Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN


Mövzu 10. FƏLSƏFƏDƏ İNSAN PROBLEMİ



Yüklə 124,77 Kb.
səhifə35/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   31   32   33   34   35   36   37   38   ...   47
Felsefe muhazire metnleri

Mövzu 10. FƏLSƏFƏDƏ İNSAN PROBLEMİ
P LAN

  1. İnsanın mənşəyi və problemi

  2. İnsan biososial varlıqdır

  3. Fərd, şəxsiyyət və tarixi şəxsiyyət anlayışları


1. İnsanın mənşəyi və mahiyyəti
İnsan problemi fəlsəfi özünüdərkin mərkəzi problemidir. Təsadüfi deyildir ki, fəlsəfə tarixinin hər bir mərhələsində insan haqqındakı ideyalar və təsəvvürlər daim filosofların diqqət mərkəzində olmuşdur. İnsan kimdir? Dünyada onun yeri və məqsədi nədir? Onun cəmiyyətdə borcu, vəzifələri nədən ibarətdir? Qədim Misirdə, Çində, Yunanıstanda, Romada böyük müdriklər həmişə bu suallara cavab axtarmışlar.
Antropologiyanın (insan haqqında fəlsəfi təlim) banisi M. Şeler göstərmişdir ki, fəlsəfənin bütün mərkəzi problemini mahiyyət etibarilə insan probleminə müncər etmək olar. Fəlsəfə insanı öyrənən konkret elmlərdən (iqtisadi nəzəriyyə, sosiologiya, psixologiya, təbabət, biologiya və s.) fərqli olaraq ona bütöv bir tam kimi yanaşır, insanı kompleks və hərtərəfli öyrənir.
İnsan haqqında ilk təsəvvürlər hələ qədim hind və Çin fəlsəfi təlimlərində ifadə olunmuşdur. Məs: vedalarda və Upanişadlarda insanın mənəviyyatı, onu ehtiraslardan azad etmək yolları göstərilirdi. Qədim Çində geniş yayılmış konfusiçilik və daosizm təlimlərində insanın əxlaqi davranışı təbiət və kainat ilə əlaqələndirilir, tərbiyə məsələləri diqqət mərkəzində dururdu. Qədim yunan filosofu Sokratın irəli sürdüyü “Özün-özünü dərk et” aforizmi bu gün də öz əhəmiyyətini saxlayır. Orta əsrlər fəlsəfəsində insan Allahın yaratmış olduğu mövcudat kimi təsəvvür olunurdu. İnsanın əsas vəzifəsi isə Allaha qovuşmaq və qiyamət günündə öz günahlarına görə cəza çəkməkdir. İntibah dövrünün fəlsəfi fikrində insanın humanizmi və şəxsiyyəti ön plana çəkilir. İnsanın müstəqilliyi, onun qüvvə və qabiliyyətinin tükənməzliyinə inam elan olunur. Yeni dövr fəlsəfəsində insanın fərdi mənafeləri, sosioloji və etik individualizmi ön plana çəkilir. Maks Şeler “Kosmosda insanın yeri” adlı əsərində (1928) fəlsəfi antropologiyanın əsas məqsədini insanın mahiyyətinin, onun dünyada yerinin, yaşamağın mənasının öyrənilməsində olduğunu göstərirdi. Müasir fəlsəfənin digər antropoloji cərəyanlarında da (freydizm, ekzistensializm) konkret, real, həqiqi insan, onun subyektiv mövcudluğu, azadlığı, davranışı və gələcəyi ilə bağlı problemlər bütün dövrlərdə fəlsəfədə başlıca yer tutmuşdur.
Fəlsəfədə insanın mənşəyinə dair bir neçə konsepsiya vardır. (Antropogenez – yunanca “antropos”- insan və “genezis”-mənşə, yaranma, insanın yaranması və təşəkkülü prosesidir). Onlardan 1-cisi natiralist mövqedən çıxış edir. Adından göründüyü kimi bu baxış insanın yaranmasını təbii təkamülün nəticəsi hesab edir. O, XIX əsrin II yarısında Darvinin yaratdığı təkamül nəzəriyyəsinə əsaslanır. Həmin nəzəriyyəyə görə insan yüksək inkaşaf etmiş heyvan növündən - meymundan əmələ gəlmişdir.
2-ci nəzərin başında alman filosofu Hegel dayanıb. O, insanın heyvanat aləmi ilə əlaqəsini inkar etmir. Amma, qeyd edir ki, onun ayaq üstə durması ruhun xidmətidir. Təbiətin bu işdə heç bir iştirakı yoxdur.
İnsanın mənşəyini izah edən 3-cü xətt ona sosial-praktiki baxımdan yanaşır. Bu baxış insanın mənşəyini əmək nəzəriyyəsinin müddəaları üzərində yüksəldir.(sosiogenez-cəmiyyətin yaranması. Antropososiogenez-insanın və cəmiyyətin yaranması)
İnsanın mahiyyəti mürəkkəb olduğu üçün çoxölçülü xarakter daşıyır. Onda aşagıdakı 4 səpkini ayırmaq olar: bioloji, psixi, sosial və kosmik. Birinci səpki insanın anatomik və fizioloji xassələrində, genetik hadisələrdə, onun orqanizmində, beyin-əsəb prosesində baş verən biofiziki dəyişikliklərdə ifadə olunur. Başqa sözlə, bu mövqe insanı bioloji orqanizm kimi öyrənir. Psixi səpki insanın ruhi-mənəvi dünyasını nəzərdə tutur. Burada söhbət insandan, şüurlu və qeyri-şüurlu prosesdən, onun iradəsi, hissləri, hafizəsi, xarakteri, temperamenti və s. psixi səciyyələndirmədən gedir. Sosial səpki xüsusilə mühüm olub, insanın ictimai mahiyyətini araşdırır. Onun diqqət mərkəzində aşağıdakı məsələlər durur: insanın sosial münasibətlər sistemində yeri, onun fəaliyyətinin xarakteri, mənəvi dünyası, mədəniyyəti və s. 4-cü səpki isə insan ilə kosmos, kainat arasındakı qarşılıqlı münasibətlərin bütöv bir sistemini əhatə edir.


Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin