Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT


İctimai istehlak məhsullarının az olması



Yüklə 54,69 Kb.
səhifə11/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
1   ...   7   8   9   10   11   12   13   14   ...   24
İctimai istehlak məhsullarının az olması. Biznesmenlər ictimai məhsullar hesabına öz şəxsi məhsullarını satmaqda ittiham olunurlar. Şəxsi məhsulların artdığı üçün onlar daha çox qapalı içtimai xidmələr tələb edirlər. Məsələn, avtomobil sahibkarlığı (şəxsi mal) daha çox yol örtüyü, nəqliyyata nəzarət, dayanacaq sahələri və polis xid-mətləri (ictimai məhsul) tələb edir. Şəxsi məhsulların həddindən çox satılması "sosial xərclər" ilə nəticələnir. Maşınların sosial xərclərinə nəqliyyat sıxlığı, havanın çirklənməsi, avtomobil qəzaları zamanı baş verən ölüm və yaralanma halları daxildir.

Şəxsi və ictimai istehlak məhsulları arasında balans yaratmaq üçün bir yol tapmaq lazımdırır. Həll yollarından biri istehsalçılara öz əməliyyatlarının sosial xərclərinin hamısını öz üzərlərinə götürmələrini təmin etməkdir. Hökumət avtomobil istehsalçılarından daha təhlükəsiz maşınlar və havanın çirklənməsi əleyhinə nəzarət sistemi yaratmağı tələb edir. Öz növbəsində, avtomobil istehsalçıları da çəkdikləri bu əlavə xərcləri ödəmək üçün qiymətləri qaldıra bilər. Əgər alıcılar bəzi maşınların qiymətinin baha olduğunu qeyd etsələr istehsalçılar yoxa çıxacaq və tələb, şəxsi və sosial xərclərin məbləğlərini dəstəkləyən istehsalçılara doğru hərəkət edəcək.

Digər həll yolu isə istehlakçıları sosial xərcləri ödəməyə məcbur etməkdir. Dünyada bir çox magistral yol idarələrinin rəsmiləri nəqliyyatdakı sıxlığı aradan qaldırmaq üçün yol tıxaclarının yaranmaması üçün rüsum tətbiq etmyə başlayıblar. Məsələn, Cənubi Kaliforniyada sürücülər maşın üçün nəzərdə tutulmayan döngələrdə maşın sürməyə görə artıq cərimə ödəyirlər.


Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin