-reproduktiv (bərpaedici təfəkkür);
-produktiv (yaradıcı təfəkkür);
Təlim prosesi reproduktiv variantda qurulduqda, əvvəlcə faktların qavranılması baş verir. Sonra fakt və hadisələrin daxili əlaqə və asılılıqları öyrənilir, nəticədə anlama baş verir. Vasitəsiz anlama birdən-birə olur: ətrafdakı cisim və hadisələri bilavasitə anlayırıq. Vasitəsiz anlamanın əsasında məlum cisim və hadisə ilə naməlum arasında əlaqə yaratmaqdan ibarət olan tanıma durur. Vasitəli anlama zamanı isə müxtəlif axtarışlar aparmaq, qarşıda olan məsələni dərk etmək üçün yardımçı vasitələrdən istifadə etmək lazım gəlir.
Heç bir aktual fəaliyyət hafizə proseslərindən (nəqşləndirmə-öyrənmə, hifzetmə-yaddasaxlama, tanıma və yadasalma-xatırlama) kənarda mümkün deyildir. Bütün psixi proseslərin ən mühüm xarakteristikası olan hafizə insan şəxsiyyətinin vahidliyini, tamlığı və bütövlüyünü təmin edir. İnsanın hafizəsi onun keçdiyi həyat yolunun, keçmiş təcrübəsinin inikasıdır. Hafizəni “psixi həyatın əsas şərti”, “psixi inkişafın məhək daşı” hesab edən Y.M.Seçenov onu (hafizəni) bütün psixi inkişafın təməlini təşkil edən qüvvə hesab edirdi.
Rus pedaqoqu K,D,Uşinski göstərirdi ki, hafizə təfəkkürə əsaslanmalı və eyni zamanda təfəkkürü inkişaf etdirməlidir. Hafizəmiz gərəkli biliklərlə nə qədər zəngin olsa, fikirlərimiz də o nisbətdə düzgün və məzmunlu olar. Deməli, biz fikirləşərkən hafizənin materialına əsaslanırıq. Bilik ağlı zənginləşdirir, ağlın özü yaxşı təşkil olunmuş biliklər sistemindən başqa bir şey deyildir.
Diqqət və hafizə təlim materialının mənimsənilməsini təmin edir. Mənimsəmə materialla ilk tanışlıqdan başlayır və həmin materiala tam yiyələnməklə başa çatır. yəni təlim prosesinin nəticəsi kimi təzahür edir.
Mənimsəmə fəal təfəkkür əməliyyatları və şüurlu fəaliyyət prsesində baş verir. Mənimsənilmiş material təcrübədə və əməli fəaliyyətdə istifadə olunduqda daha artıq möhkəmlənir. Deməli, mənimsəmə təfəkkürə əsaslanan məqsədəuyğun, şüurlu, fəal,mürəkkəb bir psixi prosesdir.
O, bir sıra komponentlərdən ibarətdir:
-təlim materialı ilə tanışlığa imkan verən duyğu və qavrayış proseslərindən;
-öyrənənin mənimsəmə prosesində fəallığını təmin edən diqqət, maraq və meyil, tələbat, arzu və istək, hiss və emosiyalardan;
-materialın dərk edilməsini təmin edən təfəkkür proseslərindən;
-materialın öyrənilməsini, yadda saxlanılması, tanıma və yada salınmasını təmin edən hafizə proseslərindən;
-mənimsəmə prosesində qarşıya çıxan çətinlikləri dəf etməyə imkan verən, öyrənmə prosesinə inamı artıran iradədən ibarətdir.
Ali məktəbdə təhsil prosesində tədris materialının reproduktiv yolla mənimsənilməsi, başqa sözlə, tədrisin reproduktiv variantı aşağıdakı ardıcıllıqla həyata keçirilməlidir:
Dostları ilə paylaş: |