Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT


Məhsulların planlaşdırılmış aşınması



Yüklə 54,69 Kb.
səhifə8/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
1   ...   4   5   6   7   8   9   10   11   ...   24
Məhsulların planlaşdırılmış aşınması. Bəzi tənqidçilərin fikrinə görə, bəzi sənaye sahələrində istehsalçılar şüurlu surətdə elə edirlər ki, onların məhsulları həqiqi köhnəlmədən tez aşınsın. Məsələn, tənqidçilər bəzi istehsalçıların istehlakçıları erkən və çox mal satın almağa çağıran müştəri etiketlərini davamlı olaraq dəyişdiyini qeyd edirlər. Buna ən bariz nümunə kimi paltarların fasonlarının daim dəyişdirilməsini göstərmək olar.

Digər istehsalçılar məhsullara cəlb edici funksional xassələr əlavə etdikdən sonra əvvəlki modelləri köhnəltmək üçün onları gec təqdim etməkdə günahlandırılırlar. Tənqidçilər bu taktikadan elektronika və kompyuter sənayesində də istifadə edildiyini iddia edirlər. Məsələn, "İntel" və "Microsoft" şirkəti hazırkı nəslin tələbi tükənənə kimi növbəti nəsl üçün nəzərdə tutulan kompyuter çipləri və proqram təminatının istifadəyə verilməsini yubatmaqda günahlandırılır. Digər istehsalçılar isə tez sınan, cırılan, pas atan və ya vaxtından tez çürüyən materiallar və hissələr satmaqda təqsirləndirilir.

Marketoloqlar bu iddialara cavab olaraq istehlakçıların məhsulların dəyişdirilməsinı xoşladıqlarını irəli sürürlər. Onlar deyir ki, istehlakçılar köhnə mallardan bezir və yeni dəbli və yenidən dizayn olunmuş maşınlar tələb edirlər. Heç kim yeni mallar almağa məcbur edilmir və əgər bundan çox az adamın xoşu gəlirsə o, (yəni, yeni dəb) tədricən uğursuzluğa düçar olacaq. İstehlakçılar bir çox texniki məhsulların köhnə modelinin işlək vəziyyətdə olmasına baxmayaraq, məhsulun ən son icad olunmuş versiyasını tələb edirlər. Yeni məhsul istehsal edən şirkət, rəqiblərinin onu qabaqlayaraq öz yeni məhsulunu birinci təqdim etməklə bazarı oğurlayacağı riski ilə üzləşir. Məsələn, fərdi kompüterlərə nəzər salaq. Bəzi istehlakçılar, elektronika sənayesinin müntəzəm olaraq istehsalçılar üçün "sürətli, kiçik və ucuz" formalı məhsullar icad etdiyini qeyd edirlər. Bu isə yeni məhsulları dəstəkləmək üçün daim onların satın almmasına şərait yaradır. Lakin, digər istehsalçılar ən son modelin istehsal olunmasını gözləməyəcəklər.

Yaxın keçmişdə aşınmanın planlaşdırılması maşınqayırma sənayesində qorxulu vəziyyət yaratmışdı. Əlli il bundan əvvəl, müştərilərin vəkilləri "General Electric" şirkətini qısa ömürlü işıq lampaları və maşınların işləmə müddətini məhdudlaşdıran avtomatik mühərrikləri qəsdən istehsal etməkdə ittiham etmişdi. Bu o vaxt baş vermişdi. Hazırda fərdi kompyuterlərin mövcud xaos dünyasında aşınma sadəcə olaraq planlaşdırılmır o, həm də marketoloqlar tərəfındən prinsipial müsbət cəhət kimi təriflənir.

Beləliklə, öz müştərilərini itirmək istəmədikləri üçün şirkətlər tez sınan məhsulları istehsal etmirlər. Əvəzində, onlar müştərilərin arzularına cavab verə biləcək və ya bu arzuları aşa biləcək məhsullar yarada bilmək üçün daim inkişaf yolları axtarırlar. Azad cəmiyyətdə rəqabət və texnoloji qüvvələr ilə işləmək planlaşdırılmış köhnəlmə hallarının aradan qalxmasına şərait yaradır və istehlakçıları inkişaf etmiş mal və xidmətlər təklif etməyə məcbur edir.


Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin