Yüksək paylama xərcləri. Tənqid olunan məsələlərdən birincisi acgöz vasitəçilərin öz xidmətlərini real qiymətindən baha satmasıdır. Tənqidçilər vasitəçilərin sayının həddindən çox olduğunu, onların bacarıqsız və qeyri-kafi idarə olunmasını, onların lazımsız, ikili xidmətlər həyata keçirdiklərini qeyd edirlər. Nəticədə, paylama xərcləri artır və müştərilər bu məsrəflər üçün artıq pul ödəməli olurlar.
Vasitəçilər isə öz növbəsində iddia edirlər ki, onlar onsuz da istehsalçı və ya müştərilər tərəfindən başqa formada həyata keçirilməli olan işləri görürlər. Qiymət artımı müştərilərin özlərinin istədiyi xidmətlərdə (daha çox rahatlıq, böyük dükanlar və mal müxtəlifliyiı, uzun iş saatına malik dükanlar, mənfəət imtiyazları və s.) əks olunur. Onlar iddia edirlər ki, pərakəndə satış rəqabətinin səviyyəsinin çox yüksək olması səbəbindən satış həcmləri, də faktiki olaraq aşağı olur.
Dostları ilə paylaş: |