Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə4/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   2   3   4   5   6   7   8   9   ...   19

 
 1.  Beynəlxalq  hüququn  və  dövlətdaxili  hüququn  qarşılıqlı  münasibətinə  dair 
nəzəriyyələr.Yuxarıda  qeyd  etmişdik  ki,  beynəlxalq  hüquq  və  dövlətdaxili  (milli) 
hüquqmüstəqil  fəaliyyət  göstərən,  lakin  bir-birilə  əlaqədə  olan  və  bir-birinə  qarşılıqlı  təsir 
göstərən hüquq sistemləridir. Lakin bu fikir beynəlxalq hüquq elmində və praktikasında heç də 
birmənalı qəbul olunmur. Beynəlxalq hüququn və dövlətdaxili hüququn qarşılıqlı münasibətini 
izah edən aşağıdakı nəzəriyyələr mövcuddur: 
1.
  Monizm nəzəriyyəsi.   
Bu nəzəriyyənin nümayəndələri (əsas nümayəndəsi görkəmli hüquqşünas alim 
H. Kelzendir
) belə hesab edirlər ki, beynəlxalq hüquq və dövlətdaxili hüquq “hüquq” adlanan 
vahid  sistemin  iki  komponentidir.  Hər  iki  normalar  sistemi  bir  mühitdə  fəaliyyət  göstərir  və 
eyni  məsələni  nizama  salır.  Eyni  zmanda  eyni  məsələ  ilə  bağlı  olduqlarına  görə,  iki  sistem 
arasında  ziddiyyət  ola  bilər.  Bu  zaman  beynəlxalq  hüquq  üstünlüyə  malik  olur.  Praktiki 
baxımdan  bu,  o  deməkdir  ki,  dövlətin  qanunverici  orqanı  və  məhkəmələri  daxili  hüququn 
beynəlxalq  hüquqa  uyğun  olmasını  təmin  etməlidir.  Əgər  belə  bir  uyğunluq  yoxdursa,  milli 
məhkəmə beynəlxalq hüquq normasını tətbiq etməlidir. 
Monizm  nəzəriyyəsində  bir  cərəyan  mövcuddur  ki,  onun  əsasını  alman  filosofu  Hegel 
qoymuşdur.  Bəzi  mənbələrdə  “tərsinə  monizm”  adlanan  bu  doktrinaya  görə,  milli  hüquq 
beynəlxlq hüquq üzərində üstünlüyə malikdir. Burada beynəlxalq hüquq milli hüquq sisteminin 
tərkib  hissəsi,  onun  sahələrindən  biri  kimi  götürülür;  beynəlxalq  hüquq  xarici  dövlət  hüququ 
kimi səciyyələndirilir. 
2.
  Dualizm nəzəriyyəsi. 
Bu nəzəriyyəyə görə (əsas nümayəndəsi məşhur alman alimi Tripeldir), 
beynəlxalq  hüquq  və  dövlətdaxili  hüquq  bir-birindən  ayrıldıqda  mövcud  olan  və  fəaliyyət 
göstərən  iki  tamamilə  müstəqil  hüquq  sistemləridir.  Beynəlxalq  hüquq  dövlətlər  arasındakı 

münasibətləri  nizama  salır,  dövlətdaxili  hüquq  isə  dövlətin  ərazisində  fərdlərin  hüquq  və 
vəzifələrini müəyyən edir. Dualizm beynəlxalq hüququn və dövlətdaxili hüququn eyni sahədə 
fəaliyyət göstərməsini inkar edir, lakin qəbul edir ki, onların eyni predmeti vardır. Bu predmeti 
beynəlxalq hüquq beynəlxalq səviyyədə, milli hüquq isə dövlət daxilində tənzimləyir. Məsələn, 
əgər fərdin beynəlxalq hüquqla təminat verilən hər hansı hüququ dövlət tərəfindən pozulubsa, 
milli  məhkəmə    bu  zaman  milli  hüququ  tətbiq  edəcəkdir.  Dövlət  öz  öhdəliklərini  beynəlxalq 
səviyyədə poza bilər, lakin bu, beynəlxalq məhkəməyə aid olacaqdır. Başqa sözlə, beynəlxalq 
məhkəmələr  beynəlxalq  hüququ,  milli  məhkəmələr  isə  milli  hüququ  tətbiq  edir.  Dualizm 
doktirinasından  belə  alınır  ki,  dövlətin  hərəkəti  öz  ərazisində  tam  qanuni  ola  bilər,  lakin 
bununla belə həmin davranış beynəlxalq məsuliyyət doğura bilər. 
3. “Koordinasiya” nəzəriyyəsi.   
Bu nəzəriyyənini nümayəndələri (Antsilotti, Fitsmoris) beynəlxalq hüququn və 
dövlətdaxili hüququneyni sahədə fəaliyyət göstərməsini və eyni predmet olmasını inkar edirlər. 
Onların fikrincə, bu iki hüquq sistemi heç vaxt ziddiyyətdə olmur. Hər sistemin “öhdəlikləri” 
koliziyada ola bilər və hansı öhdəliyin üstün olmasını hüquq sistemi özü müəyyən edir. Belə ki, 
milli hüquq məsələnin həllini beynəlxalq hüquqa “göndərmirsə”, müvafiq milli hüquq norması 
tətbiq  edilir  və  əksinə.  Göründüyü  kimi,  bu  yanaşma  dualizm  nəzəriyyəsi  ilə,  demək  olar  ki, 
eynidir və praktiki baxımdan onlarin arasında çox cüzi fərq vardır. Fərq, əsas etibarilə, nəzəri 
cəhətdəndir: indi haqqında danışdığımız nəzəriyyənin məğzində duran ideya ondan ibarətdir ki, 
- bu, onun adından bəllidir, - beynəlxalq hüquq və dövlətdaxili hüquq sistem kimi bir-biri ilə 
ziddiyyətdə olmur; monizm və dualizm isə, “konfrontasi-ya” nəzəriyyələridir. 
2.Beynəlxalq hüququn dövlətdaxili hüquq sistemində implementasiyasы.Beynəlxalq hüquq 
normaları  daxili  hüquq  sistemlərinin  “vasitəçiliyi”  olmadan  lazımi  qaydada  həyata  keçirilə 
bilməz.  Xüsusilə  insan  hüquqları,  cinayətkarların  verilməsi,  iqtisadi  münasibətlər,  regional 
inteqrasiya  və  bu  kimi  məsələləri  nizama  salan  beynəlxalq  hüquq  müddəalarının 
implementasiyası,
 yəni həyata keçirilməsi, prinsip etibarilə, yalnız milli qanunvericinin və milli 
məhkəmənin  “iştirakı”  ilə  mümkündür.  Bu  “iştirak”ın  forma  və  metodları  müxtəlifdir  və 
dövlətdən- dövlətə fərqlənir: beynəlxalq hüquqda bununla baölı vahid normativ sxem yoxdur. 
Beynəlxalq  hüquq  baxımından,  dövlətin  öz  üzərinə  götürdüyü  beynəlxalq  öhdəlikləri  milli 
səviyyədə  necə həyata  keçirilməsi və bütövlükdə  beynəlxalq  hüquqla  milli hüququn  qarşılıqlı 
münasibəti  problemini  necə  həll  etməsi,prinsip  etibarilə,  vacib  deyildir.  Vacib  cəhət  ondan 

ibarətdir ki,- bu, əslində ümumi beynəlxalq hüququn imperativ tələbidir, - dövlətlər beynəlxalq 
hüquq  normalarına  əməl  etsinlər  və  lazımi  hallarda  onların  dövlətdaxili  qüvvəsini  təmin 
etsinlər. Təkrar edirik ki, bu tələbin yerinə yetirilməsinin forma və vasitələrinin seçilməsi hər 
bir dövlətin öz konstitusiya qanunvericiliyində və praktikasında müəyyən olunur. 
Dövlətlərin  konstitusiya  praktikasından  çıxış  edərək,  beynəlxalq  hüquq  normalarının 
dövlətdaxili implementasiyasının iki əsas üsulunu göstərmək olar: 
1.
  nkorporasiya (“daxiletmə”). 
Bu zaman beynəlxalq hüquq normaları, onların məcburiliyi dövlət tərəfindən 
müvafiq qaydad tanındıqdan sonra heç bir dövlətdaxili akt olmadan birbaşa milli hüquqa daxil 
edilir  və  milli  hüquq  normaları  kimi  tətbiq  edilir.  nkorporasiya  aşağıdakı  qaydada  formulə 
edilir:  “beynəlxalq  hüquq  milli  hüququn  tərkib  hissəsidir”.  Dünyanın  əksər  ölkələrində,  o 
cümlədən Azərbaycan Respublikasənda bu üsuldan istifadə olunur. 
2.
  Transformasiya (“çevirmə”).  
Bu halda beynəlxalq hüquq ipso fakto milli hüququn hissəsi sayılmır. Beynəlxalq 
hüquq  milli  hüquqa  ayrı-ayrı  qanunvericilik  aktları  vasitəsilə  daxil  edilir  (yeni  beynəlxalq 
hüquq  milli  hüquqa  “çevrilir”  ,  “transformasiya  edilir”).  Deməli,  beynəlxalq  normanı  milli 
hüquq sisteminə gətirən qanun verilməyibsə, milli məhkəmə həmin normanı heç cür tətbiq edə 
bilməz.  Böyük  Britaniyada,  Skandinaviya  ölkələrində,  Tailandda  və  bir  sıra  digər  dövlətlərdə 
transformasiya üsulu əsas götürülür. 
 3.  Milli  qanunvericiliyin  beynəlxalqhuquq  normalarına  uyğunlaşdırılması.Hər bir dövlət 
öz  üzərinə  götürdüyü  beynəlxalq  öhdəlikləri  vicdanla  yerinə  yetirmək  üçün  daxili 
qanunvericilik  sisteminin  bu  öhdəliklərə  uyğun  olmasını  təmin  etməlidir.  Əslində  bu, 
beynəlxalq hüquq normalarının həyata keçirilməsinin ən optimal yoludur. 
Çox zaman zəruri qanunvericilik tədbirlərinin həyata keçirilməsi beynəlxalq müqavilələrdə 
bir tələb kimi iştirakçı dövlətlərin üzərinə qoyulur.  fadə formasına görə bu göstərişlər iki cür 
olur: 
1)
  ümumi göstərişlər. 
Əsas etibarilə insan hüquqları haqqında beynəlxal konvensiyalara daxil edilən bu  

cür  müddəalarda  ümumi  şəkildə  göstərilir  ki,  iştirakçı  dövlətlər  bu  konvensiyalarda  bəyan 
edilmiş hüquq və azadlıqlara əməl olunmasını təmin etmək üçün zəruri qanunvericilik tədbirləri 
həyata keçirməlidirlər. 
Qeyd edək ki, bu cür ümumi göstərişlərin yerinə yetirilməsi özü-özlüyündə 
beynəlxalq  hüququn  pozulması  kimi  tövsif  edilə  bilməz.  Beynəlxalq  hüquq  pozuntusundan  o 
zaman  danışmaq  olar  ki,  dövlət  öz  öhdəliklərini  hər  hansı  bir  konkret  halda  yerinə 
yetirməmişolur.  nsan hüquqları ilə bağlə bizim  misalımızda, dövlədaxili hüququn beynəlxalq 
hüquqa zidd olması o halda beynəlxalq hüquq pozuntusu sayılır ki, bu zaman konkret şəxsin hər 
hansı hüquq və ya azadlığı pozulmuş olur.   
2) konkret göstərişlər.   
Bu halda müəyyən qanunvericilik tədbirlərinin həyata keçirilməsi – müvafiq 
qanunların    və  digər  aktların  qəbul  olunması  və  ya  ləğv  edilməsi  –  müqavilə  iştirakçılarının 
üzərinə  birbaşa  vəzifə  kimi  qoyulur.  Beynəlxalq  hüquqda  bu  cür  öhdıliklərə  davranış 
öhdəlikləri
  deyilir.  Dövlətin  bu  öhdəliyi  yerinə  yetirməməsi  birbaşa  beynəlxalq  hüquq 
pozuntusu doğurur. 
 4.  Azərbaycan  Respublikası  daxili  hüquq  sistemi  və  beynəlxalq  hüquq.  Qeyd  etdiyimiz 
kimi,  Azərbaycan  Respublikası  beynəlxalq  hüquq  normalarının  həyata  keçirilməsinin 
inkorporasiya 
yolunu seçmişdir. Belə ki, Kostitusiyamızın 148-ci maddəsinin II bəndinə görə, 
“Azərbaycan  Respublikasının  tərafdar  çıxdığı  beynəlxalq  müqavilələr  Azərbaycan 
Respublikasının qanunvericilik  sisteminin ayrılmaz  tərkib hissəsıdir”.  Göstırilən  maddə  bütün 
beynəlxalq  müqavilələtin,  yəni  təkcə  dövlətlərarası  deyil,  habelə  hökumətlərarası  və 
idarələrarası sazişlərin də ümumi inkorporasiyasını nəzərdə tutur. 
Azərbaycan  Respublikasının  Konstitusiyası  milli  hüquqa  daxil  edilmiş  beynəlxalq 
müqavilələrin  normativ  ranqı  haqqında  məsələdən  yan  keçməmişdir.  Həmin  məsələnin  həlli 
151-ci  maddədə  öz  əksini  tapmışdır.  Maddədə  deyilir:  “Azərbaycan  Respublikasının 
qanunvericilik  sisteminə  daxil  olan  normativ-hüquqi  aktlar  (Azərbaycan  Respublikasının 
Konstitusiyası  və  referendum  yolu  ilə  qəbul  edilmiş  aktlar  istisna  olunmaqla)  və  Azərbaycan 
Respublikasının  tərafdar  çıxdığı  dövlətlərarası  müqavilələr  arasında  ziddiyət  yarandıqda, 
beynəlxalq  müqavilələr  tətbiq  olunur”.  Göründüyü  kimi,  bu  maddədə  yalnız  Azərbaycan 

Respublikasının tərəfi olduğu dövlətlərarası müqavilələr nəzərdə tutulmuşdur. Hökumətlərarası 
müqavilələrin  hüquqi  qüvvəsinə  gəldikdə  isə,  130-  cu  maddənin  III  bəndinin  6-cı 
yarımbəndindən belə bir nəticə çıxır ki, normativ ierarxiyada olan  Azərbaycan Respublikasının 
Konstitusiya və qanunlarından aşağıda dayanır. 
Ilk  baxışdan  belə  bir  təssüürat  yaranır  ki,  Konstitusiya  həmin  bu  maddədən  beynəlxalq 
hüququn primatını (üstünlüyünü) müəyyən etmişdir. Lakin əslində 151-ci maddədə beynəlxalq 
müqavilənin  müddəaları  ilə  Azərbaycan  Respublikasının  normativ-hüquqi  aktları  arasında 
mümkün  ziddiyyətləri  həll  etmək  rolunu  oynayır.  Belə  bir  ziddiyyət  olduqda,  məhkəmə  bu 
müddəaları  ləğv  edə  və  ya  dəyişdirə  bilməz,  yalnız  həmin  müddəaların  tətbiqindən  imtinanı 
elan  edir.  Dövlətdaxili  hüquq  norması  qüvvdə  qalır,  doğrudur  bu  zaman  Azərbaycanın  öz 
qanunvericiliyini  beynəlxalq  hüquqa  uyğunlaşdırmaq  kimi  beynəlxalq  öhdəliyi    haqqında 
məsələ aktuallaşır. 
151-ci  maddənin  mənasına  əsasən,  beynəlxalq  müqavilə  və  milli  qanun  arasındakı 
kolliziyalar  lex  posteriori  derogat  legi  priori  prinsipi  əsasında  həll  olunmalıdır;  beynəlxalq 
müqavilə həm Azərbaycan Respublikası üçün qüvvəyə minməzdən qabaq, həm də ondan sonra 
qəbul olunmuş istənilən normativ-hüquqi aktlara münasibətdə üstünlüyə malikdir. 
5. Beynəlxalq müqavilələrin milli məhkəmələr  tərəfindən tətbiqi. 
nkorporasiya yolu ilə eynəlxalq müqavilənin milli hüquqa daxil edilməsi onun birbaşa təbiq 
oluna  bilməsi  demək  deyil.  Başqa  sözlə,  məhkəmədən  tələb  etmək  olmaz  ki,  o,  dövlətin 
iştirakçısı  olduğu  beynəlxalq  müqaviləni  hər  hansı  işin  həlli  üçün  birbaşa  tətbiq  etsin. 
Beynəlxalq  hüququn  dövlətdaxili  hüququn  bir  hissəsi  elan  edildiyi  bütün  ölkələrin  məhkəmə 
təcrübəsində, adətən, müvafiq beynəlxalq müqavilənin özü icra olunan (“self-executing”) və ya 
özü  icra  olunmayan  (“non-self-executing”)  müqavilə  olub-olmaması  haqqında  məsələ  ortaya 
çıxır. 
Özü  icraolunan
  o  müqavilələrə  (müqavilə  müddəalarına)  deyilir  ki,  onlar  milli  hüquq 
subyektlərinin iştirakı ilə olan münasibətləri avtomatik tənzimləyən dəqiq hüquqi öhdıliklər və 
milli məhkəmələrdə bilavəsitə iddia ilə təmin oluna bilən hüquq və vəzifələr yaradır. Özü icra 
olunmayan
 müqavilələr isə özündən sonra müəyyən qanunvericilik aktlarının verilməsini tələb 
edir. Nəzərə almaq lazımdır ki, beynəlxalq hüquqi normaların böyük əksəriyyəti, ilk növbədə, 
bu  normaları  qəbul  etmiş  dövlətlərin  özünə  yönəlmişdir  və  onların  orqanları  üçün 

qanunvericilik,  təşkilati  və  digər  xarakterli  müvafiq  öhdəliklər  yaradır.  Qeyri-müəyyən 
olduğuna  görə,  bu  normalar  məhkəmə  tətbiqi  üçün  zəruri  hüquqi  standartlar  nəzərdə  tutmur. 
Xüsusilə, bu proqram arakteri daşıyan, yəni yalnız ən ümumi istiqamətlər, davranış sərhədləri 
müəyən  edən,  adekvat  qanunvericilik  və  ya  inzibati  tədbirlərin  həyata  keçirilməsi  zərurətini 
birbaşa  və  ya  dolayı  yolla  göstərən  müqavilələrə  aiddir.  Ona  görə  də  milli  məhkəmə  bu 
müqavilələri özü-özlüyündə tətbiq edə bilməz. Misal üçün, insan hüquqları sahəsində universal 
müqavilə  olan  qtisadi,  sosial  və  mədəni  hüquqlar  haqqında  Beynəlxalq  Paktı  götürək.  Bu 
müqavilə  Razılığa  gələn  tərəfin  niyyətinə  görə  özü  icra  olunan  sayıla  bilməz.  Belə  bir  nəticə 
Paktın 2-ci maddəsinin 1-ci bəndindən birbaşa irəli gəlir. Burada deyilir ki, iştirakçı dövlətlər 
Pakda bəyan olmuş hüquqları  “öz ehtiyatlarınnın maksimal hədlərində”,  “tədricən” və  “bütün 
müvafiq  üsullarla,  o  cümlədən  qanunvericilik  tədbirləri  qəbul  etməklə”  həyata  keçirməyi  öz 
öhdələrinə  götürürlər.  Beləliklə,  həmin  öhdəliklərin  həyata  keçirilmənin  başlıca  üsulu  kimi 
milli  qanunvericiliyə  istinadın  olması  Paktda  ehtiva  olunmuş  normaların  özü  icra  olunan 
olduğunu istisna edir. 
Qeyd edilməlidir ki, özü icra olunan və olunmayan müqavilələrin tərifi və habelə müəyyən 
olunmuş  siyahısı  yoxdur  və  praktiki  cəhətdən  bu,  heç  mümkün  də  deyil.  Bu  və  ya  digər 
beynəlxalq  müqavilələrin  özü  icra  olunan  olub-olmaması  haqqında  məsələ  dövlətdaxili  
hüququn  məsələsidir  və  onun  həlli  dövlətdən  dövlətə  fərqlənir,  yəni  kostitutsiyalardan, 
məhkəmə  praktikasından,  hüquqi  ənənələrdən  və  s.  asılıdır.  Doğrudur,  özündən  sonra 
dövlətdaxili  qanunvericilik  tədbirlərini  açıq-aydın  tələb  edən  və  olduqca  ümumi  və  proqram 
xarakterli  öhdəliklər  nəzərdə  tutan  müqavilələr,  çox  güman  ki,  bütün  ölkələrdə  özü  icra 
olunmayan  müqavilələr  kimi  elan  olunacaqdır.  Bəzi  dövlətlərdə  “özü  icra  olunmayan” 
müqavilə anlayışı məhkəmələr tərəfindən bu və ya digər beynəlxalq sazişin tətbiqindən boyun 
qaçirmaq  üçün  istifadə  olunur  (daha  doğrusu,  sui-istifadə  olunur).  Məsələn,  bu  hala  ABŞ-da 
tez-tez  rst  gəlinir,  halbuki  məlumdur  ki,  ABŞ-ın  Konstitusiyası  (VI  maddə)  beynəlxalq 
müqavilələri “ölkənin ali hüququnun” bir hissəsi elan etmişdir. 
Beynəlxalq  müqavilənin  özü  icra  olunmasının  müəyyən  edilməsi  problemi  ilə  qarşılaşan 
məhkəmələr, adətən, bir-biri ilə sıx əlaqəli iki suala cavab verməli olurlar: 1) müqavilə, onun 
dili,  məqsədi  və  konteksti  nəzərə  alınmaqla,  birbaşa  tətbiq  oluna  bilərmi;  2)  razılığa  gələn 
dövlətlər  fərdlərə  məhkəmədə  müdafiə  oluna  bilən  hüquq  və  vəzifələri  bilavəsitə  vermək 
niyyətində olmuşlarmı. Belə ki, beynəlxalq müqavilənin iştirakçısı olan dövlətlər müqavilənin 
özündə razılaşa bilərlər ki, müqavilə bütövlükdə və ya onun ayrı-ayrı müddəaları birbaşa milli 

məhkəmələrdə  tətbiq  olunacaqdır.  Məsələn,  Avropa  qtisadi  Birliyinin  yaradılması  haqqında 
müqavilənin  189-cu  maddəsində  nəzərdə  tutulmuşdur  ki,  Birliyin  Şurasının  və  ya  Avropa 
Komissiyasının qərarı məcburidir və bütün iştirakçı dövlətlərdə birbaşa tətbiq olunur. 
Bəzi dövlətlər qanunvericilik qaydasında – ya konstitusiya səviyyəsində (Niderland, Fransa, 
Yunanıstan,  Cənubi  Afrika  Respublikası  və  b.),  ya  da  xüsusi  qanunlarda,  bir  qayda  olaraq, 
beynəlxalq müqavilələr haqqında qanunlarda (məsələn, Rusiya) özü icra olunan müqavilələrin 
anlayışını  vermiş  və  bununla  öz  məhkəmələri  üçün  hansı  beynəlxalq  müqavilələrin  birbaşa 
tətbiq  olunması  barədə  ümumi  rəhbər  müddəa  müəyyən  etmişlər.  Lakin  Azərbaycan 
qanunvericiliyində  bu  barədə  göstəriş  yoxdur.  Nə  “Azərbaycan  Respublikasının  beynəlxalq 
müqavilələrinin  bağlanması,  icrası  və  xitam  olnuması  haqqında”  13  iyun  1995-ci  il  tarixli 
Qanun,  nə  də  “Məhkəmələr  və  hakimlər  haqqında”  10  iyun  1997-ci  il  tarixli  Qanun  bu 
məsələyə  aydınlıq  gətirməməşdir.  kinci  Qanun  “məhkəmələr  işə  baxarkən...  habelə 
Azərbaycan Respublikasının tərafdar olduğu beynəlxalq müqavilələri rəhbər tutr” müddəası (4-
cü  maddənin  3-cü  hissəsi),  göründüyü  kimi,  özü  icra  olunan  müqavilələr  haqqında  məsələni 
həll  etmir.  Biz  yuxarıdakı  deyilənlərdən  belə başa  düşürük  ki, “məhkəmə  qanunu  əldə  rəhbər 
tutur”  və  “məhkəmə  beynəlxalq  müqaviləni  əldə  rəhbər  tutur”  ifadələri  heç  də  eyni  deyildir. 
Axırıncı ifadənin sadə şərhi belədir: milli məhkəmə yalnız o beynəlxalq müqaviləni tətbiq edir 
ki, həmin müqaviləni tətbiq etmək olar. 
Beynəlxalq  müqavilə  normalarının  milli  məhkəmələr  tərəfindən  tətbiqi  müxtəlif  formalar 
kəsb  edə  bilər;  bu  beynəlxalq  hüququn  müstəqil  və  ya  əlavə  hüquqi  dəlil  kimi  istifadə 
olunmasından asılıdır. Praktikaya əsaslanaraq, beynəlxalq müqavilələrintətbiqinin üç formasını 
göstərmək olar: 
1) contra legem (qanunun ziddinə olaraq);   
2) praeter legem (qanunla yanaşı olaraq);   
3) secundum legem (qanuna əlavə olaraq).   
Birinci halda
 məhkəmə beynəlxalq müqaviləni ona zidd olan milli qanunvericilik 
normasının  əvəzinə  tətbiq  edir.  Beynəlxalq  hüquq  normasının  contra  legem  tətbiqi,  məsələn, 
Azərbaycan  Respublikası    Kostitutsiyasının  yuxarıda  nəzərdən  keçirdiyimiz  151-ci  maddəsini 
və demək olar ki, bütün cari qanunlarda ehtiva olunmuş analoji müddəanın əsasında ola bilər. 

Ikinci  halda
  məhkəmə  beynəlxalq  müqaviləyə  milli  qanunvericilikdə  olan  boşluqların 
doldurulması məqsədilə və yaxud onun aydın olmayan müddəaları ilə bağlı müraciət edə bilər.  
Beynəlxalq  müqavilənin  secundum  legem  tətbiqi  zamanı  müqavilə  əlavə  dəlil  kimi,  milli 
hüquq normalarının təfsirinin köməkçi vasitə kimi çıxış edir. Bu halda məhkəmə öz dəlillərinin 
gücünü artırmaq üçün beynəlxalq hüquqa “üz tutur”. Buna görə də konkret işin həlli üçün bu 
cür istinad elə bir həlledici əhəmiyyət kəsb etmir. 
 
 
 
 
 
   
 
Mövzu  6  BEYNƏLXALQ MÜQAV LƏLƏR HÜQUQU 
Plan: 
1. Beynəlxalq müqavilələr hüququnun anlayışı və mənbələri 
2. Beynəlxalq müqavilənin anlayışı. 
3. Beynəlxalq müqavilədə tərəflər     
4. Beynəlxalq müqavilələrin təsnifatı 
5. Beynəlxalq müqavilənin strukturu 
6. Beynəlxalq müqavilələrin bağlanması 

7. Müqavilənin məcburiliyinə razılığın ifadə olunması   
8. Beynəlxalq müqaviləyə qeyd-şərtlə
9. Beynəlxalq müqavilənin qeydə alınması və dərc edilməsi 
10. Beynəlxalq müqavilənin qüvvədə olması 
11. Beynəlxalq müqavilənin təvsiri 
12. Beynəlxalq müqavilələrin etibarlılığı 
13. Beynəlxalq müqavilənin xitam olunması 
 
                                       Ədəbiyyat siyahısı. 
  Гусейнов Л.Г. Особенности толкования международных договоров о правах человека 
//Белорусский журнал международного права и международных отношений. 1999.№2. 
  Дружков  М.П.  Заключение  международных  договомеров  в  рамках  и  под  эгидой 
международных организацийКиев, 1996. 
  Евинтов В.И. Многосторонние договоры в современном международном праве. Киев, 
1979. 
  Евинтов  В.И.  Многоязычные  договоры  в  современном  международном  праве.  Киев, 
1981. 
  Талалаев А.Н. Право международных договоровобщие вопросы . М., 1980. 
  Талалаев А.Н. Право международных договоровдействие и при 
Менение договоров . М., 1985. 
  Талалаев  А.Н.  Право  международных  договоров:  договоры  с  участием 
международных организаций . М., 1989.  

  Талалаев
  А.Н.  Венская  конвенция  о  праве  международных  договоров.  Коментарий  . 
М., 1997. 
  Ульянова Н.Н. Общие многосторонние договоры в современных 
международных отношенияхнекоторые вопросы теории. Киев, 1981. 
  Frowein J.A Reservations and the International Ordre Public // Theory of International Law 
at the Threshold of the 21st Century. Essays in honour of Krzystztof Skubiszewski.
1996. P. 403 
ff. 
  Horn F. Reservations and Interpretative Declarations to Multilateral Treaties. Amsterdam-
New York-Oxford-Tokyo. 1988. P. 145-160. 
  Klabbers J. The Concept of Treaty in International Law.The Hauge, 1996. 
 
Konton  M.  The  Termination  and  Revision  of  Treaties  in  the  Light  of  New  Customary 
International Law.
N.Y.., 1994. 
  Redgwell  C.  Universality  or  Integrity?  Some  Reflections  on  Reservations  to  General 
Multilateral Treaties // British Yearbook of International Law. 1993. vol. 64. P.245-282. 
  Simma  B.  Reservations  to  Human  Rights  Treaties-Some  Recent  Developments  //  Liber 
Amicorum.  Professor  I.  Seidl-Hohenveldernin  honour  of  his  80  th  birthday  (G.  Hafner  et  al. 
eds.). 
The Hague-London-Boston. 1998. P. 659-682. 
 
 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin