Amerika marketinq sistemi ümumilikdə amerika cəmiyyətinə müxtəlif "şər əməllər" etməkdə tənqid olunur. Reklamlar xüsusilə iradların hədəfinə çevrilmişdir. İradlar o qədər kəskin olmuşdur ki, Amerika Reklam Agentlikləri Assosasiyası reklamları haqsız tənqidlərdən qorumaq kampaniyası keçirmişdir.
Yeni minillikdə sosial sahənin bir çox alimləri var dövlət və ötən on illiyin itkilərinə diqqəti cəlb edərək daha vacib dəyərlərə, sosial öhdəliklərə qayıdışın vacibliyini qeyd edirlər.
Buna baxmayaraq, bizim maddi dəyərlərə olan ehtiraslı istəklərimiz davam etməkdədir.
İnsanların merkantilizmə üstünlük verməsi fıkrini danmaq çox çətindir. Tənqidçilər bu prosesə maddi əşyalara olan təbii maraqdan daha çox marketinqin yaratdığı süni tələbatın nəticəsi kimi baxırlar. Bir çox reklam agentliklərinin baş gərargahlarının yerləşdiyi Medison Avenyunun köməyi ilə əhalinin mallara olan arzularını stimullaşdırır və faydalı həyatın maddi modelini yaratmaq üçün kütləvi informasiya vasitələrindən isatifadə edir. Pul qazanmaq üçün insanlar çox çalışır. Onların satın alma qabiliyyəti amerika sənayesinin məhsuldarlığını artırır və əvəzində, sənaye məhsullarına olan istəkləri stimullaşdırmaq üçün Medison Avenyudan istifadə edir. Beləliklə, marketinq istehlakçılardan daha çox sənayenin mənafeyinə xidmət edən süni təlabat yaradır. Bəzi tənqidçilər öz narazılıqları ilə küçələrə də çıxırlar.
Amma, bu iradlar biznesin tələb yaratmaq gücünü həddindən artıq şişirdir. Əhali reklam və marketinqin digər alətləri əleyhinə güclü müdafıəyə malikdirlər. Satıcılar yeni süni tələb yaratmağa cəhd etməkdən daha çox mövcud tələblərə müraciət etdikləri zaman daha effektiv olurlar. Bundan əlavə, əhali əhəmiyyətli alver edən zaman informasiya axtarır və çox zaman bir mənbəyə etibar etmirlər. Hətta, reklam mesajların-dan təsirlənərək kiçik miqyaslı alver edən alıcılar, aldıqları malı istifadə etdikdən sonra reklamın həqiqətə uyğun olub olmadığını müəyyən edirlər. Nəticə müsbət olduqda alıcılar öz alverlərini yenidən həmin dükanlarda edirlər. Nəhayət, yeni məhsulların uğursuzluq səviyyəsi sübut edir ki, şirkətlər tələbata tam nəzarət edə bilmirlər.
Daha geniş mənada bizim tələbatlarımız və dəyərlərimiz təkcə satıcılardan deyil, eyni zamanda ailə, ali təbəqəyə mənsub olan insanlardan, etnik məsubiyyətdən və təhsildən də asılıdır. Əgər amerikalılar yüksək səviyyədə mallara aludədirlərsə, bu o deməkdir ki, həmin dəyərlər biznesin və kütləvi informasiya vasitələrinin sərhədlərini aşan əsas sosiallaşma prosesindən meydana gəlir. Bundan əlavə bəzi sosial tənqidçilər mal aludəçiliyini müsbət və həvəsləndirici qüvvə kimi xarakterizə edirlər.