Qazan xanın islahatları. Bu dövrdə bütün Orta və Yaxın Şərqdə Hülakü imperatorluğunun özülünün sarsılmışdı. İslahat keçirməkdə məqsəd həm də Hülakü dövlətini iqtisadi və siyasi böhrandan xilas etmək idi. İslahat ideyasının müəllifi Fəzlullah Rəşid-əd-din idi. Qazan xan torpaq, vergi, məhkəmə, rabitə və ticarət sahələrində islahatlar keçirdi. Torpaq islahatının əsasını monqol qoşun hissələrində qulluq edənlərə torpaq sahələrinin verilməsi- iqta təşkil edir. İqta inci və divan torpaqları, həmçinin bayrat adlanan istifadəsiz torpaqlardan verilirdi. Torpaqla birlikdə iqta sahiblərinə həm də suvarma şəbəkələri verilirdi.
Qazan xanın 1303-cü ildə verdiyi fərmanla kəndlilərin yerini dəyişməsi qadağan edildi. İqta torpaqları satıla, bağışlana bilməzdi. İqta sahiblərinin ölümündən sonra torpaq onun hərbi işini davam etdirən şəxsə verilə bilərdi. Qazan xan bayrat torpaqların becərilməsi üçün tədbirlər gördü: sahələr qeydə alındı, sahibliyi müəyyənləşdirildi, sahibsiz torpaqlar divanın sərəncamına verildi, becərilməyən torpaqlar dövlət torpaqlarına qatıldı. Həmin torpaqlar yeni sahibkarlara paylandı, bunların hüquqları divan sənədləri ilə qanuniləşdirildi.
Qazan xanın vergi islahatı vergilərin növləri, həcmi, toplama üsulu, vaxtı və s. kimi məsələlərdə dəqiq qayda-qanun yaratdı. Vergi verənlərin siyahısı tutuldu, vergi məbləği lövhələrə həkk olunub baxımlı yerlərdə nümayiş etdirildi. Qeyri-qanuni vergilərin toplanması qadağan olundu. Vergi toplanması divana həvalə olundu.
Dostları ilə paylaş: |