Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Orta sərlərdə Azərbaycanda fəlsəfi fikir



Yüklə 124,77 Kb.
səhifə18/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   14   15   16   17   18   19   20   21   ...   47
Felsefe muhazire metnleri

Orta sərlərdə Azərbaycanda fəlsəfi fikir

Orta əsrlərin lap əvvəllərində Yaxın şərqdə geniş yayılmış maniçilik dini-fəlsəfi ideyaları Azərbaycanda da olmuşdur. Zərdüştilik, xristianlıq və buddizm dinlərinin təsirilə formalaşmış maniçiliyin banisi Mani (214-276) olmuşdur. Bu dini fəlsəfi təlim dualist səciyyə daşımış, “üçlü zaman” sisteminə əsaslanmışdır. “Birinci zaman”da varlığın 2 müstəqil, əbədi və bir birinə zidd başlanğıcdan ibarət olduğu iddia olunur: xeyir və şər, işıq və qaranlıq. “İkinci zaman”da bu iki başlanğıc birlikdə, qovuşuq mövcud olur. “Üçüncü zaman” xeyirin şər üzərində, işığın qaranlıq üzərində qəti qələbəsi zamanıdır.
İlkin orta əsrlərdə Azərbaycan ərazisində yayılmış digər dini-fəlsəfi təlim məzdəkilik (V-VI əsrlərdə) idi. Məzdəkilik də işıq və qaranlığın mübarizəsi ideyasını əsas götürürdü. Məzdəkiliyə görə xeyirin şər üzərində qələbəsiuzaq gələcəkdə deuil, hazırkı həyatda baş verməlidir. Məzdək təlimində insanları qarşılıqlı maddi köməyə, əmlak ümumiliyinə çağıran sosial etik görüşlər mühüm yer tutur. Məzdəkilik sosial bərabərsizliyi məhv etmək, ilkin mövcud olan Allahdan gələn ümumi bərabərliyi isə zorla həyata keçirmək üçün fəal mübarizəyə çağırırdı. Məzdəkilərin ideyaları sonralar xürrəmilər tərəfindən davam etdirilmişdir.
VII əsrdə İslam dininin yayılması Azərbaycanda da fəlsəfi fikrə mühüm təsir göstərmişdir. Orta əsr Azərbaycanın fəlsəfi ideyaları nə materialist, nə də tam idealist hesab etmək olmazdı. Tək Allaha, peyğəmbərliyə, Quranın müqəddəsliyinə, axirətə, ruha və s. inam və etiqada əsaslanılırdı. Orta əsr Azərbaycan fəlsəfəsi üçün daha çox “ikili həqiqət” prinsipi daha xarakterik idi. Orta əsr Azərbaycanın fəlsəfi ideyaları çox hallarda antik ölkə filosoflarının, xüsusilə Platon və Aristotelin təsirilə inkişaf etmişdir (Peripatetik fəlsəfə). Bu dövr Azərbaycan filosoflarının fəlsəfi dünyagörüşünün peripatetik səciyyə daşıması əsasən Aristotelin təsiri ilə izah edilməlidir. Peripatetiklik – dünyagörüşün dualist səciyyəsindən irəli gəlirdi. Onları nə ardıcıl materialist, nə də tam idealist hesab etmək olmazdı. Azərbaycan filosoflarından Bəhmənyar Azərbaycani, Eynəlqüzat Miyanəçi, Şihabəddin Sührəvərdi, Siracəddin Urməvi, Nəsrəddin Tusi və b. bu mövqedən çoxlu əsərlər yazmışlar.
Bəhmənyar Azərbaycani(993-1066)
Orta əsrlərdə Azərbaycanda, Yaxın və orta Şərqdə tanınmış, dünya şöhrəti qazanmış bir çox filosof, mütəfəkkirlər yetişmişdir. Onların içərisində Bəhmənyar Azərbaycani daha məşhurdur. Bir çox mənbələrdə Zərdüştlik əqidəsinə malik azərbaycanlı peripatetik filosof adlandırılmışdır. Sonralar Bəhmənyar İslam dinini qəbul etmişdir. Harada anadan olması haqqında dəqiq məlumat yoxdur. Ehtimal olunur ki, Şamaxıda anadan olub. Mükəmməl təhsil almış, İbn Sinanın şagirdi və davamçısı olmuşdur.
Fəlsəfə elminin bütün sahələrinə (ontologiya, qnoseologiya, mətiq, etika və s.) və problemlərinə dair Bəhmənyarın əsərlərinin özünəməxsus ideyaları vardır. Bu ideyalar onun “Təhsil kitabı”, “Məntiqə dair zinət kitabı”, “Gözəllik və səadət kitabı”, “Musiqi kitabı”, “Metafizika”, “Mövcudatın mərhələləri” əsərlərində öz əksini tapmışdır.
“Təhsil kitabı” məzmun dərinliyi ilə fərqlənir. Peripatetizm mövqeyindən çıxış edən Bəhmənyara görə hər şüyin əsasını varlıq təşkil edir. Varlıq vacib və mümkün olmaqla 2 yerə ayrılır. Ona görə vacib varlıq mütləqdir, səbəbsizdir, əbədidir, zəruridir. Mümkün varlıq qeyi – mövcuddur, mövcudluğu ancaq fərz edilir, o səbəb deyil, nəticədir. Bütün mövcud şeylər mümkün varlıq anlayışına aid edilir.
Bəhmənyarın fəlsəfi kateqoriyalar, idrak nəzəriyyəsi və s. haqqında bir çox ideyalarının müəyyən müasir əhəmiyyəti vardır.
Bəhmənyar məntiq və idrak problemlərinə dair zəngin fəlsəfi irs qoymuşdur. Bəhmənyara görə insanın qəlbi, ruhu qeyri-maddidir, bədəni ətraf aləmi dərk etməyə və idarəetməyə imkan verir.
Bəhmənyar “zəkalı ruh” fikrini əsaslandıraraq ona idrak vasitəsi kimi baxırdı. Bütün bu cəhətlərə görə Bəhmənyar tarixdə məntiqçi filosof kimi tanınmışdır.
Eynəlqüzat Miyanəçi(1099-1131)
Orta əsr Azərbaycan və bütün Şərqin ən görkəmli mütəfəkkirlərindən biri də Eynəlqüzat Miyanəçi olmuşdur. O, Təbriz yaxınlığında Miyanə şəhərində anadan olmuşdur. Həmədanda baş qazi olmuş, xalq işərisində dərin hörmət qazanmışdır. Eynəlqüzat – “qazilərin gözü” fəxri adını almışdır. O, kiçik yaşlarında təhsilə başlamış, zəmanəsinin bütün elmlərini öyrənmişdir. O, bütün dinlərə eyni nəzərlə baxan azadfikirli filofsof idi. İdeyalarına görə 1128-ci ildə həbs olunaraq bağdada göndərilmişdir. Miyanəçi bir müddətdən sonra Azərbaycana qaytarılmış və 32 yaşında dərs dediyi mədrəsədə edam olunmuşdur.
E.Miyanəçi yazdığı “Həqiqətlərin qaymağı”, “Müqəddimələr”, “Qəribin şikayətləri” kitabında sufizm, panteist fəlsəfəni işləyib hazırlamışdır. Onun varlıq və idrak haqqında orijinal ideyaları vardır. Belə ki, Miyanəçi ilahi keyfiyyətlərin cisim və əşyalarda, insan və digər canlılarda təzahür etməsi haqqında panteist müddəalar irəli sürmüşdür.
Şihabəddin Sührəvərdi (1154-1191)
Şihabəddin Yəhya Sührəvərdi orta əsr Azərbaycan fəlsəfəsində mühüm yer tutur. Zəmanəsinin böyük filosofu və şairi olmuşdur. O, Zənvan yaxınlığında Sührəvərd şəhərində anadan olmuşdur. Marağada fəlsəfəni və müsəlman hüququnu dərindən öyrənmiş, Yaxın və Orta Şərq ölkələrini gəzmiş, İsfahan, Diyarbəkr, konya və s. şəhərlərdə olmuş, 1183-cü ildə Hələb şəhərinə gedib, orada keçirilən disput məclislərində iştirak etmişdir. O, azadfikirlilikdə, dinsizlikdə ittiham olunmuş, ölümünə fətva verilmişdir. Hələb qalasına salınmış, 1191-ci ildə edam olunmuşdur. O, Şərqdə “Öldürülmüş filosof” adı ilə tanınmışdır.
Ş.Sührəvərdinin fəlsəfi irsində peripatetizm, işraqilik və sufizm ideyaları xüsusi yer tuturdu. İlk mənbələr Sührəvərdinin sufilərə əlaqəsinə də diqqət yönəldir. Filosofun qeydə alınmış 52 əsərindən 13-ü peripatetizm, 15-i sufizm, 8-i işraqilik və 16-ı müxtəlif mövzular üzrə qruplaşdırılmışdır. “İşıq heykəlləri”, “İşıqnamə”, “İşraq hikməti” və s. əsərələrində işraqilik fəlsəfi ideyaları ifadə olunmuşdur. İşraqilik “əl işraq” sözündəndir, lüğəti mənası “işıqsaçma” (emanasiya) deməkdir. Bu da mövcudatın işraqdan (işıqdan) törəməsi, “işrağın” ilkin başlanğıc olması, bütün dünyanın vahid, mütləq, əbədi işıqdan əmələ gəlməsi mənasındadır. İşraqiliyin ontoloji fəlsəfəsinə görə bütün mövcudat işıqlardan və onun kölgələrindən təşəkkül tapmışdır.
“İşıq heykəlləri” əsəri 7 heykəldən və hər heykəl isə bir neçə fəsildən ibarətdir. Yeddi heykəl göstərilməsi isə ehtimal ki, Şərq dini-fəlsəfi fikri ilə bağlı idi.
Siracəddin Urməvi (1198-1283)
XIII əsr Azərbaycanın ən görkəmli filosoflarından biri də Siracəddin Urməvidir. O, ensiklopedik biliyə malik təbiətşünas alim, məntiqçi filosof və hüquqşünas olmuşdur. Urmiya şəhərində anadan olmuş, mosulda, Dəməşqdə, Konyada yaşamış, baş qazi rütbəsinə yüksəlmişdir. Müasirləri onu bütün elmlərin bilicisi adlandırmışlar. Onun bir çox fəlsəfi əsərləri vardır. Onlardan “Nurların doğuluşu”, “Hikmət incəlikləri”, “Metodlar”, “Dialektika elminə dair traktat”, “Təhsil”, “Suallar” özünün fəlsəfi məzmun dərinliyi ilə fərqlənirlər.
S.Urməvinin sosial-siyasi və mənəvi etik görüşləri daha maraqlı və əhəmiyyətlidir. O, insanın hakim varlıq, yer üzünün əşrəfi, yaranmışların ən mükəmməli hesab etmişdir.
S.Urməvi də Bəhmənyar və İbn Sina kimi varlığın 2 formaya – vacib və mümkün formalara bölünməsi ideyasını müdafiə və təbliğ etmişdir.
Nəsrəddin Tusi (1201-1274)
XIII əsr Azərbaycanın görkəmli siması olan Xacə Nəsrəddin Məhəmməd oğlu Tusi ensiklopedik alim, görkəmli filosof idi. O, astranomiya, riyaziyyat, optika, minerologiya, məntiq, fəlsəfə, etika və başqa elmlərə aid dünya şöhrəti qazanmış əsərlərin müəllifidir. Onun etika problemlərinə həsr olunmuş “Əxlaqi Nasiri” adlı dünyada məşhur olan kitabı vardır.Bundan əlavə “İqtibasın əsası”, “Mövcudatın bölgüsü”, “Risaleyi-fəlsəfi”, “İşarələr və qeydlər” və s. əsərləri mövcuddur.
N.Tusi 1201-ci ildə Tus şəhərində anadan olmuşdur. İlk təhsilini atası Məhəmməd ibn Həsəndən almış, sonralar Yaxın və orta Şərqin bir çox şəhərlərini gəzərək müasiri olduğu elmləri mənimsəmişdir. 1274-cü ildə Bağdada səfər etmiş, orada vəfat etmiş və orada dəfn olunmuşdur.
N.Tusinin fəlsəfi görüşlərinə Şərq fəlsəfə ənənələrinin, antik fəlsəfənin, aristotel, Platon, fales, ibn sina və b. mütəfəkkirlərin güclü təsiri olmuşdur.
N.Tusinin fikrincə, varlığın əsasını 4 ünsürün vəhdəti təşkil edir. Od, su, hava, torpaq. O, belə güman edirdi ki, maddə əbədidir, ancaq bir formadan başqasına çevrilir, yox olmur, itmir. N.Tusi digər Şərq peripatetikləri kimi varlığı zəruri və mümkün olmaqla iki növə ayırırdı. N.Tusiyə görə varlıq heç bir səbəblə bağlı deyil, o özü bütün varlıqların səbəbidir. Zəruri varlıq Allahdır, mümkün varlıq isə gerçək aləmdir.


XIII-XV əsrlərdə Azərbaycanda dini-fəlsəfi fikir
Orta əsrlərdə Azərbaycanda panteizm, sufilik, hürufilik və s. kimi bir sıra dini-fəlsəfi cərəyan və təriqətlər də formalaşmışdır.
Panteizm (yun. “pan” – hər şey, “teos” – Allah deməkdir) - Allahın təbiətlə yaxınlaşdırılması, qovuşdurulması və nəhayət, eyniləşdirilməsi, Allahla təbiətin və insanın vahidliyi haqqında dini-fəlsəfi təlimdir. Lakin, bir sıra fəlsəfi sistemlərdə panteizm müxtəlif formalarda təzahür etmiş, bəzən hətta naturalist-materialist məna kəsb edərək, dindən “yaxa qurtarmaq” vasitəsi kimi qiymətləndirilmişdir. İdealizmə meylli panteizmdə Allahın bütöv mövcudatın ilkin mənəvi əsası olması, dünyanın Allah tərəfindən yaradılması və Allahla qovuşması ideyaları qəbul və təbliğ edilirdi. Panteist fikirlərə orta əsr Azərbaycan filosoflarından – Ə.Bəhmənyar, E.Miyanəçi, Ş.Sührəvərdi, M.Şəbüstəri, F.Nəimi, İ.Nəsiminin yaradıcılığında rast gəlmək mümkündür.
Azərbaycanda orta əsrlərdə geniş yayılmış dini fəlsəfi təlimlərdən biri hürufilik (ərəbcə “hüruf” sözündən əmələ gəlmişdir, “hərflər” deməkdir) olmuşdur. Əsası Fəzlullah Nəimi (1340-1401) tərəfindən qoyulub. Əsərləri: “Böyük ədəbiyyat”, “Kiçik ədəbiyyat”, “Tacnamə”, “Eşqnamə”, “Vəsiyyətnamə” və s.
Hürufiliyə görə Allahın təbiətdə, xüsusilə insanda təcəssümü başlıca ideyadır. Lakin, Fəzlullahla əlaqədar hürufilər belə hesab edirdilər ki, Allah Fəzldə təcəssüm edib. Fəzlə görə Allah həm də sözlərdə, sözlər səslərdə, səslər isə 28 ərəb və 32 fars hərflərində təcəssüm edir. Odur ki, həmin hərlər ilahi eşq və gözəlliyin rəmzidir.
F.Nəiminin dünyagörüşünün və bütövlükdə onun yaratdığı hürufilik təliminin əsasını panteizm təşkil edir. Nəimi hər şeyin əsasında ilahiləşmiş insan ideyasını qoymaqla, əslində özü açıq etiraf edib-etməməsindən asılı olmayaraq, İslamın başlıca ehkamlarından uzaqlaşmışdı. Nəimiyə görə dünya dərkediləndir və insan öz ilahi qüdrəti ilə onu dərk etməlidir. İnsan öz əqli, idrakı səviyyəsi ilə Allahla qovuşa bilər.
Hürufilikdə başlıca fərqləndirici xüsusiyyət hərfləri mistik, ilahi məna verilməsindən ibarətdir. Başlıca ideya isə Allaha məxsus keyfiyyətlərin təcəssümü, insanın ilahiləşməsi, kainatın əbədiliyinin qəbul edilməsidir.
Hürufiliyin və Nəimi fəlsəfəsi ideyalarının ən böyük davamçısı İmadəddin Nəsimi (1369-1417) olmuşdur. Onun dünyagörüşü hürufi panteist səciyyə daşımışdır. O, Allahla təbiəti eyniləşdirmiş, Allahın insanda və təbiət cisimlərində təcəllisi ideyasını təbliğ etmiş, insanı ilahiləşdirmişdir. Nəsimi varlığın əzəli və əbədi olduğunu, maddənin itmədiyini qəbul edirdi.
Hürufilikdə 7 rəqəmi müqəddəs hesab edilir. Hürufiliyə görə kainat əbədidir və müxtəlif dövrlər bir-birini əvəz edir. Bu dövrlər Peyğəmbərlik, İmamlıqAllahlıqdır. Hürufilər Adəmdən, Musadan və Məhəmməddən sonra Allahın qüvvəsinin təzahürü kimi Fəzlullahı hesab edirdilər.
Allah hər bir zərrəcikdə mövcuddur. O, həmçinin sözlərdə, sevginin və gözəlliyin əsası olan ərəb əlifbasının 28 və fars əlifbasının 32 hərfində təcəssüm edir. 7 rəqəmi insan sifətinin əsas hissələrinə, Fatihə surəsinin ayələrinə və inamın əsas şərtlərinə müvafiq olan əsas rəqəmdir.




  1. Yüklə 124,77 Kb.

    Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin