Mövzu: 16. Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsi plan


Uşaq bağçasında ekoloji tərbiyə bir sıra konkret vəzifələri həllinə xidmət edir. Bu vəzifələr aşağıdakılardan ibarətdir



Yüklə 27,6 Kb.
səhifə2/2
tarix20.12.2022
ölçüsü27,6 Kb.
#76662
1   2
16- Movzu Ekoloji tərbiyə

2. Uşaq bağçasında ekoloji tərbiyə bir sıra konkret vəzifələri həllinə xidmət edir. Bu vəzifələr aşağıdakılardan ibarətdir:
1. Ekoloji tərbiyə uşaqlarda təbiətə, ətraf mühitə məhəbbət və rəğbət hissi yaratmalı, onları yaş və anlaq səviyyələrinə uyğun onun mühafizəsində durmağa hazırlamalıdır. Məktəbəqədər yaşlı uşaqlar doğma yurdun təbii gözəlliklərindən zövq almağı öyrənməklə yanaşı, yaşadıqları ərazidə təbii gözəlliklərin qorunmasında, havanın, suyun təmiz saxlanmasında güclərinə müvafiq işlər görmək qabiliyyətinə malik olmalıdırlar;
2. Ekoloji tərbiyə uşaqlarda ekoloji baxışların və mühakimənin yaradılmasına kömək göstərməlidir. Məktəbəqədər yaşlı uşaqlar ekoloji tərbiyənin mahiyyətinibəsit formada olsa da, dərk etməli, təbiəti sevməli, təbii sərvətləri qorumalı, onun yaxşılaşması və artırılmasında güclərinə müvafiq fəaliyyət göstərməlidirlər. Yalnız müşahidə etməyi deyil, onun haqqında mühakimə yürütməyi, ətraf mühiti nə üçün qorumağın vacibliyini sadə şəkildə də olsa, izah etməyi bacarmalıdırlar;
3. Ekoloji tərbiyə bağça yaşlı uşaqları ekologiyanın müxtəlif sahələri üzrə müvafiq bilik, bacarıq və vərdişlərlə silahlandırmalıdır. Ətraf mühiti dərindən dərk etmək üçün onun haqqında insanda elmi təsəvvürlə yanaşı, bilik də olmalıdır. Belə bilik uşaqlara bəsit formada olsa da aşılanmalıdır. Belə olmasa, təbiətin qorunmasında onların düzgün mövqeyini təyin etmək çətin olar. Belə ki bu yaşlı uşaqlar oyun və yataq otağında havanın təmiz saxlanmasının əhəmiyyətini dərk etməlidirlər. Onlar otaqda və bağçanın torpaq sahəsində gül becərməyi, ağaclara, saxlanılan quşlara və heyvanlara qulluq etməyi bacarmalı, gələcəkdə təbiətə qeyri-insani münasibət hallarına qarşı mübarizəyə hazırlanmalıdırlar.
Yuxarıda göstərilən vəzifələr ayrı-ayrılıqda deyil, bir-biri ilə qarşılıqlı əlaqədə həyata keçirilməlidir. Həmin vəzifələr nə qədər müvəffəqiyyətlə həyata keçirilsə, uşaqlar bir o qədər ətraf mühitin təmiz saxlanmasında, qorunmasında fəal iştirak edər və onlarda təbiətə məhəbbət hissi daha da dərinləşər.
3. Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsini lazımi səviyyədə qurmaq üçün bir sıra mühüm tələblərə-prinsiplərə əməl edilməlidir:
1) Ekoloji tərbiyəyə uşaq şəxsiyyətinin hərtərəfli inkişafının tərkib hissəsi kimi baxılmalıdır. Ekoloji tərbiyə estetik, əmək və vətənpərvərlik tərbiyəsi ilə bağlıdır.Ona görə uşaqları təbiətdə olan gözəlliyi qavramaq və qorumaq, doğma torpağın təbii sərvətlərini mühafizə etmək, onların qayğısına qalmaq və s. belə bacarıq və vərdişlərə yiyələndirmək lazımdır;
2) Ekoloji tərbiyədə təbii sərvətlərin mahiyyətini anlamaq üçün məktəbəqədər yaşlı uşaqların yaş və fərdi xüsisiyyətləri nəzərə alınmalıdır. Məsələn, bu yaşlı uşaqlara təbii ehtiyatların tükənməsi, havanın, suyun, torpağın, bəzi bitki və heyvan növlərinin qeyri-insani fəaliyyət nəticəsində məhv edilməsini anlatmaq üçün istər məşğələ, istərsə də məşğələdənkənar tərbiyəvi tədbirlər vasitəsilə sadə şəkildə çatdırılmalıdır;
3) Ekoloji tərbiyə işində sistematiklik və ardıcıllıq gözlənilməlidir. Ekoloji tərbiyə sahəsində bacarıq və vərdişləri uşaqlara yavaş-yavaş, bir-biri ilə əlaqəli və müntəzəm surətdə aşılamaq lazımdır. Məsələn, təbiətin mühafizəsinə qid bir söhbətlə kifayətlənmək olmaz. Eləcə də, uşağı bir dəfə təbiətin qoynuna çıxarmaqla təbiəti, onun gözəlliyini uşaqlara sevdirmək mümkün deyil. Bu müntəzəm, planlı və məqsədyönlü həyata keçirilməlidir.
4) Ekoloji tərbiyə hərtərəfli aparılmalıdır. Uşaqlarda təbiətə sadə formada olsa da, münasibət formalaşdırılmalıdır. Bu, uşağın əxlaqına, vətənpərvərlik hissinə təsir göstərməlidir.
Qeyd olunan bütün bu prinsiplər əsasında ekoloji tərbiyənin vəzifələrini həyata keçirərkən, həmişə uşaq şəxsiyyətinin ahəngdar inkişaf etdirilməsi əsas götürülməlidir.
Uşaqlara ekoloji tərbiyə aşılamaq üçün tərbiyəçilər və valideynlət bu mühüm problemə aid geniş biliyə, bacarıq və vərdişlərə malik olmalıdırlar. Bütün bunları nəzərə alaraq, uşaq bağçası uşaqlara ekoloji tərbiyə haqqında məlumat verməklə kifayətlənə bilməz. Onlarda sadə formada anlayışlar yaratmaq, təbiətlə, onun nemətləri ilə düzgün davramaq, bütün bunlara qayğıkeş münasibət vərdişləri yaratmaq ən mühüm məsələlərdən biridir.
Aparılan müşahidələr göstərir ki, olduqca aktual olan bu problemə çox vaxt məktəb və uşaq bağçalarında müəllim və tərbiyəçilər laqeyd yanaşır,uşaqlarda təbiəti qorumaq hissi kifayət qədər formalaşdırılmır. Bunun da nəticəsində onlar ekologiyanın insan həyatında faydasını bilmədikləri üçün təbiətə, ətraf mühitə zərər yetirirlər.
Əgər uşaq bağçasında tərbiyəçi, ailədə valideynlər, məktəbdə isə müəllim tərbiyə işini lazımi səviyyədə qurarlarsa, onda uşaq və yeniyetmələr ekologiya və təbiətin mühafizəsi kimi mühüm problemin həyata keçirilməsində fəal iştirak edərlər. Müəllim və tərbiyəçi istər dərs prosesində, istərsə də məşğələlərdə öz fəaliyyətinidövrün, zamanın tələblərinə uyğun, eyni zamanda, uşaqların yaş və anlaq səviyyələrinə müvafiq qursalar, təbii ki, istədiklərinə nail ola bilərlər.
İnsanların yaşayış tərzi maddi rifah halı təbiətlə təbii sərvətlərin zənginliyi ilə bağlıdır. Buna görə də təbiətdən səmərəli istifadə etmək və onu mühafizə etmək çox vacibdir. Məktəbəqədər yaşlı uşaqlar da anlamalıdır ki, insanların sağlam, şən və firavan yaşaması təbiətin mühafizəsindən çox asılıdır. Onlar bilməlidirlər ki, hər kəs təbiəti sevməklə yanaşı onu qorumalı israfçılığa yol verilməməlidir. Dünyaya göz açan uşaq ilk dəfə öz ətrafını görür və duyur. Bütün bunlar-hava, su, günəş, torpaq və bütün canlı aləm insanın rüşeym dövründən onun orqanizminin ən kiçik hissəciklərinə belə nüfuz etmişdir. Təbiətin qoynunda boy atan, onunla həmişə təmasda olan gənc nəslin ətraf mühitə münasibətinin əsası ilk dəfə ailədə və məktəbəqədər təhsil müəssisələrində qoyulur.
4. Təlim-tərbiyə prosesləri bir-birilə üzvi surətdə bağlıdır. Deməli, təlim prosesi elə təşkil olunmalıdır ki, bu şəraitdə eko­loji tərbiyə də səmərəli həyata keçirilsin. Təbiətlə rəftarın əsasını qayğıkeşlik, həssaslıq, xeyirxahlıq kimi yüksək əxlaqi hisslər təşkil edir. Buna görə də təlim prosesində bu keyfiyyət­lərin tərbiyəsinə mühüm diqqət yetirilməlidir. Məşğələlər za­manı ayrı-ayrı mövzular öyrədilərkən başlıca vəzifə uşaqların təbiəti mühafizə tərbiyəsi olmalıdır. Bunun üçün birinci növbədə ekoloji tərbiyə üçün xüsusi əhəmiyyəti olan mövzular seçilməlidir. Ekoloji tərbiyə məşğələnin və öyrədilən möv­zu­nun tərkib hissəsi olmalıdır. Proqram materialı dərindən şərh olunmalı, hər bir fikir uşaqların yaş və anlaq səviyyəsinə uyğun maraqlı faktlarla onlara çatdırılmalıdır.
Uşaqların ekoloji tərbiyəsi ilə əlaqədar bağçadankənar tərbiyə müəssisələrində tərbiyə və təlim proqramında təbiət hadisələrdən istifadəyə geniş yer verilir.
Gecə-gündüz havanın dəyişməsini, küləyin əsməsini, yağışın, qarın yağmasını, günəşli və dumanlı havanın dəyiş­mə­sini uşaqlara öyrətmək ekoloji tərbiyə ilə sıx bağlıdır.
Təbiət mövzusunda yazılan şeir və hekayələrdən istifadə də güclü təsir qüvvəsinə malikdir. Məsələn, N.Gəncəvinin «İlin fəsilləri», D.Dəmirlinin «Ayının dərdi», Ə.Hacızadənin «Lovğa dovşan», M.Ə.Sabirin «Ağacların bəhsi» kimi əsərləri uşaqların ətraf aləmlə tanışlığı və təbiətə münasibətinə müsbət təsir göstərir.
Ekoloji tərbiyə və təbiətlə tanışlıq məqsədilə N.Gəncə­vi­nin «İlin fəsilləri» adlı şeir fəsil dəyişiklikləri haqqında uşaqlara müəyyən biliklər verir. «İlin fəsilləri və canlı təbiət» mövzusuna həsr olunmuş məşğələlərdə uşaqlar həmin məsə­lə­lərlə əlaqədar müvafiq məlumatlar alırlar. Uşaqlar su, hava, günəş, torpaq, bitki və heyvanlar haqqında, onların insanlara faydası haqqında anlayışları dərk edir və təbiətə məhəbbət hisslərinə yiyələnirlər.
Uşaqların təbiətin qoynunda istirahəti, müşahidəsi və ya əməyi, bəzi ziyanverici həşəratlara qarşı mübarizəsi, ac quşları yedizdirməsi, onların xidmətində durması ekoloji tərbiyə baxımından çox əhəmiyyətlidir.
Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində təbiətdə əməyin də müstəsna əhəmiyyəti vardır. Əməyin təşkili və həyata keçirilməsində yaşa müvafiklik prinsipinə əməl olun­malı, onun müddəti, xarakteri tərbiyəçinin diqqət mərkəzində olmalıdır.
Bağça yaşlı uşaqların əmək fəaliyyəti haqqında da tərbiyəçi uşaqlara ekoloji tərbiyə ilə bağlı bəzi elementar elmi məlumatlar verir. Bu elmi anlayışlar əyani göstərildikdə daha səmərəli olur və uşaqları dərindən maraqlandırır. Məsələn, əmək prosesində tərbiyəçi uşaqlarda bəzi elmi anlayışları yaradıb möhkəmlətmək məqsədilə şor suda, duzlu torpaqda, havasız və işıqsız şəraitdə bitkinin inkişaf etməməsi səbəblərini təhlil edir. Bu zaman uşaqlarda ekoloji anlayışlar daha yaxşı inkişaf edir. Təbiət zəngin olduqca maddi nemətlərin bol olması haqqında uşaqlarda yaratmış anlayışlar bəsit formada olsa da o, elmi mahiyyət daşıyır.
Qeyd etmək lazımdır ki, məktəbəqədər tərbiyə müəssi­səsi uşaqların ekoloji tərbiyəsində ailə ilə əlaqəyə də ciddi əhəmiyyət verməlidir.
Uşaqların təbiət, təbii sərvətlər, onlardan istifadə, insan və təbiət, onların qarşılıqlı əlaqəsi barədə ekoloji biliklərin sistem şəklində mənimsəmələrində valideynlər, məktəb müəl­limləri və uşaq bağçası tərbiyəçiləri müəyyən işlər gör­mə­lidirlər.
Aparılan müşahidələr və söhbətlər göstərir ki, vali­deyn­lərin əksəriyyəti uşaqların təbiəti sevməsinə və onun qorun­masında fəal iştirakına böyük əhəmiyyət verirlər. Valideynlər üçün təşkil edilən söhbətlərdə, məruzə və mühazirələrdə ekoloji tərbiyənin mahiyyəti, təbii sərvətlərdən istifadə haqqında qərarlar və uşaqların ekoloji tərbiyəsinə aid anlayışların mahiyyəti hökmən onlara çatdırılmalıdır.
Bütün bunlardan aydın olur ki, ekoloji tərbiyə çox mühüm əxlaqi keyfiyyət olmaq etibarilə uşaq bağçasında valideynlərlə qarşılıqlı əlaqə şəraitində həyata keçirilməlidir.


Yüklə 27,6 Kb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin