ölkələrdə də cənnət deyil, orada da ictimai sistem müxtəlif
sosial, etik, siyasi problemlərə səbəb olur.
Bərabərləşməyə doğru tarixi trend özünü zaman – zaman daha aşkar
göstərməyə başlayır. Bəzən gizli, görünməz olur. Alimlər
tədqiqatlarında müəyyən edirlər ki, orta hesabla dünyada və ya ölkələr
üzrə 80% milli gəlir 20% əhalinin cibinə toplanır (3, 24 ). İstismar,
aldatma, qeyri -etik prinsiplər üzərində qurulan kapitalizm öz mənfi
keyfiyyətlərini getdikcə daha aşkar göstərir. Gerçəklik məhz
bəşəriyyəti xoşbəxtliyə çıxarmaq və yer kürəsində həyatı xilas etmək
üçün yeni ictimai quruluşu layihələndirməyi, yeni prinsiplərə keçməyi
tələb edir.
Yeni ağıllanmış bəşəriyyət üçün hansı yeni ictimai quruluş təklif
oluna bilər. Şübhəsiz, bu yeni struktur yeni prinsiplərlə yaşayan, idarə
edilən bir sistem-yeni sivilizasiya olmalıdır.
Yeni ağıl dövrü – rasional cəmiyyət tarixi başlayır. Bax: rasional
cəmiyyət nəzəriyyəsi və konstruksiyası
2.3. Təfəkkürün evolyusiyası
Təfəkkürün evolyusiyası bir çox mütəfəkkirlərin, məsələn, Oqust
Kontun və Hegelin əsərlərində məyyən dərəcədə işıqlandırılmışdır (6,
səh. 356, 490). Hegel düşüncə tarixini şərq - burada hamıda qul
psixologiyası qüvvədədir, insan azad deyil, antik –bəziləri azaddır,
çoxu qul düşüncəsinə malikdir və alman – burada hamı azaddır -
mərhələrinə böldüyü halda, Kont başqa 3 mərhələyə bölür. Teoloji-
insanlar allahlara və ruhlara inanır, dini avtoritetlərə sitayiş edir və
monarxiyanı təbii qəbul edirlər; metafizik - allah deyil, təbiət ilk
yaradıcı hesab edilir, avtoritetə inam azalır, monarxın yerinə xalq
hakimiyyətini qoymaq istəyirlər, düşüncə azad olmağa başlayır və
pozitiv- bu dövrdə elmin üstünlüyü başlayır və teologya və
metafizikadan imtina edilir. Kontun mövqeyi daha obyektiv görünür.
Təfəkkürün evolyusiyasını bütün fəlsəfə tarixi və qaydalar, normalar
tarixi əks etdirir. Mən bu evolyusiyanın bəzi cəhətlərini qeyd etmək
istərdim. Bu evolyusiyanı ağac formasında təsəvvür etsək, onun yalnız
32
ən böyük və uzun budağı Kontun təsvirinə oxşayır. Lakin digər
budaqları müxtəlif uzunluqda və yoğunluqda olaraq müxtəlif xalqlarda
və coğrafi ərazilərdə olan evolyusiyanı təsvir edir, belə ki onlar bu və
digər səviyyəyə hələ gəlib çatmamışlar. Bəşər inkişafı ağacı
gövdəsindən çıxan və təfəkkürü əks etdirən ən uzun budaq:
başlanğıcda allahlara və ruhlara inanır, onlardan qorxur, sitayiş edir və
kömək istəyirlər. Texniki alətlərin, istehsalın, elmin inkişafı və daha
böyük icmalaın yaranmsı ilə insanlar allahlar aləminə öz icma
quruluşlarını- başçı və köməkçiləri, idarə edənlər, cəza verənlər
sistemini köçürürlər. Onlar içərisindən bir baş allah seçib onu ali idarə
edən qəbul edir, qalan ilahilərə isə mələk – köməkçi adı verirlər. Bu
hadisə Orta şərqdə başlayır; əvvəl zərdüştlüklə, sonra yəhudiliklə və
induizmlə daha sonra xristianlıqda. Bu prosesdə ideyanı ilk söləyənlər
özlərinə peyğəmbər, allahla danışan, xəbər alan statusu verirlər və
icma başçısı olmağa çalışırlar və bəzən olurlar. Icma üzvləri də
qorxudan və avamlıqdan və ya qılınc gücünə onlara inanır və tabe
olurlar, kimi tez, kimi gec. Şərqdə (Çində, Hindistanda) isə belə
adamlar özlərinə peyğəmbər adı vermirlər və hakimiyyəti tutmağa
çalışmırlar. Onlar insana əzablardan elə bu dünyada xilas olmağı
öyrədirlər. Paralel olaraq təbiəti və insanı dərk edən müxtəlif
nəzəriyyələr qurulur. Yeni eranın 15 –ci əsrindən başlayan intibah və
maarifçilik dövrünə qədər insanlar dövləti, krallığı, xanlığı allahın
yaratdığı və dəyişilə bilməz qəbul edirlər. Lakin ilk dəfə intibah
dövründə qapalı çüşüncələr açılır, insanlar dövlətin və hər şeyin
dəyişilə biləcəyini, yeni quruluş qurmağın mümkünlüyünü, insanın
təbii hüquqlarını və dövlətin mahiyyətini başa düşürlər. İntibah və
maarifçilik ideyaları sonradan müsəlman dünyasına da yayılır və
islamın da reforma olunması ehtiyacını mütəfəkkirlər anlamağa
başlayırlar. Katolik dinin insanlar və dövlət üzərində hakimiyətinə son
qoyulur. Avropada bir çox xalqlar öz krallarını edam edirlər. Lakin
Avropada 16 - 18 əsr reformasiya və maarifçilik hərəkatının əas
ideyaları daha qədimdə və əsasən Şərqdə yaranmışdı. Məsələn:
dövlətin müqavilə əsasında yaranması, ali hakimiyytin xalqa məxsus
olması - Moç-çsı e.ə.V əsr, Çin; allahın ali şəxsiyyət olması və dünyanı
idarə etməsi fikrinin rədd edilməsi, insanın taleyinin öz əlində olması
ideyası – Budda e.ə. Xİİİ əsr Hindistan və stoiklər Yunanıstanda;
Monarxın xeyrxah Hörmüzd tanrısının qulluqçusu olması və şərə qarşı
mübarizə etməsi və ədaləti qorumalı olması; insan həyatının etik
əsasları: necə yaxşı düşünmək, necə danışmaq, necə özünü aparmaq-
Zərdüşt- e.ə. Vİİİəsr; İran-Azərbaycan; hakimiyyətin bölünməsi-
Zenon e.ə. İİİ əsr; təbiət allahlar qarışmadan inkişaf edir- Epikur e.ə.
33
İİİəsr; quldarlığın, şəxsi mülkiyyətin, qeyri -bərabərliyin ləğv edilməsi
ideyası– ilk xristianlar və İİ əsr xristian eretikləri; hakimiyyətin
bölünməsi ideysının ilk dəfə Roma respublikasında reallaşdırılması;
dövlət rəhbəri yalnız seçilməlidir və o tirana çevrildikdə xalq onu
taxtadan sala və öldürə bilər- İslamın Xaricilər təriqəti Vİİ əsr;
maariflənmiş monarx-An-Nazzam İX əsr; sosial ədalətsizliyin səbəbi
əmlakın qeyri - bərabərliyidir – Məzdək, V əsr, İran; İnsanlar əmlak və
sosial bərabərliyə malik olmalı, idarə edənlər və idarə olunanlar sinfinə
bölünməməli, dövlət və aparatı ləğv olunmalı, insanların hamısı
birlikdə işləyib məhsulu bərabər bölməlidir, dünya dövləti,
mərkəzləşdirilmiş dövlət, xalq çardan ağıllıdır ideyaları - Nizami
Gəncəvi, Xİİ əsr, Azərbaycan (6, səh 22-120 və 7, səh 61-70). Lakin
Şərqdə bu ideyalar ictimai şüura keçə bilmədi, nəticədə ictimai
quruluşlar, dünyabaxışlar dəyişdirilmədi, despotizm daha güclü çıxdı.
Despotizmin səbəbi isə bütün şərqdə əzəldən tək hakimiyyətin dəb
olması idi, burada xalq yığıncaqları olmurdu. Belə ki despotizm
insanların şüurunun açılmasına, sərbəst düşünməyə, çara qarşı çıxmağa
mane olurdu, insanlar özlərini çarın qulu hesab edirdilər, çarın hər bir
hərəkətini düz sayır və qəbul edirdilər, onu tənqid etmək ağıllarına
gəlmirdi. Halbuki digər qeyri - şərq xalqlarında tarixən kollektiv idarə
etmə, ictimai yığıncaqlar adət idi və düşüncələri müəyən qədər
azadlığa meylli idi, ona görə reformasiya və maarifçilk ideyaları
sürətlə yayıldı və kütlələrin əli ilə bir çox reformalar, inqilablar baş
verdi.
Bu hərəkat nəticəsində Azadlıq, demokratiya, bərabərlik, şəxsi
hüquqlar və şəxsi mülkiyyət hüquqları şüarları altında feodalizmə son
qoyulur və kapitalizm cəmiyyəti və dövləti qurulur.
İlk baxışda bu hamıya xoş gəlir. Lakin tezliklə bu imkanlardan
hamının deyil, yalnız 20-30 % insanın istifadə edə bilməsi və yeni
istismarçı və ədalətsiz bir cəmiyyətin yaranmasını insanlar- əzilənlər
başa düşməyə başlayırlar. Biri ağa olursa beşi ona nökər olur.
Kommunistlərin böyük elmi araşdırmaları, təbliğatı və təşkilatı işi
nəticəsində, nəhayət, 1917-ci ildə sosialist inqilabı baş verir və SSRİ
1922 ildə yaradılır və sosializm qurulur. Sonra bəşəri sistem 2 hissəyə
ayrılır- sosiaist və kapitalist. Bu hadisə şüurlarda böyük inqilaba
çevrilir. Sosialist təcrübəsini öyrənən kapitalist dövlətlər eynən fəhlə
və kəndlilərin sosial ehtiyaclarını ödəməklə inkişaflarını davam etdirir
və aparıcı və hegemon kapitlist dövləti ABŞ sosializmin başında duran
SSRİ-ni məhv etmək üçün planlar qurur. Allen Dallas 1945 –ci ildə
SSRİ-ni dağıtmaq planında bu xalqların mənəviyyatını pozmaq və
ideyalarını, inamlarını sarsıtmaq təklifini verir. Nəhayət, 1985 -ci
34
ildən sonra onun zəif yerini və yeni ağılsız, rüşvətxor və sosializm
nəzəriyyəsini anlamayan və buna görə də hədsiz səhvlər edən
rəhbərliyini ələ alaraq onun axırına çıxır və SSRİ-nin parçalanmasına
nail olurlar.
Lakin bəşər dünyasında ağılın xeyli inkişafı və dərinləşməsi indi
həm kapitalizmin, həm də xalis sosializmin sovet variantının qüsurlu
olmasını və yeni cəmiyyətin yaradılması axtarışlarına səbəb olur.
Hazırda biz bütün keçmiş və yeni mütəfəkkirlərin Kontun,
Marksın, bütün bəşəriyyətin əbədi arzusu olan ədalətli, yaxşı
cəmiyyətin qurulması astanasındayıq. Müəllifin bu kitabı məhz bu
cəmiyyətin ümumi fəlsəfi baxışları, onun ictimai quruluşu, iqtisadi
prinsipləri, əxlaqı və idarə edilməsi mexanizmi haqqındadır. Bu
cəmiyyətdə ölkə idarə edənlərə-dövlətə və idarə olunanlara - cəmyyətə
bölünmür. İkisi də birləşmiş vahid idarə və həyat tərziilə yaşayırlar. Bu
ictimai sistemdə siyasət ləğv edilib və heç kəs dövləti heç nədə ittiham
edə bilməz, çünki özü idarədə iştirak edir, hər kəs dövlətin və
cəmiyyətin bir hissəsidir və hər kəs yaxşı və pis nəticələrə özü
cavabdehdir. Artıq dövlət və cəmiyyət sözlərini eyni zamanda işlətmək
yersizdir. Yəni cəmiyyət elə dövlətin özüdür, dövlət isə cəmiyyətin
özüdür. Bu sözlərdən hansısa biri, yəqin ki, dövlət istifadədən
çıxacaqdır.
Dostları ilə paylaş: |