Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Elmi idrak, onun metod və formaları



Yüklə 124,77 Kb.
səhifə27/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   23   24   25   26   27   28   29   30   ...   47
Felsefe muhazire metnleri

2. Elmi idrak, onun metod və formaları
Müxtəlif əsaslara istinad edən idrak növləri mövcuddur. Gündəlik təcrübə və sağlam düşüncəyə əsaslanan adi gündəlik idrak, gerçəkliyin hissi-obrazlı inikası kimi xarakterizə olunan bədii idrak, möhkəm elmi əsasa və tədqiqat metodlarına istinad edən elmi idrak formalarını bir-birindən fərqləndirirlər. Adi idrakın məqsədi bilavasitə əməli vəzifələrlə məhdudlaşır. O, hadisələrin mahiyyətinə nüfuz edə, qanun yarada bilmir, elmi idrak isə köklü problemlər qoyur, onları həll edir, hipoteza irəli sürür, uzunmüddətli proqnozlar işləyib hazırlayır. Elmi idrakın məqsədi hadisələrin mahiyyətini dərk etmək, təbiət, cəmiyyət və təfəkkür qanunlarını üzə çıxarmaqdan ibarətdir. Elmi idrak xüsusi elmi-tədqiqat metodlarından istifadə ilə yanaşı, süni dillər və xüsusi elmi terminologiya işləyib hazırlayır.
Metod yun. hərfi mənada yol, tədqiqat, yaxud idrak yolu mənasını verir. Metod deyərkən, hər hansı rasional fəaliyyətin həyata keçirilməsi üçün tətbiq olunan üsul və vasitələr nəzərdə tutulur. Əhatə dairəsinə görə elmi idrakın metodlarını xüsusi, ümumelmi və universal metodlara ayırmaq mümkündür.
Təsir sahələrinə görə elmi idrakın metodları empirik, empirik-nəzəri və nəzəri sahələrə bölünür.
Empirik metodlar – müşahidə, müqayisə, ölçmə, eksperiment.
Empirik-nəzəri metodlar – analiz və sintez, induksiya və deduksiya, tarixi və məntiqi, modelləşdirmə, abstraktdan konkretə yüksəlmə.
Nəzəri metodlar – ideallaşdırma, formallaşdırma, aksiomlaşdırma.
Elmi idrakın formaları isə aşağıdakılardan ibarətdir:
Elmi problem, hipotez, nəzəriyyə, prinsiplər, qanunlar, kateqoriyalar, paradiqmalar.
3. İctimai praktika həqiqətin meyarıdır
Praktika yunanca “praktikos” sözündən olub, mənası “işgüzar”, “fəal” deməkdir. Fəlsəfə tarixində praktika anlayışı müxtəlif mənalarda işlənilmişdir. Məs: qədim yunan və orta əsrlər fəlsəfəsində praktikaya yalnız mənəvi fəaliyyət kimi baxılmışdır. Obyektiv idealistlər praktikaya yalnız mənəvi fəaliyyət kimi baxılmışdır. Obyektiv idealistlər praktikaya ruh, zəka fəaliyyəti kimi, subyektiv idealistlər isə praktikaya iradə, intuisiya və s.kimi amilləri ilə şərtlənən fəaliyyət kimi baxmışlar. Metafizikaya görə isə praktika-insanın gerçəkliyə seyrçi, müşahidəçi münasibətidir. Yəni onlar gerçəkliyin dəyişdirilməsi barədə düşünmürlər. Dialektik fəlsəfəyə görə isə praktika-bizi əhatə edən obyektiv gerçəkliyi-təbiəti, cəmiyyəti və insanın özünü mənimsəməyə və əməli məqsədlərə uyğun şəkildə dəyiçdirməyə yönəldilən, insanın maddi, mənəvi və ictimai fəaliyyətidir. Praktika insanın bütün maddi və mənəvi fəaliyyət növlərini-maddi istehsal, sosial-siyasi, insan və cəmiyyət arasındakı, insanlar arasındakı münasibətləri, elm, encəsənət və s. fəaliyyət sahələrini əlaqələndirir və bu sahədə inteqrativ rol oynayır. Praktikanın növləri aşağıdakılardır:

  1. Cəmiyyətin maddi istehsal fəaliyyəti: Bununla insan öz yaşayışının maddi əsaslarını yaradır, özünün maddi sərvətlərini, yaşayış vasitələrini müəyyən edir;

  2. Sosial-mənəvi və siyasi münasibətləri müəyyən edən insan fəaliyyəti. Bu prosesdə insanla cəmiyyət, insanla insanlar, siniflər, millətlər, xalqlar, dövlətlər və s. arasındakı münasibətlər tənzim olunur;

  3. Cəmiyyətin elmi tədqiqat fəaliyyəti: (elmi- təcrübi insan fəaliyyəti). Bununla insan gerçəkliyin müxtəlif qanunauyğunluqlarını mənimsəyir, onlardan əməli məqsədlərdə istifadə edir əmək prosesi “subyekt” (insan, onun idrakı, əqli, məqsədyönlü fəaliyyəti) və “obyekt”in (əmək cismi, əmək vasitələri və məhsulları) üzvi vəhdətindən ibarətdir;

  4. Bilik bankı.

Praktikanın digər bir növü kimi texniki fəaliyyət növü ayrıca qeyd olunur. “Techne” sözündən (yunanaca) olub mənası “sənət”, “vərdiş”, “bacarıq” deməkdir. Müasir Qərb fəlsəfəsində 2 cərəyan var: 1) texniki determinizm; 2) Antitexnisizm. 1-ci cərəyan texnika və texnologiyanı cəmiyyətin inkişafında həlledici amil hesab edir. Bütün elm, incəsənət, fəlsəfə, mənəviyyat, mədəniyyət ETİ-ın təsirindədir, ona tabedir. 2-ci cərəyan isə texnikaya cəmiyyətdəki bütün bəlaların səbəbi kimi baxır. Çıxış yolunu “təbii həyat tərzinə”, ibtidai dini etiqadlara” qayıtmaqda, ETİ-ı rədd etməkdə görür.
Bütün hallarda praktikia ilə idrak qarşılıqlı surətdə səbəb-nəticə əlaqəsindədir:
P İ P1 İ1 Pn İn.....
Praktika – idrak vəhdəti inkişafın ənənəvi yoludur. Bu onu göstərir ki, tarixi inkişaf prosesi son nəticədə bu yolla baş verir. Sonrakı inkişafda bir çox hallarda idrak prosesi praktikanı qabaqlayır. Idrak prosesi müəyyən mənada müstəqilləşir. Təfəkkür özünün spesifik qanunları əsasında inkişaf edir. Bu qanunlarıa elmin inkişaf qanunları deyilir. Bu meyl bir sıra alimlərə və filosoflara belə bir fikir söyləməyə əsas verir ki, elmi biliyin inkişafı avtonom (müstəqil) bir prosesdir. Yalnız onun nəticələri praktikaya tətbiq olunur.
Həqiqətin meyarı praktikadır. Biliyin həqiqət olduğunu, obyektiv gerçəkliyi düzgün əks etdirdiyini necə müəyyən etməli? Duyğular, hisslər keçicidir, çox vaxt insanı yanıldır. Yalnız zəkadan istifadə etmək isə birtərəfliyə gətirib çıxarır. Ona görə də burada əsas meyar praktikadır. Yalnız insan praktikadan keçən, insan fəaliyyətinə məqsədyönlülük verən biliklər həqiqət sayıla bilər.



Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin