Birinci qrup,metodlara müqayisəli, longityudal(uzunmüddətli) və kompleks metodlar daxildir. Onlar təşkilati metodlar adlanır. Tədqiqat prosesi həmin metodların köməyi ilə təşkil edilir.
Ikinci qrup, ən geniş metodlar qrupu elmi materiallar, faktlar əldə etməyin emprik üsullarından ibarətdir. Bu qrupa aşağıdakılar daxildir:
Müşahidə və özünümüşahidə
Psixodiaqnostik metodlar (testlər, anketlər, sosiometriya, intervyü və s)
Fəaliyyət məhsullarının təhlili və ya praksimetrik metodlar
Modelləşdirmə (riyazi, kibernetik və s.)
Bioqrafik metodlar (insanın həyat yoluna aid faktların təhlili)
Üçüncü qrup,faktların təhlili metodu;
Kəmiyyət (riyazi- statistik) təhlili
Keyfiyyət təhlili (material tiplərə, qruplara və variantlara bölünür, təhlil üçün nümunələr seçilir)
Dördüncü qrup, interpretasiya (şərh) metodu. Onlar struktur və genetik metodların müxtəlif varianrlarından ibarətdir. Bu metodların köməyi ilə öyrənilən psixi proses və ya xassənin strukturu təhlil olunur və yaxud müəyyən bir yaş dövründə (tutaq ki, 3-10 yaş) inkişaf xüsusiyyətləri aydınlaşdırılır.
Qeyd olunan bu metodlar psixologiyanın müxtəlif sahələrində olduğu kimi , ali məktəb psixologiyasında da özünəməxsus şəkildə tətbiq olunur.
Ali məktəb psixologiyasının tədqiqat metodları: Müşahidə metodu Müşahidə elmi cəhətdən mühüm problemin öyrənilməsinə yönəlməlidir.
Müşahidə mütəşəkkil və ardıcıl sürətdə təşkil edilməlidir.
Öyrənilən hadisə barədə daha ətraflı məlumat əldə etmək üçün həmin hadisə müxtəlif şəraitdə nəzərdən keçirilməli, ona təsir edən bütün amillər ətraflı və dəqiq sürətdə aydınlaşdırılmalıdır.
Elmi müşahidələrin nəticələri dəqiq sürətdə qeyd edilməli və lazım gəldikdə asanlıqla bərpa olunmalıdır
Tədqiqat prosesində müşahidə metodundan müxtəlif formalarda istifadə etmək mümkündür. Son zamanlar uzunmüddətli( bir il və daha çox) müşahidələrə daha çox əhəmiyyət verilirş 1975-ci ildən sonra “iştiraklı müşahidə”dən də istifadə edilir. Belə müşahidə zamanı tədqiqat aparan şəxs, əmək qruplarında yaxud xüsusi dəstələrdə müxtəlif məsələlərin təbii iştirakçısı olur.