Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,69 Kb.
səhifə12/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
1   ...   8   9   10   11   12   13   14   15   ...   24
Mədəniyyətin çirklənməsi. Tənqidçilər marketinq sistemini əhalinin mədəniyyətini çirkləndirməkdə günahlandırırlar. Bizim mənəviyyatımız reklamların hücumuna məruz qalmışdır. Televiziyada reklamlar ciddi proqramları kəsir, reklam səhifələri qəzet və jurnalları, afışalar isə gözəl mənzərələri korlayır. Bu fasilələr materializm, seks, güc, əmlak mesajları ilə əhalinin beynini daim pozur. Əhalin əksəriyyəti reklamlara həddən artıq qıcıqlandırıcı vasitə kimi baxmasa da (hətta, bəziləri reklamların televiziya proramlarının ən yaxşı hissəsi olduğunu düşünür), bəzi tənqidçilər bu sahədə radikal dəyişikliklərin aparılmasını tələb edirlər.

Marketoloqlar tənqidçilərin bu iddialarına aşağıdakı arqumentlərlə cavab verırlər. Əvvəla, onlar öz reklamlarının hadəf seçdikləri auditoriyaya birbaşa çatacağına ümid edirlər. Amma, kütləvi kommunikasiya metodları səbəbindən bəzi reklamlar məhsul almaq marağında olmayan insanlara da çatır və bu səbəbdən onlar bezir və hirslənirlər. Əhali öz arzuladıqları jurnalları aldıqda ticarət reklamlarırıdan nadir hallarda narazı qalır, çünki jurnallar onların maraq dairəsində olan məhsulları reklam edir. İkincisi, reklamlar istifadəçilər üçün televiziya və radionu daha da sərbəst edir, jurnal və qəzetlərin qiymətlərini aşağı salır. Nəhayət, müasir istehlakçılar bir çox alternativlərə malik olurlar. Onlar televiziyada verilən reklamlara baxmaya bilər, ya da pevk TV və kabel TV kanallara baxmaqla onlardan canlarını qurtara bilərlər. Beləliklə, istehlakçının diqqətini cəlb etmək üçün reklam mütəxəssisləri daha əyləncəli və məlumat baxımından zəngin reklamlar hazırlayırlar.




Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin