Mövzu-10. Texnogen yanğınlar şəraitində həyat fəaliyyətinin təhlükəsizliyi



Yüklə 1,78 Mb.
səhifə17/19
tarix02.01.2022
ölçüsü1,78 Mb.
#47839
1   ...   11   12   13   14   15   16   17   18   19
MOVZU 1010 -1

Şəkil 6.34. Yanğın avtomobili
Bu vasitələrə aiddir: -yanğın avtosisternləri; -avtonasos stansiyaları; - nasoslu-qollu av­­to­­mobillər; - hava-köpüklə, toz­la, karbon qazı ilə, qaz-su ilə və kombinələşdirilmiş sön­dür­mə avtomobilləri; - yanğın avtonərdivanları; -dirsəkli və teleskopik avtoqaldırıcılar; - ra­bi­tə və işıqlandırma avtomobilləri; - qaz-tüstü mühafizə və qaz uzaqlaşdırıcı, qollu avtomobillər və s.

Yanğın avtomobillərini əsasən yüksək keçidə malik seriya ilə istehsal olunan yük avto­mo­billərinin bazasında hazırlayırlar. Məsələn, AS-40(131) avtoçəni ZiL-131 avtomobilinin baza­sın­da təchiz olunmuş, yanğın nasosuna, iki köpük genera­toruna, yedək gövdəsinə, 400 m-lik basqılı yanğın şlanqına malikdir və 2400 litrə qədər suyu və 150 litrə qədər köpük əmələ­gətiricini daşımağa qadirdir. “КамАЗ-53213” avtomobilinin bazasında hazırlanmış yanğınsöndürən maşın isə 5.8 ton yanğınsöndürən toz daşıya bilir.

Daşına bilən və ya yedəkli motopompalar suyu onun mən­bəyindən yanğının söndürül­məsi yerinə vermək üçün nəzər­də tutulmuşdur. Onlar daxiliyanma mühərrikindən, mər­kəz­dən­qaçma nasosundan, vakkum-aparatdan ibarətdir. Onları xüsusi şassilər üzərində quraş­dırmaq mümkündür. Motopompalar 0.6-0.8 MPa-lıq təzyiq yarada bilir.

Daşına bilən nasos stansiyalarından da istifadə olunur.


Yüklə 1,78 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin