İstehsalat şəraitində yanğın təhlükəsinin qarşısının alınması tədbirləri. İstehsalat şəraitində yanğına qarşı mühafizə tədbirləri təşkilati, istismar, texniki və rejim (xüsusi) növlərinə bölünür.
Təşkilati tədbirlərin tərkibinə işçilərə və qulluqçulara yanğın təhlükəsizliyi qaydalarının öyrədilməsi, yanğın mühafizəsinin təşkili, söhbətlərin aparılması, mühazirələrin oxunması, lazımi təlimatların, plakatların nəşr olunması və s. daxildir.
Texniki tədbirlər binaların tikintisi, isitmə və ventilyasiya, havanın kondisiyalaşdırılması, yerləbirləşdirilmə sistemlərinin və texnoloji avadanlıqların quraşdırılması zamanı yanğına qarşı qayda və normalara əməl edilməsini nəzərdə tutur.
İstismar tədbirləri isitmə və ventilyasiya, havanın kondisiyalaşdırılması, yerləbirləşdirilməsi sistemlərinin və texnoloji avadanlıqlarının düzgün istismarını nəzərdə tutur.
Rejim (xüsusi) tədbirləri istehsalat şəraitində yanğıntəhlükəli işlərin aparılması zamanı xüsusi tələblərə əməl olunmasını nəzərdə tutur.
İstehsalat proseslərinin və avadanlıqlarının yanğın təhlükəsinin təhlili vaxtı aşağıdakıları müəyyənləşdirmək lazımdır:
1. Texnoloji avadanlıqların müxtəlif iş rejimləri vaxtı (normal şərait, qəza şəraiti) istehsalat qurğularında, otaqlarda, binalarda və açıq meydançalarda yanar mühitin əmələ gəlmə səbəbləri və əmələ gəlməsinin mövcudluğu;
2. Texnoloji avadanlıqların müxtəlif iş rejimləri vaxtı istehsalat qurğularında, otaqlarda, binalarda və açıq meydançalarda yanma mənbələrinin mövcudluğu;
3.Yanğının yayılması üçün şəraitin olması.
Yanğınların qarşısının alınmasının profilaktik tədbirləri. Bu tədbirlərdən ən əhəmiyyətlisi oddan (yanğından) qoruyucu işlərin aparılmasıdır. Bu tədbir material və konstruksiyanın elementlərinin xüsusi maddələrlə - antipirenlərlə emalından ibarətdir. Emal həm dərinlik (içəri üzrə), həm də səth üzrə ola bilər. Dərinlik emalına bir qayda olaraq istehsal şəraitində həm əsas materiallar, həm də mebel və ya konstruksiyanın elementləri məruz qala bilər. Səthi emalı praktiki olaraq bütün materiallar üzrə xüsusi laklarla, boyalarla, pastalarla və s. aparmaq mümkündür.
Dostları ilə paylaş: |