Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Azərbaycanda maarifçilik fəlsəfəsi



Yüklə 124,77 Kb.
səhifə19/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   15   16   17   18   19   20   21   22   ...   47
Felsefe muhazire metnleri

Azərbaycanda maarifçilik fəlsəfəsi

a) Azərbaycanda maarifçiliyin meydana gəlməsi (XIX əsr)
Maarifçilik əsasən feodal qaydalarının, feodal mülkədar iqtisadi sisteminin öz yerini kapitalist təsərrüfat sisteminə verməsi dövründə geniş vüsət alır. Azərbaycanda XIX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində kapitalist münasibətlərinin inkişafı texniki tərəqqini inkişaf etdirmək üçün təbii-elmi bilikləri təbliğ etməyi, təhsili genişləndirməyi tələb edirdi. Burada maarifçiliyin əsas cəhətləri:
1. Maarifçilər ayrıca bir sinfin deyil, bütün bəşəriyyətin nümayəndələri kimi çıxış edirlər;
2. Maarifçilər təhkimçiliyin ictimai-iqtisadi, hüquqi sahələrdə yaratdığı nə varsa, hamısına qarşı çıxış edirdilər. Onlar feodal-mütləqiyyət qaydalarının ləğvinin, sənayenin, kənd təsərrüfatının, ticarətin inkişafının bütün xalqın rifahının yüksəlişinə səbəb olacağına əmin idilər;
3. Maarifçilik ictimai quruluşu dəyişdirməyin, cəmiyyət həyatını yaxşılaşdırmağın yeganə vasitəsini təhsili genişləndirməkdə, elmi bilikləri kütlələr arasında yaymaqda görürdü;
4. Maarifçiliyin ictimai-siyasi proqramı ictimai-şüuru cəhalətin buxovlarından azad etməkdən ibarət idi.
Azərbaycan maarifçiliyinin görkəmli nümayəndələri:
A.Bakıxanov, M.F.Axundzadə, H.Zərdabi,M.Ş.Vazeh, S.Ə.Şirvani, N.B.Vəzirov, M.T.Sidqi, M.Ə.Sabir, C.Məmmədquluzadə, N.Nərimanov (həmçinin ənənəviçilər və modernistlər).
Abbasqulu ağa Bakıxanov (1894-1846) – Azərbaycan mədəniyyəti tarixinə görkəmli şair, maarifçi demokrat filosof, tarixçi alim, hərbi xadim və qabaqcıl ziyalısı kimi daxil olmuşdur.Əsərləri: “Qanuni Qüdsi” (fars dilinin qrammatikasına dair), “Gülüstani İrəm” (Azərbaycan tarixinin Albaniya dövründən 1813-Gülüstan müqaviləsinə qədər olan dövrü əhatə edir), “Riyazül Qüds”, “Təhzib ül Əxlaq”, “Kitabi Nəsihət”, “Kitabi Əskəriyyə” – dini, fəlsəfi, əxlaqi görüşləri öz əksini tapmışdır.
A.Bakıxanov ilk növbədə tarixə maarifçi münasibəti təbliğ edirdi. Tarix insanlarda əxlaqiliyi tərbiyə etməli, ənların baxışlarını genişləndirməli, onları həyat və məişət qaydalarına öyrətməlidir.
A.Bakıxanov güclü maarifçi monarxiyanın tərəfdarı olmuşdur.
A.Bakıxanovunun maarifçilik ideyaları öz ifadəsini onun etik baxışlarında da tapmışdır. Onun rəyincə hər bir kəs yaşadığı cəmiyyətin əxlaq normalarını qəbul etməlidir. Özünü cəmiyyətə qarşı qoymaq faydasız, cəmiyyətlə uzlaşmaq isə faydalıdır.
A.Bakıxanov bir tərəfdən öz dövrünün elmi nailiyyətlərindən bəhrələnmişdir, digər tərəfdən, gəncliyində mənimsədiyi Şərq sxolastikasını yaddan çıxarmamışdır.
A.Bakıxanovun fəlsəfi əxlaqi görüşləri əsasən “Təhzibül Əxlaq” əsərində öz əksini tapıb. Burada əsasən “mənəviyyat fəlsəfəsi” adlandırdığı etika (əxlaq haqqında təlim) haqqında təlimi öz əksini tapıb. A.Bakıxanov 2 cür varlığın olduğunu deyirdi:
1. Maddi dünya (mümkün varlıq);
2. İlahi aləm (zəruri varlıq).
A.Bakıxanov biliyin insanı zənginləşdirdiyini dönə-dönə qeyd etmişdir. O, yazırdı ki, biliklərə sahib olmaq və mükəmməlləşmək hər şeydən qiymətlidir. Belə ki, insanlar üçün ən böyük sərvət əql və bilikdir, bunları insanın əlindən heç kəs ala bilməz.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin