Mövzu Beynəlxalq ümumi hüquq anlayışı, tənzimetm



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/19
tarix21.04.2017
ölçüsü5,01 Kb.
#15194
1   ...   11   12   13   14   15   16   17   18   19

5. Beynəlxalq-hüquqi məsuliyyətin növləri və formaları. 
Beynəlxalq-hüquqi  məsuliyyətin  iki  növü  vardır:  qeyri-maddi  məsuliyyət  (bəzən  buna  siyasi 
məsuliyyət də deyirlər) və maddi məsuliyyət. Zərərin xaraqteri ilə (mənəvi və ya maddi zərər) 
məsuliyyətin növü arasında qəti uyğunluq yoxdur; belə ki, maddi zərər qeyri-maddi məsuliyyət 
də doğura bilər. Hər iki növ məsuliyyət müxtəlif formalarda ifadə oluna bilər. Beynəlxalq adət 
hüququnda tanınmış və BMT Beynəlxalq hüquq komissiyasının Layihəsində öz əksini tapmış 
bu formalar aşağıdakılardır:  
1)
  restitusiya; 
2)
  kompensasiya; 
3)
  satisfaksiya; 
4)
  təkrar etməmə təminatları (anoloji hüquq pozuntusunu təkrar törətməmək barədə 
təminat vermə). 
  Restitusiya hüquq pozuntusu törədilməmişdən qabaq mövcud olmuş vəziyyətin (status quo 
ante-nin) bərpa edilməsidir. Bu məsuliyyət formasına misal olaraq aşağıdakıları göstərmək olar: 
zəbt  edilmiş  ərazinin  bütünlüklə  azd  edilməsi;  qeyri-qanuni  ələ  keçirilmiş  əmlakın  geri 
qaytarılması; qeyri-qanuni həbs edilmiş və ya həbsdə saxlanılan şəxsin azad edilməsi və s.  

  Kompensasiya  dövlətə  və  ya  beynəlxalq  hüququn  digər  subyektinə  vurulmuş  maddi  (daha 
doğtusu, iqtisadi baxımdan qiymətləndirilə bilən) zərərin pul formasında ödənilməsidir. 
  Satisfaksiya beynəlxalq hüquq pozuntusu törətmiş dövlətin qeyri-maddi məsuliyyətinin əsas 
formasıdır.  Əksər  hallarda  o,  qeyri-maddi  (mənəvi)  zərərin vurulması  ilə  əlaqədar,  yəni  digər 
dövlətin  şərəf  və  ləyaqətinə  toxunan  hüquqa  zidd  əməllərlə  bağlı  tətbiq  olunur.  Satisfaksiya 
aşağıdakı  formalarda  ifadə  olunur:  zərərçəkmiş  dövlətdən  rəsmi  üzr  istənilməsi;  təəssf  ifadə 
olunması;  törədilmiş  əməlin  hüquqa  zidd  olmasının  etiraf  edilməsi;  təqsirli  şəxslərin 
məsuliyyətə cəlb olunması və cəzalandırılması və s.  
  Təkrar  etməmə  təminatları  (guarantees  of  non-repetition)  delikvent  dövlətin  bu  cür  hüquq 
pozuntularına  gələcəkdə  bir  daha  yol  verməyəcəyi  barədə  öz  üzərinə  görürdüyü  xüsusi 
öhdəlikdir.  Bəzən  beynəlxalq-hüquqi  məsuliyyətin  bu  forması  satisfaksiyanın  bir  növü  kimi 
nəzərdən keçirilir. 
6.  Beynəlxalq-hüquqi  məsuliyyətinhəyata  keçirilməsi.Delikvent  dövlət  başqa  dövlətə 
(dövlətlərə)  vurduğu  zərəri  könüllü  ödəməklə,  öz  beynəlxalq-hüquqi  məsuliyyətini  həyata 
keçirmiş olur. Əgər o, hüquqa zidd əməlinin davam etdirərsə və ya bu əməl nəticəsində dəymiş 
zərəri ödəməkdən boyun qaçırarsa, onda onun beynəlxalq məsuliyyətini həyata keçirmək üçün 
zərərçəkmiş dövlət (dövlətlər) məcburiyyət vasitələrinə - əks tədbirlərə (sanksiyalara) əl atmaq 
hüququ qazanır. Əks tədbirlə(countermeasures) – hər hansı dövlətin beynəlxalq hüquqa zidd 
ə
məli müqabilində zərəəkmiş dövlət (və ya səlahiyyətli beynəlxalq təşkilat) tərəfindən tətbiq 
olunan  cavab  tədbirləridir.  Əks  tədbirlərə  aşağıdakı  misalları  göstərmək  olar:  embarqo; 
boykot;  müqavilənin  digər  iştirakçı  dövlət  tərəfindən  pozulmasına  cavab  olaraq  həmin 
müqaviləyə birtərəfli qaydada xitam verilməsi və s.) 
  Əks  tədbirlər  beynəlxalq-hüquqi  məsuliyyətin  forması  deyildir  (ədəbiyyatda  əks  fikirlər 
çoxdur). O, məsuliyyətin həyata keçirməsini təmin etməli olan xüsusi tədbirlərdir. Məsuliyyət 
və əks tədbirlər, əsas etibarilə, onunla fərqlənir ki, məsuliyyət əgər hüquq pozuntusunu törətmiş 
dövlətin hərəkətidirsə, əks tədbirlər isə zərərçəkmiş dövlətin hərəkətidir; ikincisi, məsuliyyət – 
delikvent dövlətin üzərinə qoyulan vəzifədir və o, bu vəzifəni  mütləq yerinə yetirməlidir; əks 
tədbirlər isə - zərərçəkmiş dövlətin hüququdur və, deməli, o, bu tədbirlərə əl atmaya da bilər. 
  Əks  tədbirlər  özü-özlüyündə  “beynəlxalq  hüquq  pozuntusudur”,  çünki  belə  bir  tədbirə  əl 
atmaqla, dövlət delikvent dövlət qarşısında əvvəllər öz üzərinə götürdüyü beynəlxalq öhdəliyini 

pozmuş olur. Əslində isə, başqa dövlətin beynəlxalq hüquqa zidd əməlinə proporsional cavab 
olduğundan, əks tədbir hüquqauyğun xaraqter alır. Yuxarıda göstərdiyimiz kimi, əks tədbirlər 
məsuliyyəti  aradan  qaldıran  hallardan  biridir.  Belə  ki,  beynəlxalq  hüquqda  başqa  bir 
məcburiyyət  tədbiri  sayılan  retorsiyadan  əks  tədbir  onunla  fərqlənir  ki,  retorsiya  təkcə 
beynəlxalq hüquq pozuntusuna görə tətbiq olunmur və, ən başlıcası, bu zaman belə bir tədbirə 
əl atan dövlət heç bir konkret öhdəliyini pozmur. Retorsiya, əsas etibarilə, digər dövlətin qeyri-
dost  hərəkətlərinə  cavab  olaraq  tətbiq  edilir.  Bu  tədbirlər  beynəlxalq  hüquqla  qorunmayan 
hüquqların  məhdudlaşdırılmasına  (pozulmasına)  yönəlmişdir;  məsələn,  gömrük  rüsumlarının 
qaldırılması, idxalın azaldılması, həmin dövlətdəki səfirin geri çağrılması və s.). 
  Əks tədbirlər cəza deyildir. Onların kokret məqsədi vardır və bu məqsəd əldə olunan kimi 
əks tədbirlər dayandırılmalıdır.  
  Əks tədbirlər beynəlxalq hüquqla müəyyən olunmuş şərtlər çərçivəsində tətbiq olunur.  
  Birincisi,  bu  tədbirlər  yalnız  hüquqa  zidd  əməlin  dayandırılması  və  ya  dəymiş  zərərin 
ödənilməsi barədə ilkin tələbdən sonra tətbiq edilə bilər. Bu yönümdə ortaya çıxan problemləri, 
ən əsası, zərərin ödənilməsini problemin həll etmək üçün əvvəlcə zərərçəkmiş dövlət delikvent 
dövlətlə danışığa girməli və ya digər dinc nizamasalma vasitəsinə əl atmalıdır. Yuxarıda qeyd 
etdiyimiz kimi, yalnız bu vasitələr bir nəticə vermədikdə, yəni irəli sürülmüş müvafiq iddialar 
rədd edildikdən sonra zərərçəkmiş dövlət əks tədbirlərə əl ata bilər. 
 
kincisi,  əks  tədbirlərin  intensivliyi  və  miqyası  törədilmiş  hüquq  pozuntusunun  ciddiliyinə 
və vurulmuş zərərin xaraqterinə uyğun olmalıdır.  
  Üçüncüsü, əks tədbirlər tətbiq edilən zaman müəyyən qadağalara əməl olunmalıdır. Belə ki: 
əks tədbirlər: a) güclə hədələməyə və ya güc tətbiqinə əsaslanmamalıdır (bu qadağa fərdi əks 
tədbirlərə  şamil  olunur);  b)  beynəlxalq  hüququn  ümumi  imperativ  normalarından  irəli  gələn 
hüquqları pozmamalıdır; c) dövlətin ərazi bütövlüyünü və ya siyasi müstəqilliyini təhlükə altına 
atmamalıdır; ç) əsas insan hüquqlarına və diplomatik və konsul agentlərinin toxunulmazlığına 
xələl gətirməməlidir.  
   Əks tədbirlər iki cür olur: 1) fərdi tətbirlər və 2) kollektiv tədbirlər (beynəlxalq təşkilatlar 
çərçivəsində).  Kollektiv  tədbirlərə  aşağıdakıları  misal  göstərmək  olar:  dövlətin  təşkilatda 
üzvülüyünün dayandırılması; dövlətin təşkilatdan çıxarılması, kollektiv silahlı tədbirlər və s.).  

7. Beynəlxalq hüquqla qadağan olunmayan əməllərə görə dövlətlərin məsuliyyəti.Yuxarıda 
ümumi  prinip  kimi  qeyd  etdi  ki,  dövlətlərin  məsuliyyətinin  yeganə  faktik  əsası  beynəlxalq 
hüquq pozuntusudur. Lakin xüsusi sazişlərə dəqiq müəyyən edilmiş hallarda dövlətin üzərinə, 
onun  beynəlxalq hüquqa  zidd  olmayan  əməli  nəticəsində başqa dövlətə  (dövlətlərə)  vurulmuş 
zərəri ödəmək vəzifəsi qoyula bilər. Beynəlxalq müqavilələrdə belə məsuliyyət, əsas etibarilə, 
yüksək  təhlükə  mənbəyi  olan  fəaliyyət  növləri  ilə  əlaqədar  (məsələn,  kosmik  fəaliyyət,  atom 
enerjisindən istifadə və s.) nəzərdə tutulur.  
Göstərilən hallarda dövlət mütləq məsuliyyət daşıyır: dövlətin əməli nəticəsində, - bu 
əməl  həmin  dövlətin  beynəlxalq  öhdəliklərinə  uyğun  olsa  da,  -  əgər  başqa  dövlətlərə  zərər 
dəymişsə, o, bu zərəri ödəməyə borcludur. Məsələn, Kosmik obyektlərin vurduğu zərərə görə 
beynəlxalq  məsuliyyət  haqqında  1972-ci  il  Konvensiyasının  11-ci  maddəsində  dövlətlərin 
mütləq məsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddəyə görə, kosmik obyekri buraxan dövlət 
bu  obyektə  “yerin  səthində  və  ya  uçuşda  olan  hava  gəmisinə  vurulan  zərərin  müqabilində 
kompensasiya ödəməyə görə mütləq məsuliyyət daşıyır”.  
  Beynəlxalq-hüquqi  məsuliyyətin  bu  xüsusi  növü,  qeyd  edildiyi  kimi,  yalnız  müqavilə 
hüququna  söykənir  və  hər  hansı  bir  müqavilədə  nəzərdə  tutulmuş  bütün  digər  hallara  tətbiq 
oluna bilməz. 
8. Beynəlxalq təşkilatların məsuliyyəti. Bir sıra mövcud beynəlxalq müqavilələrdə beynəlxalq 
təşkilatların məsuliyyəti haqqında müvafiq müddəalar təsbit olunmuşdur. 
Beynəlxalq təşkilatların məsuliyyəti onların orqanlarının və ya vəzifəli şəxslərinin 
əməlləri  nəticəsində  dövlətlərə,  digər  beynəlxalq  təşkilatlara  və  fiziki  şəxslərə  vutulan  zərərə 
görə ortaya çıxır. 
Beynəlxalq təşkilat həm maddi, həm də qeyri-maddi məsuliyyət daşıya bilər. Maddi 
məsuliyyətə gəlincə,  beynəlxalq  təşkilatlarin  vəsaiti  üzv-dövlətlərin  üzvlük  haqqından  təşkil 
olunduğundan,  ödənilməli  olan  pul  məbləği,  əsasən,  beynəlxalq  təşkilat  ilə  üzv-dövlətlər 
arasında bölünür. 
 
 

Mövzu14:  BEYNƏLXALQ    MÜBAH SƏLƏR N  N ZAMA    SALINMASININ    D NC  
VAS TƏLƏR  
Plan: 
1. Dinc vasitələrin anlayışı və sistemi 
2.Danışıqlar 
3. Xeyirxah xidmətlər və vasitəçilik 
4. Araşdыrma (təhqiqat)   
5. Barışdırma    
6. BMT çərçivəsində mübahisələrin nizama salınması 
7. ATƏT çərçivəsində mübahisələrin nizamlanması 
8. Beynəlxalq arbitraj 
9. BMT-nin Beynəlxalq Məhkəmə 
 
Ə
dəbiyyat siyahısı. 
Анисимов  Л.Н.  Международно-правовые  средства  разрешения  международных 
споров (еонфликтов). Л., 1975. 
Кожевников Ф.И., Шарманашвили Г.В. Международный Суд ООНОрганизацияцели
практикаМ., 1971. 
Лазарев С.Л. Международный арбитражМ., 1991. 
Левин Д.Б. Принцип мирного разрешения международных споровМ., 1977. 
Пушмин  Э.А.  Мирное  разрешение  международных  споров  (международно-правовые 
вопросы). М., 1974. 
Шинкарецкая Г.Г. Международная судебная процедураМ., 1992. 

Энтин  М.Л.  Международные  судебные  учреждения.  Роль  международных 
арбитражных и судебных органов в разрешении межгосударственных споровМ.,1994. 
Фифтй  Йеарс  оф тще  интернатионал  Жоурт оф  Ъустиже:  Ессайс ин Щоноур оф 
Сир Роберт Ъеннинэс (Ед. бй В. Лоwе Анд М. Фитзмауриже). Жамбриэе, 1996. П. 63-89. 
1.  Dinc  vasitələrin  anlayışı  və  sistemi.Beynəlxalq  hüququn  əsas  prinsiplərindən  biri  olan 
beynəlxalq  mübahisələrin  dinc  yolla  həll  olunması  prinsipinin  normativ  məzmununu  və 
əhəmiyyətini  yuxarıda  geniş  açıqlamışdır.  Göstərmişdik  ki,  aralarında  ortaya  çıxan 
mübahisələri  nizamlamaq  üçün  dövlətlər  onların  ixtiyarında  olandinc  vasitələrin  hər  hansı 
birindən istifadə edə bilərlər. Dinc vasitələrin tam olmayan siyahısı BMT Nizamnaməsinin 33-
cü  maddəsində  öz  əksini  tapmışdır:  danışıqlar,  müayinə,  vasitəçilik,  barışdırma,  arbitraj, 
məhkəmə  araşdırması,  regional  orqan  və ya  sazişlərə  müraciət.  Göstərilən  siyahıya  “xeyirxah 
xidmətlər”  daxil  edilməmişdir;  “müayinə”  termininin  əvəzinə  isə  hazırda  “araşdırma” 
(“təhqiqat”) işlədilir. 
  Beynəlxalq mübahisələrin nizama salınmasının dinc vasitələruni iki növə ayırmaq olar: 
1)
  diplomatik vasitələr; 
2)
  məhkəmə vasitələri. 
kinci növə beynəlxalq arbitraj və Beynəlxalq məhkəmə daxildir; bu halda beynəlxaq 
mübahisələri  qərəzsiz  üçüncü  tərəf  beynəlxalq  hüququ  əsas  götürməklə  həll  edir  və    onun 
çıxardığı  qərar  mübahisənin  tərəfləri  üçün  məcburidir.  Nəzərə  almaq  lazımdır  ki,  bütün  dinc 
vasitələr çox zaman bir yerdə tətbiq olunur. 
2.Danışıqlar. Beynəlxalq mübahisələrin dinc yolla həll olunmasının ən sadə, ən geniş yayılmış 
və  ən  çox  üstünlük  verilən  vasitəsi  birbaşa  danışıqlardır.  Çox  zaman  ortaya  çıxacaq 
mübahisələrin məhz danışıqlar vasitəsilə nizama salınması dövlətlər trəfindən razılaşdırılır  və 
müvafiq olarq ikitərəfli və ya çoxtərəfli müqavilələrdə təsbit edilir. 
  Danışıqlar  mübahisələrin nizama  salınmasının  başlıca diplomatik vasitəsi  sayılır.  Bu  halda 
mübahisə tərəflərinin siyasi, iqtisadi və sosial mülahizələri ön plana çəkilir. Doğrudur,  birbaşa 
danışıqlarda beynəlxalq hüquq da əhəmiyyətli rol oynayır. 
  Bəzi müqavilələrdə nəxərdə tutulur ki, mübahisənin tərəfləri arasında birbaşa danışıqlar bir 
nəticə verməsə, tərəflərdən biri mübahisəni BMT-nin Beynəlxalq Məhkəməsinə və ya arbitraj 

məhkəməsinə  verə bilər. Tərəflərin mübahisənin həllini üçüncü tərəfə etibar etmək istəməməsi 
danışıqlardan daha səmərəli istifadə olunmasını şərtləndir. 
  Birbaşa danışıqlara başlamış dövlət bu danışıqları vicdanla aparmağa borcludur. 
 
3. Xeyirxah xidmətlər və vasitəçilik. Xeyirxah xidmətlər və vasitəçilik çox zaman danışıqlarla 
bir  zamanda  tətbiq  olunan  vasitədir.  Xeyirxah  xidmətlər,  əsasən,  tərəflər  arasında  birbaşa 
danışıqları  təmin  edir  və  onun  başlaması  üçün  imkan  açır.  Xeyirxah  xidmətlər  və  vasitəçilik 
təklif edən şəxsə və ya dövlətə mübahisənin hər iki tərəfinin etibarı olur.  Vasitəçi mübahisənin 
hər  iki  tərəfinin  bəyəndiyi  və  danışıqlarda  bilavasitə  iştirak  edən  şəxsdir.  Onun  əsas  vəzifəsi 
bundan ibarətdir ki, mübahisənin nizama salınmasının şərtlərini tərəflərə təklif edir və iki bir-
birinə zidd mövqe arasında kompromisə nail olunmasına səy göstərir. Son illərdə BMT-nin Baş 
Katibi  müxtəlif  situasiyalarda  öz  xeyirxah  xidmətlərini  təklif  etmişdir  və  bəzi  hallarda  bu 
missiyanı  davam  etdirərək  vasitəçi  kimi  də  çıxış  etmişdir.  Misal  üçün  SSR ,  Pakistan  və 
Əfqanıstan  arasında  mübahisənin  nizama  salınmasını  göstərmək  olar.  Keçmiş  Yuqoslaviya 
ərazisindəki  münaqişələrlə  bağlı  Avropa  ttifaqının  və  Birləşmiş  Millətlər  Təşkilatının  “sülh 
elçiləri” də eyni missiyanı yerinə yetirmişlər. 
 
4.  Araşdыrma  (təhqiqat).Araşdırma  komissiyalarından  dövlətlər  arasındakı  mübahisənin 
faktik əsasını müəyyən etmək üçün istifadə olunur. Bu zaman mübahisənin tərəfi olan dövlətlər 
məsələni  qərəzsiz  quruma  vermək  haqqında  razılığa  gəlirlər;  bu  qurumun  vəzifəsi  zəruri 
faktların  obyektiv  müəyyən  edilməsindən  ibarət  olur.  Bundan  sonra  isə  tərəflər  bu  faktların 
əsasında  mübahisəni  nizamlamaq  barədə  danışıqlara  başlayırlar.  Qeyd  etmək  lazımdır  ki, 
mübahisənin  tərəfi  araşdırma  komissiyalarının  ortaya  çıxardığı  nəticələrlə  bağlı  deyillər. 
Mövcud beynəlxalq hüquq sistemində faktların müəyyən edilməsi üzrə məcburi mexanizmlərin 
olmadığı bir şəraitdə araşdırma komissiyalarının rolu çox böyükdür. 
5.  Barışdırma.Barışdırma  beynəlxalq  mübahisəlrin  həllinin  elə  bir  vasitəsidir  ki,  bu  zaman 
mübahisə üçüncü tərəfə - vəzifəsi mübahisənin nizamlanması üçün təkliflər vermək və məruzə 
təqdim  etməkdən  ibarət  olan  komissiya  və  ya  komitəyə  verilir.  Barışdırma  komissiyaları 
araşdırma komissiyalarından onunla fərqləni ki, ikincilərin vəzifəsinə konkret təkliflər vermək 
daxil deyildir. Bu mənada barışdırma arbitraja yaxındır. Lakin onların arasında çox mühüm bir 

fərq mövcuddur. Bir qayda olaraq, barışdırma komissiyasının məruzələri tərəflər üçün hüquqi 
cəhətdən  məcburi  deyildir.  Barışdırma    komissiyasının  məruzəsi  və  təklif  etdiyi  nizamasalma 
variantı gələcək danışıqlar üçün əsas rolunu oynaya bilər. Barışdırma bu baxımdan araşdırma 
ilə arbitraj arasında orta mövqe tutur.  
  Barışdırma komissiyaları Mübahisələrin dinc yolla nizamlanması haqqında 1899-cu il Haaqa 
Konvensiyaları ilə və Mübahisələrin dinc yolla nizamlanması haqqında 1828-ci il Ümumi aktı 
ilə müəyyən edilmişdir. Misal kimi, dəniz sularının delimitasiyası üzrə Yan Meyen Barışdırma 
Komissiyasını  ( slandiya/Norveç)  göstərmək  olar.  Dəniz  hüququ  üzrə  1982-ci  il  BMT 
Konvensiyasında  müvafiq  mübahisələrin  nizamlanması  proseduru  kimi  barışdırma 
komissiyaları nəzərdə tutulmuşdur. 
6.  BMT  çərçivəsində  mübahisələrin  nizama  salınması.Birləşmiş  Millətlər  Təşkilatı 
sistemində beynəlxalq mübahisələrin nizama salınması üçün müxtəlif mexanizm və prosedurlar 
mövcuddur.  Biz  yuxarıda  BMT  Baş  Katibinin  “xeyirxah  xidmətlərində”  bəhs  etdik.  Aşağıda 
geniş şərh olunacaq BMT Beynəlxalq Məhkəməsi də bu mexanizmlər sırasındadır.  
  BMT-nin  Baş  Assambleyası  beynəlxalq  mübahisələrin  nizama  salınması  istiqamətində 
tövsiyələr verməklə bağlı geniş səlahiyyətlərə malikdir. Sülhə təhlükə və ya sülhün pozulması 
hallarında  Təhlükəsizlik  Şurasının  öncür  mövqeyini  nəzərə  almaqla,  Baş  Assambleya 
“mənşəyindən  asılı  olmayaraq,  ümumi  əmin-amanlığı  və  millətlər  arasındakı  dostluq 
münasibətlərini  poza  bilən  hər  hansı  situasiyanın  dinc  yolla  nizamlanması  üçün  tədbirlər 
tövsiyə edə bilər”. 
  Baş Assambleyanın əksər qətnamələri kimi, bu cür tövsiyələr də hüquqi cəhətdən məcburi 
deyil. Ona görə də Baş Assambleya tərəflərə mübahisənin hər hansı həllini zorla qəbul etdirə 
bilməz.  Baş  Assambleya  siyasi  orqan  olduğuna  görə,  hər  hansı  situasiya  və  ya  mübahisə  ilə 
bağlı  aparılan  müzakirələrdə  və  təklif  olunan  tədbirlərdə  beynəlxalq  hüquq  deyil,  siyasi 
mülahizələr əsas rol oynayır.  
  Məlumdur  ki,  Namibiya  probleminin  həllində  Baş  Assambleya  mühüm  töhfə  vermişdir. 
Onun  ran- raq  münaqişəsində  BMT  Baş  Katibinin  səylərini  dəstəkləməsi  də  əhəmiyyətli 
olmuşdur. 
  BMT  Nizamnaməsinin  VI  fəslinə  (“Mübahisələrin  dinc  yolla  həll  olunması”)  əsasən, 
Təhlükəsizlik  Şurası  beynəlxalq  mülahizələrin  həlli  ilə  bağlı  müxəlif  səlahiyyətlərə  malikdir. 

Birincisi,  əgər  digər  dinc  vasitələrin  tətbiqi  bir  nəticə  verməmişsə,  beynəlxalq  sülhə  və 
təhlükəsizliyə  qorxu  yarada  biləcək  mübahisənin  tərəfləri  onu  Təhlükəsizlik  Şurasına 
verməlidirlər.  kincisi,  BMT-nin  istənilən  üzvü  və  ya  üzvü  olmayan  dövlət  mübahisənin 
tərəflərinin  razılığı  olmadan  həmin  mübahisəni,  onun  beynəlxalq  sülhün  və  təhlükəsizliyin 
qorunub  saxlanması  üçün  təhlükə  törədəcəyini  müəyyən  etmək  üçün  Təhlükəsizlik  Şurasına 
verə  bilər.  Göstərilən  hər  iki  halda  Təhlükəsizlik  Şurası  müvafiq  nizamlama  prosedur  və  ya 
metodlarını  tövsiyə  edə  bilər.  Sülhə  təhlükə,  sülhün  pozulması  və  ya  təcavüz  aktı  ilə  bağlı 
hallarda  (Bosnyada  olduğu  kimi)  Təhlükəsizlik  Şurası,  mübahisənin  həllini  məcburən  qəbul 
etdirə bilər. Artıq qeyd edildiyi kimi, Təhlükəsizlik Şurası siyasi orqandır. Onun əsas vəzifəsi 
sülhü  qorumaqdır,  hüququ  qorumq  deyil;  bunlar  isə  həmişə  üst-üstə  düşmür.  Təhlükəsizlik 
Şurası, əsas etibarilə, siyasi mübahisələrlə məşğul olur, hüquqi mübahisələrə gəldikdə isə, BMT 
Nizamnaməsinin 36-cı maddəsinin 3-cü bəndinə əsasən, o, nəzərə almalıdır ki, tərəflər bu cür 
mübahisələri,  ümumi  qayda  olaraq,  Beynəlxalq  Məhkəməyə  verməlidirlər.  Doğrudur,  bir  çox 
mübahisəlrədə siyasi və hüquqi asbektləri bir-birində ayırmaq çətin olur və Təhlükəsizlik Şurası 
müvafiq hesab etdiyi hallarda bu mübahisələrin həlli üçün əsas məsuliyyəti öz üzərinə götürür 
və konkret tədbirlər görür. 
  BMT-nin  ixtisaslaşdırılmış  təsisatları  da  dövlətlər  arasındakı  mübahisələrin  həll 
olunmasında yardımçı ola bilər. Bu təşkilatlar BMT-nin Baş Assambleyası kimi, əsas etibarilə, 
mübahisələrin  nizamlanması  istiqamətində  forum  rolunu  oynayır.  Xüsusən,  Beynəlxalq  əmək 
təşkilatının,  Beynəlxalq  valyuta  fondunun  və  Beynəlxalq  mülki  aviasiya  təşkilatının  bu 
yönümdə fəaliyyəti əhəmiyyətlidir.  
7.  ATƏT  çərçivəsində  mübahisələrin  nizamlanması.Beynəlxalq  mübahisələrin  dinc 
vasitələrlə  həlli  prinsipi  ATƏT-in  fəaliyyətinin  əsasinda  dayanan  fundamental  prinsiplərdən 
biridir. Bu prinsipin ATƏT-in (1994-cü ilə qədər – ATƏM) bütün əsas sənədlərində öz dolğun 
və  birmənalı  ifadəsini  tapmışdır.  Bu  prinsipin  həyata  keçirilməsi  istiqamətində  ATƏT 
çərçivəsində  xüsusi  prosedur  və  mexanizmlərin  yaradılmasını  nəzərdə  tutan  bir  neçə  mühüm 
sənəd qəbul olunmuşdur. Onlardan biri “Mübahisələrin nizamlanması prinsipləri və ATƏM-in 
mübahisələrin dinc nizamlanması üzrə prosedur müddəaları
”dır (Valetta, 8 fevral 1991-ci il). 
Bu  sənədə  müvafiq olaraq,  Mübahisələrin  nizamlanması  üzrə  xüsusi  ATƏM  Mexanizmi  təsis 
olunur.  Mexanizm  dövlətlərə  mübahisənin  nizamlanmasının  opdimal  prosedurları  ilə  bağlı 
tövsiyələr  verir;  uğur  əldə  edilmədikdə,  Mexanizm  tərəfindən  birinin  tələbi  ilə,  mübahisənin 

mahiyyəti  üzrə  məsləhətlər  verə  bilər.  Mexanizm  tərəfindən  işin  aparılması,tövsiyə  və 
məsləhətlər verilməsi konfidensial xaraqter daşıyır. 
  Daha  bir  mühüm  sənəd  “Mübahisələrin  dinc  nizamlanması  üzrə  ATƏM  Müşavirəsinin 
nəticələri
”  (Cenevrə,  12-23  oktyabr  1992-ci  il)  adlanır.  Bu  sənəd  vasitəsilə  ATƏT-in  dinc 
nizamlama  mexanizmi  daha  təkmil  sistem  şəklinə  salınmışdır.  Həmin  sistem  dörd  ünsürdən 
ibarətdir:  1)  Mübahisələrin  nizamlanması  üzrə  ATƏM  Mexanizmi;  2)  ATƏM  çərçivəsində 
barışdırma və arbitraja dair Konvensiya; 3) Barışdırma üzrə Konvensiya; 4) Direktiv barışdırma 
haqqında Müddəalar. 
  Qeyd  etmək  lazımdır  ki,  bu  prosedur  və  mexanizmlərin  praktik  əhəmiyyəti  olduqca  azdır. 
Ciddi  mübahisə  və  ya  situasiyaların  həlli  üçün  onlar  kifayət  qədər  səmərəli  deyildir. 
Azərbaycan və Ermənistan arasında uzun müddət davam edən münaqişənin ATƏT çərçivəsində 
nizamlanması prosesi yaxşı məlumdur. 
Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   19




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin