Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,69 Kb.
səhifə6/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
1   2   3   4   5   6   7   8   9   ...   24
Yüksək təztiq göstərməklə satış. Çox vaxt satıcılar müştəriləri istəmədikləri məhsulları almağa vadar etməkdə günahlandırırlar. Bəzən sığorta, daşınmaz əmlak və maşınların alınmadığı, əksinə satıldığı iddia edilir. Alıcını aldatmaq üçün satıcılara müştərilərlə yaltaq və hiyləgər danışıqlar aparmaq öyrədilir. Satış rəqabəti daha çox satan şirkətlərə böyük mükafatlar vəd etdiyi üçün onlar çox saylı satış həyata keçirirlər.

Marketoloqlar yaxşı başa düşür ki, istəmədilkləri və ya ehtiyac duymadıqları əşyaları almaq üçün istehlakçılar ilə danışıqlar aparıla bilər. Qanunlar qapıdan-qapıya və telefonla satış həyata keçirən satıcılardan məhsul satdıqlarını elan etməyi tələb edir. Alıcılar da həmçinin, "üç günlük düşünmə" müddətinə malikdirlər. Belə ki, bu müddət ərzində alıcılar yenidən götür-qoy etdikdən sonra müqaviləni ləğv edə bilərlər. Bundan əlavə, əgər istehlakçılar satıcıların hədsiz təzyiqlərinə məruz qalarsa, "Daha Yaxşı Biznes Davranışı Büroları"-na və ya müştərilərin müdafiəsi dövlət agentliklərinə şikayət edə bilərlər.

Amma, bir çox hallarda, satıcılar yüksək təzyiq ilə satışdan çox az gəlir əldə edirlər. Bu taktikadan satış zamanı bir dəfə istifadə etmək mümkündür və bu zaman əldə olunan gəilirlərin ömrü də qısa olur. Buna baxmayaraq, əksər satıcılar dəyərli müştərilər ilə uzun müddətli əlaqələr qurmağa üstünlük verir. Yüksək təzyiq və ya aldatma praktikası bu tip əlaqələrə ciddi zərbə vura bilər. Məsələn, "Procter & Gamble" şirkətinə məxsus reklam agentinin "Wal-Mart" alıcısına təzyiq etdiyini və ya "IBM" satıcısının "General Electric"-in informasiya texnologiyaları menecerini qorxutduğunu təsəvvür edin.


Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin