Şəkil 6.18. İşıq xəbərdaredicilərinin sxemi: а - işıqlı: Sİ1 işıqlı: 1 –foton sayğacı; 2 -qapaq; 3 –bünövrə;b - Kİ-1 kombinələşdirilmiş Yanğının söndürülməsi üsulları, qaydaları və vasitələri.Ümumiyyətlə, texnogen yanğılarla əlaqəli fövqəladə halların nəticələrinin genişlənməsinin qarşısını almaq və ya onların təsirini azaltmaq üçün əsas mərhələlər aşağıdakılardır: -yanğının yayılma sahəsinin və gücünün məhdudlaşdırılması (şəkil 6.19); -texnoloji prosesin müvəqqəti dayandırılması və ya dəyişdirilməsi; -yanğınların qarşısının alınması və söndürülməsi.
Yanmanın dayandırılması qaydaları. Yanmaya yol verməmək və ya onu dayandırmaq üçün onun baş verməsinə səbəb olan aşağıdakı lazımi şərtlərdən birini ləğv etmək lazımdır: yanar maddə, oksidləşdirici, yanma mənbəyi. Bunun üçün aşağıdakı qaydaları tətbiq etmək lazımdır: -oksidləşdiricinin yanma zonasına və ya yanar maddəyə çatmasını dayandırmaq və onun həcmini yanmanın mümkün olmadığı hala çatdırmaq; -yanar maddənin temperaturunu alovlanma temperaturundan aşağı salmaq və ya yanma zonasını soyutmaq; -yanma reaksiyasını tormozlamaq; -yanğınsöndürücü maddənin güclü şırnağı ilə alovu mexaniki olaraq yanğın yerindən ayırmaq.