Mövzu-10. Texnogen yanğınlar şəraitində həyat fəaliyyətinin təhlükəsizliyi [4, 5, 12, 17, 22, 24, 34, 36, 44, 49, 54].
Təhlükəli vəziyyət yaradan texnogen yanğınların qısa xarakteristikası. Yanma prosesi. Yanğınların qrupları. Tələbələrin təhsil ixtisasları ilə əlaqəli yaranan yanğınların səbəbləri. Texnogen yanğın zonaları. Yanğının təhlükəli amilləri. Yanğın təhlükəsizliyinin əsasları. Yanğınların qarşısının alınması və ona qarşı mübarizə sistemi. Yanğının söndürülməsi üsulları, qaydaları və vasitələri. Yanğınsöndürmə texnikasının qeyri-stasionar vasitələri. İstehsalat şəraitində yanğın təhlükəsinin qarşısının alınması tədbirləri. Yanğın vaxtı təhlükəsiz davranış qaydaları.
Təhlükəli vəziyyət yaradan texnogen yanğınların qısa xarakteristikası. Məlumdur ki, yanğın qəflətən (çox sürətlə, bir anda) baş verən hadisədir, bu vaxt məhdud və qeyri-məhdud məkanda böyük miqdarda enerjinin ayrılması ilə müşayiət olunan maddənin çevrilməsinin qısamüddətli prosesi yaranır, maddi dəyərlərin məhv olması ilə nəticələnir, idarə oluna bilməyən, insan həyatı üçün təhlükəli yanma prosesidir.
Yanğın təhlükəsi günbəgün artır. Belə ki, dünyada hər 5 saniyədən bir yanğın hadisəsi qeydə alınır. Bir ildə onların sayı 5.5 milyondan çox olur. Hər il dünyada yanğın nəticəsində orta hesabla 58 min insan həlak olur. Məsələn, hər il Rusiyada 300 minə yaxın yanğın qeydə alınır və bu hadisələrdə 20 minə yaxın insan ölür, maddi ziyanlar isə milyardlarla rubla çatır. Bu göstəricilər ABŞ-dakı göstəricilərdən 3 dəfə, Yaponiyadakından 3.5, İngiltərədəkindən 4.5 dəfə çoxdur. Ümumiyyətlə isə dünyada baş verən yanğınların 70%-ə qədəri şəhərlərdə, 30%-i isə kənd yerlərində baş verir.
Yanğınların əsas səbəblərinə yanğın təhlükəsizliyinin tələblərinə əməl edilməməsi, yanmanın daha gec aşkar edilməsi, yanğından mühafizə xidmətlərinə vaxtında müraciət edilməməsi, yaşayış məntəqələrində və müxtəlif obyektlərdə rabitə əlaqələrinin olmaması, əl altda olan yanğınsöndürmə vasitələrindən istifadə etmək bacarığının, su mənbələrinin və su ehtiyatlarının olmaması və s. amillər aiddir. Yanğınların digər səbəblərinə isə, istehsalatda, tikintidə və sənayedə çoxsaylı asan alışa bilən maddə və materialların istifadə olunmasıdır. Müasir dövrdə istehsalat şəraitinin artma tempi və miqyasının genişlənməsi qırılmaz formada enerji tutumlu texnologiyaların və təhlükəli maddələrin getdikcə artan istifadəsi ilə əlaqəlidir. Bu ilk növbədə neft-qaz kompleksinin istehsalat obyektlərinə aiddir. İstehsalat prosesində yüksək potensiallı yanğın təhlükəsi olan mürəkkəb və çox enerji sərf edən texnologiya tətbiq edilir.
Dostları ilə paylaş: |