4. Ali məktəb psixologiyasının metodologiyası və metodları Psixoloji tedqiqatın metodları dedikdə, bu elmin öz premetini, mövzusunu tedqiq etmək üçün istifadə etdiyi yol və vasitələrin məcmusu nəzərdə tutulur. Hər bir elm sahəsində olduğu kimi psixologiyanın da tədqiqat metodları onun metodologiyası ilə bağlıdır. Metodologiya nədir? Müasir elmdə metodologiya terminin üç mənada işlənir. Bunlar aşaöıdakılardan ibarətdir:
Ümumi metodologiya
Xüsusi metodlogiya
Metodologiya – konkret metodik priyomların məcmusu kimi
1)Ümumi metodologiyadedikdə tədqiqatçının istinad etdiyi ümumi fəlsəfi yanaşma, ümumi idrak üsulu nəzərdə tutulur. Fəlsəfi fikrin önəmli bir sahəsi təhsilin fəsləfəsi kimi formalaşıb. Təhsilin fəlsəfəsi ali məktəb psixologiyasının inkişafı üçün son dərəcə önəmlidir. Bir tərəfdən ali məktəb psixologiyasının nəzəri- metodoloji məsələləri, digər tərəfdən onun konkret tədqiqatları təhsilin fəlsəfi paradiqmaları ilə açıqlanır.
2) Xüsusi metodlogiyadedikdə müvafiq elm sahəsində, bizim misalımızda, ali məktəb psixologiyasında tətbiq olunan metodoloji prinsiplərin məcmusu nəzərdə tutulurş
Elimin prinsipləri elmin metodoloji əsaslarını ifadə edir. Klassik psixologiyanın prinsiplərindən fərqli olaraq ali məktəb psixologiyasının prinsipləri fundamental prinsiplərə əsaslanır:
Determinizim prinsipi
Şüur və fəaliyyətin vəhdəti prinsipi
Psixikanın fəaliyyətin inkişafı prinsipi
Ali məktəb psixologiyası üçün sistemlik prinsipi də əlamətdardır. Bu prinsiplər sonrakı illərdə müxtəlif istiqamətlərdə də tətbiq olunmuş, daha da dəqiqləşmiş və sözün əsl mənasında səmərəli tədqiqat strategiyasına çevrilmişdir.
Determinizm(lat. müəyyən etmək deməkdir)- ictimai və təbii hadisələrin səbəbi haqqında təlimdir. Determinizm prinsipinə görə psixoloji hadisələr maddi həyat vasitələri, istehsal üsulunun inkişaf qanunları ilə, ictimai münasibətlərlə, sosial həyat tərzi ilə müəyyən olunur və onların dəyişilməsi ilə də dəyişilir. Beləliklə, həmin prinsip ali məktəbdə psixoloji hadisələrin mənşəyini, onların yaranmasını şərtləndirən amillərin, başlıca inkişaf qanunauygunluqlarının təhlil edilməsini nəzərdə tutur.
Müxtəlif elm sahələrində, o cümlədən ali məktəb psixologiyasında sistemli yanaşma son zamanlar daha geniş miqyasda tətbiq olunur.
Psixi hadisələr sistemli xarakter daşıyır. Sistemli yanaşma prinsipi psixoloji hadisələri- müxtəlif koordinatlar sistemində nəzərdən keçirmək və onları şərtləndirən amilləri elmi baxımdan ətraflı təhlil etmək imkanı verir.
Fəaliyyət prinsipi də psixologiyanın əsas prinsiplərindın biridir. Ümumi psixologiyada şüur və fəaliyyətin vəhdəti, psixikanın fəaliyyətdə inkişafı prinsipləri geniş tətbiq olunur. Psixika inkişafın məhsulu və fəaliyyətin nəticəsi kimi nəzərdən keçirildikdə, düzgün başa düşülə bilər.
Şüur və fəaliyyətin vəhdəti, psixikanın fəaliyyətdə inkişafı prinsiplərinin tətbiqi ilə psixologiya tarixində əslində yeni mərhələ başlayır.
Əsl elmi psixologiya obyektiv tədqiqat metodlarına istinad edir. Şüur və fəaliyyətin vəhdəti, psixikanın fəaliyyətdə inkişafı prinsipləri digər prinsiplərlə birlikdə psixologiyanın tədqiqat strategiyasını müəyyən edir. Xüsusi metodologiyanın da əsas vəzifəsi məhz bundan ibarətdir.
Metodologiyanı konkret metodiki priyomların məcmusu kimi nəzərdən keçirdikdə, onun elmi xarakter daşımasına xüsusi diqqət yetirmək lazımdır. Bunun üçün psixologiyanın yuxarıda nəzərdən keçirdiyimiz prinsipləri ilə yanaşı elmi idrakın metodikasından irəli gələn, tədqiqatın səmərəli olmasını şərtləndirən meyarlar- metodun əsaslı olması, mötəbərliliyi, informasiyanın dəqiqliyi və s. nəzərə alınmalıdır.
Konkret psixoloji tədqiqat metodikasında, şərti olaraq, dörd mərhələni fərqləndirmək olar:
Birinci mərhələ hazırlıq mərhələsidir. Bu mərhələdə ilkin məlumat toplanır; onların əsasında tədqiqatın emprik, məntiqi və nəzəri vəzifələri həll edilir. Bu zaman tədqiqatın nəzəri problemlərinin işlənilməsinə xüsusi diqqət yetirilməlidir.
Ikinici mərhələdə tədqiqatın eksperimental mərhələsidir. Bu mərhələdə tədqiqatın konkret metodikası reallaşdırılır. Yəni müxtəlif metodların tətbiqi ilə emprik faktlar toplanır.
Üçüncü mərhələdə tədqiqat materialları kəmiyyət baxımından təhlil olunur.
Dördüncü mərhələdə isə materiallar psixoloji nəzəriyyə əsasında şərh edilir, nəticə etibarilə fərziyyənin düzgünlüyü və ya səhv olması aydınlaşdırılır, tədqiqatın nəticələri şərh (interpretasiya) edilir.
Psixologiya elminin tədqiqat metodları dörd qrupa bölünür: