iki mərhələdən ibarətdir. Rüşeymin ana bətnində inkişafı dövrü- prenetal ontogenetik inkişafı, digər mərhələ isə uşağın anadan olduğu gündən, ömrünün axırınadək olan müddətdir ki, ona- postnetal ontogenetik inkişaf deyilir.
Uşağın inkişafının ayrı- ayrı mərhələlərində psixikanın bu və ya digər istiqamətdə inkişafı üçün daha əlverişli şərait yaranır ki, buna senzitiv dövrlər deyilir.
Müasir psixologiyada yaş dövrlərini, yaş anlayışından fərqləndirmək lazımdır. Yaş insanın ömür tarixini, inkişaf və yetişməsini, onun bioloji, psixoloji, sosioloji cəhətdən formalaşmasının ifadə edən bir anlayışdır. Müasir psixoloji ədəbiyyatda yaşın dörd növü fərqləndirilir:
Xronoloji, yəni pasport yaşı
Bioloji və ya funksional yaş
Sosial, yaxud vətəndaşlıq yaşı
Psixoloji, yaxud psixi yaş
Xronoloji yaşla insan ömrü, aylara, illərə, mərhələlərə ayrılır.
Bioloji yaşın göstəricisi kimi bədənin böyüməsi, fizioloji amillərin cinsi yetişkənlik, sümük, əzələ sisteminin, sinir sisteminin və s. fərqli yetişməsi bioloji yaşı səciyyələndirir.
Sosial yaş, insanın cəmiyyətdə tutduğu mövqeyə istinadən müəyyən olunur.
Psixoloji yaş, insanın fərdiyyətilə xarakterizə olunur. Insanın mənən cavanlaşması, yaxud acınacaqlı keçmiş hesabına xeyli qocalması ola bilər.
Müasir, inkişaf (yaş) psixologiyasında yaş dövrləri aşağıdakı qaydada təsnif olunur.
Çağalıq dövrü 1 yaşadək
Körpəlik dövrü 1-3 yaş
Məktəbəqədər yaş dövrü 3-6 yaş
Kiçik məktəb yaşı dövrü 6-10 yaş
Yeniyetməlik dövrü 10,11-14,15 yaş
Gənclik 15-25 yaş; erkən gənclik 15-17 yaş; yetkin 18-25 yaş