Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri


Təlim və təhsil-tərbiyə nəzəriyyəsi -



Yüklə 0,49 Mb.
səhifə25/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   21   22   23   24   25   26   27   28   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Təlim və təhsil-tərbiyə nəzəriyyəsi - mütəşəkkil qaydada təşkil olunan təlim və təhsil-tərbiyə proseslərinin məqsədi, qanunauyğunluqları, prinsipləri, məzmunu, təşkili formaları, metodları, vasitələri və texnologiyası haqqında nisbi müstəqil nəzəriyyədir. Bunlar həm də təlim nəzəriyyəsinin əsas anlayışlarıdır.

Təlim prosesi zahirən öyrədən və öyrənənlərin qarşılıqlı fəaliyyəti kimi təzahür edir. Bu fəaliyyət prosesində öyrədən qarşıya məqsəd qoyur, vəzifələri konkretləşdirir və məzmunu müəyyənləşdirir. Bundan sonra məzmuna uyğun vasitə, metod və materialı seçir və öyrənmə fəaliyyətini təşkil edir. Yəni, öyrənənləri təlim fəaliyyətinə istiqamətləndirir, təlim metodlarını inkişaf etdirir, onlara müstəqil işləmək yollarını öyrədir.

Təlim prosesinin üç mühüm komponenti vardır:

-təhsilin məzmunu;

-öyrətmə fəaliyyəti;

-öyrənmə fəaliyyəti.

Hər üç komponent təlim prosesinin zahiri tərəfini əks etdirir.

Təhsilin məzmununun əsas komponentləri aşağıdakılardır:

-təbiət, cəmiyyət, təfəkkür və fəaliyyət qaydaları haqqında biliklər sistemi;

-bacarıq və vərdişlər sistemi;

-münasibətlər sistemi;

-müxtəlif fəaliyyət növləri;

-yaradıcılıq təcrübəsi.

Biliklərin mənimsənilməsi, bacarıqların formalaşması əsasən iki yolla əldə edilir:




Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin