8. Beynəlxalq müqaviləyə qeyd-şərtlər.Beynəlxalq müqavilənin məcburiliyinə hər hansı
yolla razılıq verərkən dövlət(və ya beynəlxalq təşkilat) bəyan edə bilər ki, müqavilənin hər
hansı müddəasını qəbul etmək istəmir. Belə bir bəyanat vasitəsilə dövlət həmin müddəanı ya,
ümumiyyətlə, qəbul etmir, ya da onun məzmununu özü üçün dəyişdirir. Buna beynəlxalq
müqavilələr hüququnda qeyd-şərt deyilir.
Müqaviləyə qeyd-şərt irəli sürmək imkanı dövlətin suveren iradəsinin ifadəsidir, belə ki,
dövlət müqavilənin bütün mətnini qəbul etdiyi halda, onun hər hansı norması ilə razılaşmaya
bilər. Lakin bu sərbəstlik qeyri-məhdud deyil; əgər: 1) qeyd-şərt müqavilənin obyekti və
məqsədi ilə bir araya sığmırsa; 2) müqavilə qeyd-şərtlərin edilməsini, ümumiyyətlə, qadağan
edirsə (məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası; Köləliyin, kölə alverinin və
köləliyə oxşar olan institut və adətlərin ləğv edilməsi haqqında 1956-cı il Əlavə Konvensiyası
və s.) və 3) məhz belə bir qeyd-şərtin edilməsi konkret müqavilədə yol verilmirsə.
Qeyd-şərt yazılı formada olmalı və müqavilənın iştirakçısı olan bütün digər dövlətlərin
diqqətinə çatdırılmalıdır.
Qeyd-şərt ilə razı olmayan dövlət müqavilədə göstərilmiş müddətdən gec olmayaraq buna
yazılı formada etiraz edə bilər. Lakin belə bir etirazın edilməsi bu dövlətlə qeyd-şərti etmiş
dövlət arasında müqavilənin qüvvəyə minməsinə maneə yaratmır. Bu iki dövlət arasında yalnız
qeyd-şərtin aid olduğu müddəa qüvvəyə minmir. Bununla belə, qeyd-şərtə etiraz edən dövlət
bəyan edə bilər ki,müqavilə bütövlükdə iki müvafiq dövlətin arasında qüvvəyə minməyəcəkdir.
Qeyd-şərt və etirazlar istənilən vaxt, yazılı formada bildirilməklə,geri götürülə bilər.
Müqaviləni imzalayarkən, ratifikasiya edərkən və s. dövlətlər bəzən bu və ya digər
müddəanın necə başa düşülməsi və ya onun əhəmiyyəti ilə bağlı bəyanatlar verirlər; bunlar
qeyd-şərtlərdən fərqləndirilməlidir. Belə ki, bu cür bəyanaylar müqavilənin hər hansı
müddəasını dəyişdirmir və ya onu aradan götürmür.
9. Beynəlxalq müqavilənin qeydə alınması vədərc edilməsi.BMT Nizamnaməsinin 102-ci
maddəsinə görə, BMT üzvləri tərəfindən bağlanmış hər bir beynəlxalq müqavilə BMT-nin
Katibliyində qeydə alınmalıdır. Qeydə alınma müqavilənin hüquqi qüvvəsinə təsir etmir; sadəcə
olaraq, bu cür qeydə alınmamış müqavilələrə dövlətlər BMT-nin orqanlarında istinad edə
bilməzlər.
Qeyd alınmış beynəlxalq müqavilələri Katiblik “Treaty Series” adlı topluda dərc edir
Bəzi dövlətlərdə iştirakçıları olduqları beynəlxalq müqavilələrin dərc olunması qaydası
qanunvericilikdə müəyyən olunur.
10. Beynəlxalq müqavilənin qüvvədə olması.Yalnız qüvvəyə minmiş beynəlxalq müqavilə
tərəflər üçün məcburi sayılır. Müqavilənin qüvvəyə mindiyi an, adətən, müqavilənin özündə
göstərilir. Burada bir sıra qaydalar mövcuddur. Belə ki, ratifikasiya və ya təsdiq edilməli
olmayan müqavilə aşağıdakı müddətdə qüvvəyə minir: a) imzalandığı andan etibarən; b)
imzalandığı andan müəyyən müddət keçdikdən sonra və ya c) müqavilədə dəqiq göstərilmiş
andan etibarən.
Ratifikasiya və ya təsdiq edilməli olan müqavilələrin isə qüvvəyə minməsi qaydası aşağıdakı
kimidir:
1 – ikitərəfli müqavilələr: a) ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən və ya b)
ratifikasiya sənədlərinin dəyişdirildiyi gündən müəyyən müddət keçdikdən sonra;
2 – çoxtərəfli müqavilələr: a) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi
gündən və ya b) depozitariyə müəyyən sayda ratifikasiya sənədləri verildiyi gündən müəyyən
müddət keçdikdən sonra.
Müqavilənin qüvvədə olması müəyyən müddət üçün (məsələn, 5 il, 10 il və s.) və ya
müddətsiz nəzərdə tutula bilər. Müəyyən müddətə bağlanılan müqavilə həmin müddət bitdikdən
sonra müqavilənin özündə göstərilən şərtlərlə (məsələn,tərəflərdən biri bu müddət bitən ərəfədə
müqavilədən çıxmaq haqqında öz istəyini bildirməyibsə) və ya tərəflrin xüsusi razılığı ilə
uzadıla bilər; buna prolonqasiya deyilir.
Müqavilə müəyyən məkanda qüvvədə olur. Əgər müqavilənin özündə başqa hal
nəzərdə tutulmayıbsa, o, müvafiq dövlətin ərazisində qüvvədə olur.
11. Beynəlxalq müqavilənin təvsiri.Müqavilənin təvsiri onun müddəalarıninmənasının
aydınlaşdırılması və ya izah edilməsi deməkdir.
Beynəlxalq müqavilənin təvsiri bir sıra prinsiplərə söykənir. Müqavilə hər şeydən əvvəl,
vicdanla təvsir edilməlidir. Müqavilədə istifadə olunan terminlər adi mənasında və habelə
müqaviləninobyekti və məqsədləri kontekstində başa düşülməlidir. Hər hansı terminə yalnız o
zaman xüsusi məna verilə bilər ki, müqavilənin tərəflərinin məhz belə niyyəti olsun. Müqavilə,
onun preambulası, əlavələri və ona aid olan istənilən sazişlə birgə, həmin müqavilənin tətbiqi
praktikası nəzərə alınmaqla,təfsir edilməlidir. Əgər müqavilə hər biri autenik olan iki və ya
daha artıq dildə tərtib olunmuşsa, bu halda hər bir dildəki mətn bərabər qüvvəyə malik olur.
Lakin onların müqayisəsi zamanı müxtəliflik ortaya çıxırsa, onda bu mətnləri daha çox
uzlaşdıran mənaya üstünlük verir.
Təfsirin subyektlərinə görə üç növü vardır:
1) müqavilənin ayrı-ayrı iştirakçıları tərəfindən edilən təfsir.
Bu, birtərəfli aktdır və təbii ki,
müqavilənin digər iştirakçıları üçün məcburi xarakter daşımır.
2) autentik təfsir –
müqavilənin iştirakçıları tərəfindən razilaşdırılmış təfsir. Nota
mübadiləsi, protokol və s. formada həyata keçirilən bu təfsir məcburi xarakter daşıyır.
3) beynəlxalq təfsir –
beynəlxalq orqanlar tərəfindən həyata keçirilən təfsir. Bəzi
müqavilələrdə (məsələn, Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında
1948-ci il Konvensiyası), onların təfsiri ilə bağlı mübahisələrolarkən, tərəflərin BMT-nin
Beynəlxalq Məhkəməsinə və ya digər müvafiq orqana müraciət etməli olması nəzərdə
tutulmuşdur. Bu orqanların verdikləri təfsirmübahisənin tərəfləri üçün məcburi xarakter daşıyır.
Təfsirin bir neçə üsulu vardır:
1) qrammatik təfsir;
2) məntiqi təfsir;
3) sistematik təfsir;
4) tarixi təfsir;
5) teleoloji təfsir;
6) dinamik və ya evolyutiv təfsir.
12. Beynəlxalq müqavilələrin etibarlılığı.Beynəlxalq müqavilələrin etibarlılığı onun
məzmununun və bağlanması qaydasının beynəlxalq hüquq normalarına uyğun olması
deməkdir.
Yalnız etibarlı müqavilələr hüquqi nəticələr doğurur və tərəflər üçün qanuni hüquq və
öhdəliklər yaradır. Beləliklə, beynəlxalq müqavilənin formal qüvvədə olması hələ onun etibarlı
olması demək deyil. Doğrudur, qüvvəyə minmiş hər bir beynəlxalq müqavilənin etibarlı olması
güman edilir, yəni müqavilənin hüquqi cəhətdən etibarsız olması hər bir halda müəyyən
olunmalıdır. Başqa sözlə, beynəlxalq hüquqda müqavilənin etibarlılığı prezumpsiyası
mövcuddur.
Beynəlxalq müqavilənin etibarsızlığı mütləq və nisbi ola bilər.
Mütləq etibarsızlıq müqavilənin, tərəflərin iradəsindən asılı olmayaraq, yəni onlar bu
müqaviləni hüquqauyğun hesab edib-etməməsindən asılı olmayaraq, bağlandığı andan (ab
initio) tamamilə etibarsız olması deməkdir. Müqavilə aşağıdakı əsaslarla mütləq etibarsızdır: 1)
əgər müqavilə jus cogens normasına ziddirsə; 2) müqavilə güclə hədələmə və ya güc tətbiqi
vasitəsilə bağlanmışsa; 3) müqavilə dövlət nümayəndəsinə qarşı məcburiyyət tətbiq etməklə
bağlanmışsa.
Nisbi etibarsızlıq müqavilənin, yalnız tərəfindən birinin onun hüquqauyğunluğunu şübhə
altına alması ilə ortaya çıxır.Nisbi etibarsızlığın əsasları bunlardır: 1) dövlətdaxili
qanunvericiliyin, beynəlxalq müqavilə bağlamaq səlahiyyətini müəyyən edən xüsusi
əhəmiyyətli normasının açıq şəkildə pozulması; 2) müqavilənin bağlaması mövcud olmuş və
müqavilənin məcburiliyinə razılıq verməsinin əsasını təşkil etmiş fakt və ya situasia ilə bağlı
səfin olması; 3) dövlət nümayəndəsinin qeyri-qanuni yolla ələ alınması; 4) dövlətin danışıqlarda
iştirak edən digər dövlət tərəfindən aldadılması.
Etibarsız müqavilənin əsas nəticələri ondan ibarətdir ki, o, öz hüquqi qüvvəsini itirmiş olur.
Bu cür müqaviləyə pacta sunt servanda prinsipi şamil olunmur və o, birtərəfli qaydada ləğv
edilə bilər. Belə müqavilənin əsasında artıq hansısa hərəkətlər törədilmişsə, bu zaman hər bir
tərəf, bu hərəkətlərin törədilməsindən qabaq mövcud olmuş vəziyyətin (status quo antenin)
mümkün olan dərəcədə bərpa edilməsini tələb edə bilər.
13. Beynəlxalq müqavilənin xitam olunması. Beynəlxalq müqavilənin xitam olunması onun
tərəflər üçün öz məcburi qüvvəsini itirməsi deməkdir. Müqvilə aşağıdakı əsaslarla xitam oluna
bilər:
1)
müqavilənin bağlandığı müddətin başa çatması.
Müddətli müqavilə, əgər hər hansı bir yolla prolonqasiya edilməmişsə, o, göstərilən
müddət bitdikdən sonra xitam olunmuş sayılır.
2)
müqavilə öhdəliklərinin icra olunması.
Tərəflərin müqavilədə nəzərdə tutulmuş öz öhdəliklərini tam icra etməsi ilə, əgər
müqavildə bu, xsusi olaraq göstərilibsə, həmin müqavilə xitam olunmuş sayılır.
3) müqavilənin bütün iştirakçılarının razılığı ilə.
Betnəlxalq müqavilə onun iştirakçılarının ümumi razılığı ilə istənilən vaxt ləğv edilə bilər.
Məsələn, Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında 1955-ci il Varşava
Müqaviləsinin iştirakçısı olan dövlətlər 199-ci il iyulun 1-də bu Müqavilənin xitam
olunması barədə protokol imzalamışdılar.
4) eyni məsələ üzrə və eyni dövlətlər arasında yeni müqavilənin bağlanması.
Lex posteriori derogat legi priori prinsipinə görə, bu halda əvvəlki müqavilə öz
hüquqi əhəmiyyətini itirmiş olacaqdır.
5) denonsasiya.
Denonsasiya dövlətin, müqavilədə göstərilən şərtlərlə, digər iştirakçı dövlətləri qabaqcadan
xəbərdar etməklə, müqavilədən imtina etməsi deməkdir. Deməli, müqavilənin özündə əgər belə
imkan nəzərdə tutulmayıbsa, o, denonsasiya oluna bilməz.
Müharibə qurbanlarının müdafiəsi haqqında 1949-cu il Cenevrə Konvensiyalarında belə bir
müddəa nəzərdə tutulmuşdur ki, bu Konvensiyaların müharibə zamanı, sülh bağlanana qədər
denonsasiyasına yol verilmir.
6) müqavilənin birtərəfli qaydada ləğv edilməsi.
Bu halda dövlət iştirakçısı olduğu beynəlxalq müqavilədən, ciddi əsas gətirməklə,
birtərəfli qaydada imtina edir. Müqavilədən birtərəfli imtinaya, ümumiyyətlə, yol verilmir.
Beynəlxalq hüquq bunu yalnız üç halda mümkün hesab edir.
1)
müqavilənin digər iştirakçı dövlət tərəfindən əsaslı pozulması. Lakin bu əsas
insan hüquqları haqqında beynəlxalq müqavilələrin birtərəfli qaydada xitam
olunması və bu müqavilələrin qüvvəsinin müvəqqəti dayandırılması üçün istifadə oluna bilməz.
2)
müqavilənin bağlandığı vaxt mövcud olmuş halların əsaslı surətdə dəyişməsi
(rebus sic stantibus prinsipi).
Lakin buna o zaman istinad etmək olar ki, belə halların mövcud
olması vaxtilə müqavilənin məcburiliyinə razılıq verilməsinin əsasını təşkil etmişdi və
vəziyyətin belə dəyişməsi hələ yerinə yetirilməli olan müqavilə öhdəliklərinin həcmini köklü
surətdə dəyişir. Qeyd edək ki, rebus sic stantibus prinsipi dövlət sərhədini müəyyən edən
müqavilələrə şamil edilmir. Bu prinsip habelə o zaman tətbiq olunur ki, vəziyyətin əsaslı
surətdə dəyişməsi göstərilən prinsipə istinad edən dövlətin öz beynəlxalq öhdəliklərini pozması
nəticəsində baş vermişdir.
3) müqavilənin yerinə yetirilməsinin qeyri-mümkünlüyü.
Bu, əsasən, müqavilənin obyektinin məhv olduğu və ya yoxa çıxdığı zaman (məsələn, adanın
suya batması, çayın quruması və s.) baş verir.
Mövzu 7: BEYNƏLXALQ TƏŞK LATLAR HÜQUQU
Plan:
1. Beynəlxalq təşkilatlar hüququnun anlayışı və mənbələri
2.Beynəlxalq təşkilatın hüquqi təbiəti
3. Beynəlxalq təşkilatların fuksiyaları
4. Beynəlxalq təşkilatda üzvlük
5. Beynəlxalq təşkilatların sanksiyaları
6. Beynəlxalq təşkilatların təşkilati strukturu
7. Birləşmiş Millətlər Təşkilatı (BMT)
8. BMT-nin ixtisaslaşdırılmış təsisatları
9. Regional təşkilatlar
Ə
dəbiyyat siyahısı.
Зайцева О. Г. Международные организации: принятие решений. М. , 1989.
Костенко М. Л. , Лавренова Н.В. ЕС после Маастрихта: федерация, конфедерация или
международная организация? // Государство и право . 1994. №4
Кривчикова Э.С. Основы теории права международных организаций. М., 1979.
Крылов Н.Б. Принципы участия государств в системе ООН. М., 1986.
Крылов Н.Б. Правотворческая деятельность международных организаций. М., 1988.
Маргиев В.И. Внутреннее право международных организаций. Владикавказ, 1995.
Международные организации. Под ред. И.П. Блищенко. М., 1994
Международные организации системы ООН. Отв. ред. В.Ф. Петровский . М., 1990.
Моравецкий В. Функции международной организации. М., 1976
Нешатаева Т.Н. Международные организации и право. Новые тенденции в
международно-правовом регулировании. М., 1998.
Правила процедуры многосторонней дипломатии. Сб. документов. М., 1986
Толстухин А.Э. О национальном характере Европейского Союза //Московский журнал
международного права. 1997. №4.
Топорнин Б.Н. Европейское право. М., 1988.
Шибаева Е.А. Право международных организаций: Вопросы теории. М., 1986
Шибаева
Е.А. Поточный М. Правовыевопросы структуры и деятельности
международных организаций. М., 1988.
Шреплер Х.А. Международные организации. Спра вочник. М., 1995.
Basic Facts About the United Nations. N.Y., 1995.
Bowett D.W. The Law of International Institutions.4th ed. London, 1982.
Osmanczyk F. The Encyclopedia of the United Nations and International Agreements.
London, 1985.
Simma B.(ed.) The Charter of the United Nations: A Commentary. Oxford. 1995.
1. Beynəlxalq təşkilatlar hüququnun anlayışı və mənbələri.
Beynəlxalq təşkilatlar hüququ – dövlətlərarası (hökumətlərarası) təşkilatların statusunu,
strukturunu, onların orqanlarının səlahiyyətlarini və fəaliyyət qaydasını nizama salan
normalrın məcmusuna deyilir.
Dövlətlərarası əməkdaşlığın ən mühüm təşkilatı formalarnıdan biri kimi beynəlxalq
təşkilatlar XIX əsrin ikinci yarısında meydana gəlməyə başlamışdır. lk beynəlxalq təşkilatlar
aşağıdakılar idi: 1) Torpağın ölçülməsi üzrə Beynəlxalq ittifaq (1864); 2) Beynəlxalq teleqraf
ittifaqı (1874); 3) Ümumdünya poçt ittifaqı (1874); 4) Beynəlxalq ölçü və çəki komitəsi (1875);
5) Sənaye mülkiyyətinin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1883); 6) Ədəbi və bədii
mülkiyyətin mühafizəsi üzrə Beynəlxalq ittifaq (1886); 7) Gömrük tariflərinin nəşri üzrə
Beynəlxalq ittifaq (1890); 8) Köləlik əleyhinə Beynəlxalq ittifaq (1890); 9) Dəmiryol mal
daşımaları üzrə Beynəlxalq ittifaq (1890).
Hal-hazırda 300-dən artıq beynəlxalq hökumətlərarası təşkilat mövcuddur. Geniş mənada
beynəlxalq təşkilatların (qeyryi-hökumət təşkilatları da daxil olmaqla) sayı isə 4 mindən də
artıqdır.
Beynəlxalq təklilatlar hüququ sahəsində vahid məcəllələşdirilmiş akt toxdur. Ona görə də
beynəlxalq təklilatların statusu, təşkili və fəaliyyəti ilə bağlı normaları müxtəlif xarakterli
beynəlxalq müqavilələrdə tapmaq olar:
1)
Beynəlxalq təklilatlarin təsis aktları (nizamnaməlri).
Hər bir beynəlxalq təklilat təsisçi dövlətlərin işləyib hazırladığı və qəbul etdiyi
beynəlxalq müqavilə (nizamnamə) əsasında yaradır və fəaliyyət göstərir. Nizamnamədə
müvafiq beynəlxalq təklilatın məqsəd və vəzifələri, strukturu, onun orqanlarının səlahiyyətləri
və fəaliyyət qaydası təsbit olunur, təşkilata üzvlük, təşkilatdan çıxarılma, inzibati və büdcə
məsələləri və s. öz həllini tapır.
2) Beynəlxalq təklilatların statusu ilə bağlı ayrı-ayrı məsələləri nizama salan aşağıdakı
universal sazişlər: Dövlətlərin universal xarakterli beynəlxalq tışkilatlarla münasibətlərində
nümayəndəlikləri haqqında 1975-ci il Vyana Konvensiyası və Dövlətlər ilə beynəlxalq
tışkilatlar arasında və beynəlxalq tışkilatlar arasında müqavilələr hüququ haqqında 1986-ci il
Vyana Konvensiyası.
3) Beynəlxalq təklilatların, onların mənzil-qərargahlarının yerləşdiyi dövlətlərlə bağladığı
müqavilələr (məsələn, Birləşmiş Millətlər təşkilatı və ABŞ Hökuməti arasında 26 iyun 1947-ci il
tarixli Saziş
).
2. Beynəlxalq təşkilatın hüquqi təbiəti. Yuxarıda qeyd etmişdik ki, beynəlxalq tışkilatlar
beynəlxalq hüququn törəmə subyektidir; onların beynəlxalq-hüquqi subyektliyi fuksional
xarakter daşıyır. Beynəlxalq təklilatların aşağıdakı əlamətləri vardır:
a) müqavilə əsasında yaradılır;
b) müvafiq təşkilati struktura malikdir;
c) müəyyən məqsəd və vəzifələri vardır;
ç) beynəlxalq hüquq və öhdəliklərə malikdir;
Beləliklə, beynəlxalq təşkilat – müəyyən məqsədləri həyata keçirmək üçün beynəlxalq
müqavilə əsasında yaradılmış, daimi fəaliyyət göstərən, müvafiq orqanlar sisteminə malik
olan, üzv-dövlətlərin hüquq və öhdəliklərindən fərqli hüquq və vəzifələrə malik olan dövlətlər
birliyinə deyilir.
Beynəlxalq təklilatların aşağıdakı növləri vardır:
I – üzv-dövlətlərin əhatə dairəsinə görə:
1) universal təşkilatlar (Birlaşmiş Millətlər Təşkilatı, Beynəlxalq əmək təşkilatı, YUNESKO
və b.).
2) regional təşkilatlar (Avropa Şurası, slam konfransı təşkilatı, Amirika dövlətləri təşkilatı
və b.).
II – malik olduqları səlahiyyətlərin həcminə və xarakterinə görə:
1) ümumi səlahiyyətə malik təşkilatlar (Birlaşmiş Millətlər Təşkilatı, ATƏT, Amirika
dövlətləri təşkilatı və b.).
2) xüsusi səlahiyyətə malik təşkilatlar (Ümumdünya ticarət təşkilatı, Beynəlxalq əmək
təşkilatı, Ümumdünya səhiyyə təşkilatı və b.).
III – təşkilata daxil olma qaydasına görə:
1)
açıq təşkilatlar (istənilən dövlət onların üzvü ola bilər)
2)
qapalı təşkilatlar (bu təşkilatın üzvlüyünə qəbul təsisçi dövlətlərin dəvəti ilə
həyata keçirilir; məsələn, NATO).
Dostları ilə paylaş: |