İnkişafetdirici təlim texnologiyaları
İnkişafetdirici təlim deyərkən, təlim prosesinin yeni fəal növü başa düşülür. İnkişafetdirici təlim ənənəvi izahlı-illüstrativ təlim tipindən fərqli olaraq, şəxsiyyətin qısa zaman kəsiyində inkişafını, başqa sözlə fiziki və psixi parametrlərinin sadədədən mürəkkəbə doöru irəliləməsini nəzərdə tutur. Şəxsiyyətin tam inkişafını təmin etmək məqsədilə inkişafetdirici təlimdən istifadə etmək lazımdır.
Şəxsi səy və müstəqil axtarıcılıq qabiliyyəti olmadan insanın inkişafı mümkün deyil. İnkişaf müxtəlif fəaliyyət növlərində aktiv surətdə iştirak etməklə, bacarıq və qabiliyyətlərə yiyələnmək prosesində baş verir.
İnkişafetdirici təlimi təşkil etmək üçün öyrədənin – müəllimin fəaliyyətinə yeni elementlər daxil edilməlidir. Bu elementlərdən ən başlıcası öyrənəni müstəqil axtarıcılığa sövq etmək bacarığıdır. Digəri təlim prosesini yeni strukturda qurmaq qabiliyyətidir. Üçüncüsü, inkişafetdirici təlimi ənənvi təlimdən köklü surətdə fərqləndirən yeni texnologiyaların tətbiqidir.
İnkişafetdirici təlimin səmərəli təşkili üçün aşağıdakı şərtlər gözlənilməlidir:
1.Təhsilalanların müvafiq bilik ehtiyatına malik olması. Bunsuz qarşıya çıxan problemləri həll etmək mümkün deyil. Belə bir həqiqətlə razılaşmaq lazımdır ki, insan ona məlum olmayan sferada problem həll edə bilməz. Bütün idrak prosesləri kimi, yeni poriblemin də həlli uzunmüddətli hafizənin hifz etdiyi biliklərə əsaslanır.
2.Öyrənənin idrak imkanları və bacarıqları. İnkişafetdirici təlimin elmi-tədqiqat metodikasına əsaslandığını nəzərə alsaq, onda məlum olar ki, təhsilalanı müstəqil axtarıcılıq fəaliyyətilə bağlı idrak bacarıqları ilə silahlandırmaq lazımdır.
İnkişafetdirici təlim zamanı tələbələr aşağıdakı bacarıqlara yiyələnirlər:
1.Problemi dərk etmək və ifadə etmək.
2.Faktları təhlil etmək, müxtəlif mənbələr üzərində işləmək.
3.Hipotez irəli sürmək.
4.Hipotezin doğruluğunu yoxlamaq.
5.Nəticələr çıxarmaq.
6.Diskussiyada öz müvqeyini müəyyən etmək.
İnkişafetdirici təlimin əsas fərqləndirici cəhəti aşağıdakılardır:
yaradıcı xarakter daşıması;
reproduktiv təfəkkürü inkişaf etdirən ənənəvi təlimdən fərqli olaraq, inkişafetdirici təlim produktiv təfəkkürün inkişafına səbəb olur;
inkişafetdirici təlim təhsilalandan daha çox müstəqillik, öz qüvvə və imkanlarına inam tələb edir.
Xarici ölkə pedaqoqları təhsilalanları tədqiqatçılıq fəaliyyətinə tədricən qoşmağı tövsiyə edirlər. Bu məqsədlə üç səviyyə (mərhələ) qeyd edilir:
Dostları ilə paylaş: |