Mövzu 15. Marketinq və CƏmiyyəT: marketinq etikasi və sosial məsuliyyəT



Yüklə 54,69 Kb.
səhifə19/24
tarix02.01.2022
ölçüsü54,69 Kb.
#1160
1   ...   16   17   18   19   20   21   22   23   24
Novator marketinq. Novator marketinq şirkətlərdən real məhsul və marketinq metodlarını daima təkmilləşdirməyi tələb edən maarifləndirilmiş marketinq prinsipidir. Biznesdə yeni və qabaqcıl yollar axtarmayan şirkətlər sonda öz istehlakçılarını rəqiblərə vermiş olacaqlar. Novator marketinqə ən yaxşı misal olaraq “Colgate-Palmolive”-i göstərmək olar. Son illər “Colgate” qismən yeni məhsul mexanizmlərini tətbiq edir. Dünya miqyasında 10 il bundan əvvəl “Colgate”-in gəlirləri 26% təşkil edirdisə, yeni məhsulların tətbiq olunmasından sonra bu rəqəm 35%-i keçmişdir. Ötən bir neçə il ərzində “Colgate Total” da daxil olmaqla, şirkət çoxlu novator və yüksək səviyyədə uğur qazanan yeni məhsullar istehsal edib. Bəlkə də “Total” şirkətin inkişafa daima bağlı olduğunu göstərən ən yaxşı nümunədir. Marketinq sahəsində aparılan araşdırmalar istehlakçıların demoqrafik vəziyyətinin və qayğılarının (yaşlı əhalinin artması, sağlamlıq şüuru və yaxşı təhsil almış istehlakçılar) dəyişdiyini göstərmişdir. Bu tip istehlakçılar arasında diş çürümələrinin qarşısının alınması, kalsiuma nəzarət, təravətli nəfəs və uzun müddətli effekt də daxil olmaqla faydalı göstəricilərin kombinasiyasını təqdim edən “Total”-dan istifadə sürətlə artmışdır. Şirkət həmçinin yeni məhsullar üçün novator marketinq proqramı hazırlamışdır. Bu proqrama öz ağız boşluğunun dişlərinin sağlamlığına böyük əhəmiyyət verən ziyalı istehlakçılar üçün sağlamlıq ilə bağlı materiallar dərc edən jurnallarda reklamların verilməsi daxil idi.


Yüklə 54,69 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin