10. Qapalı və ya yarımqapalı dəniz. Qapalı dəniz dedikdə, bir neçə dövlətin sahilini yuyan
və öz coğrafi vəziyyətinə görə başqa dənizə tranzit keçid kimi istifadə olunmayan dəniz kimi
başa düşülür.
Açıq dənizin azadlığı prinsipi tam həcmdə qapalı dənizlərə şamil olunmur. Sahilyanı
olmayan dövlətlərin hərbi gəmilərinin bu dənizlərə buraxılışı məhduddur. 1982-ci il
Konvensiyasında göstərilir ki, sahilyanı dövlətlər qapalı və yarımqapalı dənizlərin canlı
ehtiyatların idarə olumasında, dəniz mühitinin mühafizəsində və elmi tədqiqatların
aparılmasında üstün hüquqlara malikdirlər. Bir qayda olaraq, sahilyanı dövlətlər öz aralarında
müqavilələr bağlamaqla, bu dənizlərin ekologiyası, balıqçılıq rejimi və s.məsələləri nizama
salırlar.
Qapalı dənizlərə misal olaraq, Qara dənizi və Baltik dənizini göstərmək olar. 11. Xəzər
gölünün beynəlxalq-hüquqi statusu. Sovet ttifaqı dağıldıqdan sonra Xəzər dənizinin statusu,
habelə onun dibi və orada olan təbii ehtiyatlar ilə bağlı mürəkkəb suallar ortaya çıxdı: bu
ehtiyatlara bütün sahilyanı dövlətlər sahibdir, yoxsa onların arasında bərabər bölünməlidir, əgər
bölünməlidirsə, onda bu, hansı əsasda həyata keçirilməlidir?
Azərbaycan Respublikasının mövqeyi onun Konstitusiyasında birmənalı şəkildə elan
olunmuşdur. Konstitusiyasının 11-ci maddəsinə görə, Xəzər dənizinin (gölünün) Azərbaycan
Respublikasına mənsub olan bölməsi Azərbaycan Respublikası ərazisinin tərkib hissəsidir.
Qeyd edək ki, Xəzər heç bir dənizə və ya okeana çıxışı olmayan qapalı daxili dəniz, daha
doğrusu, göldür.
SSR -nin dağılmasına qədər, yalız iki Xəzəryani dövlət var idi: ran və SSR .
Problem burasındadır ki, Xəzərdə Sovet- ran sərhədləri heç bir vaxt müəyyən olunmamışdı.
Məsələn, bu iki dövlət arasında 1954-cü ildə bağlanmış Sərhədlərin nizamlanması haqqında
Müqavilə
Xəzərin hər iki tərəfdən sərhədi müəyyən edilir, lakin dənizin özündəki sərhədlə bağlı
isə heç nə demirdi. Bundan əvvəl bağlanmış müqavilələrdə də dəniz sərhədi haqqında bir
göstəriş yoxdur. 1940-cı il Sovet ran müqaviləsi (Ticarət və Gəmiçilik haqqında Müqavilə) hər
iki tərəf üçün “10 dəniz milli həddində öz sahil sularında müstəsna balıqtutma azadlığı” nəzərdə
tuturdu. 1935-ci il və 1940-ci il Sovet- ran müqavilələrinə əlavə olunmuş nota mübadilələrində
bəyan olunurdu ki, Xəzər “hər iki Hökumət tərəfindən Sovet və ran dənizi sayılır” (1035-ci il)
və “tərəflər hesab edir ki, Xəzər rana və Sovet ttifaqına məxsusdur” (1940-cı il). Bu və digər
müqavilələr ran və SSR gəmilərinin Xəzər dənizinin hər bir yerində sərbəst və bərabər
naviqasiya hüququnu nəzərdə tuturdu. Xəzərin “Sovet ttifaqına və rana məxsus olması”
haqqında yuxarıda göstərdiyimiz müddəaların mənası ondan ibarət idi ki, heç bir üçüncü dövlət
bura hər hansı bir hüquqa, o cümlədən naviqasiya hüququna malik deyildi. Qeyd edək ki, Sovet
ttifaqı “qapalı dəniz” dotirinasının qızğın tərəfdari idi və o, bu doktirinanı Qara dənizə də şamil
etməyə san atmışdı. ran Xəzərin qapalı dəniz olması ilə razılaşmışdı. Belə ki, Kontinental
şelfin tədqiqi və istismarı haqqında 19 iyun 1953-cü il tarıxlı ran qanununda deyilirdi: “Xəzər
dənizinə gəlincə, buraya beynəlxalq hüququn qapalı dənizlərə aid olan normaları şamil olunur”.
Uzun illər ərzində Sovet ttifaqı Xəzər dənizində, əsas etibarilə, Azərbaycana yaxın sahədə
tədqiqat və istismar işləri aparırdı və bu fəaliyyət əslində 10 mildən artıq ərazini də əhatə edirdi.
SSR heç vaxt bundan əldə etdiyi gəlirin tarısını rana ödəməmişdi və heç təklif də etməmişdi
və onu heç vaxt bu fəaliyyətə hər hansı bir formada cəlb etməmişdi. Sovet ttifaqında belə bir
mövqe mövcud idi ki, Xəzərin dibi və buradakı ehtiyatlar dənizin müvafiq sahələrində SSR -yə
və rana məxsusdur. ran SSR -nin Xəzərdəki neft fəaliyyətinə heç bir vaxt etiraz etməmişdi və
bu fəaliyyətdən gələn gəlirin bölünməsinə idiia etməmişdi; ran da özünə yaxın sahədə birtərəfli
fəaliyyət aparırdı.
SSR dövründə respublikalar arasında Xəzər dənizində formal sərhədəlr müəyyən
olunmamışdı, praktikada isə neftçıxarma əməliyyatları bu və ya digər respublikanın müvafiq
müəssisəsinə - həmin respublikanın dəniz zonasına yaxınlıq əsasında – həvalə olunmuşdu. Belə
ki, bu günki “Günəşli”, “Çıraq”, “Azəri” və “Kəpəz” yataqlarının daxil olduğu zona
Azərbaycanda yerləşən Kaspmor Neftqaz-a həvalə olunmuşdu. Ürkmənistanın oxşar müəssisəsi
“Kəpəz”dən şərqə olan zona üçün məsul idi. Göstərilən dörd yataq Kaspmor Neftqaz trəfindən
təşkil olunmuşdu və “Günəşli” artıq sovet dövründə istismar olunurdu.
“Azəri” yatağının yerləşdiyi zona 1991-ci ilin yanvarında SSR Neft və qaz sənayesi
nazirliyi və Azərbaycan SSR-in Nazirlər Soveti tərəfindən birgə tenderə qoyulmuşdu. Tenderə
icazə verən qərarda deyilirdi ki, “Xəzər dənizinin Azərbaycan sektorunda dörd nəhəng neft və
qaz yatağı kəşf edilmişdir”. SSR parçalandıqdan sonra “Günəşli”, “Çıraq” və “Kəpəz”
yataqları üçün kontraktlar üzrə danışıqlar yalız Azərbaycan hökuməti tərəfindən aparılırdı.
Eynilə, Xəzər dənizinin Qazxıstana bitişik sektorunda təbii ehtiyatlarla bağlı “Kaspişel
Konsorsiumu” ilə danışıqlar yalnız Qazxıstan hökuməti ilə aparılırdı.
Beləliklə, Sovet dövründəki praktika və adət hüququ Xəzərdə respublikalar arasında daxili
inzibati sərhədlərin olmasını de facto tanıyırdı. Sovet ttifaqının dağıdılmasından sonra de facto
sərhədlər varis dövlətlər tərəfindən qəbul edildi; bu zaman onlardan hər biri öz de facto dəniz
ərazisi hüdudlarında dəniz ehtiyatlarını istismar etməkdə davam etdilər. Azərbaycan belə bir
konkret təklif vermişdi: “sahil xəttinin davamı kimi orta xətt çəkilir; bu xəttin hər bir nöqtəsi
Xəzərin bitişik və ya əks tərəfində yerləşən dövlətlərin ilkin sahil xəttindən bərabər məsafədə
olur”.
Bəs beynəlxalq hüququn mövqeyi necədir?
Məlumdur ki, okean sularına aid olan geniş normalar sistemi daxili dənizlərə tam və birbaşa
tətbiq olunmur. Məsələn, Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası prembulasında yalnız
“dəniz və okeanlar”dan danışır; Konvensiyanın IX hissəsi “qapalı və yarımqapalı dənizlər”
adlanır, lakin 122-ci maddəyə görə, həmin dənizlərə “başqa dəniz və ya okeana çıxışı olmayan”
dənizlər aid deyildir.
Lakin dəniz hüququnun bütövlükdə daxili dənizlərə birbaşa şamil olunmamasının səbəbi
ondadır ki, dəniz hüququnun fundamental prinsipi olan gəmiçilik azadlığı daxili dənizlərə tətbiq
olunmur. Daxili dənizlərin və göllərin sərhədyanı dövlətləri həmişə belə bir mövqedən çıxış
stmişlər ki, (SSR və ranın Xəzər dənizi ilə bağlı mövqeyi məhz belə olmuşdur), onlar başqa
dövlətlərin gəmiçiliyinə icazə verməyə də bilərlər və bu mövqelər hamılıqla qəbul olunmuşdur.
Lakin məlum deyildir ki, nəyə görə dəniz hüququnun digər normaları daxili dənizlərə tətbiq
oluna bilməz. Məsələn, dəniz dibinin və buradakı ehtiyatların sahilyanı dövlətlərin arasında,
bərabərlik və proporsionallığı təmin etməklə, bölünməli olması haqqında norma bütünlüklə
daxili dənizlər üçün uyğundur. Müasir beynəlxalq hüquq dəniz dibi və buradakı ehtiyatlar
üzərində müstəsna hüquqları artəq tanımışdır, çünki bu ehtiyatları texnoloji baxımdan istismar
etmək mümkün olmuşdur. Bu texnoloji inkişaf eyniylə daxili dənizlərə və göllərə də aid
edilməlidir.
Əslində, əksər çaylar və göllər sahilyanı dövlətlər arasında, hələ beynəlxalq məhkəmələr
mövcud olmamışdan qabaq, razılaşmalar yolu ilə bölünürdü. Çaylar üçün, adətən müəyyən
olunan sərhəd talveqdir, yəni ən dərin kanalın orta xəttidir. Göllər üçün, adətən, sərhəd kimi
orta və ya ekvidstansiya xətti götürülür (bəzən xüsusi hallarla bağlı bu dəyişdirilə bilər). Qeyd
etmək lazımdır ki, indiyə qədər daxili dənizə və ya gölə sahib olma məsələsi ilə bağlı heç bir iş
beynəlxalq məhkəməyə və ya arbitraja verilməmişdir. Əgər belə bir iş verilsəydi, beynəlxalq
məhkəmə Alman federal məhkəməsinin 1920-ci ildə gəldiyi nəticəyə gələrdi. Beynəlxalq hüquq
prinsiplərini tətbiq etməklə, federal məhkəmə vurğulamışdı ki, Konstansa gölü ekvidstansiya
sərhədləri ilə bölünmüşdür. Məhkəmə belə bir nəticəyə gəlmişdir: “Belə bir nöqteyi-nəzərə
üstünlük verilməlidir ki, orta xətt sərhəd təşkil edir. Beynəlxalq hüququn ümumi normaları
kondominium (birgə sahibkarlıq) nəzəriyyəsinə ziddir”.
Sahilyanı dövlətlərin müstəsna hüquqlarını ayıran sərhəd xəttləri anlamı o qədər
inandırıcıdır və geniş qəbul olunmuşdur ki, məhkəmə bu qaydanın, əgər xüsusi coğrafi və tatixi
faktlar başqa bir nəticəni şərtləndirmirsə, beynəlxalq adət hüquq norması olması nəticəsinə gələ
bilər.
Nəhayət, belə bir suala cavb verək: Xəzərin dənizaltı ehtiyatları hamıya məxsus
olmalıdırmı? Belə bir arqument irəli sürülür ki, Xəzərin dibi və yeraltı ehtiyatları sahilyanı
dövlətlər arasında bölünməməlidir və onların hamısına və ya hər halda dörd keçmiş sovet
respublikasına məxsus olmalıdır. Bu arqumen üç faktora söykənir: 1) 1935-ci və 1940-cı il
Sovet-iran müqavilələri; 2) Xəzər dənizi ümumi ekoloji müdafiə tələb edən vahid ekosistemdir;
3) Beynəlxalq Məhkəmənin (daha doğtusu, beş hakimdən ibarət palatanın) Quru, Ada və dəniz
sərhədləri mübahisəsinə aid iş (Salvador/ Honduras, Nikaraquanın müdaxiləsi ilə)
üzrə 1992-ci
ildə çıxartdığı qərar.
Əvvala, qeyd edək ki, tarixdə heç vaxt göl və ya daxili dənizlərin kondominiumu
olmamışdır.
1-ci arqumentin əsasız olmasını belə sübut etmək olar. 1940-cı il müqaviləsi müstəsna
balıqçılıq hüquqlarını sahildən 10 mil həddində məhdudlaşdırmışdı və bununla güman olunurdu
ki, Xəzərin qalan hissəsində bu hüquqlar ümumidir. Lakin balıqçılığı tənzimləyən rejimin dəniz
dibi və yeraltı ehtiyatları nizama salan rejimə heç bir aidiyyəti yoxdur. Müəyyən olunmuş 10
millik limit dəniz dibi və yeraltı ehtiyatlar üzərində müstəsna nəzarət üçün limit demək deyildir.
Göstərilən müqavilələrin dili açıq-aşkar bunu nəzərdə tutur ki, üçüncü dövlətlərin Xəzərdə heç
bir hüququ (hər şeydən öncə, gəmiçilik hüququ) yoxdur və dəniz dibinin ümumi mülkiyyətdə
qalıb-qalmamasını nəzərdə tutmurdu. Əgər hətta bu müqavilələr belə təfsir olunsa ki, dəniz dibi
və yeraltı ehtiyatlar ümumi mülkiyyətdə olmalıdır, onda “ümumi mülkiyyətçilər” ran və SSR
olur. Əlbəttə ki, heç bir varis dövlət belə bir təfsirlə razılaşmaz ki, güya Xəzərin bütün
ehtiyatlarının 50%-i rana verilir və qalan 50%-in necə bölünməsi ilə bağlı isə heç bir göstəriş
yoxdur.
Ekoloji mülahizələr, doğrudan da, çox vacibdir, lakin onlar belə bir nəticə çıxarmağa əsas
vermir ki, Xəzərin dibi və yeraltı ehtiyatları ümumi olmalıdır. Sahilyanı dövlətlər çirkləndirmə
problemləri ilə mübarizə məqsədilə müqavilə bağlaya bilər: belə bir müqavilədə, məsələn,
ekoloji standartların müəyyən olunması prosedurları, çirkləndirmə halları haqqında xəbərvermə
və s. məsələlər nizama salına bilər. Bu müqavilə hər bir sahilyanı dövlətin öz sektorunda dəniz
dibinə və yeraltı ehtiyatlara sahibli hüququna zidd olmazdı. Belə müqavilələrə ABŞ və Kanada
arasındakı; Trinidad
Və Tobaqo və digər Karib ölkələri arasındakı müvafiq sazişləri və Dəniz mühitinin
çirklənmədən qorunması haqqında 1978-ci il Küveyt regional Konvensiyasını misal göstərmək
olar.
Beynəlxalq Məhkəmənin yuxarıda göstərdiyimiz qərarına gəldikdə isə, qetd edək ki, həmin
işin bir aspekti Salvador, Honduras və Nikaraquanın sahilyanı dövlət olduğu Fonseka körfəzi
üzərində suverenliyə aid idi. Məhkəmə qərar çıxarmışdi ki, körfəzin tarixi boğaz statusu vardır
və onun suları (sahildən üç mildən kənarda olan) göstərilən üç dövlətin kondominiumuna
məxsusdur. Lakin Xəzər Fonseka körfəzindən köklü surətdə fərqlidir. Beynəlxalq məhkəmə
sözü gedən işdə belə bir fakta əsaslamışdı ki, Fonseka körfəzinə, - Xəzərdən fərqli olaraq, -
uzun müddət ərzində bir dövlət sahiblik etmişdir və hətta üç sahilyanı dövlət müstəqil olandan
sonra körfəzi onlar ümumi mülkiyyət kimi nəzərdən keçirməmişdilər. Bundan əlavə, müstəsna
olaraq gəmiçilik məsələsinə toxunan Məhkəmə aşkara çıxarmışdi ki, körfəzin coğrafiyası elədir
ki, onun hər hansı formada bölünməsi həll olunmaz praktik çətinliklər yaradardı və ən azı,
göstərilən dövlətlərdən birini açıq dənizə çıxışsız qoyardı. Xəzərdə situasiya tamamilə başqa
cürdür. Xəzəri heç vaxt bir dövlət əhatə etməyib və o, bir dövlətə məxsus olmayıb. Sərhədlər
bölünsə, hər halda dəniz dibi və yeraltı ehtiyatlara müstəsna hüquqlar baxımından, heç bir
praktik çətinlik ortaya çıxmazdı.
Beləliklə, beynəlxalq hüquq Xəzər dənizində sərhədlərin delimintasiyasını tələb edir və
burada sərhədlər, əsas etibarilə, ekvidstansiya prinsipi, yəni bərabərdayanma prinsipi əsasında
ayır edilə bilər. Azərbaycan hökumətinin istinad etdiyi bu prinsip Qazaxıstan və Rusiya
tərəfindən də dəstəklənir və müvafiq ikitərəfli müqavilələrdə (Rusiya – Qazaxıstan – 1998,
Rusiya - Azərbaycan – (2002) öz əksini tapmışdır.
12. Dənizə çıxışı olmayan dövlətlərin hüquqları. Dəniz hüququ üzrə 1982-ci il Konvensiyası
dənizə heç bir təbii çıxışı olmayan dövlətlərin (qitədaxili dövlətlərin – məsələn, Avstriya,
Əfqanıstan və b.) bir sıra hüquqlarını müəyyən etmişdir:
a) dənizə çıxış hüququ (bu məsələ qitədaxili dövlət ilə dəniz sahilində yerləşən müvafiq
dövlət arasında müqavilə əsasında həll olunur);
b) müstəsna iqtisadi zonaların canlı ehtiyatların bu və ya digər səbəbə görə sahilyanı
dövlətlər tərəfindən istifadə olunmayan hissəsinin istismarında ədalətli əsasda iştirak etmək
hüququ;
c) “bəşəriyyətin ümumi irsi”ndən, o cümlədən Beynəlxlq dəniz dibi rayonunun
ehtiyatlarından faydalanmaq hüququ.
13. Beynılxalq boğazlar vəBeynəlxalq kanallar.Beynəlxalq boğazlar – hər hansı bir dənizin
hissələrini və ya ayrı-ayrı dəniz və okeanları birləşdirən və bütün dövlətlər tərəfindən bərabər
ə
sasda beynəlxalq gəmiçilik və hava naviqasiyası üçün istifadə edilən təbii dəniz keçidləridir.
Beynəlxalq boğazlara misal olaraq, Pa-de-Kale, La-Manş, Cəbəllütariq, Sinqapur,
Ormuz və başqa boğazları göstərmək olar.
Açıq dənizin hissələrini birləşdirən boğazlarda gəmiçilik və uçuş azadlıqları
mövcuddur. Hər hansı dövlətin (və ya dövlətlərin) ərazi dənizindən keçən beynəlxalq
boğazlarda isə tranzid keçid hüququ əsas görürülür: bu halda gəmiçilik və uçuş azadlığı yalnız
boğazdan fasiləsiz və tez tranzit məqsədi üçün həyata keçirilir; tranzit keçid hüququndan
istifadə edən gəmilərə və uçuş aparatlarına maneə törədilməməlidir. Lakin onlar beynəlxalq
hüquq prinsiplərinə, habelə fasiləsiz və tez keçid rejiminə zidd olan fəaliyyətə yol
verməməlidir.
1982-ci il Konvensiyası, hüquqi rejimi artıq qüvvədə olan müqavilələrlə müəyyən olunmuş
beynəlxalq boğazlara şamil olunmur. Bu, Qara dəniz (Mərmərə və Dardanel), Baltik (Böyük və
kiçik Belt, Zund) və Maqellan boğazlaradır.
Qara dəniz boğazlararının hüquqi rejimi 1936-cı ildə bağlanmış çoxtərəfli Konvensiyası ilə
müəyyən edilmişdir. Həmin Konvensiyaya görə, bu boğazlar bürün dövltlərin ticarət gəmiləri
üçün açıqdır. Yalnız Türkiyə müharibədə iştirak etdikdə, düşmən tərəfin gəmiləri keçid
hüququndan məhrum olunur. Qara dəniz sahilində yerləşməyən dövlətlərin hərbi gəmilərinin
dinc vaxtı üzüb keçməsi üçün bir sıra məhdudiyyətlər nəzərdə tutulmuşdur. Müharibə zamanı
bütün vuruşan tərəflərin hərbi gəmilərinin boğazlardan üzüb keçməsi qadağan olunur.
Beynəlxalq kanallar – dəniz və okeanları birləşdirə və beynəlxalq gəmiçilik üçün istifadə
olunan hidrotexniki qurğulardır.
Beynəlxalq kanal hər hansı suveren dövlətin razılığı ilə onun ərazisində çəkilir. Bu
zaman həmin dövlət razılaşır ki, onun ərazisinin bir hissəsinin həm fiziki coğrafi statusu, həm
də hüquqi statusu dəyişdirilsin (müvafiq olaraq, quru ərazisi su ərazisinə çevrilir və bu ərazidən
dəniz gəmiçiliyini həyata keçirmək üçün istifadə hüququ tam bərabərlik əsasında və ayrı-
seçkilik olmadan digər dövlətlərə verilir). Hmin dövlət, kanalın sahbi kimi, sərbəst gəmiçiliyi
təmin etməyə borcludur. Digər ölkələr isə göstərilən dövlətin qanunlarına və inzibati
qaydalarına hörmət etməlidir. Bütün bu məsələlər, adətən, xüsusi beynəlxalq sazişlərdə öz
hüquqi həllini tapır (məsələn, Şüveyş kanalında sərbəst üzmənin təmin edilməsinə dair 1988-ci
il Konvensiyası;
1977-ci ildə ABŞ və Panama arasında bağlanmış Panama kanalı haqqında və
Panama kanalının daimi neytirallığı və istismarı haqqında müqavilələr
). Lakin bütün
dövlətlərin ticarəy gəmiləri üçün açıq olan Kill kanalının hüquqi rejimi AFR tərəfindən
birtərəfli qaydada müəyyən olunmuşdur.
15. Beynəlxalq dəniz təşkilatları. Dünya okeanının müxtəlif məqsədlərlə istifadəsində
dövlətlərin səylərini birləşdirmək və onların əməkdaşlığını inkişaf etdirmək üçün bir sıra
beynəlxalq təşkilatlar yaradılmışdır. Onlardan ən əsası 1958-ci ildə təsis olunmuş Beynəlxalq
Dəniz Təşkilatıdır
(BDT). BDT-nin əsas məqsədləri aşağıdakılardır: beynəlxalq ticarət
gəmiçiliyinin texniki məslələrinə dair dövlətlərin əməkdaşlığına şərait yaratmaq; bu sahədə yol
verilən ayrı-seçkilik tədbirlərinin və məhdudiyyətlərin aradan qaldırılmasına dəstək vermək.
BDT insan həyatının dənizdə mühafizəsi, dənizin gəmilərdən çirklənməsinin qarşısının
alınması, balıqtutan gəmilərin təhlükəsizliyi və digər bu kimi məsələlər üzrə konvensiya
layihələri işləyib hazırlayır.
1897-ci ildə Belçikada təsis olunmuş Beynəlxalq dənizkomitəsinin başlıca məqsədi müvafiq
hüquq normalarının işləyib hazırlanmasından və dəniz hüququnun unifikasiyasından ibarətdir.
Dəniz və okeanların öyrənilməsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilmsi üçün
YUNESKO yanında fəaliyyət göstərən Hökumətlərarası okeanoqrafiya komissiyası və Dənizin
tədqiq edilməsi üzrə Beynəlxalq Şura
böyük əhəmiyyət kəsb edir.
1979-cu uldə fəaliyyət göstərən Beynəlxalq dəniz peyk rabitəsi təşkilatının ( NMARSAT)
məqsədi Yerin süni peykləri vasitəsilə dənizin gəmilərinin gəmi sahibləri ilə və bu təşkilatı təsis
etmiş dövlətlərin müvafiq orqanları ilə əlaqəsini gecə-gündüz və tez təmin etməkdən ibarətdir.
Mövzu12: BEYNƏLXALQ EKOLOG YA HÜQUQU
Plan:
1.Beynəlxalq ekologiya hüququnun anlayışı və mənbələri
2. Beynəlxalq ekologiya hüququnun prinsipləri
3. Beynəlxalq ekologiya hüququnun mənbələri
4. Dəniz mühitinin mühafizəsi
5. Dənizin canlı ehtiyatlarının mühafizəsi
6. Beynəlxalq çay və göllərin mühafizəsi
7. Ətraf mühitin radioaktiv yoluxmadan mühafizəsi
8. Heyvan və bitki aləminin müdafiəsi
9. Ətraf mühitin müharibə dövründə qorunması
10. Ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq təşkilatlar
Ədəbiyyat siyahısı.
Виноградов С.В. Международного право и охрана атмосферы. М.., 1987.
Зашита окружающей среды в международном гуманитарном праве. М..,1995.
Кириленко В.П., Сидорченко В.Ф. Мореплавание и предотварщение загрязнения
Мирового океана (международно-правовые). М..,1985.
Колбасов О.С. Международно-прававая охрана окружающей среды. М.,1982.
Мировой океан и международное право: защита и сохранение морской среды.
М..,1986.
Сперанская Л.В. Международно -прававая ответственностъ государств за
загрязнение Мирового океана . М..,1984.
Сперанская Л.В., Третъякова К.В. Международное право окружающей среды .
М.,1995.
Тимошенко А.С. Формирование и развитие Международного права окружающей
среды . М..,1986.
Шишко А.А. Предупреждение трансграничного загрязнения (международно -
правовые ). Киев, 1990.
Brnie P.W., Boyle A.E. International Law and the Environment. Oxford, 1995.
Brnie P.W., Boyle A.E. Basic Dokuments on International Law and the Environment.
Oxford, 1995.
Mitchell R.B. International Oil Pollution at Sea. Cambridge, 1994.
Dostları ilə paylaş: |