Mövzu Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və təqdiqat istiqamətləri



Yüklə 0,49 Mb.
səhifə59/100
tarix02.01.2022
ölçüsü0,49 Mb.
#43468
1   ...   55   56   57   58   59   60   61   62   ...   100
Ali mekteb pedaqogikasi Magistr-1

Reproduktiv metod.

Tələbələr qazandıqları nəzəri bilikləri verilən nümunə, yaxud qaydalar əsasında tətbiq edirlər. Tələbələrin fəaliyyəti alqoritmik xarakter daşıyır, başqa sözlə, analoji, oxşar situasiyalarda biliyin tətbiq edilməsi qaydaları gözlənilir, təlimat verilir, müvafiq yollar göstərilir.

  1. Problemli şərh metodu.

Müəllim müxtəlif mənbələrdən və vasitələrdən istifadə edərək problemi müəyyənləşdirir və tələbələr qarşısında qoyur, tələbələrin qarşısında duran idrak vəzifələrini konkretləşdirir. Sonra isə müxtəlif baxışları, yanaşma tərzlərini, mülahizələri müqayisə edərək sistemləşdirir və problemin həlli yolunu aşkarlayır. Bu zaman tələbə “elmi axtarışın” bir növ “tamaşaçısı” olur. Burada müəllim izah edəcəyi materiala aid suallar qoyur, özü də onlara cavab verir. Lakin bu tərz tələbəni az da olsa “hərəkətə” gətirir. Qoyulmuş sual onu düşündürür, müstəqil surətdə mülahizə yürütməyə təhrik edir, suala cavab tapmaq səyi oyadır.

  1. Deduktiv metod.

Bu zaman hazır biliklər dinləyicilərə deduktiv nəticələr çıxarmaq yolu ilə təqdim olunur. Müəllim izahlı-illüstrativ, yaxud problemli şərh yolu ilə ümumi müddəaları, prinsipləri izah etdikdən sonra onlara müxtəlif obyektlər və hadisələr haqqında konkret mülahizələr söyləməyi, nəticələr çıxarmağı təklif edir.


  1. Yüklə 0,49 Mb.

    Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin