Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə7/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   2   3   4   5   6   7   8   9   10   ...   19

3.  Beynəlxalq  təşkilatların  fuksiyaları.  Beynəlxalq  təşkilatlar,bir  qayda  olaraq,  aşağıdakı 
fuksiyaları həyata keçirir:  
1)
  normayaratma funksiyası:      
-
  beynəlxalq hüquq normalarının yaradılmasında bilavəsitə iştirak edir; 
-
  dövlətlərin normayaratma prosesində iştirak edir.               
2)
  məcəllələşdirmə funksiyası (bax, o cümlədən: BMT Nizamnaməsinin 13-cü 
maddəsi). 
3)
  informasiya funksiyası:          
-
  təşkilatın fəaliyyətinin məqsədlərinə və əsas istiqamətlərinə aid sənədlərin nəşrini 
təşkil edir: 
-
  aktual beynəlxalq məsələlərə dair xüsusi materiallar (məruzələr, icmalar, 
referatlar) nəşr edir.     

4)
  nəzarət funksiyası:                     
müvafiq beynəlxalq hüquq normalarının dövlətlər tərəfindən yerinə yetirilməsinə -  
bəzi hallarda bu məqsədlə yaradılmış xüsusi orqanlar vasitəsilə - nəzarət edir. 
  5) operativ fuksiyalar (öz sərəncamında olan insan və maddi resusların köməyi ilə müəyyən 
vəzifələri  özü  həyata  keçirir:  məsələn,  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunması  üzrə 
BMT  əməliyyatları;  BMT  və  ixtisaslaşdırılmış  təsisatlar  tərəfindən  inkişaf  etməkdə  olan 
ölkələrə texniki yardım göstərilməsi; kommersiya-istismar fəaliyyəti, maliyyə əməliyyatları və 
s.).     
  Hər bir beynəlxalq təşkilat öz təşkilatdaxili münasibətlərini, yəni təşkilatla heyət arasındakı 
və  təşkilatın  orqanları  arasındakı  münasıbətləri  nizama  salmaq  məqsədilə  müəyyən  hüquqi 
normalar qəbul edir. Bu normaların məcmusuna beynəlxalq təşkilatın daxili hüququ deyil.      
4. Beynəlxalq təşkilatda üzvlük.Beynəlxalq təşkilatın üzvləri iki cür olur:    
1.
  lkin üzvlə(beynəlxalq təşkilatın yaradılmasında əvvəldən iştirak etmiş və ya 
onun təsis aktını imzalamış dövlətlər)  
  2. Qoşulmuş dövlətlər. 
BMT-nin ixtisaslaşdırılmış təsisatlarında iki kateqoriya fərqləndirilir:         
  1)  BMT  üzvü  olan  dövlətlər:  bu  dövlətlər  üçün  müvafiq  təşkilatın  nizamnaməsinə 
qoşulmağın sadələşdirilmiş qaydası nəzərdə tutulmuşdur; 
  2)  BMT  üzvü  olmayan  dövlətlər;  onlar  üçün  daha  sərt  üzv  olma  qaydaları  müəyyən 
edilmişdir.                 
  Hər hansı dövlətin BMT üzvlüyünə qəbul edilməsi BMT Nizamnaməsinin 4-cü maddəsinin 
1-ci  bəndinə  əsasn  həyata  keçirilir.  Həmin  maddəyə  görə,  “Təşkilatın  üzvlüyünə  qəbul  nu 
Nizamnamədə  göstərilmiş  öhdəlikləri  öz  üzərinə  götürməyə  hazır  olan  bütün  sülhsevər 
dövlətlər  üçün  açıqdır”.  4-cü  maddəsinin  2-ci  bəndinə  görə,  BMT  üzvlüyünə  qəbul 
Təhlükəsizlik Şurasının təqdimatına əsasən Baş Assambleyanın qərarı ilə həyata keçirilir (bax, 
habelə: BMT Beynəlxalq Məhkəməsinin 3 mart 1950-ci il tarixli məsləhət xarakterli rəyi). 
  Bundan  əlavə,  bir  sıra  beynəlxalq  təşkilatlarda  daimi  müşahidəçi  missiyası  mövcuddur. 
Dövlətin  universal  xarakterli  beynəlxalq  təşkilatlarla  münasibətlərdə  nümayəndəlikləri 
haqqında 1957-ci il Vyana Konvensiyasının 5-ci maddəsinə görə, daimi müşahidəçi missiyası 

aşağıdakı  funksiyaları  həyata  keçirir:  a)  Təşkilatla  əlaqədar  saxlanması;  b)  Təşkilatın 
fəaliyyətinin  bilavasitə  öyrənilməsi  və  bu  barədə  göndərən  dövlətin  hökumətinə  xəbər 
verilməsi; c) Təşkilatla əməkdaşlığa və onunla danışıqlar aparılmasına kömək göstərilməsi. 
  Beynəlxalq  təşkilatda  üzvlüyə  iki  üsulla  xitam  verilir:  1)  təşkilatdan  çıxma  (yazılıərizə 
əsasında; çıxmadan qabaq maliyyə öhdəlikləri yerinə yetirilməlidir). Ərizənin qüvvəyə minməsi 
üçün müəyyn müddət nəzərdə tutulur.  
2)  təşkilatdan  xaric  etmə.
  Bu,  təşkilatın  nizamnamə  müddəalarını  kobud  və  ya  sistematik 
qaydada  pozan  dövlətlərə  qarşı  sanksiya  kimi  tətbiq  oluna  bilər  (məsələn,  BMT 
Nizamnaməsinin 6-cı maddəsində deyilir: “Bu Nizamnamədə göstərilmiş prinsipləri sistematik 
qaydada  pozan  Təşkilat  üzvü,  Təhlükəsizlik  Şurasının  təqdimatı  əsasında  Baş  Assambleya 
tərəfindən Təşkilatdan xaric edilə bilər” (misallar: OAPEK-dən (Neft ixrac edən ərəb ölkələri 
Təşkilatı))  Misirin  1979-cu  ildə  çıxarılması;  Ümumdünya  Poçt  ttifaqından  Cənubi  Afrika 
Respublikasının 1979-cu ildə çıxarılması).  
 
Beynəlxalq təşkilatda üzvlük aşağıdakı hallarda müvəqqəti dayandırıla bilər:        
  1) sanksiya kimi (əsasən, maliyyə öhdəliklərini pozmağa görə tətbiq edilir. Məsələn, 1968-ci 
ildə Haiti və Dominikan Respublikasının BMT-də üzvlüyü dayandırılmışdı); 
  2)  üzv  olan  dövlətin  iradəsi  ilə  (məsələn,  ndoneziya  1964-1966-cı  illərdə  BMT  ilə  faktik 
əməkdaşlığı kəsmişdi). 
5. Beynəlxalq təşkilatların sanksiyaları. Beynəlxalq təşkilatlar üzv-dövlətlərə qarşı müəyyən 
sanksiyalar tətbiq edə bilər:    
  I. Maddi normaların pozulmasına görə: 
  (Məsələn,  təşkilatın  nizamnaməsində  təsbit  olunmuş  məqsəd  və  prinsiplərin  pozulması; 
aralarında  əməkdaşlıq  haqqında  saziş  olan  başqa  bir  təşkilata  qarşı  olan  istınilən  öhdəliklərin 
(məsələn, maliyyə öhdəliklərinin) pozulması və s.):    
  a) Təşkilata üzvlükdən irəli gələn hüquq və imtiyazların (səsvermə hüququ, texniki yardım 
almaq hüququ və s.) dayandırılması;               
  b) BMT-nin ixtisaslaşdırılmış təsisatlarının orqanlarının işində iştirakdan kənar etmə.         
  II. prosesual normaların pozulmasına görə:   

  (Məsələn:  dövlətin,  Təşkilatlardakı  nümayəndəsinin  səlahiyyətlərini  rəsmləşdirməməsi, 
Təşkilatın iclaslarının aparılması qaydasına, səsvermə qaydasına riayət etməməsi və s.):   
  a)  səsvermə  hüququndan  və  sessiya  və  ya  iclasın  yekun  aktını  imzalamamaq  hüququndan 
məhrum etmə;       
  b) Təşkilatın orqanının işində iştirak etməkdən kənar etmə;       
  c)  dövlətin  nümayəndəsinin  çıxış  müddətinin  məhdudlaşdırılması  və  ya  çixiş  hüququndan 
məhrum edilməsi;        
  ç) səsvermənin nəticələrinin etibarsız hesab olunması. 
6. Beynəlxalq təşkilatların təşkilati strukturu. Bir qayda olaraq, beynəlxalq təşkilat aşağıdakı 
orqanlardan ibarət olur: 
1)
  ali orqan; 
2)
  icra orqanı; 
3)
  inzibati orqan (beynəlxalq təşkilatların katibliyi); 
4)
  xüsusi komitə və komissiyalar.                    
Ali orqan 
(məsələn, Konqres (Ümumdünya Poçt  ttifaqı); Assambleya ( KAO,  MO, 
Ümumdünya Səhiyyə Təşkilatı); Baş Konfrans (YUNESKO, Beynəlxalq Əməkdaşlıq Təşkilatı) 
və s.) üzv olan bütün dövlətləri əhatə edir. O, adətən, aşağıdakı səlahiyyətləri hətata keçirir: a) 
Təşkilata  yeni  üzvlərin  qəbul  edilməsi;  b)  Təşkilatın  baş  vəzifəli  şəxinin  seçilməsı;  c)  icra 
orqanı  üzvlərinin  seçilməsi;  ç)  büdcənin  müəyyən  edilməsi;  ğ)  Təşkilatın  fəaliyyəti  barədə 
hesabatların dinlənilməsi; d) Təşkilatın fəaliyyəti ilə bağlı bütün məsələlərin müzakirəsi. 
  Icra orqanı (məsələn, Şura (Beynəlxalq Mülki Aviasiya Təşkilatı  KAO), Beynlxalq Dəniz 
Təşkilatı  ( MO),  Ərzaq  və  Kənd  təsərrüfatı  Təşkilatı(FAO));  cra  Şurası  (Ümumdünya  Poçt 
ttifaqı),  nzibati  Şura  (Beynəlxalq  Elektron  Rabitəsi  ttifaqı  və  s.)  ali  orqanın  sessiyaları 
arasındakı  müddətdə  Təşkilatın  fəaliyyətinə  rəhbərlik  edir.  O,  ali  orqan  tərəfindən,  üzv  olan 
dövlətlərin  sırasından  seçilir.  cra  orqanının  əsas  fuksiyaları  aşağıdakılardır:  a)  Təşkilatın 
səmərəli fəaliyyətinin təmin edilməsi; b) üzv olan dövlətlərlə və digər beynəlxalq təşkilatlarla 
əlaqənin həyata keçirilməsi; c) Təşkilatın müdcəsinin tərtib olunması; ç) ali orqanın iclaslarının 
gündəliyinin hazırlanması; d) heyətlə bağlı məsələlərə baılması.   
  Icra orqanlarında dövlətlərin təmsil olunması müəyyən prinsiplərə (meyarlara) söykənir:  

  1)  ədalətli  coğrafi  təmsil  olunma  prinsipi 
(BMT  Təhlükəsizlik  Şurası,  Ümumdünya 
Meteorologiya Təşkilatı);     
  2) xüsusi maraqlar prinsipi ( MO);      
  3)  üst-üstə  düşməyən  maraqları  olan  dövlətlər  qrupunun  bərabər  təmsilolunma  prinsipi 
(dənizin dibi üzrə Orqanın Şurası);    
  4)  daha  çox  maliyyə  töhvəsi  prinsipi  (Beynəlxalq  Valyuta  Fondu,  Beynəlxalq  Bərpa  və 
nkişaf Bankı,  NMARISAT və s.).      
 
nzibati orqan 
(beynəlxalq təşkiatın katibliyi) bu cür funksiyalar həyata keçirir: a) Təşkilatın 
orqanları  tərəfindən  qəbul  edilmiş  sənədlərin  dərc  edilməsi;  b)  Təşkilatın  fəaliyyəti  barədə 
hesabatların  trtib  edilməsi;  c)  Təşkilatın  fəaliyyətinə  aid  olan  bütün  məsələlər  üzrə  məlumat 
toplanması; ç) büdcənin layihəsinin hazırlanması və s. 
  Inzibati orqana, bir qayda olaraq, aşağıdakı əməkdaşlar daxildir:   
a)
  ali inzibati vəzifəli şəxslər; baş katib və onun müavinləri;  
b)
  mütəxəssislər;  
c)
  xidməti heyət.       
Xüsusi komitə və komissiyalar 
təşkilatın fəaliyyəti ilə bağlı bu və ya digər konkret 
məsələni həll etmək üçün daimi və ya müvəqqəti əsasda yaradılır və köməkçi orqan kimi çıxış 
edir  (məsələn,  BMT-də;  Tərksilah  üzrə  Komissiya,  Təbii  ehtiyatlar  üzrə  Komitə,  Kosmik 
fəzadan dinc məqsədlərlə istifadə üzrə Komitə;  KAO-da Avronaviqasiya Komissyası).  
7.  Birləşmiş  Millətlər  Təşkilatı  (BMT).  BMT  bütün  dünyada  sülhün  və  təhlükəsizliyin 
qorunub saxlanması və dövlətlər arasında əməkdaşlığıninkişaf etdirilməsi məqsədilə yaradılmış 
universal beynəlxalq təşkilatdır. BMT-nin Nizamnaməsi 1945-ci il iyunun 26-da imzalanmış və 
1945-ci  il  oktyabrında  qüvvəyə  minmişdir.  Birləşmiş  Millətlər  Təşkilatının  özünün  xüsusi 
statusunu,  siyasi  çəkisini  və  beynəlxalq  həyatdakı  rolunu,  onun  Nizamnaməsinin  xüsusi  növ 
(sui  generis)  beynəlxalq  müqavilə  olduğunu  və  hüquqi  qüvvəsini  (bu  barədə  bax: 
Nizamnamənin 103-cü maddəsi) nəzərə alaraq, Nizamnaməni beynəlxalq birliyin Konstitusiyası 
adlandırmaq olar.  
  Hazırda BMT-nin 191 üzvü vardır. 

  BMT-nin  altı  əsas  orqanı  bunlardır:  Baş  Assambleya,  Təhlükəsizlik  Şurası,  qtisadi  və 
Sosial Şura, Qəyyumluq şurası, Beynəlxalq Məhkəmə və Katiblik. 
  Baş Assambleya BMT-nin nüayəndəli orqanıdır; BMT-nin bütün üzvləri Baş Assambleyada 
təmsil olunmuşdur. Baş Assambleyanın səlahiyyətinə BMT Nizamnaməsinin tətbiq dairəsində 
olan  istənilən  məsələ  aiddir.  O,  sülhün  və  beyn  əlxalq  təhlükəsizliyin  qorunub  saxlanması  ilə 
bağlı  dövlətlərin  əməkdaşlığının  ümumi  prinsiplərini,  o  cümlədən  tərksilah  məsələlərini 
nəzərdən  keçirə  bilər,  siyasi,  iqtisadi,  sosial  və  mədəni  sahələrdə  əməkdaşlıq  m  əsələlərini, 
insan  hüquq  və  azadlıqlarının  həyata  keçirilməsinə  dəstək  verilməsi,  beynəlxalq  hüququn 
mütərəqqi  inkişafı  və  onun  məcəllələşdirilməsiməsələlərini  müzakirə  edə  bilər  və  Birləşmiş 
Millətlərin  Üzvlərinə  və  ya  Təhlükəsizlik  Şurasına  hər  hansı  bu  cür  məsələ  və  ya  işlər  üzrə 
tövsiyələr verə bilər.  
  Baş  Assambleya  beynəlxalq  sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanmasına  aid  olan, 
Təhlükəsizlik Şurası və ya  hər hansı dövlət tərəfindən ona təqdim olunmuş istənilən məsələni 
müzakirə edə bilər və müvafiq tövsiyələr verə bilər. Barəsində tədbir görülməli olan hər hansı 
belə məsələ  Baş Assambleya tərəfindən Təhlükəsizlik Şurasına verilir.  Təhlükəsizlik Şurası, 
hər hansı bir mübahisə və ya situasiya ilə bağlı bu Nizamnamənin onun üçün nəzərdə tutduğu 
funksiyaları  yerinə  yetirdiyi  zaman,  Baş  Assambleya,  əgər  Təhlükəsizlik  Şurası,  ondan  bu 
barədə xahiş etmirsə, həmin mübahisə və ya situasiya ilə bağlı heç bir tövsiyə verə bilməz. 
  Baş  Assambleya  BMT-nin  büdcəsini  nəzərdən  keçirir  və  təsdiq  edir.  O,  Təhlükəsizlik 
Şurasının  qeyri-daimi  üzvlərini,  qtisadi  və  Sosial  Şuranın  üzvlərini  seçir,  köməkçi  orqanlar 
yaradır.  Təhlükəsizlik  Şurasının  təqdimatı  əsasında  Baş  Assambleya  BMT-yə  yeni  üzvlərin 
qəbul  edilməsi  və  üzvlükdən  çıxarılması,  BMT  üzvlərinin  zö  hüquq  və  imtiyazlarını  həyata 
keçirməsinin  müvəqqəti  dayandırılması  məsələlərini  həll  edir,  Baş  Katibi  təyin  edir, 
Təhlükəsizlik Şurası ilə paralel Beynəlxalq Məhkəməsinin üzvlərini seçir. 
  Baş Assambleya öz müntəzəm illik sessiyalarını və vəziyyət tələb etdikdə, xüsusi sessiyalara 
yığışır.  Müntəzəm  sessiyalar  hər  il  sentyabr  ayının  üçüncü  çərşənbə  axşamı  açılır.  Xüsusi 
sessiyalar Baş Katib tərəfindən Təhlükəsizlik Şurasının və ya BMT üzvlərinin əksər hissəsinin 
tələbi ilə çağrılır. 
  Baş  Assambleyanın  yeddi  əsas  komitəsi  vardır.  Birinci  komitə  (siyasi  məsələlər  və 
təhlükəsızlik  məsələləri,  o  cümlədən  tərkisilah  məsələləri);  Xüsusi  siyasi  komitə  (eyni 

məsələlər);  kinci komitə (iqtisadi və maliyyə məsələləri); Üçüncü komitə (sosial və humanitar 
məsələlər);  Dördüncü  komitə  (qəyyumluq  və  özü-özünü  idarə  etməyən  ərazilərin  məsələləri); 
Beşinci komitə (inzibati və büdcə məsələləri); Altıcı komitə (hüquqi məsələlər). 
  Baş Assambleyanın mühüm məsələlər üzrə qərarı onun sessiyada və səsvermədə iştirak edən 
üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Bu məsələlərə aşağıdakılar daxildir: beynəlxalq 
sülhün  və  təhlükəsizliyin  qorunub  saxlanması  ilə  əlaqədar  tövsiyələr,  Təhlükəsizlik  Şurasının 
qeyri-daimi  üzvlərinin  seçilməsi,  qtisadi  və  Sosial  Şuranın  üzvlərinin  seçilməsi,  Qəyyumluq 
Şurası  üzvlərinin  seçilməsi,  Birləşmiş  Millətlərə  yeni  Üzvlərin  qəbul  olunması,  Təşkilat 
Üzvlərinin  hüquq  və  imtiyazlarının  müvəqqəti  dayandırılması,  Üzvlərin  Təşkilatdan 
çıxarılması, qəyyumluq sisteminin fəaliyyətinə aid olan məsələlər və büdcə məsələləri.   
  Digər məsələlər üzrə qərarlar sessiyada və səsvermədə iştirak edən üzv-dövlətlərin sadə səs 
çoxluğu ilə qəbul edilir. 
  Təhlükəsizlik  Şurası  BMT  orqanları  sistemində  xüsusi  yer  tutur.  Büynəlxalq  sülhün  və 
təhlükəsizliyin  qorunmasında  başlıca  məsuliyyət  məhz  onun  üzərinə  qoyulmuşdur.  Bu 
məqsədlə müəyyən tədbirlər görərkən  Təhlükəsizlik Şurası bütün üzv-dövlətlərin adından şıxış 
edir. 
  Təhlükəsizlik  Şurası  15  üzvdən  ibarətdir.  Onlardan  beşi  daimi  üzvlərdir  –  ABŞ,  Böyük 
Britaniya, Rusiya, Fransa və Çin. Qalan on dövlət isə - bunlar qeyri – daimi üzvlərdir –  Baş 
Assambleya tərəfindən iki il müddətinə seçilir. 
  Təhlükəsizlik Şurasının geniş səlahiyyətləri vardır. O, beynəlxalq ixtilafa gətirib çıxara bilən 
və  beynəlxalq  mübahisəyə  səbəb  ola  bilən  istənilən  mübahisəni  və  ya  situasiyanı,  həmin 
mübahisənin və ya situasiyanın davam etməsinin beynəlxalq sülhün və təhlükəsizliyin qorunub 
saxlanmasına təhlükə yarada biləcəyinı müəyyən etmək məqsədilə tədqiq edə bilər. 
 
Sülhə  təhlükənin,  sülhün  pozulmasının  və  ya  təcavüz  aktının  olmasının  müəyyən  edilməsı 
Təhlükəsizlik  Şurasının  müstəsns  səlahiyyətinə  aiddir.  Belə  bir  faktı  müəyyən  etdikdən  sonra 
Təhlükəsizlik Şurası iki cür qərar qəbul edə bilər:  
  1) silahlı qüvvələrin istifadəsi ilə bağlı olmayan tədbirlər barəsində (41-ci maddə); 2) silahlı 
tədbirlər  barəsində  (42-ci  maddə).  Silahlı  qüvvələrin  istifadəsi  ilə  bağlı  olmayan  tədbirlər 
iqkisadi  münasibətlərin  və  dəmiryol,  dəniz,  hava,  poçt,  teleqraf,  radio  və  digər  rabitə 

vasitələrinin tamamilə və ya qismən dayandırılmasını və diplomatik münasibətlərin kəsilməsini 
əhatə edə bilər. Nizamnamənin 42-ci maddəsinə görə, əgər Təhlükəsizlik Şurası hesab etsə ki, 
41-ci maddədə nəzərdə tutulmuş tədbirlər kifayət olmaya bilər və ya artıq kifayət olmamışdır, 
o, hava, dəniz və ya quru qüvvələrinin vsitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub 
saxlanması  və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər; həmin tədbirlər Birləşmiş 
Millətlərin Üzvlərinin hava, dəniz və ya quru qüvvələrinin nümayişlərini, blokadasını və digər 
əməliyyatlarını əhatə edə bilər. 
  Bundan  əlavə,  Təhlükəsizlik  Şurasının  praktikada  geniş  həyata  keçirdiyi,  lakin  BMT 
Nizamnaməsinin özündə birbaşa göstərilməyən daha bir mühüm səlahiyyəti vardır: potensial və 
ya  mövcud  münaqişə  rayonuna  müvafiq  dövlətin  razılığı  ilə  sülhməramlı  qüvvələrin 
göndərilməsi (sülhün bərpa edilməsi və ya qorunub saxlanması üzrə əməliyyatlar). 
  Baş  Assambleyanın aktlarından  fərqli olaraq,  Təhlükəsizlik  Şurasının qətnamələri  məcburi 
xarakter  daşıyır  və  bütün  dövlətlər  tərəfindən  yerinə  yetirilməildir.  Təssüf  ki,  onların  xeyli 
hissəsinə  praktikada  siyasi  mülahizələr  ucbatından  əməl  olunmur.  Məsələn,  hamımıza  yaxşı 
məlumdur  ki,  Dağlıq  Qarabağ  münaqişəsi  ilə  bağlı  Təhlükəsizlik  Şurasının  çıxardığı  dörd 
qətnamə (822, 853, 874 və 884) indiyə qədər kağız üzərində qalır. 
  Təhlükəsizlik  Şurası  elə  təşkil  olunur  ki,  fasiləsiz  fəaliyyət  göstərə  bilsin.  Təhlükəsizlik 
Şurasının hər bir üzvü bu məqsədlə Təşkilatın olduğu yerdə hər an təmsil olunmalıdır. 
  Təhlükəsizlik  Şurasının  hər  bir  üzvü  bir  səsə  malikdir.  Təhlükəsizlik  Şurasının  prosedur 
məsələlər üzrə qərarı doqquz üzvün lehinə səs verməsi ilə qəbul olunur. Təhlükəsizlik Şurasının 
bütün  digər  məsələlər  üzrə  qərarları,  daimi  üzvlərin  uyğun  gələn  səsləri  də  daxil  olmaqla, 
doqquz  üzvün  lehinə  səs  verməsi  ilə  qəbul  olunur.  Şuranın  hər  hansı  bir  daimi  üzvü  qərarın 
əleyhinə  səs  vürərsə,  qərar  qəbul  olunmur.  Təhlükəsizlik  Şurasının  daimi  üzvlərinin  bu 
müstəsna  hüququ  veto  hüququ  adlanır.  Əgər  daimi  üzvlərdən  biri  və  ya  bir  neçəsi  səsvermə 
zamanı bitərəf qalırsa və ya səsvermədə iştirak etmirsə, doqquz üzvün lehinə səs verdiyi qərar 
qəbul olunmuş sayılır. 
 
qtisadi və Sosial Şura (EKOSOK) BMT-ninvə onun ixtisaslaşdırılmış təsisatlarının iqtisadi 
və  sosial  sahələrdə  fəaliyyətini  əlaqələndirən  orqandır.  O,  Baş  Assambleya  tərəfindən  üç  il 
müddətinə seçilən 54 üzv dövlətdən ibarətdir; bu tərkibin üçdə biri, yəni 18 üzv dövlət hər il 
yenidən seçilir.  

  EKOSOK Beynəlxalq iqtisadi və sosial problemləri müzakirə etmək və müvafiq tövsiyələr 
işləyib  hazırlamaq  üçün  mərkəzi  form  rolunu  oynayır.  O,  iqtisadi,  sosial,  mədəni,  təhsil, 
səhiyyə və yanaşı sahələrdə beynəlxalq məsələlərə aid tədqiqatlar aparır və məruzələr edir və ya 
istənilən  belə  məsələlərə  aid  Baş  Assambleyaya,  Birləşmiş  Millətlərin  Üzvlərinə  və  maraqlı 
ixtisaslaşdırılmış təsisatlara tövsiyələr vürir, Baş Assambleyaya təqdim etmək üçün konvensiya 
layihələri hazırlayır, beynəlxalq konfranslar çağırır.  
  EKOSOK-un  ən  mühüm  səlahiyyətlərindən  biri  BMT-nin  ixtisaslaşdırılmış  təsisatlarının 
fəaliyyətini əlaqələndirməkdən biridir. EKOSOK bu təşkilatlarla xüsusi sazişlərə girir, onlarla 
məsləhətləşmələr aparır və tövsiyələr verir, onlardan müntəzəm məruzələr alır. 
  EKOSOK iqtisadi və sosial sahələrdə və insan hüquqlarına dəstək vermək üçün komissiyalar 
təsis  edir.  Hal-hazırda  onun  9  funksional  komissiyası  vardır:  nsan  hüquqlrı  üzrə  Komissiya, 
Sosial  inkişaf  komissiyası,  Cinayətkarlığın  qarşısının  alınması  və  cinayət  ədalət  mühakiməsı 
üzrə komissiya, Statistika komissiyası, Qadınların vəziyyəti üzrə komissiya və b. Bundan əlavə, 
köməkçi  orqan  kimi  EKOSOK-un  5  regional  komissiyası  vardır:  Afrika  üzrə  qtisadi 
komissiyası,  Asiya  və  Sakit  okean  üzrə  qtisadi    və  sosial  komissiya,  Avropa  iqtisadi 
komissiyası,  Latın  Amerikası  və  Karib  hövzəsi  üzrə  qtisadi  komissiya  və  Qərbi  Asiya  üzrə 
qtisadi və sosial komissiya. 
  EKOSOK  öz  səlahiyyətləri  çərçivəsində  olan  məsələlərlə  məşğul  olan  qeyri-hökumət 
təşkilatları ilə məsləhətləşmələr aparır. 
  EKOSOK  BMT-nin  hər  hansı  bir  Üzvünü,  həmin  dövlət  üçün  xüsusi  maraq  kəsb  edən 
istənilən  məsələnin  müzakirəsində,  səsvermə  hüquqi  olmadan,  iştirak  etməyə  dəvət  edir. 
EKOSOK-un hər bir üzvü bir səsə malikdir. Onun qərarları iştirak edən və səs verən üzvlərin 
səs çoxluğu ilə qəbul olunur. 
  Qəyyum Şurası BMT Nizamnaməsində formal olaraq qalsa da, artıq fəaliyyət göstərmir. O, 
beynəlxalq  qəyyumluq  sisteminə  daxil  olan  ərazilərin  siyasi,  iqtisadi  və  sosial  tərəqqisinə, 
onların  özünüidarəyə  və  müstəqilliyə  doğru  inkişafına  dəstək  vermək  üçün  yaradılmışdı. 
Şuranın fəaliyyəti dövründə 11 qəyyumluq altında olan ərazinin hamısı müstəqillik qazanmışdır 
(Qana,  Somali,  Kamerun,  Toqo,  Ruanda,  Burundi,  Tanzaniya,  Samoa,  Nauru,  Papua-Yeni 
Qvinea və Palua). 1994-cü ildə axırıncı belə ərazi kimi Paluanın BMT-yə üzv qəbul edilməsi və 
Qəyyumluq  haqqında  Sazişin  qüvvədə  olma  müddətinin  bitməsi  ilə  Qəyyumluq  Şurası  öz 

vəzifəsini  tam  yerinə  yetirmişdir.  Həmin  il  qəbul  olunmuş  qərara  görə,  Qəyyumluq  Şurası 
gələcəkdə  yalnız  vəziyyət  tələb  etdikdə,  yığışa  bilər.  Hal-  hazırda  Qəyyumluq  Şurasının 
tamamilə ləğv olunması və onun əvəzinə ya insan hüquqları ya da ətraf mühitin mühafizəsi üzrə 
Şura yaradılması təklifləri geniş müzakirə olunur. 
  Beynəlxalq  Məhkəmə  Birləşmiş  Millətlər  Təşkilatının  əsas  məhkəmə  orqanıdır.  O,  BMT 
Nizamnaməsinə əlavə olunan və onun ayrılmaz tərkib hissəsini təşkil edən Statuta uyğun olaraq 
f əaliyyət göstərir. Beynəlxalq Məhkəmə dövlətlər arasındakı mübahisələri həll edir və hüquqi 
məsələlər  üzrə  məsləhət  xarakterli  rəylər  çıxarır.  Hər  bir  dövlət,  tərəf  kimi  çıxış  etdiyi  işdə 
Beynəlxalq Məhkəmənin qərarına əməl etməlidir. 
  BMT-nin  bütün  Üzvləri  ipso  facto  Beynəlxalq  Məhkəmənin  Statutunun    iştirakçılarıdır. 
BMT  Üzvü  olmayan  dövlət,  Təhlükəsizlik  Şurasının  tövsiyəsi  əsasında  Baş  Assambleya 
tərəfindən müəyyən olunan şərtlərlə, Beynəlxalq Məhkəmənin Statutunun  iştirakçısı ola bilər. 
  Beynəlalq  Məhkəməyə  15  hakim  daxildir;  onlar  Baş  Assambleya  və  Təhlükəsizlik  Şurası 
tərəfindən seçilir. Məhkəmənin yerləşdiyi yer Niderlandın Haaqa şəhəridir. 
  BMT  Katibliyinin  başlıca  vəzifəsi  bütün  Təşkilatın  normal  fəaliyyətini  təmin  etməkdən 
ibarətdir.  
  Katiblik Baş Katibdən və Təşkilat üçün tələb olunan ştatdan ibarətdir (Nizamnamənin 97-ci 
maddəsi).  Baş  Katib  tərəfindən    Baş  Assambleyanın  müəyyən  etdiyi  qaydalarla  əsasən  tıyin 
olunan Katibliyn işçiləri (hal-hazırda onların sayı 9 minə qədərdir) beynəlxalq vəzifəli şəxslər 
hesab  olunur.  Katibliyn  əmkdaşlarını  işə  qəbul  edərkən  əsas  tələblər  kimi  onların  yüksək  iş 
qabiliyyəti səviyyəsi, səlahiyyətliliyi və təmizliyi ön plana çəkilir. Heyətin mümkün qədər geniş 
coğrafi əsasda seçilməsinin vacibliyinə lazımi diqqət yetirilməlidir. Öz vəzifələrini icra edərkən 
Baş Katib və Katibliyn əmkdaşları hər hansı hökumətdən və ya BMT üçün kənar olan hər hansı 
digər orqandan göstəriş istəyə və ya ala bilməzlər. BMT-nin hər bir Üzvü Baş Katib və Katiblik 
əmkdaşlarının  vəzifələrini  sırf  beynəlxalq  xaraketrinə  hörmət  etməli  və  onlara  öz  vəzifələrini 
yerinə yetirərkən heç bir təsir göstərməməlidir. 
  BMT-nin  Baş  Katibi  Təşkilatın  baş  inzibati  vəzifəli  şəxsidir.  O,  Təhlükəsizlik  Şurasının 
tövsiyəsi  əsasında  Baş  Assambleya  tərəfindən  5  illik  müddətə  təyin  olunur.  O,  əsasən  icra-
sərəncam funksiyalarını yerinə yetirir. 

  Indiyə  qədər  aşağıdakı şəxslər  BMT-nin Baş katibi  olmuşlar: Trüqve  Li  (Norveç) –  1945-
1953;  Daq  Hammerşeld  ( sveç)  -1953-1961;  U  Tan  (Birma)  –  1961-1971;  Kurt  Valdhaym 
(Avstriya)  –  1971-1981;  Xavyer  Peres  de  Kuelyar  (Peru)  –  1982-1991;  Butros  Butros  Qali 
(Misir) – 1991-1997 və Kofi Annan – 1 yanvar 1997-ci ildən (2001-ci ildən o, ikinci müddətə 
təyin olunmuşdur). 
   Baş  Katib  Baş  Assambleyanın,  Təhlükəsizlik  Şurasının,  qtisadi  və  Sosial  Şuranın  və 
Qəyyumluq Şurasının bütün iclaslarıda fəaliyyət göstərir və bu orqanlar tərəfindən ona həvalə 
olunan  digər  funksiyaları  icra  edir.  O,  Təşkilatın  işi  barədə  Baş  Assambleyaya  illik  məruzə 
təqdim edir. 
  Baş  Katibin  mühüm  səlahiyyətlərindən  biridə  ondan  ibarətdir  ki,  o,  beynəlxalq  sülhün  və 
təhlükəsizliyin qorunub saxlanılmasına təhlükə törədə bilən istənilən məsələni   
Təhlükəsizlik  Şurasının  nəzərinə  çatdıra  bilər.  Baş  Katib  beynəlxalq  mübahisələrin  və 
situasiyaların nizamlanmasında mühüm rol oynayır. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin