Mövzu fəLSƏFƏNİn predmeti, problemləRİ VƏ funksiyalarstrreplN



Yüklə 124,77 Kb.
səhifə33/47
tarix26.11.2022
ölçüsü124,77 Kb.
#70728
1   ...   29   30   31   32   33   34   35   36   ...   47
Felsefe muhazire metnleri

Zərurət və təsadüf
Müəyyən şərait olduqda daxili qanunauyğun əlaqələrin fəaliyyəti nəticəsində hökmən baş verən hadisəyə zərurət deyilir. Təsadüf isə müəyyən şərait daxilində baş verməsi məcburi olmayan hadisədir, həmin şəraitdə baş verə də bilər, baş verməyə də bilər. Zərurət inkişaf edən cisim, hadisə və prosesin daxili, qanunauyğun əlaqələrindən, mahiyyətindən əmələ gəlir. Təsadüf isə cisim və hadisənin daxili təbiətindən irəli gəlmir, sabit deyildir, müvəqqətidir. Məs; ilin fəsillərinin bir-birini əvəz etməsi, gecədən sonra gündüzün gəlməsi obyektiv zərurətdir, lakin nə zaman, hansı əraziyə meteorit və ya dolunun.
Mahiyyət və hadisə
Mahiyyət - cisim, hadisə və prosesin müəyyənliyidir, mənliyidir, onu başqa cisim, hadisə və proseslərindən fərqləndirən, onu məhz həmin cisim və hadisə edən başlıca keyfiyyətdir. Mahiyyət cisim, hadisə və proseslərin daxili mənası, nisbi sabit cəhəti, özünəməxsusluğudur. Mahiyyət çoxsaylı təzahürlərdə özünü göstərir. Təzahür mahiyyətin xarici ifadəsi, formasıdır. Insandan gizlənən mahiyyətdən fərqli olaraq, təzahür şeylərin səthində durur.Təzahür nə isə xarici, mahiyyət isə daxilidir. Təzahür mahiyyət olmadan meydana çıxa bilməz. K.Marks: “Əgər mahiyyətlə təzahür bilavasitə bir-birinə uyğun gəlsəydi, onda heç bir elmə ehtiyac qalmazdı.”
İmkan və gerçəklik
Gerçəklikdə inkişaf üçün əsas şərt yeninin meydana çıxmasıdır. Yeni inkişafın irəliyə doğru qarşısıalınmazlığını ifadə edir. Köhnə isə inkişafın tənəzzül meylini ifadə edir. Yeninin meydana çıxmasına şərait yaradan ilkin əsasların məcmusuna imkan daxildir. İmkan obyektiv qanunauyğunluqların fəaliyyəti təsirindən zəruri olaraq meydana çıxır. Müəyyən obyektiv şərait mövcuddursa, yenilik üçün lazım olan imkan da meydana çıxır və gerçəkliyə çevrilir. İmkandan danışarkən real və abstrakt imkanları və imkansızlığı da bir-birindən fərqləndirmək lazımdır. Real imkan elə imkandır ki, müəyyən konkret şəraitdə onun həyata keçməsi üçün real, zəruri və obyektiv zəmin vardır. Abstrakt imkan isə elə imkandır ki, onun reallaşması, həyata keçməsi, müəyyən mövcud tarixi şəraitdə mümkün deyildir. Abstrakt imkan indiki şəraitdə reallaşa bilməz. Bundan ötrü zaman dəyişkənliyi lazımdır. Abstrakt imkan obyektiv qanunlara zidd deyil, müvafiq şəraitdə yetişdikdə reallaşa bilər. Buna görə də abstrakt imkanı imkansızlıqdan fərqləndirmək lazımdır. İmkansızlıq-heç zaman reallaşa bilməyən hadisədir, çünki onun obyektiv zəmini yoxdur. Real və abstrakt imkan arasındakı əlaqə nisbidir, onlar bir-birinə keçə bilər. Əgər XIX əsrdə insanın kosmosa uçması abstrakt, qeyri-real idisə XX əsr onu mümkün etdi, reallığa çevirdi.

Yüklə 124,77 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin