2. Dövlətlərin suveren bərabərliyi prinsipi. Bu prinsip öz birbaşa ifadəsini BMT nin
Nizamnaməsini 2-ci maddəsinin 1-ci bəndində tapmışdır: “Təşkilat onun bütün Üzvlərinin
suveren bərabərliyi prinsipinə əsaslanır”.
Suveren bərabərlik prinsipinin məzmunu iki ünsürdən ibarətdir.
1. Hər bir dövlət tam suverenliyə malikdir və öz siyasi və ikdisadi sistemini sərbəst və
manesiz olaraq özü müəyyən edir. Hər bir dövlət bütün digər dövlətlərin suverenliyinə, o
cümlədən ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmət etməlidir.
2. Bütün dövlətlər ərazisinin miqyasından, əhalisinin sayından, inkişaf səviyyəsindən və
hərbi-siyasi potensiallından asılı olmayaraq hüquqi cəhətdən bərabərdir. Beynəlxalq
təşkilatlarda, bir qayda olaraq, hər bir dövlət bir səsə malikdir. Beynəlxalq hüquq normaları
dövlətlər tərəfindən qarşılıqlı razılıq yolu ilə bərabərhüquqlu əsasda yaradılır.
Suveren bərabərlik prinsipi bütün dövlətlərin beynəlxalq məsələlərin həllində bərabər
iştirakını təmin etməyə yönəlmişdir.
3.Dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq prinsipi. Bu prinsip
dövlətlərin suveren bərabərlik prinsipi ilə üzvi surətdə bağlıdır və əslində onu tamamlayır.
Prinsipin məğzi ondan ibarətdir ki, dövlətin öz suveren hüquqlarını öz arzu və iradəsinə uyğun
həyata keçirməsinə heç bir digər dövlət və ya beynəlxalq təşkilat qarışa bilməz.
BMT Nizamnaməsinin 2-cı maddəsinin 7-ci bəndində deyilir: “Bu Nizamnamənin heç bir
müddəası Birləşmiş Millətlərə səlahiyyət vermir ki, hər hası bir dövlətin əsas etibarilə daxili
yurisdiksiyasında olan məsələlərə müdaxilə etsin...”.
Doğrudur, göstərilən qadağa bilavasitə Birləşmiş Millətlər Təşkilatının üzərinə qoyulmuşdur.
Lakin məntiqi təfsir belə bir nəticə çıxarmağa imkan verir ki, dövlətləin daxili işinə
qarışmamaq öhdəliyi BMT-nin büyün üzvlərinə şamil olunur. Hazırda dünyanın hər bir dövləti
üçün imperativ xarakter daşıyan bu prinsipin normativ məzmunu bir sıra mühüm sənədiəlrdə, o
cümlədən Dövlətlərin daxili işlərinəqarışmağın yolverilməzliyin, onların müstəqilliyinin və
suverenliyinin qorunmasıhaqqında BMT-nin 1965-ci il Bəyannaməsində,
yuxarıda adı çəkilmiş
1970-ci il Bəyannaməsində, Helsinki Yekun aktında açıqlanır.
Qeyd edək ki, “dövlətin daxili yurisdiksiyasında olan məsələlər” onun ərazi daxilində olan
məsələlər demək deyildir. Dövlətin ərazisində baş verən bir çox məsələlər,- misal üçün, xarici
səfirliyin binasına basqın edilməsi, - heç də onun daxili işi sayılmır. Digər tərəfdən, ilk
baxışdan, “beynəlxalq” sayılan hər hansı məsələ,- misal üçün, dövlətin başqa bir dövlət ilə
üçüncü tərəfin hüquq və mənafelərinə toxunmayan müqavilə bağlaması, - həmin dövlətlərin
daxili işi hesab olunur və ona istənilən müdaxilə qadağandır. Hansı məsələnin dövlətin daxili işi
olmasını beynəlxalq hüquq müəyyən emir və edə də bilməz. Lakin bir şey aydındır ki, əgər hər
hansı məsələ üzrə dövlət öz üzərinə beynəlxalq öhdəlik götürmüşsə, bu, artıq onun daxili
məsələsi sayıla bilməz. Daimi Beynəlxalq ədalət məhkəməsi 1930-cu ildə qeyd etmişdi ki,
“dövlətin daxili səlahiyyət dairəsində olan məsələlərin” həcmi sabit deyildir və bu, beynəlxalq
hüququn inkişafı ilə dəyişə bilməz. Məsələn, o vaxtlar və ondan sonrakı illərdə də dövlətlərin
sirf daxili işi olan insan hüquqlarının milli qanunvericilikdə təsbiti və qorunması məsələsi bu
gün prinsip etibarilə beynəlxalq məsələyə çevrilmişdir. Nəhayət, burada bir məqamı da
vurğulamaq lazımdır ki, əgər bir dövlətin ərazisindəki daxili münaqişə və ya situasiya
beynəlxalq sülhə və təhlükəsizliyə real qorxu yaradırsa, bu, yenə də daxili məsələ sayılmır və
BMT Təhlükəsizlik Şurası bu hallarda BMT Nizamnaməsinin VII fəslinə müvafiq olaraq
məcburiyyət tədbirləri tətbiq edə bilər; təbii ki, həmin kollektiv sanksiyalar qətiyyən dövlətin
daxili işlərinə qarışmaq deyildir.
Sözü gedən prinsipin normativ məzmunu aşaıdakılardan ibarətdir:
1) dövlətin suverenliyinə və onun siyasi və iqtisadi əsaslarına qarşı yönəlmiş silahlı
müdaxilə və digər müdaxilə formaları qadağandır;
2) heç bir dövlət başqa bir dövlətin, onun öz suveren hüquqlarını həyata keçirməkdə özünə
tabe edilməsinə və bununla ondan hər hansı imtiyaz əldə edilməsinə nail olmaq üçün hərbi,
siyasi və ya istənilən digər məcburiyyət tətbiq edə bilməz;
3) başqa bir dövlətin quruluşunun zorakı yolla dəyişdirilməsinə yönəlmiş təxribatçı və ya
terrorist fəaliyyətin təşkili və yaxud dəstəklənməsi yolverilməzdir;
4) başqa bir dövlətdə silahlı münaqişəyə müdaxilə qadağandır;
5) hər bir dövlət digər dövlətərin (və beynəlxalq hüququn digər subyektlərinin) müdaxiləsi
olmadan öz siyasi, iqtisadi, sosial və mədəni sistemini seçmək hüququna malikdir.
4. Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi. Müasir beynəlxalq hüquq üçün
müstəsna əhəmiyyətə malik olan bu prinsip öz birbaşa ifadəsini BMT Nizamnaməsinin 2-ci
maddəsinin 4-cü bəndində tapmışdır. Burada deyilir ki, Birləşmiş Millətlər Təşkilatının bütün
Üzvləri “öz beynəlxalq münasibətlərində, hər hansı bir dövlətin ərazi bütövlüyünə və siyasi
müstəqilliyinə qarşı, yaxud Birləşmiş Millətlər Təşkilatının məqsədləri ilə bir araya sığmayan
hər hansı bir şəkildə güclə hədələməkdən və gücün tətbiqindən çəkinirlər”. Prinsipi özündə əks
etdirən sənədlər sırasında Təcavüzün tərifi haqqında BMT Baş Assambleyasının 1974-cü il
qətnaməsini, Beynəlxalq münasibətlərdə güclə hədələməkdən və ya onun tətbiqindən imtina
edilməsi prinsipinin səmərəliliyinin artırılması haqqında 1987-ci ilBəyannaməsini
xüsusilə
qeyd etmək lazımdır.
“Güc” dedikdə, BMT Nizamnaməsində hərbi, silahlı güc başa düşülür. Ədəbiyyatda bəzən
rast gəlinən və bu terminin məna yükünün genişləndirilməsi, iqtisadi, və hətta ideoloji gücün də
bu termin vasitəsilə əhatə olunmasını nəzərdə tutan fikirləri birmənalı qəbul etmək olmaz və
demək olar ki, bu fikirlər pozitiv beynəlxalq hüquqa söykənmir.
BMT Nizamnaməsinin göstərilən müddəasının bəzən belə bir təfsiri verilir ki, dövlətin ərazi
bütövlüyünə və siyasi müstəqilliyinə qarşı olmayan, hər hansı “bəraətverici” məqsədlə,
məsələn, insan hüquqlarının kütləvi pozulmısı hallarının qarşısını almaq üçün birtərəfli qaydada
güc tətbiq olunması (buna “humanitar müdaxilə” deyilir) beynəlxalq hüquqa, daha doğrusu,
sözü gedən prinsipə zidd deyildir. Doğrudur, BMT Təhlükəsizlik Şurası tərəfindən
sanksiyalaşdırılmamış humanitar müdaxiləyə mənəvi baxımdan, humanizm nöqteyi-nəzərindən
haqq qazandırmaq olar, lakin dövlətlərin müvafiq praktikası güc tətbiqinin, BMT
Nizamnaməsində əks olunmuş və aşağıda şərh olunacaq iki istisnadan başqa, bütün hallarda
yolverilməzliyini təsdiq edir.
Sözü gedən prinsipə görə, aşağıdakı hərəkətlər hüquqazidd hesab olunur:
• digər dövlətin beynəlxalq sərhədlərini pozmaq məqsədilə və ya beynəlxalq
mübahisələri, o cümlədən ərazi və yaxud sərhəd mübahisələrini həll etmək üçün güc tətbiq
etmək və ya güc tətbiqi ilə hədələmək;
• silahlı güc tətbiq etməklə əvəzçıxma təzyiq tədbirləri;
burada,qadağan olunmuş əməllər sırasında bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin
limanlarını blokadaya almasını (buna “dinc blokada”deyilir) göstərmək olar.
• qeyri-nizami qüvvələrin və ya silahlı bandaların təşkili və ya təşkilinə dəstək
verilməsi;
• digər dövlətlərin ərazisində vətəndaş müharibəsinin və yaxud terror aktlarının
təşkil edilməsi, onlara yardım edilməsi və ya onlarda birbaşa iştirak edilməsi;
• digər dövlətin ərazisinin qeyri-qanuni güc tətbiq etməklə işğal edilməsi;
• güc tətbiq etməklə və ya güc tətbiqi ilə hədələməklə digər dövlətin ərazisinin ələ
keçirilməsi;
• xalqları özünümüəyyənetmə güququndan, azadlıq və müstəqillikdən məhrum
edən zorakı hərəkətlərin törədilməsi.
Güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipinin ən ağır pozuntusu silahlı təcavüz
hesab olunur. Təcavüz və onun ən təhlükəli forması olan silahlı əcavüzü, əlbəttə ki, qarışdırmaq
olmaz. Dövlət aktı kimi (fərdin törətdiyi beynəlxalq cinayət kimi yox) təcavüzün anlayışı
barədə beynəlxalq müqavilə olmasa da, BMT Baş assambleyasının XXIX sessiyasında (14
dekabr 1974-cü il) qəbul olunmuş 3314 saylı qətnamə mövcuddur. “Təcavüzün tərifi” adlanan
bu qətnaməyə görə, aşağıdakı aktlardan hər biri təcavüz sayılır.
1)
bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisinə soxulması və ya
basqın etməsi, yaxud hər hansı işğal;
2)
bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin ərazisini bombardıman
etməsi və ya onun ərazisinə qarşı hər hansı silahın tətbiq edilməsi;
3)
bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin liman və ya sahillərini
blokadaya alması;
4)
bir dövlətin silahlı qüvvələrinin başqa bir dövlətin quru, dənizz və ya hava
qüvvələrinə, yaxud dəniz və hava donanmasına basqın etmısi;
5)
bir dövlətin,başqa bir dövlətin ərazisində onunla razılaşma əsasında yerləşən
silahlı qüvvələrinin bu razılaşmanın şərtlərini pozmaqla istifadə edilməsi və habelə həmin
silahlı qüvvələrin bu razılaşmanın xitam olunmasından sonra göstərilən ərazidə qalmaqda hər
hansı formada davam etməsi;
6)
dövlətin öz ərazisini, həmin ərazini üçüncü bir dövlətə qarşı təcvüz aktı
törətmək üçün istifadə istifadə edən başqa bir dövlətin sərıncamına verməsi;
7)
bir dövlət tərəfindən və ya həmin dövlətin adından başqa bir dövlətə qarşı
hərbi əməliyyatlar hə-yata keçirən silahlı bandaların, qrupların, qeyri-nizami qüvvələrin və ya
muzdluların göndərilməsi.
Qeyd etmək lazımdır ki, təcavüz aktının müəyyən edilməsi BMT Təhlükəsizlik Şurasının
müstəsna səlahiyyətinə aiddir (BMT Nizamnaməsinin 39-cu maddəsi). Təhlükəsizlik Şurasının
bu preroqativi, habelə “Təcavüzün tərifi haqqında” qətnamədə və Beynəlxalq cinayə
məhkəməsinin Nizamnaməsində ifadə olunmuşdur. Lakin, yaxşı məlum olduğu kimi, siysi
mülahizələr ucbatından çoxsaylı təcavüz aktları, birbaşa basqin faktları da daxil olmaqla,
Təhlükəsizlik Şurası tərəfindən lazımi tövsifini almışdır. Buna ən bariz misal kimi
Ermənistanın Azərbaycana qarşı törətdiyi məlum hərəkətləri göstərmək olar. Bu açıq-aşkar
təcavüz aktları nəticəsində Azərbaycan Respublikası ərazisinin 20 faizə qədəri işğal
olunmuşdur. Təəssüflər olsun ki, konfiliktlə bağlı Təhlükəsizlik Şurasının çıxardığı dörd
qətnamənin heç birində (822, 853, 874 və 884) təcavüz aktı barəsində, Ermənistanın təcavüzkar
dövlət elan olunması barəsində heç nə deyilmir.
Yuxarıda göstədiyimiz kimi, güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipindən iki
müstəsna halmövcuddur, yəni beynəlxalq hüquq yalnız iki halda silahlı gücün tətbiqinə yol
verilir:
1.
Özünümüdafiə.
Dövlət silahlı basqından özünü müdafiə etmək məqsədilə fərdi qaydada və ya başqa
dövlətlərlə birgə və proporsionallıq prinsipinə əməl etmək şərtilə güc tətbiq edə bilər. BMT
Nizamnaməsinin 51-ci maddəsində deyilir: “Bu Nizamnamənin heç bir müddəası, əgər
Birləşmiş Millətlərin Üzvünə qarşı silahlı basqın baş verərsə, Təhlükəsizlik Şurası tərəfindən
beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması üçün zəruri olan tədbirlə görülənə
qədər, ayrılmaz xarakter daşıyan fərdi və ya kollektiv özünümüdaafiə hüququna xələl gətirmir”.
2.
Sülhə təhlükə, sülhün pozulması və ya təcavüz aktı olduqda, BMT Təhlükəsizlik
Şurasının qərarına əsasən.
BMT Nizamnaməsinin 42-ci maddəsinə müvafiq olaraq, BMT Təhlükəsizlik Şurası “...hava,
dəniz və ya quru qüvvələri vasitəsilə beynəlxalq sülhün və təhlükəsizliyin qorunub saxlanması
və ya bərpası üçün zəruri ola bilən tədbirlər görə bilər”.
5. Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi. BMT Nizamnaməsinin 2-ci
maddəsinin 3-cü bəndinə görə, Birləşmiş Millətlər Təşkilatının bütün Üzvləri “öz beynəlxalq
mübahisələrini dinc vasitələrlə o qaydada həll edirlər ki, beynəlxalq sülh və təhlükəsizlik və
ədalət təhlükəyə məruz qalmasın”.
Əsas bir cəhəti qeyd etmək lazımdır ki, beynəlxalq mübahisələri dinc yolla həll etmək
prinsipi yuxarıda şərh etdiyimiz güc tətbiq etməmək və ya güclə hədələməmək prinsipi ilə sıx
surətdə bağlılıq və onun məzmununu tamamlayır. Doğrudur, sözü gedən prinsip ümumi
beynəlxalq hüquq norması kimi bir qədər əvvəl- hələ ikinci dünya müharibəsindən qabaq
formalaşmışdır. Beynəlxalq toqquşmaların dinc həlli haqqında1907-ci il Haqa
Konvensiyasında
(1-ci və 2-ci maddələr) və Millətlər Liqaının Sttutunda (12-ci, 13-cü, 15-ci və
17-maddələr) məhdud çərçivədə təsbit olunmuş bu prinsip bu günkü anlamda, yəni heç bir
qeyri-şərtsiz və imperativ formada ilk dəfə olaraq 1928-ci il Brain-Kelloq Paktında öz əksini
tapmışdır. Paktın II maddəsində birbaşa göstərilirdi ki, müqavilənin iştirakçısı olan dövlətlər öz
aralarında ortaya çıxan bütün mübahisə və ya münaqişələri, onların xarakterindən və
mənşəyindən asılı olmayaraq, yalnız dinc vasitələrlə həll etməlidirlər. Sonralar BMT
Nizamnaməsində təsbit olunmuş bu mühüm norma, həmçinin əsas regional təşkilatların
nizamnamələrində də birbaşa əks olunmuşdur.
Prinsipin normativ məzmununa keçməzdan qabaq “beynəlxalq mübahisə” anlayışını
açıqlamağa ehtiyac vardır.
Heç bir müvafiq beynəlxalq sazişdə , o cümlədən BMT Nizamnaməsində beynəlxalq
mübahisənin tərifi verilmir. Beynəlxalq Məhkəmə iki dəfə bu məsələ ilə qarşılaşmışdır. Daimi
Beynəlxalq ədalət məhkəməsi Mavromatis işində (1924-cü il) qeyd edilmişdi ki, “mübahisə-
iki şəxs arasında hər hansı hüquq normasına və ya fakta görə fikir müxtəlifliyidir”. Oxşar tərif
Cənub-qərbi Afrika işində (ilkin etirazlarmərhələsi, 1962-ci il)
də verilmişdir. Sadəcə belə
demək olar ki, mübahisə o zaman mövcuddur ki, bir dövlət digər dövlətə qarşı iddia irəli sürür,
o biri dövlət isə bu iddianı rədd edir. Beynəlxalq mübahisənin aşağıdakı əlamətlərini göstərmək
olar:
1) iki və ya daha artıq tərəfin – beynəlxalq hüquq subyektlərinin olması;
2) mübahisənin dövlətin daxili səlahiyyət dairəsində olmaması;
3)mübahisə edən tərəfin qarşılıqlı iddialarının olması;
4) tərəflərin öz aralarında mübahisənin yaranması faktını etiraf etməsi;
5)mübahisənin taranması anının müəyyən edilməsi.
Mübahisə “situasiya” dan fərqləndirilməlidir. Doğrudur, çox zaman bu iki termin
bir yerdə işlədilir. Misal üçün, BMT Nizamnaməsinin 1-ci maddəsinin 1-ci bəndini, habelə
Beynəlxalq sülhə və təhlükəsizliyə qorxu yarada bilən mübahisə və situasiyalarınqarşısının
alınması və aradan qaldırlması
və BMT-nin bu sahədə rolu haqqındaBəyannaməni göstərmək
olar. Situasiyadövlətlərin maraqlarının toqquşması nəticəsində gərginliyin yaranmasıdır, lakin
bu zaman tərəflər bir-birinə qarşı iddialar irəli sürmürlər. Situasiya zamanı sanki tərəflər olmur,
yəni qarşılıqlı iddialar yoxdur.
Belə demək olar ki, hər bir mübahısə situasiyadır, lakin heç də
hər bir situasiya mübahisə deyildir. Mübahisə və situasiyanın fərqləndirilməsi nəzəri məsələ
deyildir; bunun olduqca mühüm praktik əhəmiyyəti vardır. Belə ki, BMT Nizamnaməsinin 27-
ci maddəsinin 3-cü bəndinə görə, mübahisənin tərəfi olan Təhlükəsizlik Şurasının daimi üzvü
qərar qəbul edilərkən səsvermədə iştirak etməməlidir. Bu müdda situasiyalara şamil olunmur.
BMT Nizamnaməsinin 36-cı maddəsinin 1-ci bəndinə əsasən, Təhlükəsizlik Şurası həmin
mübahisənin, həm də situasiyanın istənilən mərhələsində müvafiq nizamlama prosedurları və ya
metodları tövsiyə edə bilər. 37-ci və 38-ci maddələrə görə isə, Təhlükəsizlik Şurası tərəflərə
situasiyanın yox, mübahisənin həlli şərtlərini töfsiyə edə bilər. Nəhayət, BMT Beynəlxalq
Məhkəməsinə iş situasiya ilə deyil, yalnız mübahisə ilə bağlı verilə bilər.
Lakin istənilən halda, beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipi həm
beynəlxalq mübahisəlrə, həm də beynəlxalq situasiyalara şamil olunur.
Beynəlxalq mübahisələri dinc yolla həll etmək prinsipinin məzmunu dövlətlərin aşağıdakı
hüquq və öhdəliklərində öz ifadəsini tapır:
1.
Dövlətlər öz mübahisələrini, onların xarakterindən və mənşəyindən asılı
olmayaraq, yalnız yə yalnız dinc vasitələrlə həll etməlidirlər. Lakin prinsipin məzmunundan
belə alınmır ki, dövlətlər öz beynəlxalq mübahisələrini mütləq həll etməlidirlər. Beynəlxalq
hüquqda dövlətlərdən bunu imperativ şəkildə tələb edən norma yoxdur. Beynəlxalq hüququn
tələb etdiyi budur ki, əgər dövlət öz mübahisəsini nizamlamaq qərarına gəlibsə, bunu yalnız
dinc yolla etməlidir.
2.
Dövlətlər öz mübahisələrini həll edərkən dinc vasitələrdən hər hanı birini
seçmək hüququna malikdirlər. Lakin dövlətlər qabaqcadan konkret beynəlxalq müqavilədə hər
hansı nizamlama vasitəsinə razılaşa bilərlər. Məsələn, Dəniz hüququüzrə 1982-ci il BMT
Konvensiyasında
mübahisələrin nizamlanmasının dörd məcburi proseduru nəzərdə tutulmuşdur
ki, bunlardan hər birini hər hansı dövlət Konvensiyanı imzalayarkən və ya ratifikasiya edərkən
yazılı bəyanat vasitəsilə seçə bilər: 1) Dəniz hüququ üzrə Beynəlxalq tribunal; 2) BMT-nin
Beynəlxalq məhkəməsi; 3) Konvensiyaya VII Əlavəyə müvafiq olaraq yaradılan arbitraj və 4)
Konvensiyaya VIII Əlavəyə müvafiq olaraq yaradılan xüsusi arbitraj.
3.
Dövlətlər arasında olan mübahisəni həll olunmaq üçün hər hansı üçüncü tərəfə
təqdim etməyə məcbur oluna bilməzlər. Lakin bu norma beynəlxalq sülhə və təhlükəsizliyə
qorxu yarada bilən mübahisələrə aid deyildir.
4.
Dövlətlər aralarında olan mübahisənin kəskinləşməsinə səbəb ola bilən
hərəkətlərdən çəkinməlidirlər. Mübahisənin həllini çətinləşdirə bilən, beynəlxalq sülhə və
təhlükəsizliyə qorxu yarada bilən, habelə mübahisənin tərəflərindən birinin vəziyyətini
pisləşdirə bilən hərəkətlər qadağan olunur.
5.
Dövlətlər öz mübahisələrini beynəxalq hüquq və ədalət əsaında həll etməlidirlər.
6. Sərhədlərin pozulmazlığı prinsipi. Sərhədlərin pozulmazlığı prinsipi güc tətbiq etməmək
və ya güclə hədələməmək prinsipi və ya suveren bərabərlik prinsipi ilə sıx surətdə bağlıdır.
Helsinki Yekun Aktında o, müstəqil prinsip kimi təsbit olunmuşdur. Sərhədlərin pozulmazlığı
prinsipi digər regionlarda - afrika və Cənubi Amerikada da imperativ norma kimi tanınmişdır.
Dövlətin razılığı olmadan onun sərhədləri heç bir halda dəyişdirilə bilməz. Azərbaycan
Respublikasının Konstitusiyasına görə, belə bir razılıq yalnız referendum vasitəsələ ifadə oluna
bilər.
Sərhədlərin pozulmazlığı prinsipinin məzmunu aşağıdakı ünsürlərdən ibarətdir:
1) mövcud sərhədlər beynəlxalq hüquqa müvafiq olaraq müəyyən olunmuş
sayılır;
2)
dövlət başqa bir dövlətə qarşı hər hansı ərazi iddiasından imtina etməlidir;
3)
dövlət başqa bir dövlətin sərhədlərinə qarşı istənilən qəsdlərdən imtina
etməlidir.
7. Ərazi bütövlüyü prinsipi. Bu prinsip BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü
bəndində dolayı yolla əks olunmuşdur. Müstəqil prinsip kimi o, Helsinki Yekun Aktında təsbit
olunmuşdur. Göstərilən prinsipin başlıca məzmunu ondan ibarətdir ki, dövlətlər bir- birinin
ərazi bütövlüyünə hörmət etməlidirlər. Hər bir dövlət başqa bir dövlətin ərazi bütövlüyünün
pozulmasına yönəlmiş hüquqazidd hərəkətlərdən çəkinməlidir. Dövlətin ərazisi qanunsuz gqc
tətbiqi nəticəsində hərbi işğal obyekti ola bilməz. Ərazi bütövlüyü prinsipi özündə digər bir
prisipi – hələ xıx əsrdə Latın Amerikasında Formalaşmış və 1986- cı ildə Burkina Faso /Mali
işində
BMT-nin Beynəlxalq Məhkəməsi tərəfindən ümumi beynəlxalq hüquq norması kimi
xarakterizə edilmiş uti possidetis prinsipini ehtiva edir. Uti prossidest prinsipinin məğzi ondan
ibarətdir ki, müstəmləkələrin və ya federasiya subyektlərinin əvvəlki sərhədləri tehi müstəqil
dövlətlərin beynəlxalq sərhıdləri olur və müvafiq razılıq olmadan dəyişilə bilməz. Azərbaycanla
bağlı demək olar ki, onun SSR dövründə malik olduğu ərazisinin bütövlüyünə istənilən iddia
və ya qəsd sözü sözü gedən prinsipə tamamilə ziddir.
8. Xalqların özünümüəyyənetmə prinsipi. Bu prinsip BMT Nizamnaməsində, Müstəmləkə
ölkələrinə və xalqlarınamüstəqillik verilməsi haqqında 1960-cı il Bəyannaməsində, nsan
hüquqları haqqında1966-cı il Beynəlxalq Paktlarının
1-ci maddələrində, 1970-ci il
Bəyannaməsində, Helsinki Yekun aktında, habelə BMT-nin Beynəlxalq Məhkəməsinin bir sıra
qərar və məsləhət xarakterli rəylərində öz əksini tapmışdır. Şərqi Timor haqqında işdə (1995-ci
il) Beynəlxalq Məhkəmə qeyd etmişdir ki, xalqların özünümüəyyənetmə hüququ erga omens
hüququdur, yəni bütün dövlətlər bu hüquqa hörmət etməlidirlər və onun həyata keçirilməsinə
maneə törətməməlidirlər.
Prinsipin məzmununu açıqlamaq üçün iki anlayış – “xalq” və “özünümüəyyənetmə”
anlayışlarının məna yükünü düzgün bilmək lazımdır.
Göstərilən prinsipin kontekstində və ümumiyyətlə, beynəlxalq hüquqda “xalq”, bir qayda
olaraq, etnik anlamında başa düşülmür. Beynəlxalq-hüquqi anlayış kimi “xalq” hər hası milli və
ya etnik qrupu deyil, məhz dövlətin (və ya dövlətçilikdən qeyri-qanuni məhrum edilmiş
ərazinin) bütün əhalisini bildirir. Yəni “xalq” etnos kimi deyil, demos kimi başa düşülmür.
Yalnız xalq bütövlükdə bu hüququn daşıyıcısıdır. Xalqın bir hissəsinin, o cümlədən, milli
azlıqların belə bir hüququ yoxdur. Bu, beynəlxalq hüquqda birmənalı olaraq qəbul edilmişdir.
“Özünümüəyyənetmə” o deməkdir ki, hər bir xalq xaricdən müdaxilə olmadan sərbəst
olaraq özü öz siyasi statusunu müəyyən edə bilər və öz iqtisadi, sosial və mədəni inkişafını
həyata keçirə bilər. Müstəmləkə altında olan və ya ışğal olunmuş ərazinin bütün əhalisi üçün
bu:
a)
müstəqillik əldə edilməsində və suveren dövlət qurulmasında;
b)
hər hansı bir müstəqil dövlətə qoşulmaqda, yaxud
c)
hər hansı bir müstəqil dövlətələ birləşməkdə ifadə oluna bilər.
Təbii ki, müstəqil dövlətlərin xalqı (əhalisi) da özünümüəyyənetmə hüququna
malikdir. Həmin xalq üçün özünümüəyyənetmə, hər şeydən öncə, demakratik idarəetməhüququ
deməkdir. Yəni xalq daxildən və xaricdən təzyiq və ya müdaxilə olmadan demokratik
vasitələrlə öz iqtisadi, sosial və mədəni inkişafını həyata keçirmək imkanına malik olmalıdır.
Əlbəttə ki, bu xalq öz siyası statusunu sərbəst surətdə özləri müəyyən edə bilərlər.
Xüsusi vurğulanmalıdır ki, özünümüəyyənetmə hüququnun həyata keçirilməsi dövlətlərin
suvernliyi və ərazi bütövlüyü ilə uzlaşmalıdır və sesessiyanı (dövlətdən müəyyən ərazinin
ayrılmasını) sanksiyalaşdıra bilməz. Başqa sözlə, bu hüququn həyata keçirilməsi müstəqil,
demokratik dövlətin parçalanması üçün əsas ola bilməz.
Dostları ilə paylaş: |