Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,69 Kb.
səhifə3/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
1   2   3   4   5   6   7   8   9   ...   24
Yüksək reklam və təşviqat xərcləri. Müasir marketinq saysız reklam və satış təşviqatlarını maliyyələşdirmək məqsədilə qiymətləri artırmaqda ittiham olunur. Məsələn, çox reklam olunan aspirin dərmanı eyni qiymətə malik az reklam olunan dərmandan 100 həb çox satılır.

Təşviqat da daxil olmaqla çeşidli məhsullar (kosmetika, təmizlik vasitələri, tualet ləvazimatları) və qablaşdırma xərcləri pərakəndə satıcıya bu malların istehsal qiymətindən 40 % və bundan artığına başa gələ bilər. Tədqiqatçılar qablaşdırma və təşviqatın məhsula funksional dəyərdən daha çox pisixoloji dəyər əlavə etdiyini qeyd edirlər. Pərakəndə satıcılar əlavə təşviaqtdan (reklam, sərgilər, totalizatorlar) istifadə etməklə malların pərakəndə satış qiymətinə dəyər əlavə edirlər.

Bu iddialara cavab olaraq marketoloqlar istehlakçıların aşağı qiymətlə funksional məhsullar ala bildiklərini qeyd edirlər. Buna baxmayaraq, onların tələbatları və məhsul üçün pul ödəmə qabiliyyətləri psixoloji mənfəətləri təmin edir ki, bu da onlara sağlam, cəlbedici və gözəl əhval-ruhiyyəni hiss etməyə şərait yaradır. Yeni markalı məhsullar baha başa gələ bilər, amma yeni məhsullar müştəriyə keyfiyyətinin təminatını verir. Reklamlardan çox istifadə məhsullara əlavə xərclər tələb edir, amma bu reklamlar brendin faydalılığı və keyfiyyəti haqqında milyonlarla potensial müştərini xəbərdar edir. Əgər müştəri bazardakı faydalı məhsullar haqqında məlumat almaq istəyirsə onlar istehsalçının reklama daha çox pul ayırmasına ümid etməlidirlər. Bundan əlavə, firma rəqiblərinin cəhdləri ilə yarışmaq üçün reklamdan və təşviqatdan çox istifadə etmək məcburiyyətindədir.


Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin