Təlim metodlarının ümumi xarakteristikası
Müasir dövrdə respublikamızın ümumtəhsil məktəblərində tətbiqi baxımdan təlimin interaktiv metodlarından səmərəli surətdə və ustalıqla istifadə pedaqoji mühitdə öz yerini möhkəmləndirməkdədir.
Ali məktəbdə geniş surətdə tətbiq edilməkdə olan bir sıra metodların qısa xarakteristikasını nəzərdən keçirək.
İzahlı-illüstrativ metod.
Tələbələr mühazirədə yeni informasiyalar alır, dərsliklərdən, dərs vəsaitlərindən, metodik ədəbiyyatdan istifadə etməklə qazandıqları bilikləri zənginləşdirir və möhkəmləndirirlər.
İzahlı-illüstrativ metod geniş informasiya vermək baxımından ən çox tətbiq olunan metoddur. Müəllim yeni tədris materiallarının şərhini verir, tələbənin vəzifəsi isə şifahi şəkildə təqdim olunan məlumatları dinləmək, qeydlər aparmaq və onları anlamaqdır. Tələbə keçmiş biliklərinə istinad etməklə müqayisələr edir, ümumiləşdirmələr aparır, nəticələr çıxarır və onları əsaslandırır. Bütün bu fəaliyyət növləri reproduktiv xarakter daşıyır. Çünki bu proseslər müəllimin təqdim etdiyi biliklərin məzmunu ilə müəyyənləşir.
Müəllimdən materialın dəqiq və ardıcıl əlaqəli surətdə şərhi və onun tələbə üçün zəruri olan bütün komponentlərinin qeyd edilməsi tələb olunur. Deməli, bu zaman tələbə xüsusi səy və fikri gərginlik sərf etmədən, əziyyət çəkmədən “hazır” biliklər alır.
Dostları ilə paylaş: |