Azərbaycanda ali məktəb psixologiyasının yaranması və inkişafı
Azərbaycanda, hələ Azərbaycan Demokratik Respublikasının vaxtında- 1919-cu ildə, Bakı Dövlət Universiteti yaradılmışdı. Universitetdə yaradılan kafedralardan biri də psixologiya kafedrası idi. Kafedraya görkəmli alim A.O. Makovelski rəhbərlik edirdi. O, M.Məhərrəmov, M.Abbasov, M.Hacıyev, İ.Seyidov və b. elmi rəhbəri olmuşdur.
Azərbaycanda ali məktəb psixologiyasının yaranması və inkişafında B.B.Komarovskinin,F.Ə.İbrahimbəyovun,Ə.K.Zəkuyevin,M.C.Məhərrəmovun, Z.M.Mehdizadə, M.Ə.Həmzəyev, Ə.Ə.Əlizadə, Ə.S.Bayramov, Ə.Ə.Qədirov, Ş.S.Ağayev, Ə.T.Bəxşəliyev, S.İ.Seyidov, İ.Ə.Seyidov, Q.E.Əzimov, B.H.Əliyev və R.İ.Əliyevin xidmətlərini qeyd etmək lazımdır.
Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi. Ali məktəblər açıldı. Kadr hazırlığı vacib tələb kimi qarşıya qoyuldu. Lakin ilk vaxtlar ali məktəblərdə yüksək ixtisaslı kadrlar çatışmırdı. Ona görə də 1921-ci ildə orta məktəblərə dərs deyəcək yeni bir ali təhsil müəssisəsi – APİ yaradıldı. 1931-ci ildə ETPİ, 1936-ci ildə Kirovabad (Gəncə) Dövlət Pedaqoji institutu təsis edildi.
1933-cü ildə V.İ.Lenin adına APİ-nin nəzdində aspirantura şöbəsi açılır. Bu şöbənin yaradılmasıyla psixologiya üzrə kadr hazırlığında bir dönüş yaratdı. Ümümiyyətlə qeyd etmək lazımdır ki, SSPİ miqyasında gedın proseslər eynilə Azərbaycanda da baş verirdi.
Müasir dövrdə təhsilin humanistləşdirilməsi və demokratikləşməsi ali məktəb həyatında xüsusi aktuallıq kəsb edir. Bu sahədə prof. M.Ə.Həmzəyevin “ Yaş və pedaqoji psixologiyanın əsasları”(B-200), “Pedaqoji psixologiya”(B-1991); prof. Ə.Əlizadənin “Yeni pedaqoji təfəkkür. Ideyalar. Problermlər. Psixopedaqoji araşdırmalar”(B-2001). “Müasir Azərbaycan məktəbinin psixoloji problemləri”(B-1998)əsərləri diqqəti cəlb edir.
Prof. B.Əliyev, prof. S.Seyidov, prof. R.Əliyev Azərbaycan psixologiya elminin, o cümlədən “Ali məktəb psixologiyasının” inkişafında əsaslı təsir göstərmişlər. Bütün bunlar isə tələbələrdə milli şüurun, milli özünüdərkin formalaşmasına əsaslı təsir göstərmişdir.