Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə5/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   2   3   4   5   6   7   8   9   ...   19

 
1.  Beynəlxalq  müqavilələr  hüququnun    anlayışı  və  mənbələri.  Beynəlxalq  müqavilələ
hüququ  beynəlxalq  müqavilələrin  bağlanması,  icrası  və  xitam  olunması  qaydasını  nizama 
salan beynəlxalq-hüquqi normaların məcmusuna deyilir. 
Beynəlxalq müqavilələr hüququ beynəlxalq hüququn aparılması sahəsi hesab olunur. 
Bunu belə izah etmək olar. Əgər beynəlxalq hüququn bütün həyatı, əsas etibarilə, müqavilə 
ilə  nizama  salinarsa,  müqavilənin  özünün  bütün  həyatı  isə  məhz  indi  nəzərdən  keçirdiyimiz 

beynəlxalq müqavilələr hüququ ilə nizama salınır. Beynəlxalq hüququn istənilən sahəsində biz 
müvafiq  müqavilənin  necə  və  nə  vaxt  qüvvəyə  mindiyi,  hansı  ərazidə  qüvvədə  olması, 
etibarlılığı, təfsiri, hansı əsaslarla xitam oluna bilməsi və s. kimi suallarla qarşılaşırıq. Bütün bu 
suallara beynəlxalq müqavilələr hüququ cavab verir. 
  Beynəlxalq  müqavilələr  hüququ  uzun  müddət  ərzində  beynəlxalq  adət  normalarına 
söykənmişdir.  Müqavilələrin  bağlanması,  qüvvədə  olması,  təfsiri  və  xitam  olunması  ilə  bağlı 
dövlətlərin  dəfələrlə  təkrar  olunan  və  eyni  cür  praktikası  nəticəsində  müəyyən  normalar 
təşəkkül tapmışdır. Bu normaların böyük əksəriyyəti bu gün də beynəlxalq hüquqi adətlər kimi 
qüvvədədir.  Sonralar  bu  adət  normaları  bir  yerə  toplanmış  və  məcəllə  şəklinə  salınmışdır. 
Beynəlxalq müqavilələr hüququ sahəsində ilk belə məcəllələşdirilmiş akt Müqavilələr haqqında 
Havana  Konvensiyası  olmuşdur;  1928-ci  ildə  bağlanmış  bu  Konvensiyasiya  yalnız  Latın 
Amerikası ölkələri arasında qüvvədə olmuşdur. 
  Beynəlxalq müqavilələr hüququ sahəsində hazırda iki başlıca akt mövcuddur: 1) Beynəlxalq 
müqavilələr  hüququ  haqqında  1969-cu  il  Vyana  Konvensiyası  və 
2)  dövlətlər  ilə  beynəlxalq 
təşkilatlar arasında və beynəlxalq təşkilatlar arasında müqavilələr hüququ haqqında 1986-cı il 
Vyana Konvensiyası. 
  Əslində bu iki Konvensiyadan yalnız birincisi beynəlxalq müqavilələr hüququnun mənbəyi 
sayıla  bilər,  çünki  ikinci  Konvensiya  hələ  qüvvəyə  minməmişdir.  Beynəlxalq  müqavilələ
hüququnun mühüm mənbəyi kimi müvafiq beynəlxalq adət normalarını da qeyd etmək lazımdir:
 
əvvəla, ona gorə ki, bəzi dövlətlər indiyə qədər 1969-cu il Konvensiyasının iştirakçısı deyillər; 
ikincisi  isə  bir  sıra  məsələlər  (  müharibələrin  beynəlxalq  müqavilələrə  təsiri  və  s.)  bu 
Konvensiyada öz əksini tapmamışdır. Yeri gəlmişkən, sözü gedən Konvensiyaların hər ikisində 
birbaşa  qeyd  olunur  ki,  bu  konvensiyaların  müddəalarında  öz  həllini  tapmayan  məsələlər 
əvvəlki kimi beynəlxalq adət hüququ normaları ilə nizama salınır. 
  2.  Beynəlxalq  müqavilənin  anlayışı.Beynəlxalq  müqavilənin  tərifini  beynəlxalq  hüququn 
mənbələrini şərh edərkən vermişdik. Lakin yuxarıda göstərilmiş konvensiyalar müqaviləyə bir 
qədər  başqa  cür  tərif  verir;  yəni  beynəlxalq  müqavilələr  hüququ  ilə  bağlı  aşağıda  nəzərdən 
keçirəcəyimiz  bütün  normalar  yalnız  bu  tərifə  uyğun  gələn  beynəlxalq  müqavilələrə  şamil 
olunur. Hər iki Konvensiyanın 2-ci maddəsinə görə: 

  beynəlxalq  müqavilə-  dövlətlər  və  beynəlxalq  təşkilatlar  tərəfindən  yazılı  formada 
bağlanılan və beynəlxalq  hüquqla nizama salınan beynəlxalq  razılaşmadır; bu razılaşmanın 
bir  və  ya  iki.  Yaxud  daha  çox  bir-biri  ilə  bağlı  aktlarda  ehtiva  olunması  və    nə  cür 
adlandırılması əhəmiyyət kəsb etmir. 
 
Beləliklə, şifahi sazişlərə(“centlmen sazişləri”) və habelə dövlətdaxili hüquql nizama salınan 
müqavilələrə  (  məsələn,  kommersiya  razılaşmalarına  )  göstərdiyimiz  Konvensiyaların 
müddəaları  bilavasitə  tətbiq  olunmur.  Bundan  əlavə,  daha  bir  mühüm  şərt  vardir  ki,  o  da 
tərəflərin həmin razılaşma vasitəsi ilə hüquqi münasibətlər, daha doğrusu, özləri üçün məcburi 
öhdəliklər yaratmaq niyyətinin
 olmasıdır. Belə bir niyyət olmamışsa, razılaşmanın özü və onun 
bağlanması  prossesi  bütün  müvafiq  tələblərə  cavab  versə  belə,  beynəlxalq  müqavilədən 
danışmaq olmaz. Məsələn. 1975-ci il Helsinki Yekun akti müqavilə sayılmır. 
  Hər  bir  beynəlxalq  müqavilənin  müəyyən  obyekti  və  məqsədi  olur.  Müqavilənin  obyekti 
dedikdə, həmin müqavilənin yönəldiyi maddi və ya qeyri-maddi nemət, hərəkət və ya müəyyən 
hərəkətdən çəkinmə başa düşülür. Bir qayda olaraq, müqavilənin obyekti onun adında öz əksini 
tapır.  Müqavilənin  məqsədi  isə  müqaviləni  qəbul  edən  dövlətlərin  (  və  ya  beynəlxalq 
təşkilatların  )  nəyi  həyata  keçirmək  və  ya  nəyə  nail  olmaq  istədiklərini  göstərir.  Müqavilənin 
məqsədi  və  ya  məqsədləri,  bir  qayda  olaraq,  müqavilənin  preambulasında  və  yaxud  ilk 
maddələrdə  ifadə  olunur.  Məsələn,  BMT  Nizamnaməsinin  1-ci  maddəsində  Nizamnamənin 
qəbul olunmasına məqsədləri bəyan olunmuşdur. 
3.Beynəlxalq  müqavilədə  tərəflər.1969-cu  il  və  1986-cı  il  Konvensiyalarına  görə,  müvafiq 
olaraq dövlətlər vəbeynəlxalq təşkilatlar beynəlxalq müqavilənin tərəfi ola bilər. 
  1969-cu il Konvensiyasına görə, “ hər bir dövlət müqavilələr bağlamaq hüquq qabiliyyətinə 
malikdir”  (6-cı  maddə).  Dövlətlərin  hüquq  qabiliyyəti,  artıq  qeyd  edildiyi  kimi,  universal 
xarakter daşıyır. Dövlət istənilən sahədə müqavilə bağlaya bilər və istənilən digər müqaviləyə 
qoşula bilər. Düzdür, ikinci halda bu, müqavilə qapalı olmadığı halda mümkündür; belə ki, bəzi 
beynəlxalq  sazişlərə  yalnız  müəyyən  regionda  yerləşən  dövlətlər  (məsələn,  bu,  Avropa 
Şurasının Nizamnaməsində nəzərdə tutulmuşdur) və ya sazişin bütün iştirakçılarının razılığı ilə 
hər hansı dövlət tərəf ola bilər(məsələn, Avropa  qtisadi Birliyinin yaradılması haqqında 1957-
ci  il  Roma  müqaviləsi).  Beynəlxalq  təşkilatlara  gəldikdə  isə,  onlar  həm  dövlətlərlə,  həm  də 
digər  beynəlxalq  təşkilatlarla  müqavilələr  bağlaya  bilər.  1986-cı  il  Konvensiyasında  deyilir: 
“beynəlxalq  təşkilatların  müqavilələr  bağlamaq  hüquq  qabiliyyəti  bu  təşkilatın  qaydaları  ilə 

tənzimlənir”  (6-ci  maddə).  Göründüyü  kimi,  beynəlxalq  təşkilatın  hansı  müqaviləyə  tərəf  ola 
bilməsi, əsas etibarilə, həmin təşkilatın təsis aktından asılıdır. 
  Beynəlxalq  hüququn  digər  subyektləri  də  bu  və  ya  digər  dərəcədə  beynəlxalq  müqavilə 
bağlaya  bilərlər.  Məsələn,  xarici  işğaldan  və  ya  müstəmləkəçilikdən  azad  olmaq  uğrunda 
mübarizə  aparan  xalqı  rəsmi  təmsil  edən  qurumlar  beynəlxalq  sazişlərdə  iştirak  edə  bilərlər. 
Fələstin azadlıq Təşkilatının bir sıra beynəlxalq sazişə tərəf olması bizə yaxşı məlumdur.  
1986-cı ildə bağlanmış Nüvə qəzası barəsində operativ xəbırvermə haqqında Konvensiyada 
nəzərdə  tutulur  ki,  bu  Konvensiya  bütün  dövlətlər,  regional  təşkilatlar  da  daxil  olmaqla, 
beynəlxalq  təşkilatlar  və  Namibiya  (1990-cı  ildə  müstəqilliyi  elan  olunmuş  Namibiyanı 
nəmin  Konvensiya  ilə  danışıqlarda  Namibiya  üzrə  BMT  Şurası  təmsil  edirdi)  tərəfindən 
imzalanmaq üçün açıqdır.   
“Müqavilənin tərəfi” anlayşından danışarkən, sözü gedən Vyana Konvensiyalarında 
işlədilmiş  digər  uyğun  terminləri  də  bilmək  lazımdır.  Bu  terminlər  aşağıdaklardır: 
“danışıqlarda  iştirak  edən  dövlət” 
(və  ya  beynəlxalq  təşkilat)  –  yəni  müqavilənin  mətninin 
hazırlanmasında  və  qəbul  edilməsində  iştirak  etmiş  dövlət  (və  ya  beynəlxalq  təşkilat); 
“razılaşan  dövlət”  –   
yəni  müqavilənin  qüvvəyə  minib-minməməsindən  asılı  olmayarq, 
müqavilənin  məcburiliyinə  öz  razılığını  vermiş  dövlət;  “iştirakçı  dövlət”  –yəni  müqavilənin 
məcburiliyinə öz razılığını vermiş və müqavilənin onun üçün qüvvəyə mindiyi dövlət; “üçüncü 
dövlət” – 
yəni müqavilənin tərəfi olmayan dövlət. 
4.  Beynəlxalq  müqavilələrin  təsnifatı.Beynəlxalq  müqavilələri  aşağıda  göstərilmiş  əsaslara 
görə ayrı-ayrı növlərə bölmək olar:  
  I – iştirakçıların dairəsinə görə:   
  1) ikitərəfli müqavilələr (iki dövlətin iştirak etdiyi müqavilələr); 
  2)  çoxtərəfli  müqavilələr  (ikidən  artıq  dövlətin  iştirakçısı  olduğu  beynəlxalq  müqavilələr). 
Çoxtərəfli  müqavilələr  arasında  dünya  dövlətlərinin  ümumi  mənafeyini  əks  etdirən,  ümumi 
məsələlərin həllinə yönəlmiş universal müqavilələxüsusi yer tutur. 
  II – dövlətlərin həmin beynəlxalq müqavilələrdə iştirak etmək imkanına görə
1)
  açıq müqavilələr (istənilən dövlət bu müqavilələrə heç bir hüquqi maneə olmadan 

tərəf ola bilər): 
2)
  qapalı müqavilələ(bu müqavilələrin anlayışı yuxarıda vermişdik). 
III – məzmununa görə
1)
  siyasi müqavilələr. Bu müqavilələrə, əsasən aşağıdakılar aiddir: 
müttəfiqlik haqqında müqavilələr – bu cür müqavilələrin iştirakçısı olan dövlətlər 
özlərinin  müəyyən  mənafelərini  qorumaq  məqsədilə  birgə  fəaliyyət  göstərməyı  öhdəsinə 
götürürlər;  
qarşılıqlı yardım haqqında müqavilələr – iştirakçı dövlətlər bir-birinə bu və ya 
digər sahədə yardım göstərmyi öz üzərlərinə öhdəlik kimi götürürlər; 
neytirallıq haqqında müqavilələr – bu müqavilələr vasitəsilə iştirakçı dövlətlər öz 
üzərlərinə öhdəlik götürürlər ki, hər hansı hərbi əməliyyatlarda iştirak etməsinlər və müəyyən 
əraziləri hərbi bazaya çevirməsinlər; 
  ç) sülh müqavilələri – bu müqavilələr müharibə vəziyyətini hüquqi baxımdan başa çatdırır 
və müharibədən sonrakı siyasi və digər münasibətləri müəyyən edir. 
  2) iqtisadi müqavilələr. Buraya daxildir:     
  a) ticarət müqavilələri; 
  b) əmtəə göndərilməsi və əmtəə dövriyyəsi haqqında sazişlər; 
  c) texniki yardım haqqında və ya elmi-texniki əməkdaşlıq haqqında sazişlər; 
  ç) beynəlxalq hesablaşmalar haqqında sazişlər; 
  d) gömrük məsələləri və s. üzrə sazişlər: 
  3) xüsusi məsələlər üzrə sazişlər.
 Bu qrupa aşağıdakı sahələrdə bağlanmış müqavilələri daxil 
etmək olar: 
  a) nəqliyyat sahəsində; 
  b) rabitə sahəsində; 
  c) kənd təsərrufatı sahəsində; 

  ç) elmi əməkdaşlıq məsələləri üzrə; 
  d) hüquqi məsələlər üzrə; 
  e) ətraf mühitin mühafizəsi sahəsində; 
  ə) mədəniyyət sahəsində və s. 
5. Beynəlxalq müqavilənin strukturu 
  Hər bir beynəlxalq müqavilənin mətni, bir qayda olaraq, aşağıdakı quruluşda tərtib olunur: 
  1. Müqavilənin adı. 
 
Beynəlxalq  müqavilə  təcrübəsində  “müqavilə”  ümumi  anlayışı  altında  müxtəlif  konkret 
adlardan  istifadə  olunur;  (məsələn,  konvensiya,  saziş,  nizamnamə,  pakt,  xartiya,  bəyannamə, 
traktat, statut, konkordat və s.). 
  2. Preambula.   
  Preambula müqavilənin giriş hissəsinə deyilir. Burada, adətən, müqavilənin məqsədləri əks 
olunur.  Müqavilənin  ayrı-ayrı  müddəalarının  təfsiri  zamanı  preambula  müəyyən  rol  oynaya 
bilər. 
  3. Əsas hissəsi. 
  Müqavilənin bu hissəsində tərəflərin müqavilənin obyekti ilə bağlı olan hüquq və vəzifələri 
ifadə  olunur.  Əsas  hissə  ardıcıl  olaraq  bölmə  və  ya  fəsillərdən,  maddələrdən,  hissələrdən, 
bəndlərdən və yarımbəndlərdən ibarət olur. 
  4. yekun hissə.    
  Bu hissədə müqavilənin qüvvəyə  minməsi və xitam olunması şərtləri, müqaviləyə yenidən 
baxılması qaydası, müqavilənin tərtib olunduğu dil və s. kimi məsələlər öz əksini tapır. 
  5. Səlahiyyətli şəxslərin imzaları. 
 
6.  Bəzi  hallarda  beynəlxalq  müqavilələrin  protokollar,  əlavə  protokollar,  texniki  şərtlər, 
standartlar,  xəritələr  və  s.  şəklində  Əlavələri  də  olur.  Əgər  müqavilənin  özündə  göstərilirsə, 
Əlavələr həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunur.   
 6. Beynəlxalq müqavilələrin bağlanması 

  Beynəlxalq  müqavilənin  bağlanması  bir  neçə  ardıcıl  mərhələdən  ibarət  olan  bir  prosesdir. 
Bu mərhələlər aşağıdakılardır:  
  1. Müqavilənin mətninin tərtib olunmaı və qəbulu. 
  2. Müqavilənin mətninin autentikliyinin müəyyən olunması.     
  3. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması. 
      Dövlətlər  arasında  müqavilələr  onların  nümayəndələri  tərəfindən  bağlanılır.  Müqavilənin 
bağlanmasında,  daha  doğrusu,  yuxarıda  göstərilmiş  ilk  iki  mərhələdən  birində  və  ya  hər 
ikisində  iştirak  etmək  üçün  həmin  nümayəndəyə  xüsusi  sənəd  –  vəkalət  verilir.  Vəkalət  milli 
qanunvericiliyə  müvafiq  olaraq,  dövlətin  səlahiyyətli  orqanları  tərəfində  verilir.  Dövlətin 
müəyyən vəzifəli şəxslərinə, onların vəzifə mövqeyinə görə xüsusi vəkalət lazım deyil. 1969-cu 
il  Vyana  Konvensiyasına  görə,  bu  şəxslər  aşağıdakılardır:  1)  dövlətlərin  başçıları;  2) 
hökumətlərin başçıları; 3) xarici işlər nazirləri; 4) diplomatik nümayəndəliklərin başçıları və 5) 
dövlətlərin  beynəlxalq  konfranslardakı  və  beynəlxalq  təşkilatlardakı  nümayəndələri. 
Diplomatik nümayəndəliyin başçısı yalnız öz dövləti ilə akkreditə olunduqları dövlət arasındakı 
müqavilənin, dövlətin beynəlxaq konfranslardakı və beynəlxalq təşkilatlardakı 
nümayəndəsi isə yalnız bu konfrans və ya təşkilat çərçivəsində bağlanılan müqavilənin mətninin 
qəbul olunması 
ilə bağlı hərəkətləri həyata keçirə bilər.  
  Beynəlxalq təşkilatın iştirakı ilə müqavilələr bağlanılması üçün həmin təşkilatın qaydalarına 
əsasən  onu  təmsil  edən  şəxsə  vəkalət  tələb  olunmur  (1986-cı  il  Vyana  Konvensiyasının  7-ci 
maddəsi). 
  Vəkaləti  olmayan  şəxs  tərəfindən  və  ya  vəkalətin  pozulması  ilə,  beynəlxalq  müqavilənin 
bağlanılması  ilə  əlaqədar  hər  hansı  hərəkətin  həyata  keçirilməsi,  əgər  müvafiq  dövlət  bundan 
sonra bu hərəkəti təsdiq etmirsə, heç bir hüquqi əhəmiyyətə malik olmur. 
  Beynəlxalq  müqavilənin  mətninin  tərtib  olunması  və  qəbulu  aşağıdakı  üç  formadan  biri 
vasitəsilə həyata keçirilir: 
danışıqlar; 
beynəlxalq konfranslar


Məsələn,  Beynəlxalq  Cinayət  Məhkəməsinin  Statutu  1998-ci  il  iyulun  17-də  Roma 
Beynəlxalq diplomatik konfransında qəbul olunmuşdur. 
beynəlxalq təşkilatlar;
 
Beynəlxalq konfranslarda və beynəlxalq təşkilatlarda son zamanlar müqavilə 
mətnləri  konsensus  vasitəsilə,  yəni  iştirakçılardan  heç  birinin  etirazı  olmadıqda,  səsvermə 
keçirilməməklə qəbul olunur. 
  Müqavilə mətninin autentikliyinin müəyyən olunması və autentifikasiyası (yunanca bu söz 
“həqiqilik”, “əslinə uyğunluq” deməkdir) o deməkdir ki, beynəlxalq müqavilənin mətni son və 
qəti  variantda  razılaşdırılmışdır  və  ona  heç  bir  dəyişiklik  edilə  blməz.  Bu,  üç  yolla  həyata 
keçirilir: 
  1)  paraflama  (inisial  qoyma)  –  müqavilə  mətninin  hər  səifəsində  vəkalətli  şəxsin  öz 
inisiallarını qoyması.  
  2)  ad  referendum  imza  atma  (şərti  imza  atma)  –  bu  qaydada  qoyulmuş  imza  hələ  bundan 
sonra  müvafiq  dövlət  orqanı  (və  ya  müvafiq  beynəlxalq  təşkilat)  tərəfindən  təsdiq  olmalıdır. 
Onun  inisial  qoymadan  ilə  fərqi  ondan  ibarətdir  ki,  təsdiq  olunduqdan  sonra  ad  referendum 
imza atma tam və ya qəti imzalama hesab olunur; inisial qoymadan sonra isə müqavilə hələ qəti 
imzalanmağa verilməlidir. 
  3)  imzalma.  mzalama  o  zaman  müqavilə  mətninin  autentifikasiyası  rolunu  oynayır  ki, 
həmin  müqavilə  sonradan  ratifikasiya  olunmalıdır.  mzalama  müəyyən  hüquqi  nəticələr 
doğurur;  belə  ki,  bundan  sonra  imzalamış  dövlət;  1)  həmin  müqaviləni  təsdiq  etmək  hüququ 
əldə edir; 2) müqavilənin qüvvəyə minməsinə qədər, onun obyektini və məqsədini heçə endirə 
biləcək hərəkətləri etməmək vəzifəsi daşıyır (1969-cu il Konvensiyasının 18-ci maddəsi). 
  Vyana  Konvensiyalarına  görə,  hansı  autentifikasiya  usulunun seçilməsini  razılaşan  tərəflər 
özləri müəyyən edirlər. 
7.  Müqavilənin  məcburiliyinə  razılığın  ifadə  olunması.  Bildiyimiz  kimi,  dövlətin  razılığı 
əgər yoxdursa, o, heç bir müqavilə ilə bağlı ola bilməz. Buna görə də müqaviləyə razılığın ifadə 
olunması  həmin  müqavilənin  qüvvəyə  minməsi  üçün  zəruri  mərhələdir.  1969-cu  il  Vyana 
Konvensiyasının 11-ci maddəsinə görə, belə bir razılıq aşağıdakı üsullardan biri ilə ifadə oluna 
bilər: 
 

müqavilənin imzalanması; 
müqaviə sənədlərinin dəyişdirilməsi; 
ratifikasiya; 
təsdiq etmə
qəbul etmə
müqaviləyə qoşulma.        
Buna əlavə, 11-ci maddədə göstərilir ki, müqavilənin tərəfləri  müqavilənin 
məcburiliyinin tanınmasının digər üsulu barədə razılığa gələ bilərlər.  
Müqavilənin məcburiliyinə razılıq o zaman imzalama vasitısi ilə ifadə olunur ki, 
həmin  müqavilə  bundan  sonra  ratifikasiya  və  ya  təsdiq  edilməli  olmasın.  Əgər  müqavilənin 
sonradan  ratifikasiya  və  ya  təsdiq  olunması  nəzərdə  tutulubsa,  onda  bu  halda  imzalama, 
yuxarıda qeyd edildiyi kimi, yalnız müqavilə mətninin autentikliyinin müəyyən edilməsi rolunu 
oynayır.  Beynəlxalq  müqavilənin  məcburiliyinə  razılığın  məhz  imzalama  vasitəsilə  ifadə 
olunması, adətən, həmin müqavilənin özündə göstərilir. 
Müqavilə sənədlərinin mübadiləsi, 
yəni müvafiq dövlətlərin nümayəndələrinin bir 
birinə  nota  və  ya  məktub  göndərməsi  müqavilənin  məcburiliyinə  razılığı  bildirməyin 
sadələşdirilmiş üsuludur. Məhz üsula əl atılması bu barədə xüsusi razılaşma olduqda olur. 
  Müqavilənin  məcburiliyinə  razılığın  ieadə  olunmasının  ən  geniş  yayılmış  üsulu 
ratifikasiyadir. 
Ratifikasiya  ali  hakimiyyət  orqanı  (adətən,  parlament,  və  ya  dövlətin  başçısı) 
tərəfindən  müqavilənin  təsdiq  olunmasıdır.Ratifikasiya  həm  dövlətdaxili  aktda  (qanunda, 
fərmanda  və  s.),  həmdə  beynəlxalq  aktda  (ratifikasiya  sənədində)  öz  əksini  tapir.  Beynəlxalq 
təşkilatların  özünün  hər  hansı  müqaviləsi  ilə  bağlı  rəsmi  təsdiq  aktı  ratifikasiyaya  bərabər 
tutulur. 
  1969-cu il Vyana Konvensiyasının 14-cü maddəsinə görə, müqavilənin məcburiliyinə razılıq 
aşağıdakı hallarda ratifikasiya vasitəsilə ifadə olunur: 
  a) müqavilənin özündə bu birbaşa nəzərdə tuulubsa; 

  b)  başqa  cür  müəyyən  olunbsa  ki,  danışıqlarda  iştirak  edən  dövlətlər  ratifikasiyanın 
zəruriliyi haqqında razılığa gəlmişlər; 
  c) dövlətin nümayəndəsi müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamışdırsa; 
  ç) dövlətin müqaviləni ratifikasiya olunmaq şərtilə imzalamaq niyyəti onun nümayəndəsinin 
vəkalətindən irəli gəlirsə və yaxud danışıqlar zamanı ifadə olunmuşdursa. 
  Hər bir dövlət öz qanunvericiliyində, imzalamış olduğu hansı beynəlxalq müqavilələrin və 
hansı qaydada ratifikasiya olunmasını müəyyən edir. 
  Burada  qeyd  edək  ki,  dövlətin  müqaviləni  imzalayıb  sonra  onu  ratifikasiya  etməməsi 
beynəlxalq hüquq pozuntusu hesab olunmyr. 
  Dövlət  hər  hansı  müqavilənin  ratifikasiya  olunması  haqqında  qərar  çıxardıqdan  sonra 
ratifikasiya  sənədi 
tərtib  edir.Ratifikasiya  sənədində  aşağıdakılar  göstərilir;  a)  müqaviləni 
ratifikasiya  etmiş  dövlət  orqanının  adı;  b)  müqavilənin  bütöv  mətni  (əgər  qeyd-şərtlər  və  ya 
bəyanatlar edilmişsə, onlar da bu hissəyə əlavə olunur); c) həmin müqavilənin vicdanla yerinə 
yetiriləcəyi haqqında dövlətin bəyanatı. 
  Ikitərəfli müqavilə bağlanarkən onun iştirakçısı olan dövlətlər öz ratifikasiya sənədlərini bir-
birinə verir. Çoxtərəfli müqavilələrdə isə radifikasiya sənədləri depozitariyə saxlanmağa verilir. 
Depozitari
 müqavilənin əslini və onunla bağlı bütün sənədləri saxlamaq üçün tərəflərin razılığı 
ilə müəyyən olunan dövlət (adətən, müqavilənin imzalandığı dövlət), beynəlxalq təşkilat və ya 
bu  təşkilatın  baş  vəzifəli  şəxsi  deməkdir.  Məsələn,  BMT  çərçivəsində  qəbul  olunmuş 
müqavilələrin(o  cümlədən,  sözü  gedən  1969-cu  il  və  1986-ci  il  Vyana  Konvensiyalarının) 
depozitarisi, bir qayda olaraq, BMT-nin Baş Katibidir. 
  Vyana  Konvensiyalarına  görə,  depozitari  bu  funksiyaları  yerinə  yetirir:  a)  vəkalətlər, 
ratifikasiya sənədləri, qoşulma sənədləri kimi sənədlərin saxlanılması; b) müqavilənin əslindən 
təsdiq  olunmuş  nüsxələrin  hazırlanması  və  müqavilənin  iştirakçısı  olan  və  iştirakçısı  olmaq 
hüququ olan dövlətlərə və beynəlxalq təşkilatlara göndərilməsi; c) hər bir saxlanılmağa verilmiş 
ratifikasiya  sənədi,  habelə  qeyd-şərtlər  və  onlara  etirazlar  və  müqavilənin  qüvvəyə  minməsi 
haqqında müqavilənin iştirakçılarına məlumat verilməsi və s. 

  Təsdiq etmə qəbul etmə ratifikasiyaya çox yaxındır, lakin nisbətən sadələşdirilmiş prosedur 
hesab olunur. Müqavilənin məcburiliyinə bu yollarla razılıq, adətən, dövlət başçısı və parlament 
tərəfindən deyil, dövlətin digər orqanları tərəfindən verilir. 
  Nəhayət,  beynəlxalq  müqavilənin  məcburiliyinə  razılıq  həmin  müqaviləyə  qoşulmaq 
vasitəsilə  ifadə  oluna  bilər.  Dövlət,  adətən,  artıq  qüvvəyə  minmiş  müqaviləyə  qoşulur. 
Müqaviləyə  həm  onun  mətninin  hazırlanmasında  və  qəbul  edilməsində  iştirak  etməmiş 
dövlətlər,  həm  də  müqaviləni  artıq  imzalamış,  lakin  həmin  müqavilənin  qüvvəyə  minməsinə 
qədər,  onun  məcburiliyinə  razılıq  verməmiş  dövlətlər  qoşula  bilər.  Hər  bir  müqaviləyə  necə 
qoşulmaq qaydası müqavilənin özündə müəyyən olunur. Qoşulma, bir qayda olaraq, ratifikasiya 
sənədinin  və  ya  qoşulma  haqqında  digər  sənədin  (nota,  məktub  və  s.)  saxlanılmağa  verilməsi 
yolu ilə həyata keçirilir. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin