Şəkil 6.8. Yanğınlarda yanan sahələr: a – çəndə maye yanarkən; b) binaların içində yanarkən; c - kömürün yandırılması
|
Şəkil 6.9. Yanma vaxtı alovda temperaturun paylanması: a- qaz halında olan maddələr; b- maye maddələr; c- bərk maddələr
|
İstilik təsiri zonası. İstiliyə məruz qalma zonası yanma zonasına bitişik olan ərazinin tərkib hissəsidir, burada termal təsir material və strukturlarda nəzərə çarpacaq dərəcədə dəyişməyə gətirib çıxarır və insanların xüsusi istilik qorunması olmadan (istilik-müdafiəsi kostyumu, əksetdirici ekranlar, su pərdələri və s.) burada qalmanı qeyri-mümkün edir.
Yanğının təhlükəli amilləri əsas və ikinci dərəcəli amillərə bölünür.
Yanğının əsas zədələyici amillərinə aiddir:
–açıq od- alov və qığılcımlar. Bu vaxt həm yanğın ocağında bütün əmlak yanır, həm tikililəri (ilk növbədə ağac materialları ilə tikilmişləri), həm də insanların yanmasına, istiliklə zədələnməsinə gətirib çıxarır.;
–ətraf mühitin və müvafiq əşyaların yüksək temperaturu. Yanğın zonasında ətraf mühitin temperaturu 700C-yə çatdıqda insanların həmin mühitdə 25-30 dəqiqə ərzində qalması təhlükəlidir, belə ki, nəfəsalma orqanlarının yanığına gətirib çıxarır. Temperatur 1000C-dən çox olması insanların huşunun itirilməsinə və ölümünə səbəb olur.;
–yanmanın və termik parçalanmanın toksik məhsulları, tüstü. Yanğınlarda insanların ölməsinin əsas səbəbi dəm qazıdır və ölüm hallarının səbəbinin 50-80%-ni təşkil edir. Yapon alimlərinin məlumatlarına görə yanğınlar vaxtı dəm qazının yaranması daha təhlükəli sianit hidrogenin əmələ gəlməsindən 10-40 dəfə çox olur.;
–tüstü və pis görünüş;
–oksigenin aşağı konsentrasiyası. Yanğın şəraitində müxtəlif maddələrin və materialların yanması vaxtı otaqlarda oksigenin konsentrasiyası azalır (norma -22-24%-dir). Məsələn, oksigenin konsentrasiyasının normadan 3% az olması insan orqanizminin hərəkət funksiyalarını pisləşdirir.
Təhlükəli yanğınların ikinci dərəcəli zədələyici amillərinə aiddir: •binaların, tikililərin, aqreqatların, qurğuların və digər sistemlərin uçulub-dağılan hissələri və qırıntıları, od-alovun təsiri olan otaqlarda tikinti konstruksiyalarının uçub-dağılması insanların zədələnməsinə və ölümünə gətirib çıxara bilər; •dağılmış mexanizm və qurğulardan ayrılan toksik və radioaktiv maddələr və materialları; •mexanizmlərin cərəyandaşıyıcı hissələrinin izolyasiyasının itirilməsi nəticəsində elektrik cərəyanı; •vahimə və təlaş; •yanğın nəticəsində baş vermiş partlayışların təhlükəli amilləri; •yanğınsöndürən maddələrin zərərli təsiri.
Ümumiyyətlə, yanğının əsas zədələyici amili alovun istilik şüalanması ilə şərtləndirilən termik təsirdir. Termik təsir udulan şüalanma axınının sıxlığı qudulan (kVt/m2) və istilik şüalanmasının vaxtı (san) ilə xarakterizə olunur. İnsanlara termik təsir onların dərilərinin üst qalınlığının həddən artıq qızması və sonrakı biokimyəvi dəyişmələrlə əlaqəlidir.
Cədvəl 6.11-İnsan dərisinin yanıqlarının xarakteristikaları.
Yanıq dərəcəsi
|
Zədələnən təbəqə
|
Xarakteristika
|
Təsir dozası, kVt/m2
|
I
|
Epidermis
|
Dərinin qızarması
|
42-dən az
|
II
|
Derma
|
Suluqlar
|
42-84
|
III
|
Dərialtı təbəqə
|
50%-dən çox dəri səthi zədələnərsə, ölümcül hal
|
84-dən çox
|
Tikinti konstruksiyalarına termik təsir. Tikinti konstruksiyalarına belə təsirlərin təhlükəliliyi yanğın vaxtı müəyyən temperatur həddindən çox olan vəziyyətdə onların tikinti dayanıqlığının əhəmiyyətli dərəcədə aşağı düşməsi ilə əlaqəlidir. Bina və tikinti konstruksiyaların istilik təsirinə dayanıqlıq dərəcəsi konstruksiyanın odadavamlılığının həddindən asılıdır. Bu isə konstruksiyanın daşıyıcı funksiyasının itirilməsi müddəti ilə xarakterizə olunur. Tikinti materiallarının möhkəmliyi lazımi dərəcədə qızmanın böhran temperaturu ilə xarakterizə oluna bilər. Məsələn bu temperatur polad tir, ferma (tikinti işlərində) üçün 470-5000C, metal qaynaqlı konstruksiyalar üçün isə 300-3500C təşkil edir. Bunlarla bərabər göstərmək olar ki, polimer materiallarının qızmasının böhran temperaturu 1500C, şüşəninki 2000C, alüminiumunku 2500C təşkil edir.
Digər obyekt və materiallara termik təsir.
Yanğın təhlükəsizliyinin əsasları. Yanğınlara qarşı mübarizə tədbirləri yanğın təhlükəsizliyinin təmin edilməsi prosesində həyata keçirilir. Yanğın təhlükəsizliyi anlayışının təyinatlarından birində bu hal şəxsiyyətin, əmlakın, cəmiyyətin və dövlətin yanğından qorunması və ya mühafizəsi vəziyyəti başa düşülür. Bunun üçün yanğın təhlükəsizliyi tələbləri və yanğına qarşı rejimlər müəyyənləşdirilir, yanğın təhlükəsizliyi tədbirləri həyata keçirilir. Digər təyinata görə yanğın təhlükəsizliyi yanğınların profilaktikasına və onun ləğvinə istiqamətlənmiş təşkilati və texniki tədbirlər sistemidir. Daha konkret olaraq göstərmək olar ki, yanğın təhlükəsizliyi aşağıdakı tədbirlərin həyata keçirilməsi ilə təmin oluna bilər.
Yanğınların qarşısının alınması və ona qarşı mübarizə sistemi. Bu sistemin tərkibinə aşağıdakılar aiddir: -yanar mühitin qarşısının alınması (yanmayan materialların tətbiqi); -alışdırma mənbəyinin yaranmasının qarşısının alınması (müvafiq qaydalarda hazırlanmış elektrik avadanlıqları); - yanar maddələrin kütləsinin məhdudlaşdırılması.
Yanğına qarşı mühafizə sistemi. Odadavamlılıq həddində normalaşdırılan tikinti konstruksiyalarının tətbiqi (odadavamlılıq dedikdə tikinti konstruksiyalarında çatların əmələ gəlməsinə qədər yanğının təsirinə tab gətirə bilən qabiliyyət başa düşülür və ölçü vahidi saatdır). Yaşayış məntəqələrində və sənaye obyektlərində yanğın vəziyyəti tikililərin xarakteristikalarına, binaların oda davamlığına və obyektlərin yanğın təhlükəliliyi kateqoriyalarına əsasən təyin edilir. Binaların və tikililərin odadavamlığı yanğın vaxtı yüksək temperaturun təsiri şəraitində onların əsas konstruksiyalarının dayanıqlığından asılıdır.
Yanğına qarşı mühafizə sisteminin tərkibinə yanğın siqnalizasiyası da daxildir. Yanğın siqnalizasiya sistemləri digər məsələləri həll edir. Bu, bir qayda olaraq yanğının yaranmasının aşkar edilməsi və onun yeri haqqında xəbərdar etmə üçün kompleks texniki sistemlərdən ibarətdir. Onun tərkibinə yanğın xəbərçiləri yanğını müşayiət edən işıq, tüstü, istilik kimi amillərə reaksiya verən vericilərdən, qəbuledici qurğulardan, rabitə xətlərindən və qidalanma mənbələrindən ibarətdir.
Işə salınma qaydalarına görə yanğın xəbərdarediciləri əllə və avtomatik işə düşən növlərə bölünür.
Avtomatik yanğın xəbərdarediciləri aşağıdakı növlərə bölünür.
Dostları ilə paylaş: |