Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə13/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   9   10   11   12   13   14   15   16   ...   47
Felsefe muhazire metnleri

Q.Qalileyin (1564-1642) ən böyük xidmətlərindən biri təbiətin təcrübi-riyazi yolla tədqiq olunması metodunun əsasını qoymasıdır. O, özünün yaratdığı teleskopla müəyyən etmişdir ki, Ayın və Günəşin səthi hamar deyildir.
C.Bruno (1548-1600) “Səbəb, prinsip və vahid haqqında”, “Sonsuzluq, kainat və dünya haqqında” əsərlərində aləmin sonsuzluğunu, onun əbədiliyini göstərmişdir.
XVI əsrdə Qərbi Avropada sxolastikaya, katolik klisəsinə və papa hakimiyyətinə qarşı yönəlmiş hərəkat islahatçılıq hərəkatı adlanırdı. Onun nümayəndələri M.Lüter, J.Kalvin, T.Müntser olmuşdur.
Bu dövrdə utopik təlimlər geniş yayılr.T.Mor “Utopiya adası”, T.Kampanella “Günəş şəhəri” əsərlərində utopik sosializmin əsasını qoymuşlar.

Yeni dövr fəlsəfəsi
Yeni dövr fəlsəfəsinin meydana gəlməsi və inkişafını təmin edən şərait, əsasən, İntibah dövründə yaradılmışdı. Yeni dövr filosoflarının qarşısında aşağıdakı suallara cavab vermək vəzifəsi dururdu: insan idrakının ən səmərəli formaları hansılardır? Duyğu yoxsa əql, zəka, intuisiya, yoxsa mühakimə? Ona görə də fəlsəfənin qarşısında duran ən mühüm vəzifələrdən biri də elmi idrakın metodlarını işləyib hazırlamaqdan ibarət idi.
Yeni dövr özü ilə həm də şəxsiyyətin azadlığının, onun hüquqlarının, ləyaqətinin qorunması hisslərini təmin edən ideyalar gətirmişdir. Yeni dövrdə insan fikrinin ən böyük nailiyyətlərindən biri sayılan mexaniki, metafiziki materialzm yarandı. Onun nümayəndələri mexanikanın qanunlarını ən ümumi qanunlar sayırdılar, gerçəkliyin predmet və hadisələrini bir-birindən təcrid olunmuş şəkildə öyrənirdilər. Yeni dövr fəlsəfəsinin görkəmli nümayəndələri: F.Bekon, R.Dekart, T.Hobbs, C.Lokk, C.Berkli, D.Yum, B.Spinoza, Leybnits, həmçinin görkəmli fransız maarifçiləri Ş.L.Monteskye, F.Volter, J.J.Russo, D.Didro və s.
F.Bekon “həqiqətin ikiliyi” konsepsiyasını tərəfdarı idi. Ona görə 2 cür həqiqət var: 1) Dini həqiqət; 2) fəlsəfi həqiqət (yəni dərk olunmuş, seyr edilmiş həqiqət).

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin