yanğınsöndürmə sisteminin sxemi Azot-su qarışığı ilə işləyən yanğınsöndürmənin avtomatik qurğularının sxemi isə şəkil 6.32-də təsvir edilmişdir.
Yanğınsöndürmənin drençer qurğuları (şəkil 6.33) bütün hesablanmış sahələrdə yanğının söndürülməsi, su pərdəsi yaratmaq və yanğının siqnalizasiyası üçün nəzərdə tutulmuşdur.
Drençer yanğınsöndürmə qurğular quru boru və doldurulmuş növlərə bölünür. Quru boru drençer qurğularında ancaq magistral boru kəməri su ilə doldurulur, qidalandırıcı və paylayıcı boru kəmərləri isə susuz olur. Doldurulmuş drençer qurğularında bütün boru kəmərləri su ilə doldurulmuş vəziyyətdə olur. Onları yüksək dərəcəli yanğın-partlayış təhlükəli bina və otaqlarda quraşdırırlar.