Şəkil 6.19. Yanğının qarşısının alınmasının əyani görüntüləri
Yanğınların söndürülməsi üçün aşağıdakı üsullardan istifadə olunur: -yanma zonasına oksidləşdiricinin (havanın oksigeninin) və ya yanar maddənin daxil olmasını dayandırmaq, həmçinin onların konsentrasiyasının və ya miqdarının yanmanın dayanması (qurtarması) halına qədər azaltmaq; -yanma ocağını müəyyən temperaturdan aşağı şəraitə qədər soyutmaq; -alov şırnaqlarının maye və ya qazlar vasitəsilə mexaniki qopartmaq; -alovda baş verən kimyəvi reaksiyanın sürətini aşağı salmaq; -alovun dar kanallardan yayılması zamanı yanğına qarşı maneələr şəraitini yaratmaq.
Yanğınsöndürmə vasitələri bu növlərə bölünür: а) ilkin; b)stasionar, c)qeyri-stasionar (yanğın avtomobilləri).
İlkin yanğın avadanlıqlarına aiddir: -yanğın rəfləri; -yanğın vedrələri; yanğın lövhələri; -su üçün çəllək; -qum üçün yeşiklər; odsöndürücülərin yerləşdirilməsi üçün tumbalar (altlıq, dayaq) və s. Onlara qeyri-stasionar və əl ödsöndürənləri, daşına bilən odboğucu qurğuları, daxili yanğın kranlarını, qum olan yeşikləri, asbest örtükləri, bir sıra alətdən ibarət olan yanğınaqarşı lövhəni və s. aid etmək olar.
Yanğın rəfləri – onların içində ən çox hallarda yanğın kranı və yanğın şlanqları kimi avadanlıq komplektinin yerləşdirilməsi üçün nəzərdə tutulmuşdur (şəkil 6.20). Qırmızı rənglə boyanır.
Yanğın lövhələri bir qayda olaraq aşağıdakı vasitələrlə təchiz olunur (şəkil 6.21): - bel; ling; -keçə; -universal qarmaq; -vedrə; - balta; - dəstəli barmaq; -odsöndürücü.
Dostları ilə paylaş: |