Testləşdirmə haqqında. Ali məktəblərdə psixodiqnostik metodlardan ən çox işlənəni testlərdir. Test- şəxsiyyətin müəyyən keyfiyyətlərinin inkişaf səviyyəsini ölçməyə imkan verən tapşırıqlar sistemidir.
Müvəffəqiyyət testi- konkret bilik, bacarıq və vərdişlərin səviyyəsini müəyyən edir.
Intellekt testi- əqli potensialın üzə çıxarılması
Kreativlik testi- yaradıcı qabiliyyəti öyrənən metod
Şəxsiyyət testləri- fərdin şəxsi keyfiyyətlərinin müxtəlif cəhətləri öyrənir.
Proyektiv testlər- şəxsiyyətin strukturu, təlabat və mənəvi dəyərlərə münasibətləri öyrənir.
Anket- sorğu aparılan şəxs haqqında ilkin informasiyanın toplanması
Sosiometriya- qrup və kollektivdə psixoloji uyuşmanın öyrənilməsi
Intervyü- əvvəlcədən hazırlanmış suallara verilən cavablar
Söhbət- nitq ünsiyyəti ilə birbaşa psixoloji informasiyanın alınması
Ingilis alimi Halton fərdi fərqlər psixologiyasının banisi hesab olunur. Halton 1884-cü ildə Londonda Beynəlxalq sağlamlıq sərgisində Antropoloji laboratoriya təşkil edir. Halton özünün Antropoloji laboratoriyasında aparılan sınaqları əqli testlər adladırdı.
Kettel 1890-cu ildə “Mind” jurnalında “Əqli testlər və ölçmələr” adlı məqaləsindən sonra- test termini psixologiyada sözün əsl mənasında vətəndaşlıq hüququ qazandı.
Kettel nümunə kimi 50 test təklif etdi və onları tətbiq etməyə başladı. Sonrakı illərdə (1895-ci ildən sonra ) dünyanın müxtəlif ölkələrində A.Bine, T.Siman, Q.Ebbinhauz, V.Ştern, E.Torndayk, Q. Müller və b. psixoloqlar müxtəlif testlər yaradılmasında fəal iştirak edirdilər.
XX əsrin əvvəllərində Bine-Siman testləri əqli inkişaf səviyyəsini, intellektiv ( intellektus- latıncadan tərcümədə ağıl, dərakə deməkdir) səviyyəsini müəyyən etmək üçün əlverişli vasitə hesab olunurdu.
Ali məktəb psixologiyası yaş krizisləri haqqında
Ali məktəb psixologiyası, inkişaf (yaş) psixologiyası ilə sıx bağlıdır. Inkişaf (yaş) psixologiyasının fundamental parametrlıri vardır. Onların bəziləri ilə tanış olaq.
Inkişaf fasiləsiz olaraq davam etdiyinə görə bir yaş dövrünün və digərinin nə vaxt başlanmasını dəqiq müəyyənləşdirmək çətindir. Fərdin inkişaf prosesi (ontogenez)