Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə9/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   5   6   7   8   9   10   11   12   ...   19

2. Xarici əlaqələri həyata keçirən dövlət orqanları. Dövlətin digər dövlətlərlə və beynəlxalq 
təşkilatlarla xarici əlaqələrinin həyata keçirən orqanlar dövlətdaxili vəxarici orqanlara ayrılır. 
  Dövlətdaxili  orqanlar  daim  həmin  dövlətin  ərazisində  fəaliyyət  göstərən  xarici  əlaqə 
orqanlarıdır. Bu orqanlar öz növbəsində iki növə ayrılır: 
1)
  dövləti bütün məsələlər üzrə təmsil edən orqanlar;     
2)
  dövləti hər hansı bir sahə üzrə təmsil edən orqanlar.               
Birinci dövlət başçısı, hökumət və xarici işlər nazirliyi daxildir. Dövlət başçısı, 
hökumət başçısı və xarici işlər naziri həmin dövləti onun xarici əlaqələrini bütün məsələlər üzrə 
ex officio (yəni vəzifəsinə görə) təmsil edirlər. 

  Azərbaycan Respublikasının Konstitusiyasına görə, Azərbaycan Respublikasının Prezidenti 
“ölkənin daxilində və xarici münasibətlərdə Azərbaycan dövlətini təmsil edir” (8-ci maddənin I 
hissəsi).  109-cu  maddəyə  əsasən,  Prezident  “Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və 
beynəlxalq  təşkilatlarda  diplomatik  nümayəndəliklərin  təsis  edilməsi  haqqında  Azərbaycan 
Respublikası  Milli  Məclisinə  təqdimat  verir,  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə  və 
beynəlxalq  təşkilatlarda  diplomatik  nümayəndələrini  təyin  edir  və  geri  çağırır  (15-ci  bənd)”; 
xarici ölkələrin diplomatik nümayəndələrinin etimadnamə və övdətnamələrini qəbul edir (16-cı 
bənd);  dövlətlərarası  və  hökumətlərarası  beynəlxalq  müqavilələr  bağlayır,  dövlətlərarası  
beynəlxalq  müqavilələri  təsdiq  və  ləğv  olunmaq  üçün  Azərbaycan  Respublikasının  Milli 
Məclisinə  təqdim  edir;  təsdiqnamələri  imzalayır  (17-ci  bənd);  Azərbaycan  Respublikası  Milli 
Məclisinin razılığı ilə müharibə elan edir və sülh bağlayır (30-cu bənd). 
  Azərbaycan Respublikasının Hökuməti xarici siyasətin həyata keçirilməsinin təmin edilməsi 
üzrə tədbirlər həyata keçirir. Hökumətlərarası və idarələrarası müqavilələr müvafiq olaraq baş 
nazir və nazirlik və ya idarə başçısı tərəfindən imzalanır və hökumət tərəfindən təsdiq olunur. 
  Azərbaycan Respublikasının Xarici  şlər Nazirliyi bilavəsitə xarici əlaqələri həyata keçirən 
əsas orqandır və 2001-ci il iyunun 8-də qəbul olunmuş “Diplomatik xidmət haqqında” Qanunun 
2.2-ci  maddəsinə  əsasn,  Azərbaycan  Respublikasının  diplomatik  xidmət  orqanlarının  vahid 
sisteminə rəhbəhlik edir. Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 9 aprel tarixli 660 
saylı Fərmanı ilə təsdiq edilmiş “AzərbaycanRespublikasının Xarici  şlər Nazirliyi haqqında” 
Əsasnamədə  göstərilir  ki,  “Azərbaycan  Respublikasının  Xarici  şlər  Nazirliyi  Azərbaycan 
Respublikasının başqa dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrinə rəhbərlik edən dövlət 
idarəetmə  orqnıdır.  Azərbaycan  Respublikasının  Xarici 
şlər  Nazirliyi  Azərbaycan 
Respublikasının  xarici  siyasətinin  həyata  keçirilməsi,  Azərbaycan  Respublikasının  xarici 
əlaqələr sahəsində işin təşkili və vəziyyəti üçün məsuliyyət daşıyır”. 
  Parlamentə  gldikdə  isə,  qeyd  etmək  lazımdır  ki,  xarici  siyasət  məsələlərində  bu  orqan 
əslində  mühüm  rol  oynayır.Parlament  bu  və  ya  digər  aktual  beynəlxalq  məsələlərə  öz 
münasibətini bildirir, digər ölkələrin parlamentlərinə müraciət qəbul edir, beynəlxalq parlament 
təşkilatlarının  (məsələn,  Avropa  Parlamentinin,  Avropa  Şurasının  Parlament  Assambleyasının 
və  s.)  işində  iştirak  edirlər.  Buna  baxmayaraq,  parlament  beynəlxalq  münasibətlərdə  dövlətin 
təmsilçisi kimi çıxış edir. O, dövlət adından müqavilələr bağlamaq səlahiyyətinə malik deyildir. 

Parlament  nümayəndələrinin  verdikləri  bəyanatlar  müvafiq  dövlət  üçün  beynəlxalq  öhdəliklər 
doğurmur. 
  Xarici  əlaqələr  həyata  keçirən  dövlətdaxili  orqanların  ikinci  qurupuna,  əsas  etibarilə, 
Azərbaycan  Respublikasının  nümunəsində,  qtisadi  inkişaf  nazirliyi  (Xarici  investisiyalar  və 
beynəlxalq  iqtisadi  əməkdaşlıq  departamenti),  Dövlət  Gömrük  komitəsi  və  b.  aiddir.  Digər 
nazirlik  və  idarələr  də  dövlətdaxili  qanunvericiliklə  müəyyən  edilmiş  səlahiyyətləri 
çərçivəsində dövləti onun xarici əlaqələrində təmsil edirlər. 
  Xarici  orqanlar  dövlətin  ərazisindən  kənarda  yerləşən  və  dövlətin  özünün,  onun 
vətəndaşlarının və hüquqi şəxslərinin hüquq və mənafelərini həyata keçirən dövlət orqanlarıdır. 
Bu orqanlar öz növbəsində aşağıdakı növlərə bölünür. 
  daimi:  dövlətin  diplomatik  nümayəndəlikləri,  konsulluq  nümayəndəlikləri,  beynəlxalq 
təşkilatlar yanında daimi nümayəndəlikləri; 
  müvəqqəti;  təntənəli  tədbirlərdə,  danışıqlar  aparılmasında  və  s.  iştirak  etmək  etmək  üçün 
digər  dövlətlərə  göndərilən  xüsusi  missiyalar,  beynəlxalq  konfranslarda  və  ya  beynəlxalq 
orqanların işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri və b. 
3.Diplomatik nümayəndəliyin anlayışı və funksiyaları. 
Diplomatik nümayəndəlik dövlətin başqa bir dövlətin ərazisində yerləşən, həmin 
dövlətlə  diplomatik  münasibətləri  həyata  keçirən  orqandır.Diplomatik  nümayəndəliklər 
müvafiq iki dövlət arasında razılaşmaya əsasən təsis olunur. Çox hallarda belə bir razılaşmanın 
əldə  olunması  həmin  dövlətlər  arasında  diplomatik  münasibətlərin  qurulması  ilə  eyni  vaxta 
düşür. 
  Beynəlxalq praktikada diplomatik nümayəndəliklərin iki növü məlumdur: 
1)
  səfirliklər – ən yüksək səviyyəli  diplomatik nümayəndəliklərdir; onların başında 
fövqəlada və sılahiyyətli səfir dayanır. 
2)
  missiyalar – daha aşağı səviyyəli diplomatik nümayəndəlik hesab olunur; onlara 
fövqəlada və sılahiyyətli elçi və ya müvəqqəti işlər müvəkkili rəhbərlik edir. 

  Diplomatik  nümayəndəlik  öz  dövlətinin  qəbul  edən  dövlətdə  bütün  məsələlər  üzrə  rəsmi 
təmsilçisidir.  Diplomatik  münasibətlər  haqqında  1961-ci  il  Vyana  Konvensiyasına  görə  (3-cü 
maddə), diplomatik nümayəndəlik aşağıdakı fuksiyaları həyata keçirir: 
1)
  akkreditə edən dövlətin qəbul edən dövlətdə təmsil olunması;    
2)
  akkreditə edən dövlətin özünün və onun vətəndaşlarının mənafelərinin müdafiəsı; 
3)
  qəbul edən dövlətin hökuməti ilə danışıqlar aparılması;   
4)
  bütün qanuni vasitələrlə, qəbul edən dövlətdə olan şəraitin və hadisələrin 
öyrənilməsi və onlar barəsində öz hökumətinə məlumat verilməsi (informasiya funksiyası); 
5)
  akkreditə edən dövlətlə qəbul edən dövlət arasında dostluq münasibətlərinin 
inkişaf etdirilməsi.      
  Bunlardan  əlavə,  diplomatik  nümayəndəlik  bəzi  hallarda  konsulluq  funksiyaları  da  həyata 
keçirir; bu məqsədlə səfirliklərin və ya missiyaların tərkibində konsulluq şöbələri təsis olunur. 
4.  Diplomatik  nümayəndəliyin  heyəti.Diplomatik  nümayəndəliyin  başçısı  təmsil  olunan 
dövlətin  qəbul  edən  dövlətdə  daimi  əsasda  fəaliyyət  göstərən  bütün  nümayəndələri  ilə 
müqayisədə  ən  yüksək  təmsilçisi  hesab  olunur.  O,  öz  dövlətini,  qəbul  edən  dövlətdə  bütün 
məsələlər  üzrə  təmsol  edən  yeganə  şəxsdir.  1961-ci  il  Vyana  Konvensiyasi  diplomatik 
nümayəndəliklərin  başçılarının  üç  dərəcəsini  müəyyən  etmişdir:  1)  dövlət  başçıları  yanında 
akkreditə  olunan  səfir  və  nuntsilər;  2)  dövlət  başçıları  yanında  akkreditə  olunan  elçi  və 
internuntsilər  və  3)  xarici  işlər  nazirləri  yanında  akkreditə  olunan  işlər  müvəkkilləri.  Əslində 
son illərin praktikasında elçilərin və daimi işlər müvəkkillərinin təyin olunmasına çox az-az rast 
gəlinir. 
  1961-ci  il  Vyana  Konvensiyasi  görə,  diplomatik  nümayəndəliyin  heyəti  üç  kateqoriyaya 
bölünür: 
  diplomatik heyət; 
  inzibati-texniki heyət; 
  xidmətçi heyət. 
  Diplomatik  heyətə  aşağıdakılar  daxildir:  səfirlər,  elçilər,  müşavirlər,  ticarət  nümayəndələri 
və onların müavinləri, xüsusi attaşelər (hərbi, hərbi-dəniz və hərbi-hava) və onların müavinləri, 
birinci,  ikinci  və  üçüncü  katiblər  və  attaşelər.  Diplomatik  heyətin  üzvləri  akkreditə  edən 

dövlətin  vətəndaşları  olmalıdır.  Lakin  qəbul  edən  dövlətin  razılığı  ilə  yerli  vətəndaşlar  və 
üçüncü  dövlətin  vətəndaşları  təmsil  olunan  dövlətin  diplomatik  heyətinə  daxil  edilə  bilər. 
Diplomatik  heyətin  üzvlərinə  milli  qanunvericiliklə  müəyyən  olunmuş  qaydada  diplomatik 
rütbələr verilir. “Diplomatik xidmət haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, Azərbaycan 
Respublikasında aşağıdakı diplomatik rütbələr mövcuddur: a) fövqəladə və səlahiyyətli səfir; b) 
1-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi; c) 2-ci dərəcəli fövqəladə və səlahiyyətli elçi; ç) 1-
ci  dərəcəli  müşavir;  d)  2-ci    dərəcəli  müşavir;  e)  1-ci  dərəcəli  birinci  katib;  ə)  2-ci  dərəcəli 
birinci  katib;  f)  1-ci  dərəcəli  ikinci  katib;  g)  2-ci  dərəcəli  ikinci  katib;  ğ)  üçüncü  katib  və  h) 
attaşe. 
nzibati-texniki  heyət  dəftərxana  müdirlərindən,  hesabdarlardan,  tərcüməçilərdən, 
kargüzarlardan, makinaçılardan və başqalarından ibarət olur. 
Xidmətçi heyətə isə sürücülər, aşbazlar, kuryerlər və başqaları daxil olur. 
nzibati-texniki və xidmətçi heyətə bəzən yerli vətəndaşlar təyin olunur. 
5.  Diplomatik  missiyanın  başlanması  və  sona  yetməsi.  ki  dövlət  arasında  diplomatik 
nümayəndəliklər mübadiləsi haqqında  razılaşma əldə olunduqdan sonra diplomatik missiyanın 
fəaliyyətə başlaması ilə bağlı ortaya çıxan əsas praktik məsələ nümayəndəliyin başçısının təyin 
olunmasıdır. Bu, aşağıdakı mərhələlərdən ibarət olur: 
1) qəbul edən dövlətdən, konkret şəxsin diplomatik nümayəndəliyin başçısı                 təyin 
olunmasına  öz  razılığını  verməsinin  –  aqremanın  xahiş  edilməsi.  Aqreman  verilməsə,  şəxs 
göstərilən  vəzifəyə  təyin  oluna  bilməz.  mtina  edən  dövlət  bunun  motivlərini  bəyan  etməyə 
borclu deyildir. 
2)  aqreman  alındıqdan  sonra  şəxsin  diplomatik  nümayəndəliyin  başçısı  təyin  olunması 
barədə müvafiq dövlətdaxili aktın verilməsi.      
3) diplomatik nümayəndəliyin başçısı təyin olunmuş şəxsin, qəbul edən dövlətin 
müvafiq  vəzifəli  şəxsinə  onun  rəsmi  statusunu  təsdiq  edən  sənədin  –  etimadnamənin  təqdim 
olunması.  
Etimadnamə  akkreditə  edən  dövlətin  başçısı  tərəfindən  imzalanır  və  diplomatik 
nümayəndəni qəbul edən dövlətin başçısına ünvanlanır. 

Dövlət diplomatik nümayəndəliyin başçısını eyni zamanda bir neşə dövlətə və ya müvafiq 
beynəlxalq təşkilata diplomatik nümayəndə təyin edə bilər; doğrudur, bu halda bu dövlətlərdən 
heç  biri  və  ya  həmin  beynəlxalq  təşkilat  buna  etiraz  etməməlidir.  Buna  diplomatiya  və 
konsulluq hüququnda kumulyasiya deyilir. Kumulyasiya dövlətimizin diplomatik təcrübəsində 
də  istifadə  olunur.  Diplomatik  nümayəndəliyin  kumulyasiyasının    başqa  bir  variantı  da 
mümkündür: bu halda bir şəxs iki və daha artıq dövləti, qəbul edən dövlətdə ( əlbəttə ki, əgər o, 
buna etiraz etmirsə ) təmsil edir. 
Diplomatik heyətin qalan üzvlərinə aqreman tələb olunmur. Onları dövlətin xarici 
işlər  idarəsi  təyin  edir.  Həmin  şəxslər  qəbul  edən  dövlətə  gəldikləri  və  həmin  dövlətin  xarici 
işlər  idarəsinə  bu  barədə  məlumat  verdikləri  andan  öz  vəzifələrinin  icrasına  başlamış  hesab 
olunurlar.  Hərbi  attaşelərin  təyin  olunmasına  isə  əksər  dövlətlərdə  aqreman  tipli  razılıq  tələb 
olunur. 
Diplomatik nümayəndənin funksiyalarının xitam olunması, əsasən, bu hallarda olur: 
akkreditə edən dövlət tərəfindən geri çağırılması;  
qəbul edən dövlət rərəfindən persona non grata( arzuolunmaz şəxs ) elan olunması; 
akkreditə edən dövlətlə qəbul edən dövlət arasında diplomatik münasibətlərin kəsilməsi; 
akkreditə edən dövlətlə qəbul edən dövlət arasında müharibə başlanması; 
akkreditə edən dövlətin və ya qəbul edən dövlətin beynəlxalq hüququn subyekti kimi yoxa 
çıxması. 
 6. Diplomatik korpus. “Diplomatik korpus” ifadəsi dar mənada və geniş mənada işlədilir. 
Dar  mənada  diplomatik  korpus  dövlətdə  olan  bütün  diplomatik  nümayəndəliklərin 
başçılarinın cəmi kimi başa düşülür. Geniş mənada isə bu termin dövlətdəki xarici diplomatik 
nümayəndəliklərin diplomatik heyətinin üzvlərini əhatə edir. Diplomatik korpus, əsasən, qəbul 
edən dövlətdə müəyyən təntənələr zamanı birgə çıxışlar edir. 
Diplomatik korpusa diplomatik nümayəndələrdən öz dərəcəsinə və akkreditə vaxtına görə ən 
böyüyü – duayen rəhbərlik edir. 

7. Diplomatik imtiyaz və immunitetlər. Diplomatik nümayəndəliklər öz funksiyalarını normal 
həyata  keçirmək  üçün  qəbul  edən  dövlətin  nəzarətindən  kənarda  olmalıdırlar.  Dövlətin  malik 
olduğu  immunitet,  təbii  ki,  onu  rəsmi  təmsil  edən  orqanlara  və  ya  şəxslərə  də  təmin 
olunmalıdır.  Bu  baxımdan,  xarici  diplomatik  nümayəndəliklərə  və  onların  əməkdaşlarına 
beynəlxalq hüquq normaları əsasında xüsusi güzəşt və üstünlüklər verilir ki, bunlara diplomatik 
imtiyaz və immunitetlər deyilir. Tərifdən göründüyü kimi, diplomatik imtiyaz və immunitetlər 
iki qrupa ayrılır: 1) diplomatik nümayəndəliklərin imtiyaz və immunitetləri və 2) şəxsi imtiyaz 
və immunitetlər. 
Diplomatik nümayəndəliklər aşağıdakı imtiyaz və immunitetlərə malikdir: 
1)
  nümayəndəliyin binalarının toxunulmazlığı; 
Qəbul  edən  dövlətin  hakimiyyət  orqanları  diplomatik  nümayəndəliyin  başçısının  icazəsi 
olmadan  nümayəndəliyin  ərazisinə  və  onun  binalarına  daxil  ola  bilməzlər.  Binaların  özü, 
onların  içində  olan  əmlak,  habelə  nəqliyyat  vasitələri  axtarışa,  rekvizisiyaya,  həbsə  və  icra 
hərəkətlərinə məruz qala bilməz. 1961-ci il Konvensiyasında (22-ci maddə) göstərilir ki, qəbul 
edən  dövlət  diplomatik  nümayəndəliyin  binalarını  istənilən  müdaxilədən  və  ya  zərər 
yetirilməsindən qorumaq, nümayəndəliyin rahatlığının hər cür pozulması hallarının və ya onun 
ləyaqətinin təhqir edilməsinin qarşısını almaq üçün bütün müvafiq tədbirləri görməlidir. 
2)  fiskal immuniteti
;  
Nümayəndəliyin  binaları  bütün  dövlət  və  bələdiyyə  vergi  və  rüsumlarından  (  konkret 
xidmətlərə görə ödəniş haqqından başqa ) azaddır. 
3) arxiv və sənədlərin toxunulmazlığı

Nümayəndəliyin bütün arxivləri, sənədləri və habelə rəsmi yazışmaları toxunulmazdır. 
4)  nümayəndəliyin öz dövlətinin hökuməti və digər diplomatik nümayəndəlikəri ilə əlaqədə 
olmaq azadlığı

Bu əlaqələri həyata keçirmək üçün nümayəndəlik bütün müvafiq vasitələrdən, o cümlədən 
diplomatik kuryerlərdən sərbəst  və maneəsiz istifadə edə bilər. 1961-ci il Vyana Konvensiyası 
habelə  diplomatik poçtu təyinatı  üzrə  çatdırdığı    ana  qədər  immunitetə  malik  olan müvəqqəti 
(ad hoc) kuryerlərin təyin olunmasını mümkün sayır. 

5)  gömrük imtiyazları

Diplomatik  nümayəndəlik    öz  rəsmi  istifadəsi  üçün  ölkəyə  gətirdiyi  və  ölkədən  çıxardığı 
mallara görə gömrük rüsumları ödəməkdən azaddır. 
6)
  bayraq və emlemdən istifadə hüququ
Diplomatik  nümayəndəlik  və  onun  başçısı  nümayəndəliyin  binları  üzərində  və  nəqliyyat 
vasitələrində öz dövlətinin bayraq və emlemindən sərbəst istifadə edə bilər. 
Şəxsi  imtiyaz  və  immunitetlər,  yəni  diplomatik  nümayəndəliyin  başçısının    diplomatik 
heyətinin  digər  üzvlərinin
  (habelə  onların  ailə  üzvlərinin  )  imtiyaz  və  immunitetləri 
aşağıdakılardan ibarətdir. 
1)
  şəxsiyyət toxunulmazlığı; 
2)
  mənzil toxunulmazlığı; 
3)
  yurisdiksiya immuniteti; 
4)
  fiskal immuniteti; 
5)
  gömrük imtiyazları; 
6)
  hərbi və digəşəxsi mükəlləfiyyətlərdən azad olunma. 
Inzibati-texniki heyətin üzvləri
 də, demək olar ki, eyni imtiyaz və immunitetlərdən istifadə 
edirlər.  Bu  şəxslərin  mülki-hüququ  və  inzibati  yurisdiksiyadanimmuniteti  onlar  yalnız  öz 
xidməti vəzifələrini icra etdiyi zaman qüvvədə olur. 
Xidmətçi heyətin üzvləri
 xidməti vəzifələrini icra etdikləri  zaman  törətdikləri hərəkətlərlə 
bağlı  immunitetə  malikdirkər  və  onlar  aldıqları  məvacibdən  vergi  və  rüsum  odəməkdən 
azaddırlar. 
8. Dövlətlərin beynəlxalq təşkilatlar yanındanümayəndəlikləri. 
Dövlətlərin  beynəlxalq  təşkilatlar  yanında  daimi  nümayəndəlikləri  diplomatiya  və  konsulluq 
hüququnun    nisbətən  yeni  institutu  hesab  edilir.  Bu  institutun  yaranması  və  inkişafı  müxtəlif 
səpkili  beynəlxalq  təşkilatların  meydana  gəlməsi  və  beynəlxalq  məsələlərin  həllində  onların 
artan  rolu,  dövlətlərlə  həmin  beynəlxalq  təşkilatlar  arasındakı  əlaqələrin  səmərəli  qurulması 
zərurəti ilə əlaqədardır. Dövlətlərin Birləşmiş Millətlər Təşkilatında, BMT-nin ixtisaslaşdırılmış 
təşkilatlarında,  regional  təşkilatlarda  daimi  nümayəndəlikləri  vardır.  Təşkilatın  nizamnaməsi 

bunu  nəzərdə  tutursa,  həmin  təşkilatın  yanında  onun  üzvü  olmayan  dövlətlərin  daimi 
müşahidəçi missiyaları olur. 
Beynəlxalq  təşkilat  yanında  nümayəndə  təşkilatın  mənzil-qərargahının  yerləşdiyi  dövlətdə 
akkreditə olunmur, o, öz dövlətini beynəlxalq təşkilatda (onun orqanında) təmsil edir. 
Bu faktın 
özündən aşağıdakı hüquqi nəticələr ortaya çıxır: a) həmin nümayəndənin təyin olunması üçün 
beynəlxalq təşkilatdan və ya təşkilatın yerləşdiyi dövlətdən aqreman alınması tələb olunmur; b) 
bu  nümayəndələr  ikitərəfli    diplomatiyada  tətbiq  olunan  qaydalar  əsasında  persona  non  grata 
elan  oluna  bilməzlər;  c)  təşkilatın  yerləşdiyi  dövlət  onlarla  bağlı  qarşılıqlı  əsasda  hər  hansı 
tədbir görə bilməz. 
Beynəlxalq  təşkilatlar  yanında  daimi  nümayəndəliklərin  funksiyaları      bunlardır:  a) 
nümayəndəliyi göndərən dövlətin təmsil olunması; b) təşkilatda həmin dövlətin mənafelərinin 
qorunması;  c)  təşkilatla  əlaqədar  saxlanılması;  ç)  öz  dövlətinə  təşkilatın  fealiyyəti  haqqında 
məlumat verilməsi və s. 
Beynəlxalq  təşkilatlar  yanında  nümayəndəliklərin  və  onların  əməkdaşlarının  imtiyaz  və 
immunitetləri  diplomatik  nümayəndəliklərin  və  onların  diplomatik  heyətinin  malik  olduğu 
imtiyaz və immunitetlərlə ümumən üst-üstə düşür. 
9. Xüsusi missiyalar. Xüsusi missiya dedikdə, müəyyən  məsələlər üzrə danışıqlar aparmaq 
və ya hər hansı konkret vəzifəni yerinə yetirmək məqsədilə (məsələn, yubley təntənələrində və 
ya  dəfn  mərasimlərində  iştirak  etmək  üçün)  başqa  bir  dövlətə  onun  razılığı  ilə  göndərilə
rəsmi nümayəndə heyəti başa düşülür. Beynəlxalq konfransların və ya beynəlxalq təşkilatların 
orqanlarının işində iştirak etmək üçün göndərilən nümayəndə heyətləri buraya aid edilmir. 
  Xüsusi missiyaların hüquqi statusu beynəlxalq adət normaları ilə və az sayda iştirakçısı olan 
Xüsusi missiyalar haqqında 1969-cu il Konvensiyası ilə nizama salınır. Konvensiyada prinsip 
etibarilə  qəbul  edilir  ki,  diplomatik  nümayəndəliklərin  və  onların  diplomatik  heyətinin  malik 
olduğu  imtiyaz  və  immunitetlər  xüsusi  missiyalara  və  onların  heyətinə  şamil  edilir.  Bununla 
belə, Konvensiyada bir sıra məhdudiyyətlər öz əksini tapmışdır. Belə ki, 25-ci maddəyə görə, 
yerli  hakimiyyət  nümayəndələri,  yanğın  və  digər  təbii  fəlakət  olduqda,  xüsusi  missiyanın 
yerləşdiyi binalara missiyanın başçısının razılığı olmadan daxil ola bilərlər. 
  Konvensiyada  (21-ci  maddə)  nəzərdə  tutulur  ki,  xüsusi  missiyaya  dövlət  başçısı,  hökumət 
başçısı,  xarici  işlər  naziri  və  ya  dövlətdə  yüksək  mövqe  tutan  digər  şəxs  rəhbərlik  etdiyi  və 

yaxud onun işində iştirak etdiyi hallarda bu şəxslər qəbul edən dövlətdə və ya hər hansı üçüncü 
dövlətdə, beynəlxalq hüquqla (faktiki olaraq, beynəlxalq adət normaları ilə) tanınan imtiyaz və 
immunitetlərə malik olurlar. 
10.  Beynəlxalq  təşkilatların  və  onların  əməkdaşlarının  imtiyaz  və  immunitetləri. 
Beynəlxalq  təşkilatlar  və  onların  əməkdaşları  öz  funksiyalarını  normal  həyata  keçirmək  üçün  
müvafiq  dövlətin  (və  ya  dövlətlərin)  hakimiyyət  orqanlarının  nəzarətindən  kənarda 
qalmalıdırlar. Bununla əlaqədar beynəlxalq hüquq normalarında onlar üçün diplomatik imtiyaz 
və immunitetlər müəyyən olunmuşdur. 
  Beynəlxalq  təşkilatların,  məsələn,  Birləşmiş  Millətlər  Təşkilatının  və  BMT-nin 
ixtisaslaşdırılmış təsisatlarının imtiyaz və immunitetləri diplomatik nümayəndəliklərin yuxarıda 
şərh etdiyimiz imtiyaz və immunitetləri ilə tam üst-üstə düşür. 
  Beynəlxalq  təşkilatların  əməkdaşlarının imtiyaz  və  immunitetlərinə gəlincə isə,  diplomatik 
imtiyaz  və  immunitetlər  tam  həcmdə  yalız  bu  təşkilatların  ən  yüksək  icraçı  şəxsləri  üçün 
nəzərdə  tutulmuşdur.  Qalan  əməkdaşların  imtiyaz  və  immunitetlərinin  əsasında  funksional 
zərurət  prinsipi  durur.  Öz  xidməti  vəzifələrini  yerinə  yetirərkən  onlar  yerli  yurisdiksiyadan 
immunitetə  malikdirlər,  habelə  vergi  immunitetindən,  gömrük  imtiyazlarından  və  s.  istifadə 
edirlər. 
  Birləşmiş  Millətlər  Təşkilatı  üçün  müəyyən  missiyanı  həyata  keçirən  ekspertlər  tapşırığın 
yerinə  yetirilməsi  müddətində  bir  sıra  imtiyaz  və  immunitetlərə  malik  olurlar:  a)  həbsə 
alınmadan  və  ya  tutulub  saxlanmadan  immunitet;  b)  törətdikləri  istənilən  hərəkərə  görə 
məhkəmə-prosesual  immuniteti;  c)  sənədlərin  toxunulmazlığı;  ç)  şifrədən  istifadə  etmək  və 
kuryer  vasitəsilə  rəsmi  yazışmalar  aparmaq  hüququ;  d)  şəxsi  baqajla  bağlı  diplomatik 
nümayəndələrə verilən eyni güzəştlər və s. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin