Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə15/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   11   12   13   14   15   16   17   18   ...   47
Felsefe muhazire metnleri

Ekzistensializmin yaranmasını bir çoxları Qərb cəmiyyətində baş verənuzunmüddətli böhranla bağlayırlar. Ekzistensializm – “ekzisto” sözündən götürülmüşdür ki, bu da “mövcudluq,” “varlıq” deməkdir. Bu təlim özünü “varlıq, mövcudluq fəlsəfəsi”, bəzən də “insan fəlsəfəsi” hesab edir. Ekzistensialistlər varlıq deyərkən elə subyektiv gerçəkliyi, insan varlığını nəzərdə tuturlar. Bu təlimin banisi Danimarka mistiki S.Kyerkeqor hesab olunur. Kyerkeqor subyektin varlığını ön plana çəkir, onu fəlsəfənin predmeti elan edir və bildirir ki, fəlsəfə insana yeni biliklər verməyə çalışmamalıdır, onun insanın mövcudluğunu təsvir etməkdən başqa bir vəzifəsi yoxdur. Ekzistensializm fəlsəfəsini həmçinin “böhran fəlsəfəsi” də adlandırırlar. Bu təlim bəşəriyyətin və insanın bu günkü mövcudluğunu “faciə” kimi qələmə verir, ETT-ni fəlakətin başlanğıcı adlandırır. Elmə nifrət, irrasionalizmin təbliği ekzistensializmə xas olan xüsusiyyətlərdir.
Ekzistensializm “dini ekzistensializm” (Yaspers, Q.Marsel, Berdyayev, Şestov) və “ateist ekzistensialzm” (M.Haydeqqer, Sartr, Kamyu) kimi 2 cərəyana bölünür.
Ekzistensialistlər pozitivistlərdən fərli olaraq elmə həddən artıq tənqidi münasibət bəsləyirlər. Onlara görə elm bəşəri problemləri nəinki həll etmir, hətta onları kəskinləşdirir. Buna görə də bu gün bəşəriyyətin fəlsəfənin köməyinə daha çox ehtiyacı var. Elm heç vaxt fəlsəfənin missiyasını yerinə yetirə bilməz. Məs: fəlsəfə insan varlığını təsvir edir, lakin insanı subyektivlik kimi dərk etmək heç vaxt elmə müyəssər ola bilməz. Elm ancaq obyektivliyi, obyektiv faktları dərk edə bilər.
Ekzistensializm etnologiyaya dönüş kimi qiymətləndirilir. Bu da onların varlıq kateqoriyasına əsalanması ilə əlaqədardır. Ekzistensialistləri idrak problemləri maraqlandırmır, onlar xalis ontoloji məsələlərlə məşğul olurdular.
Neopozitivizm
Pozitivizm – “pozitivus” sözündəndir, mənası “müsbət” deməkdir. Yaradıcısı O.Kont hesab olunur. Pozitivizm öz inkişafında 3 mərhələ keçmişdir: I. Kontizm və ya 1-ci pozitivizm. II. Maxizm (empriokitisizm), yaxud “2-ci pozitivizm”. III. Neopozitivizm və ya “3-cü pozitivizm”. Pozitivizmin I mərhələsi onun meydana gəlməsi, təşəkkülü ilə əlaqədardır. Onun yaranması XIX əsrin 30-cu illərinə təsadüf edir. Pozitivizmin II mərhələsinin inkişafı fizika sahəsində baş verən baş verən bir sıra kəşflərlə əlaqədardır. III pozivitizm və ya neopozivitizmin (yeni pozivitizm) təşəkkülü isə XX əsrin 20-ci illərinə təsadüf edir. Yaradıcısı M.Şlik hesab olunur. O, 1918-ci ildə nəşr etdirdiyi “Ümumi idrak nəzəriyyəsi” kitabı ilə neopozivitizmin əsaslarını işləyib hazırlamışdır. Lakin, neopozivitizmin formalaşmasında həlledici rol Avstriya filosofu L.Vitqenşteynə məxsusdur. 1922-ci ildə “Məntiqi-fəlsəfi traktat” əsərində Vitqenşteyn neopozivitizmin fundamental əsaslarını müəyyənləşdirirdi. Həmin əsərlə əlaqədar müzakirələrlə Vyana universitetində xüsusi bir fəlsəfi hərəkatın əsası qoyulur ki, buna da “Vyana dərnəyi” adlanan qurum rəhbərlik edir.(R.karnap, Rayhenbax və c)
Ümumiyyətlə, pozivitizm fəlsəfəni inkar edən, onu elm səviyyəsinə endirən bir antifəlsəfi təlimdir. Pozivitizmə görə həqiqi biliklər yalnız ayrı-ayrı elmlərin üzvi surətdə birləşməsinin nəticəsi kimi əldə edilə bilər. Fəlsəfənin isə reallığı müstəqil şəkildə araşdırmaq iddiası güdən ayrıca bir elm kimi mövcud olmaq hüququ yoxdur.
“Vyana dərnəyi” neopozivitizmin fundamental antifəlsəfi prinsipi – verifikasiya prinsipini elan edir. Bu prinsipə görə fəlsəfə elm deyil, “məna axtarışıdır”, o cümlələri, sözləri, ifadələri analiz etməli və onların mənalı, mənasız və taftalogiya olduğunu aşkar etməlidir. Bu proseduranın – analitik fəaliyyətin əsasında isə verifikasiya – yoxlama, yəni sözlərin, anlayışların, ifadələrin mənalı və mənasız olduğunu yoxlamaq prinsipi dayanmalıdır.
Bu təlim uzun sürmür.1930-cu illərdən neopozivitizmin antifəlsəfi mövqeyi tənqid olunur, fəlsəfənin gərəkli olduğu sübut olunur.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin