Şəkil 6.24. Karbon qazlı odsöndürücülərin sxemləri: 1-balon; 2-qulp;
4- qoruyucunun membranı; 4-ventil; 5-geniş ağızlı boru; 6-sifonlu borucuq; 7-bağlayıcı klapan; 8-ştok; 9-işəsalma qolu; 10- maye karbon qazının qoruyucu mili Toz halında olan yanğınsöndürücülər içi xüsusi tozlar doldurulmuş plastik kütlədən hazırlanmış və ya metal korpusdan ibarətdir. Tozların əsasını duzlar təşkil edir və onlar kəsiklərin əmələ gətirməyən və əriməyə kömək edən maddələr olmaqla, həmçinin onlara boyaq maddəsi (məsələn, oxra (sarı və ya qırmızı rəngli mineral boyaq)) əlavə olunur. Yanar səthə düşən toz onun səthində qat əmələ gətirərək yanar maddənin səthində oksigeni izolyasiya edir. Onlardan birinin sxemi şəkil 6.25-da təsvir olunmuşdur.