Mövzu Ali məktəb psixologiyasının predmeti, tarixi, metodları və xx1 əsrdə missiyası plan


Amerika psixologiyasında G.Lefransuanın verdiyi tərif də maraqlıdır



Yüklə 44 Kb.
səhifə2/9
tarix26.01.2023
ölçüsü44 Kb.
#80879
1   2   3   4   5   6   7   8   9
Mövzu 1 psix.cefer m

Amerika psixologiyasında G.Lefransuanın verdiyi tərif də maraqlıdır. O, bu tərifi belə açıqlayır: Ali məktəb psixologiyas, ali məktəbdə təlim prosesini, tələbənin inkişafını və motivasiyasını, sosial təlimi, şəxsiyyət xarakterisyikalarını, intizamı vəauditoriyanın idarə olunmasının başqa aspektlərini, tələbələrin inkişafının ölçülməsini və qiymətləndirilməsini öyrənir.
Bu gün, XX I əsrdə ali məktəb psixologiyasının tezaurası öünəməxsus psixopedaqoji triada şəklində- təlim psixologiyası(1), inkişafın psixologiyası(2), tərbiyənin psixologiyası(3) ilə qaynaqlanır.
Bu psixopedaqojitriadanın nəzəri-metodoloji qaynaqları müasir psixologiyanın uğurlarına söykənir.
XX əsrdə formalaşan psixoloji strukturda bir sıra müəlliflərin qənaətinə görə “Ali məktəb psixologiyasının” təhsil problemləri ilə məşğul olduğuna görə, onun predmetinə, tərbiyə psixologiyasının daxil olmasının əleyhinə çıxmışlar.(M.A.Stepanova, 2008 və s.)
Həmin diskusiyanın alternativ paradiqkasına görə “təlim” və “tərbiyə” anlayışlarının emprik səviyyədə təhlili götərir ki, onları bir-birindən ayırmaq mümkün deyildir.
Ali məktəb psixologiyasında inkişaf problemi dövrün təhsil nəzəriyyələrində bilavasitə əks olunub. Tələbələrdə təfəkkürün inkişafı bu konsepsiyanın prioritet problemi olub. Azərbaycan psixologiyasında təfəkkürün inkişafı yeni kontekstdə- təfəkkürün- təxəyyülün (kreativ) yönündə öyrənilməyə başlanmışdır.
Müasir inkişaf mərhələsində “Ali məktəb psixologiyasının” fundamental vəzifələri, şəxsiyyət yönümlü təlim prinsipi, onun müasir psixopedaqoji manifestini şərtləndirən- inkişafedici və tərbiyəedici təlim prinsipləri ilə müəyyən olunur.
Tələbələrin sosiomədəni təcrübəni mənimsəməsinin nəzəri- metodoloji problemlərinin, təlimin, onların yeni pedaqoji təfəkkürün kontekstində inkişafetdirici təlim kontekstində araşdırılması onun aktual problemləri kimi səslənir. “Təlim-inkişaf-tərbiyə” triadasının nəzəri-metodoloji problemləri bilavasitə şəxsiyyətyönümlü təlim konsepsiyasının fundamental metodları ilə öyrənilməlidir.


  1. Yüklə 44 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin