Qızıl Ordanın hücumlarının ardı-arası kəsilmirdi. 1358-ci və 1359-cu illərdə daxili və xarici vəziyyətin gərginliliyindən istifadə edən Cəlairi Şeyx Üveys
3. Qızıl Ordanın hücumlarının ardı-arası kəsilmirdi. 1358-ci və 1359-cu illərdə daxili və xarici vəziyyətin gərginliliyindən istifadə edən Cəlairi Şeyx Üveys (1354-1374) Azərbaycana yürüşlər etdi və Təbrizə daxil oldu. Azərbaycan Cəlairilər dövlətinin tərkibinə qatıldı, paytaxt Təbriz oldu. Cəlairilər monqol qəbiləsidir. Şeyx Həsən Cəlairi (Böyük Həsən) 1340-cı ildə Bağdadda Cəlairilər dövlətini təsis etmişdi. Şeyx Üveys 1367- ci ildə Şirvan ərazisini tutdu. Şeyx Üveysdən sonra oğlu Sultan Hüseynin (1374-1382) dövründə ölkədə mərkəzi hakimiyyətə qarşı çıxışlar artdı. Şahzadə Sultan Əhməd Muğanda və Arranda güclü qoşun hissələri ilə 1382-ci ildə qardaşı Sultan Hüseyni öldürərək taxt-taca sahib oldu və 1410-cu ilədək hakimiyyətdə qaldı.